Bizimlə əlaqə

Reportaj

Yardımlıda `Banqladeş mafiyası`?! – (XÜSUSİ REPORTAJ + FOTOLAR)

Yayımlandı

da

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam uyğun olaraq, sərhəd pozucularına cavab atəşi açılıb. Nəticədə onlardan 5 nəfər yaralanıb, 2 nəfər isə saxlanılıb. Yaralanmış sərhəd pozucularının həyatını xilas etmək mümkün olmayıb. Artıq onların cənazələri torpağa tapşırılıb. Qanunsuz olaraq dövlət sərhədini pozan qrupun Banqladeş vətəndaşlarından və onlara bələdçilik edən silahlı şəxslərdən ibarət olması müəyyən edilib. Həmçinin hadisə yerinə baxış zamanı atılmış ov tüfəngi patronları və bir “Browning” markalı tapança aşkarlanıb. Öldürülənlərin 3-ü banqladeşli, 2-si isə Yardımlı rayonunun Ostayir kəndinin sakinləri Rəhimov Sadiq Teyyub oğlu və Qasımov Əkbər Əjdər oğlu olub.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi qrup da hadisə yerində olublar.

Banqladeş vətəndaşlarının Yardımlıda nə işləri vardı? Onların qanunsuz olaraq dövlət sərhədlərimizi pozmalarına səbəb nədir? Bələdçilik edən kənd sakinləri kimlərdir? Onları kim bu yola çəkib? Hadisənin mətbuatdan gizlədilən gerçək səbəbləri nədir?

HafizTimes.com bu suallara cavab tapmaq üçün Yardımlı rayonuna, hadisənin baş verdiyi kəndə yollanıb.

Rayon sakinləri hadisədən çox təsirləndiklərini deyiblər: “İki kənd uşağının Banqaldeş sakinləri ilə necə əlaqəsi ola bilər? Rayonumuzda gənclərin bəziləri bu yola əl atır, İrana keçmək istəyən insanlara pul müqabilində bələdçilik edirlər. Bəzən dini quruplar, bəzən narkotik maddələrin daşınması üçün səhədlərimizi qanununsuz keçməyə cəhd edirlər. Onlar da dövlətimiz tərəfindən cəzalarını alırlar. İndi sərhədlərimiz çox gücləndirilib. Və pul müqabilində kiməsə bələdçilk edən sakinlər səhədçilərimiz tərəfindən elə oradaca zərərsizləşdirirlər. İran tərəfindən də bizim tərəfə keçməyə cəhd edənlər olur. Onlar da öz cəzalarını alırlar”.

Söhbətdən belə məlum oldu ki, Sadiq və Əkbərə Banqlaşdeş vətəndaşları 500 manat pul veriblərmiş… Dəyərdimi 500 manata görə qanunu və sərhədi pozub, həyatını riskə atmağa?!.

Yardımlı rayonunun icra başçısını əvəz edən birinci müavin Azər Xamiyev isə açıqlamasında hadisələrin baş vermə səbəbini qanunsuz miqrant axını və böyük pulların dövriyyəsilə izah etdi:

– Yardımlının ümumi əhalisinin sayı 64 mindir. Dünyanın hər yerində cinayət hadisələri törədilir. Əlbəttə ki, insanlar yaşayan yerdə cinayətlər də olur. Həyat nə qədər davam edir, bir o qədər də belə hadisələr baş verir. Hər bir insan bilir ki, dövlətin sərhədini pozmaq cinayətdir. Hazırda hüquq mühafizə orqanları bu məsələni araşdırır. Fikrimcə, bu, qanunsuz miqrant axınıdır. Bəlkə də bunun araxısında böyük pullar dayanır. Dünya bilməldir ki, Azərbaycanda bütün səhədlər qorunur, hüquq-mühafizə orqanları öz işlərini düzgün formada icra edirlər. Miqrant axını varsa, terror da ola bilər. Ona görə də bunun qarşısını vaxtında almaq lazımdır.

Məlumata görə, Bakıdan bir xarici vətəndaşın Yardımlıya – İran səhədinə gətirilməsinin xərci 1000 manatdır. Bu, əlbəttə ki, rəsmi məlumat deyil.

Rayon rəsmisi Banqladeş vətəndaşlarının niyyətlərindən də söhbət açdı: Bu, bir şəbəkədir. İki ay öncə də 8-10 nəfərə yaxın Banqladeş vətəndaşı Yardımlıdan İrana keçməyə cəhd edən zaman sərhədçilərimiz tərəfindən saxlanılmışdı. Şükür olsun ki, bu işin içində heç bir dövlət orqanlarımızın adı hallanmır. Sadəcə, həmin xarici vətəndaşları yerli dəllal sakinlər müşayət edirlər. Bəlkə də bunlar hansısa mafioz qüvvələrdir. Necə ki, dünyada narkotik maddələrin satısı ilə bağlı xüsusi kanallar var, bu da ona oxşayır. Bu da bir kanaldır, Yardımlı üzərindən keçirilməyə cəhd edilir. Hüquq-mühafizə orqanlarımız bunun qarşısını almaq üçün çox ciddi tədbirlər həyata keçirirlər. Həmin Banqaldeş vətəndaşarının üzərində odlu silahların tapılması da buna işarədir. Gənclərimiz həmin xarici vətəndaşlara pul müqabilində bələdçilik etmək istəyiblər. Banqladeş vətəndaşları miqrantdırlar, onlar rəsmi olaraq Azərbaycana gəlirlər. Bütün sənədləri də üzərlərində olur. Ancaq bundan sonra isə Azərbaycandan İrana qanunsuz getmək istəyirlər. Çox güman ki, onları həmin ölkədə qarşılayan adamlar da var. Bəlkə də həmin xarici vətəndaşlar dini ekstremist qruplara bağlıdır. Həmin şəxslərin kəşfiyyatçı olmaları da mümkündür”.

Azər Xamiyev deyir ki, İcra hakimiyyətinin nümayəndələri sərhəddə öldürülən sakinlərin ailələrinə baş çəkiblər: “Həmin gənclər 500 manat təkliflə razılaşıb, irəli düşmək istəyiblər. Bunun da əvəzini həyatları ilə ödədilər. Sərhəddən İran tərəfinə bir kilometrlik məsafə var. Onlara deyiblər ki, bu bir kilometlik yolu bizimlə gedin-qayıdın, min manat cibinizdədir. Ağıllı adama bir milyon da versən, razı olmaz. Ağılsız adam isə 100 manat da versəniz, razı olar.

Yardımlı, demək olar ki, cinayət işlənməyən bir rayondur. Burada bütün qapılar hər zaman açıqdır. Yeganə cinayət sakinlərin bələdçilk işlərinə cəlb olunmalarıdır. Hazırda həmin gənclərlərin hansı şəbəkə tərəfindən bələdçiləyə cəlb olunmaları araşdırılır. Bir tərəfdən, sevinirik ki, sərhədlçilərimiz dövlət səhədlərimizi yaxşı mühafizə edirlər. Digər tərəfdən də təəssüləndirik ki, gənclər bu yolu cəlb edilib, həlak olur, valideynlərini, doğmalarını pis vəziyyətdə qoyurlar. Rəhimov Sadiqin qardaşı da hazırda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”.

Sərhədi pozarkən gülləyə tuş gələn gənclərin yaşadıqları Ostayır kəndinə yollandıq və ailələrlə həmsöhbət olduq. Əkbər Qasımovun əmisi Habilin sözlərinə görə, heç kəsin bu əməldən xəbəri olmayıb:

– Biz hamımız normal həyatımızı yaşayırıq. İşləyir və çörək pulumuzu qazanırıq. Əkbər çox gənc idi. O, banqladeşliləri tanımazdı. Heç onların dillərini də bilmirdi. Yəqin, hər şey istintaq zamanı üzə çıxacaq. Dövlətimizin qanunları var. Onu pozan hər bir şəxs cəzasını alır. Biz Əkbərin onlarla necə əlaqə qurduğunu bilmirik. Bu, çox ağır dərddir. Bəlkə də kimlərsə onun başını yozub, pulla şirnikləndirib, öz tərəflərinə çəkiblər. Çünki o, çox gənc idi. Atası da xəstə adamdır. Bu hadisədən sonra vəziyyəti daha da ağırlaşıb.

Əkbər indiyə kimi heç vaxt iran tərəfinə keçməmişdi. O, çox sakit bir oğlan idi, dükanda satıcılıq edirdi. 250 manat maaş alırdı. Atası da pensiya alır. Dolanırdılar, heç bir problemləri də yoxdur. Bu, hər birimiz üçün faciədir. Sabah başqa valideynin də başına gələ bilər. O, aldanıb, kiminsə təsiri altına düşüb bunu etsə də, yenə dövlətin qanunlarını pozub. Dövlətimiz özü hər şeyi müəyyən edəcək. Biz dövlətimizə inanırıq və hər zaman da qanunlarımıza tabeyik”.

Əkbər Qasımovun dostları isə bizimlə söhbət zamanı onun borcu olduğu üçün bu yola əl atdığını söylədilər: “Əkbərin 1100 manat borcu vardı. Onu ödəyə bilmirdi. Yəqin kimsə deyib ki, 500 manat pul qazanacaq, o da fikirləşmədən razı olub. Nəticədə də bu hadisələr başına gəldi”.

Sərhədi qanunsuz keçməyə cəhd edən zaman öldürülən Sadiq Rəhimov ailəsində vəziyyət isə lap faciəvidir. Sadiqin iki balaca körpəsi var, üstəlik, yoldaşı hamilədir. O, heç bir yerdə işləmirmiş. İndi uşaqlarına baxacaq adam da yoxdur. “Bu, çox dəhşətlidir. Uşaqlara yemək lazımdır. Evə pul gətirən isə yoxdur. Biz nə edəcəyimizi bilmirik”,- deyir ailə üzvləri…

…Daha sonra hadisənin baş verdiyi sərhəd xəttinə üz tutduq. Orada isə sərhədçilərimizin yüksək səviyyədə mühafizə təşkil etdiklərinin şahidi olduq.

Rayon prokurorluğundan isə bildirdilər ki, hadisə ilə bağlı istintaq davam edir: “Bu hadisədə günahkar olan bütün şəxslər qanunvericilik çərçivəsində öz cəzalarını alacaqlar”.

Qeyd edək ki, faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Hafiz Əhmədov

HafizTimes.com

Reportaj

“Şuşa, Ağdam xarabalıqları” – İşğal edilmiş Azərbaycan torpaqlarından FOTO-REPORTAJ 

Yayımlandı

da

Tərəfindən

“Şuşa İmperiyasının xarabalıqları”. “Cinlər, kabuslar şəhəri Ağdam”. “Ağdərədəki kənddə yalnız bir qoca qadın yaşayır”,  “Suriyadan Qarabağa köçürülmüş erməni uşaqların dəhşətli həyatı”.  “Yandırılmış, kabuslar şəhər olan Ağdama yolumuz düşdü”. “Ağdamdakı məsciddə heyvanlar otlayır”. “Zəngilana köçmüş Suriya erməniləri”. “Şuşada ocaq üstündə  tənha qalmış çaynik”. “Qafqazın Xirosiması Ağdam”. “Kömək edin, mən Kəlbəcərdəyəm”. 

HafizTimes.com  30 ilə yaxındır ki, erməni işğalı altında olan Azərbaycan ərazilərindən reportaj hazırlayıb. Bu reportaj adət ediləndən bir az fərqlidir. Belə ki, erməni tapdağı altında qalan Azərbaycan ərazilərinə illərdir ki, baş çəkmək mümkün deyil. Uzun müddətli axtarışlarımızdan sonra belə qərara gəldik ki, erməni hərbi birləşmələrinin Azərbaycanın əzəli torpaqlarında törətdikləri vandalizm faktlarına elə birbaşa olaraq məhz düşmənin fotoaparatlarının obyektivindən nəzər salaq. Erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərində törətdikləri vəhşilikləri məhz düşmənin,  erməni gənc “fotoqraf”ların çəkdiyi şəkillər və qeyd etdikləri fikirlər  ifşa edir.İşğal altında olan Azərbaycan ərazilərinə səfər edən(qanunsuz) turist, blogerlərin  və yaxud orada müvəqqəti məskən salmış şəxslərin çəkdikləri fotoları çətinliklə də olsa əldə etdik. Reportajla əlaqədar olaraq bəzi xarici ölkə vətəndaşları, fotoqraflar ilə də əlaqə saxladıq. Onlar da Qarabağda törədilən erməni vəhşiliklərini əks etdirən fotoları bizimlə bölüşdülər. Reportajda Azərbaycanın erməni işğalı altında olan Şuşa, Ağdam, Zəngilan, Kəlbəcər, Ağdərə, Cəbrayıl  və s. rayonlarında  hazırda hökm sürən dəhşətli vəziyyət əks olunub:

 “Şuşa. Qırmızı qapılı ev.Xarabalıq”

Müəllif: “Şuşa xarabalığı”

Gənc erməni fotoqraf:”Bura Şuşadır.Bu kitabı burdan tapdım. Çox təsirlidir”

“Emalatxana. xalça. Boş qalıb. Şuşa”

“Şuşa. Qədim ev. Boş qalıb”

Anna Çerkizyan  :”Qarabağ. Məscid. Xarabalığa çevrilib”

“Şuşa xarabalığı”

Şuşa real məktəbi —1992-ci ildə Şuşa işğal olunduqdan məktəb yandırılaraq xarabaya çevrilib.

Şuşa- Xarabalığa çevrilmiş ev.

“Şuşa. Dağılmış ev”.

“Şuşa. Qıfıl vurulmuş ev”.

Erməni gənc xanım: “Şuşa- dağılmış məscid” 

Brazilyalı fotoqraf: “Dağılmış məscid”

 “Qədim Şuşa imperiyası”

“Xarabalıq. Uçub-dağılıb”

“Şuşa xarabalığı”

Bolqar fotoqraf : “Ağdam-məscid. Müharibədən sonra dağıdılıb, yandırılıb. Təmirə ehtiyacı var”

“Qarabağ. Dağılmış məscid”

“Xarabalığa çevrilmiş məscid”

“Şuşa, dağılmış ev. Boş qalıb”

Fotoqraf: “Müharibə. Dağılmış ev. Sülh lazımdır”

İran, erməni fotoqraf Serge Madikians: “Şuşada dağılmış ev”

“Şuşanın dağılmış evləri “

Erməni gənc fotoqraf Artur:”Şuşada dağılmış ev, 1982-ci ilin televizoru”

Turist: “Şuşada bağlı qalmış ev”.

“Şuşa xarabalığı”

“Şuşa dağılıb”

Gənc fotoqraf Artur: “Boş qalmış ev”

“Şuşa dağılıb”

“Şuşa, xarabalıq”

“Şuşada boş  ev”

Saşa Solovey: “Şuşa- dağılmış evlər, binalar, məscid və mehmanxanalar”

Fotoqraf: “Şuşa- dağılmış bina. Love story çəkilişi”

“Şuşa ev. Yoxsulluq”

“Şuşa-dağılmış məktəb”

Fotoqraf Pisidro: “Şuşada dağılmış məscid”

Ərəb turist: “Şuşa. Bağlı qalmış ev”

“Şuşada dağılmış ev”

“Sunny Xoxe” ləqəbli fotoqraf: “Şuşa. Kollec. Hələ də tələbələrini gözləyir”

“Şuşada xarabalıq”

“Dağılmış məscid. Təmir olunmalıdır”

“Şuşanın sehri”

“Şuşa. Azərbaycanlı qadının güllələnmiş məzarı”

“Şuşada bağlı qalmış ev”

Fotoqraf Mete Petrany: “Ağdam. Dağılmış abidə. Dəhşət”

“Dumanlı Şuşa. Dağılıb”

Rəqqas: “Şuşa. Sükut, səssiz bir şəhər. Kədərlidir. Gülüşə ehtiyacı var”.

Anuş Babayan: “Zəngilan dağılmış, qədim restoran”

Şuşa- Sevgi hekayəsi. Dağılmış bina

“Şuşa dağılmış məscid”

“Şuşada 16 min dollara ev satılır”

Anuş Babayan:”Zəngilan.Küçədən mənzərə.Qədim struktur təbiətə çevrilir”

“Şuşa dağılmış ev”

“Qədim Şuşa qalası. Uçub”

“Şuşa qədim ev”

Müəllim, fotoqraf Emily: “Şuşa. Xarabağlıq”

“Şuşa. Xarabalıq”

“Şuşa. Qədim ev”

Tosunyani: “Şuşa. Qədim ev. Ocaqda qalmış çaynik. Dəhşətlidir”

Fotoqraf Emily: “Şuşa. Xarabalıq”

“Şuşa. Dağılmış məktəb”

“Şuşa. Suriya erməniləri. Ev”

“İstifadəsiz qalmış idarə”

“Şuşa. Dağılmış bina”

Turist, Fotoqraf Pisidro: “Şuşa. Köhnəlmiş avtobus dayanacağı”

“Şuşada dağılmış kollec”

“Şuşa. Xarabalıq”

John Satanmeyer(National Geographic fotoqraf. Rejissor.): “Hava yağışlıdır. Günortadan sonra biz maşınımızı Ağdamın içi ilə sürməyə başladıq. Kabuslar şəhəri, xarabalıq. Gördüyümüz mənzərə dəhşət idi. Sülh!”

“Şuşa. Dağılmış məscid”

“Şuşa. Dağılmış kollec”

“Qarabağ. Dağılmış ev”

“Şuşa. Dağılmış bina”

“Şuşa. Köhnə bina”

“Şuşa. Dağılmış, uçmuş məscid”

“Şuşa. Gülələnmiş divar”

“Şuşa. Dağılmış qədim bina”

“Şuşa. Bağlı qapı. Ev”

“Şuşa.Qarabağ”

“Şuşa. Dağılmış məscid”

“Şuşa. Unudulmuş balkon”

“Vay Points” ləqəbli turist: “Bura, kabuslar şəhəri Ağdamdır. Dağılmış məscid. Dəhşətli fotodur. Orada müharibə gedir. Məni əsgərlər həbs etdilər. 3 saat sonra azad etdilər. Orada çox dəhşətli bir mənzərə var”

Dioqo Falmeida: “Şuşa. Dağılmış abidə”

“Şuşa. Dağılmış abidə”

“Just Artur” ləqəbli gənc fotoqraf: “Şuşa. Boş ev. Boş qalmış dəmir stul”

“Şuşa. Dağılmış şəhər”

“Şuşa. Qədim, boş bina”

“Şuşa. Uçmuş ev”

“Ani Agh” ləqəbli fotoqraf: “Dumanlı Şuşa. Məscid təmir olunmalıdır”

“Şuşa. Uçmuş bina”

“Şuşa. Kabuslar şəhəri”

“Ağdam. Dağılmış məscid”

“Şuşa. Uçmuş bina”

“Şuşa. Boş qalıb”

Fotoqraf Anuş Babayan”Qarabağ. Suriya ermənisi, uşaq. Yoxsulluq”

“Şuşa. Qırmızı qapılı ev. Xarabalıq”

“Ağdam. Dağılmış məscid. Minarə”

Şuşa qalası

“Şuşa dağılmış ev”

Turist Anna: “Qədim Şuşa imperiyası. Dağılıb”

“Şuşa. Xarabalıq”

“Şuşa. Xarabalıq”

“Şuşa. Bağlı qalmış ev. “

“Zəngilan. Suriya erməniləri. Kartofu evə toplayıblar. Yoxsulluq”

“Şuşa qədim ev. Boş qalıb”

Fotoqraf Həmidrza Srouri: “Qədim abidə. Dağılmaq üzrə”

“Şuşa. Ağ-qara. Küçə”

“Şuşa. Suriya erməniləri. Ev”

“Şuşa. Suriya ermənisi uşaq valideynlərini axtarır”

“Şuşa. Xarabalıq. Küçələr”

“Qarabağ. Suriyadan köçürülən erməni ailə”

“Qarabağ. Xarabalıq”

“Dağılmış məscid. Xarabalıq. Qarabağ”

“Ağdam. Uçmuş məscid”

“Şuşa. Boş qalmış ev”

“Şuşa. Xarabalıq”

“Şuşa. Dağılmış məscid”

“Şuşa. Dağılmış, uçmuş şəhər”

“Şuşa. Dağılmış bina”

“Şuşa. Qar yağıb”

“Şuşa. Boş qalmış həyət”

“Şuşa. Dağılmış qədim abidə”

Fotoqraf: “Zəngilan. Qədim, uçmuş abidə”

Fotoqraf: “Ağdam. Kabuslar, cinlər şəhəri. Dağılmış məscid”

“Çoban qoyunlarını Ağdam istiqamətində otlamağa aparır”

“Şuşa. Xarabalıq”

“Şuşa. Dağılmış bina”

Blogger Saşa Solovey (Gospozha Solovjova): “Mən buranı görmək üçün getmişdim. Möhtəşəm bir mənzərdir. Dağların əhatəsində isti su. Ora gedəndə çox təəcübləndim. Mən heç vaxt burada yaşaya bilmərəm. Ora getmək üçün yol yoxdur. Heç bir bələdçi də yoxdur. Qeyd edim ki, oralarda bir nəfər insan da yaşamır. Maşın sayı da sıfıra bərabərdir. Orada sadəcə olaraq hərbçilər var. Onları uzaqda gördüm və qışdırdım ki, mən buradayam, kömək edin…”(Kəlbəcər)

“Şuşa. Dağılmış ev.Heç kəs yaşamır”

“Şuşa. Dağılmış küçələr”

“Sehirli Şuşa”

Fotoqraf Simone Zoppellaro: “Sentyabr ayında Kabuslar şəhəri Ağdama getmişdim. Bu şəkili orada çəkmişəm”

Fotoqraf: “Dağılmış məscid. Çox ağır bir mənzərədir. Qarabağ”

“Şuşa. Xarabalıq”

Şuşa

“Şuşa. Evlər, binalar hər şey dağılıb.”

“Uçmuş məscid. Qarabağ”

“Way Points” ləqəbli fotoqraf: “Güllələnmiş kabuslar şəhəri Ağdam”

“Şuşada dağılmış məscid”

Erməni qız: “Şuşada boş qalmış, dağılmış məscid”

“Dumalı, yağışlı Şuşa. Palçıqlı küçələr”

“Dağılmış məscid. Qarabağ”

“Şuşa. İstifadəsiz qalmış emalatxana”

Alaina Maral: “Qədim Şuşa imperiyası. Xarabalıq”

“Qarabağ. Dağıdılan məscid”

“Qədim mədəniyyət abidəsi”

“Şuşa. Dağılmış, boş qalmış ev”

Fotoqraf Həmidrza Sururi: “Dağılmış Şuşa məscidi”

“Rolje” ləqəbli fotoqraf:”Xankəndi. Uçub,dağılmış evlər. Bərpa edilməlidir”

“Azərbaycan torpaqları”

“Ani Agh” ləqəbli fotoqraf:”Şuşa. Məscid. Təmir olunmalıdır”

Fotoqraf Pisidro: “Şuşada dağılmış məscid”

 “Zəngilan. Hər şey yox olub təbiətə qarışır “

“Xankəndi. Uçmuş teatr binası”

Fotoqraf Həmidrza Sururi: “Şuşa. Gövhər aga məscidi. Dağılıb”

“Şuşaya qar yağıb”

“Ağdam. Kabuslar şəhərinə qar yağıb”

Gənc fotoqraf: “Şuşa. Dağılmış və boş qalmış ev”

“Xankəndi. Ərzaq mağazası. Bağlı qalıb”

“Dağılmış Talış kəndi”

“Şuşa. Dağılmış, uçmuş bina”

“Şuşa. Boş qalmış evlər…”

“Şuşa. Dağılmış məscid”

“Şuşa. Xarabalıq. ev”

“Şuşa. Sehirli mənzərə”

“Şuşa. Dağılmış ev”

“Şuşa. Uçmuş bina”

Stufankjian: “Xocavənd rayonu. Merujan və bacısı Gita dağılmış, yandırılmış həyətlərdə oynayırlar”

Vika Sunnyar: “Şuşa. Hər yer dağılıb, uçub”

“Şuşa. Dağılmış bina. Xarabalıq”

“Ağdam. Dağılmış məscid. Xarabalıq”

Barbara Viollet: “Ağdərə. Kənd. 97 faizi hərbçi. Yalnız bu qadın burada yaşayır”.

“Şuşa. Dağılmış məktəb”

“Şuşa. Tək qalmış Gövhər ağa məscidi”

“Ağdam. Bütün evlər dağılıb”

Turist Solovjova: “Kəlbəcər. Burada yalnız təbiət möhtəşəmdir. Amma insan yaşamır. Heç bir maşın da yoxdur. Dəhşətdir”

“Şuşa. Dağılmış realni məktəbi”

Diogo Falmeida :”Ağdam. Yandırılmış kənd. Külə dönüb”

“Şuşa. Xarabalıq. Uçmuş evlər”

“Şuşa. Dağılmış evlər”

“Kəlbəcər. Xarabalıq. Hər yer dağılıb”

“Dağılmış məscid. Qarabağ”

“Şuşa. Qarabağ”

“Şuşa. Dağılmış park”

“Şuşa. Boş qalmış ev”

“Şuşa. Xarabalıq.  Dağılmış evlər”.

Solovjova: “Kəlbəcər. Möhtşəm təbiət. Amma burda insan yaşamır. Dəhşətdir. Xarabalığa çevrilib. Mən ora əsgərlərlə getmişdim”

“Şuşa. Dağılmış, uçmuş evlər, yollar”

“Allaha aparan yol. Qarabağ”

“Ağdam. Dağılmış məscid”

“Kəlbəcər. Buralarda insan yaşamır. Hər yer boş qalıb”

“Zəngilan. Dağılmış evlər”

“Şuşa. Park. Xarabalıq”

“Kəlbəcər. Möhtəşəm təbiət. Amma burada insan yaşamır”

“Şuşa. Qarabağ. Dağılmış binalar. Xarabalıq”

“Şuşa. Xarabalığa çevrilmiş bina”

“Şuşa. Qədim tarix”

Şuşa

                                    Şuşa

Fotoqraf Alex Domenex:”Kabuslar şəhəri Ağdam. Bizi ora bir taksi apardı. Ora “Qafqazın Xirosiması” kimi tanınır və  cəmi beş və ya altı ailə yaşayır. Şəhərdə heç bir elektrik, qaz və ya su yoxdur. Dəhşətdir”

`Şuşanın payızda çəkilmiş son şəkilləri`

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Reportaj

15-ci tabutun sirri: Ana ölmüş körpəsinin meyitini niyə tapa bilmir? – ARAŞDIRMA (FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

Artıq bir ilə yaxındır ki, mediada Günay Axundova adlı gənc ananın övladının doğuşdan sonra xəstəxanada ölməsi, valideynlərindən xəbərsiz kimsəsizlər qəbirstanlığında dəfn olunması ilə bağlı xəbərlər yer alır. Yaxın günlərdə ananın şikayəti üzrə yenidən məhkəmə prosesi baş tutacaq. Buna görə də HafizTimes.com müəmmalı məsələni araşdırmaq qərarına gəlib.

Günay Axundovanın 37 yaşı var. 2016-cı il aprelin 6-da Respublika Klinik Xəstəxanasında qeysəriyyə yolu ilə bir qız uşağı dünyaya gətirib. Əməliyyatı həmin xəstəxanada çalışan mama-ginekoloq Vüsalə Ağalarova edib. Əməliyyatdan bir gün sonra uşaq tələf olub.

Amma ana övladının meyitini götürmək istəyəndə anlaşılmaz bir oyunun içinə düşüb. 

– Bizə morqda dedilər ki, həmin gün Hövsandakı kimsəsizlər qəbiristanlığına dəfn olunması üçün 15-ci tabutda 7 uşaq meyiti göndəriblər,- deyə Günay Axundova Hafiztimes.com-a bildirib:

– Amma biz qəbrin ekshumasiyası zamanı orada 8 uşaq meyiti aşkar etdik. Mənim uşağım həmin meyitlərin içində deyildi. Daha sonra oradan qanqrenaya görə kəsilmiş bir insan ayağı da tapdıq.

15-ci tabutdan çıxan uşaq meyitləri adi sellofan paketlərin içində idi. Hər paketdə cəmi iki-üç sümük olardı. Üzərinə “birka”lar da vurulmuşdu. Müstəntiqə bildirdim ki, bizə təqdim olunan sənəddə tabutda 7 uşaq meyitinin olduğu yazılıb. Amma mənim uşağımın meyiti bu qəbirdə yoxdur. Daha sonra bir uşaq meyiti də tapdıq. Üzərində birkası yox idi. Müstəntiq mənə dedi ki, bu, yəqin, sənin uşağının meyitidir. Mən də dedim ki, axtaraq, ola bilər, birka yaxınlıqda torpağa düşüb.

Müstəntiq tabutun baş tərəfindəki kəsilmiş ayağını yuxarı qaldıranda qara rəngli paket gördük. Digər paketlərin hamısı çürümüş, dağılmış vəziyyətdə olsa da, bu, təzə idi. İçərisində sadəcə bir pampersin arasında iki dənə sümük vardı. Sümüklər də təzə idi. Müstəntiqə dedim ki, bizə deyiblər, burada 7 uşaq meyiti var. Amma biz 9 uşaq meyiti tapdıq axı… 

Mən həmişə deyirdim ki, uşağımın üzərində pampers vardı. Çünki həkimlər 4 gün pampers istəmişdilər, yoldaşım da alıb, həkimlərə vermişdi. Məni yalandan inandırmaq üçün həmin o təzə sümükləri pamersin içinə büküb, yeni paketə qoyaraq, qəbri açıblar, tabutun baş tərəfinə yerləşdiriblər ki, ekshumasya zamanı guya uşağımın orada dəfn olunduğunu görüm.

Biz həmin sümükləri də götürüb, yoldaşımla birlikdə DNA testinə getdik. Bir ay sonra qohumumuz müstəntiqə zəng vurub soruşdu ki, DNA testinin nəticəsi necə oldu? Cavab verib ki, müəyyən etmək olmur. Təsəvvür edin ki, bizə həmin analizin nəticəsi olan kağızı da vermədilər.

Mənim əlimdə sənəd var. Orada qeyd olunub ki, uşağım 29 həftə, 2 günlük olub. Amma morqda mənim uşağım kimi təqdim olunan körpənin meyiti 33 həftəlik imiş. 33 həftə ilə 29 həftənin arasında bir ay vaxt var!..

– Yəni sizə başqa bir uşağın meytini veriblər?

– Mənə meyit verilməyib. Mənə sadəcə olaraq, iki sümük verilib. O sümüklərin də bizim uşağa məxsusu olub-olmadığını müəyyən edə bilmirik. Bəlkə onlar heç insan sümüyü də deyillər. Açığı, toyuğun bud sümüyünə oxşayır. Məhkəmə zamanı hakim bildirdi ki, dünyada uzun illərdən qalmış, çürümüş sümüklər də DNA testi edilə bilir. Necə yəni, bu sümükləri test etmək olmayıb?

Hövsan qəbiristanlığının müdiriyyəti mənə dedi ki, ora 7 uşaq meyti göndərilibmiş. Soruşdum ki, həmin meyitlər ayın neçəsində qəbiristanlığa gətirilib? Dedilər, 11-də. Necə ola bilər ki, ayın 9-da mən morqda oluram, orada mənə deyirlər ki, guya soyuducu işləmədiyinə görə, ayın 7-8 də meyitləri basdırmaq üçün qəbiritsanlığa göndəriblər. Qəbiristanlığın müdiriyyəti isə mənə deyir ki, meyitlər ayın 11-də ora gətirilib. Bu, məndə şübhə doğurdu. Onlar görüblər ki, mən uşağımın arxasınca morqa qədər getmişəm, meyitini istəyirəm. Buna görə də mənim uşağımın adı ilə səhərisi gün Hövsan qəbiristanlığına bir paket göndəriblər ki, onu görüb, sakitləşim. 

Bir il ərzində mən iki müstəntiq dəyişmişəm. Məhkəmə qərar verib ki, gedin, ekshumasiya edin. Bu müddət ərzində isə bir-iki sümük tapıb, gətirib həmin qəbrin baş tərəfinə qoyublar. Əgər uşaqlar eyni vaxtda ölüb və dəfn olunublarsa, niyə üzərində mənim adım qeyd olunan sümüklər də o birilər kimi çürüməyib?

Biz qəbristanlıqdan xəstəxanaya qayıtdıq. Baş həkim Telman bəyin qəbuluna düşdüm. Mənə dedi ki, “qızım, Günay, gəl, səni pulsuz müalicə edim, lazım gələrsə, Türkiyəyə də göndərərəm. 9 aydan sonra qucağına bir uşağı da verim, get evinə”. Mən də ona bildirdim ki, öz uşağımı istəyirəm. “Burada analiz üçün iki manat tapa bilməyən analar var, belə xeyirxah insansınızsa, gedin, onları pulsuz analiz edin”,- dedim.

Müstəntiqin əlində çoxlu sübutlar var. Amma o, qarşı tərəfə güc gələ bilmir. Müstəntiq də mənimlə morqa getdi. Təsəvvür edin ki, morqda işləyən kişi məni heç vaxt görməyib, tanımır. Mən içəri girən kimi soruşdu: “Sən Axundova Günaysan?” Dedim, “Alnıma yazılıb ki, mən Axundova Günayam? Haradan bilirsən?”

Morqdakı kişi mənə qayıtdı ki, “Ay qızım, camaatın heç meytinin yiyəsi tapılmır, sənin uşağını aparıb basdırmışıq, daha nə istəyirsən?” Dedim, xahiş edirəm, jurnalı aç, görüm ki, mənim uşağımı yoldaşıma dediyiniz kimi, ayın 7-8-də basdırmısınızmı?

Jurnalı açdı. Orada tarix yox idi. Sadəcə, guya mənim uşağımla birlikdə dəfn olunan digər uşaqların valideynlərinin adları qeyd olunmuşdu. Bütün valideynlərin adları göy qələmlə yazılmışdı. Bir dənə mənim adım isə qırmızı qələmlə işarələnib. Bunu müstəntiq cinayət işinə də daxil edib. Sual verdim ki, niyə mənim adımı qırımızı qələmlə yazmısınız? Cavab verə bilmədi.

– Bütün bunlarda məqsəd nə ola bilər ki?

– Mənim uşağım ölməyib. Buna tam əminəm. Sadəcə olaraq, bunu araşdırb üzə çıxaran yoxdur. Mən istəyirəm ki, səsim eşidilsin. Mənim uşağım ölə bilməzdi! Əlimdə sənəd də var ki, uşaq əməliyyatdan bir gün qabaq tam sağlam vəziyyətdə olub. Onların qoyduqları diaqnozun mənim uşağıma aidiyyatı belə yoxdur. Tabutdan çıxan sümüklər isə toyuğun bud sümüyü idi…

15-ci tabutun sirri: Ana ölmüş körpəsinin meyitini niyə tapa bilmir? – ARAŞDIRMA (FOTO)

* * *

Hövsan qəbirstanlığı 1991-ci ildə salınıb. İlk vaxtlar orada ruslar dəfn olunurmuşlar. Sonradan müsəlmanlar da basdırılıb. Çox böyük bir ərazini əhatə edən qəbiristanlıqda kimsəsizlərin dəfn olunduğu məzarlığı tapmaq yarım saatdan çox vaxtımızı aldı. Dağılmış torpaq məzarın üzərində təxminən 500-ə yaxın “birka” vardı. Məzarların əksəriyyətinin üzərində olan torpaq eşilmiş, dağılmış vəziyyətdə idi. Yaxınlıqdakı 7 dərin çuxur isə növbəti kimsəsizləri gözləyirdi. Bunu təmtəraqlı məzarları qoruyan, güllərə-çiçəklərə su tökən, addımbaşı “Yasin” oxuyaraq pul qazanan mollalar da təsdiqlədilər.

Qəbiristanlığın özünü təqdim etmək istəməyən gənc müdiri məzarlıqda türmədən, xəstəxanadan gəlmiş kimsəsiz meyitləri dəfn etdiklərini bildirdi: 

“Bu dəfnlər dövlətin hesabına olur. Çünki həmin şəxslərin heç kimi yoxdur. Bizə ölüm kağızı göndərilir. Orada bütün qeydlər olur. Biz də tabutu açmadan sadəcə olaraq, torpağa dəfn edirik. Bizim tabutu açmağa ixtiyarımız yoxdur. Buna rəsmi dövlət orqanlarının icazəsi olmalıdır. Günay xanımın dediklərinə cavab olaraq bildirirəm ki, biz həmin tabutu açmamışıq. Bizə tabutu morqdan göndəriblər. Üzərində də ölüm kağızı olub. Biz də onu dəfn etmişik. Tarixlə bağlı dəqiq heç nə deyə bilmərəm. Çünki üzərindən artıq bir ildən çox vaxt keçib”.

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının müdir müavini Etibar Əlləzov Günay Axundovanın ittihamlarına cavab olaraq bildirdi ki, hazırda şikayət üzrə yenidən araşdırma aparılır: “Vətəndaşın müraciəti nəzərə alınb. Əgər yeni bir fakt üzə çıxarsa, biz bunu sizə də təqdim edəcəyik”.

* * *
Bütün bunlar nə deməkdir? Körpəsini itirən dərdli bir ananın çırpıntıları, yoxsa doğrudan da hansısa çirkin bir oyun var? Biz ümid edirik ki, yaxın vaxtlarda baş tutacaq məhkəmə bu suala aydınlıq gətirəcək.

Jurnalist: Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Reportaj

“Elə bil, bizi kimsə yatızdırdı…” – Mələyin öldürüldüyü evdən (XÜSUSİ REPORTAJ – FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

Xəbər verdiyimiz kimi, Lənkəranda 5 günlük körpə – Nuriyeva Mələk Şaiq qızı öldürülərək, quyuya atılıb. Darquba kəndində hadisə baş verən gecə, yəni iyulun 29-da evdə öldürülən körpənin atası Nuriyev Şaiq Muxtar oğlu, həyat yoldaşı Nuriyeva Valiyə İsfəndiyar qızı, körpənin nənəsi Nuriyeva Atifə və digər yaxın qohumları olublar.

Anası körpəni yedizdirdikdən sonra yuxuya gedərkən uşaq beşikdən yoxa çıxıb. Sonra körpənin cansız bədəni həyətlərindəki üstü taxta və daşla bağlı olan 5 metrlik su quyusunda aşkar olunub. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsində aparılan ekspertiza zamanı ölən körpənin bədənində qıyıq və sancaq dəlikləri müşahidə olunub.

Körpənin bədənində, döş qəfəsinin sol nahiyəsində isə tikiş iynəsi aşkar edilərək, çıxarılıb. Mətbuatda yayılan məlumatlarda qeyd olunur ki, bu ailədə əvvəllər də anormal hadisələr baş verib, körpənin atası Nurullayev Şaiq Muxtar oğlunun gözünə hansısa məxluqlar görünüb. Onun psixi durumunun tam yerində olmadığı bildirilir. Körpənin ölümü ətrafında artıq bir neçə gündür ki, sensasion məlumat yayılır. Bildirilir ki, ailə üzvləri qız uşağı istəmədikləri üçün Mələyi öldürərək, quyuya atıblar.

 HafizTimes.com  məsələni araşdırmaq üçün Lənkəranın Darquba kəndinə yollanıb.

Kənd sakinləri bizimlə söhbətlərində bildirdilər ki, bu hadisə təkcə Darqubanın yox, bütün ölkənin adına ləkə gətirən pis, qəddar əməldir: “Biz kənd sakinləri olaraq, bu hadisəni törədənlərin tezliklə öz cəzalarını alamlarını tələb edirik. Niyə axı bütün ölkə bu kəndi qız uşaqlarının düşməni kimi tanımalıdır? Bizim də evimizdə qız uşaqları böyüyür. Onlar da Allahın bir nemətidir. Bir ailədə törədilən vəhşiyi bütün kəndin adına yazmaq güzgün deyil”.

Sakinlərin sözlərinə görə, Nuriyevlər ailəsi uzun müddətdir ki, kənddə yaşayır: “Ailənin ağsaqqalı yaxşı insandır. Heç kiminlə mübahisəsini eşitməmişik. Hamımız şokdayıq. Qonşuları da polis idarəsinə aparıb, sorğu-sual edirlər”.

– Sizin kənddə hansısa paranormal hadisələr müşahidə olunubmu? Bəziləri məsələni bu tərəfə yönəltmək istəyirlər…

– Biz illərdir ki, bu kənddə yaşayırıq. Heç vaxt elə söz-söhbət eşitməmişik. Nə də ki, heç vaxt cin-şeytan görməmişik. Bunlar sadəcə olaraq, uyğurmadır. Əsas cinayətkarı tapmaq lazımdır. Uşağı özləri öldürüblər, günahı kənd camaatının, cinin-şeytanın boynuna atırlar. Əgər məlum olsa ki, o körpəni ailə üzvlərindən biri öldürüb, bütün kənd camaatı həmin şəxsi daş-qalaq edəcəyik. Bizim kəndimizə elə cinayətkarlar yaşaya bilməz. Onlar kəndin adına ləkə gətirirlər.

…Nuriyevlərin evinin qarşısında bizi ailənin böyüyü, Mələyin babası Muxtar Nuriyev qarşıladı. Çətinliklə də olsa, ailə üzvlərilə həmsöhbət olmağa çalışdıq. Səsləndirilən ifadələri və fikirləri olduğu kimi sizə təqdim edirik:

– Bizi bütün dövlət orqanları sorğu-sual ediblər. Oğlum, həyat yoldaşım, gəlinim hazırda polis idarəsindədirlər. Hələ heç kəsi həbs etməyiblər. Dünən Bakıdan da nümayəndə gəlib, məndən izahat aldı.

– Oğlunuzun psixoloji probemləri varmı?
– Xeyr. Bunların hamısı yalandır.

-Bu zaman ailənin yeznəsi söhbətə müdaxilə edir:

Yıxılan ağacı baltalayarlar. Yalan söhbətlərdir. Amma cin-şeytan kimi söhbətlər doğru ola bilər. Çünki insan qorxan zaman gözünə hər şey görünə bilər.

Ailənin Bakıda yaşayan digər oğlu Camal da söhbətə qoşulur. Onlar da hadisə baş verən vaxt kənddə olublar. Onun həyat yoldaşı da polis idarəsində idi:

– Heç kim hadisə barədə dəqiq heç nə bilmir. Amma internetdə ailəmiz haqqında yalan məlumatlar yayılır. Heç nəyi araşdırmadan, bizə şər atırlar.

Muxtar Nuriyev yenidən söhbətə müdaxilə edir:

– Yalandan yazırlar ki, guya beş nəfər həbs olunub. Hələ heç kəsi həbs etməyiblər. Hazırda araşdırma gedir.

– Sizcə, hadisəni kim törədə bilər?
– Araşdırıb, günahkarı tapacaqlar.

– Doğulan körpə qız uşağı olduğuna görəmi onu öldürüblər?
Şaiqin qardaşı:

– Əgər o uşağı istəməsəydilər, abort etdirərdilər.
Ailənin yeznəsi:
– O uşağın doğulması üçün 7 min manata qədər pul xərcləyiblər. Uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib.

– Düşünürsünüz ki, yad bir insan gəlib, sizin evdə nəvənizi öldürüb? Axı yazırlar kı, evinizin dəmir hasraları olduğu üçün yad insan girə bilməz…

– Gördüyünüz kimi, mənim evimin ətrafında heç bir dəmir hasar yoxdur, hər tərəf açıqdır… Yəni evə kənar şəxslər də daxil ola bilər. Kimsə bu evdəki mehribanlığı pozmaq istəyir. Bu hadisə çox da gizli qalmayacaq. Bir müddətən sonra hər şey üzə çıxacaq.

– Muxtar bəy, hadisə törədilən zaman siz harada idiniz?
– Mən izahatımda da qeyd etmişəm ki, hadisə törədilən zaman evdə olmamışam. Axırıncı dəfə evimdən ayın on ikisi çıxmışdım, 31-də qayıtmışam. Evə qayıdanda gördüm ki, həyətimizdə çoxlu insanlar var. Başıma toplaşdılar və olanları danışdılar. Özümü itirdim, təzyiqim qalxdı. Dərman qəbul etidkdən sonra özümə gəldim.

Evin yeznəsi:
– Biz Bakıda yaşayıq. Uşağın imtahanı idi. Xeyli pul xərcləyib, uşağı imtahana hazılaşdırmışdıq. İmtahanı verib, bura gəlmişdik. Heç nədən də xəbərimiz yoxdur. İndi isə hər gün polisə gedib-qayıdırıq.

– Kənddə ədavətdə olduğunuz insanlar varmı?
– Xeyr. Heç kəslə düşmənçiliyimiz yoxdur.

– Bir ata kimi oğlunuza, həyat yoldaşınıza günahkar olub-olmamaları ilə bağlı sual verinizmi?
– Axı kimin ürəyi gələr ki, körpənin başına belə bir oyun açsın?! Günahakarı tezliklə üzə çıxaracaqlar.

Evin digər oğlu Camal:
– Bu ailə çox mehribandır. Mümkün deyil ki, bu ailənin hansısa üzvü belə bir hadisə törətsin. 3-4 gündür ki, istintaq gedir. Mən artıq bu evin üzvlərindən şübhələnmirəm. Polisdən tələb edirəm ki, günahkarı tapsın.

– Kimdən şübhələnirsiniz?
Evin böyüyü Muxtar bəy:

– Mən bu kənddə heç kimdən şübhələnmirəm. Kiminsə xətrinə dəyə bilmərəm.

– O biri nəvənizə, yəni oğlunuz Şaiqin digər qızına münasibətiniz necədir?
– Yaxşıdır. Bu il nəvəm məktəbə gedəcək.

Söhbət edə-edə hadisə baş verən quyunun ətrafına yaxınlaşırıq.

– Bu iki daş nə vaxtdan quyunun üzərindədir? Bəs deyirlər ki, daşlar ağırdır və qadınların onu götürməyə gücü çatmaz?!..
– Lap əvvəldən bu daşları quyunun üstünə qoyurduq. Həyətdə körpə uşaqlar gəzir. Uşaqlar quyuya düşməsinlər deyə, ağzını bağlayıb bu iki daşı da üzərinə qoymuşuq. Mən hadisədən sonra bu quyuya yaxınlaşa bilmirəm. Ürəyim ağrıyıq, qəribə hisslər keçirirəm…

Evin digər oğlu Camal:
– İnternetdə yazıblar ki, guya qardaşım içkili olub və belə bir hadisəni törədib. Qardaşım Şaiq nə içki içir, nə də siqaret çəkir. Məni də qoymurdu.
Ekspert guya uşağı yarıb və bədənində iynə izləri aşkar edib. Niyə axı qandan, əl izlərindən götürülən nümunələri açıqlamırlar? Biz tələb edirik ki, günahkar tapılsın.

– Niyə axı məhz uşağın atasının ağlına gəlib ki, Mələk quyunun içindədir?
– Bu fikir uşağın atasının ağlına gəlməyib. 3 saata yaxın axtarış aparıblar. Birdən qonşu deyib ki, gedin, bir quyunun içinə də baxın…

– O qonşudan şübhələnirsinizmi?
– O da ifadə vermək üçün polis idarəsinə aparılıb.

– Bəs uşağın anası nə deyir?
– Gəlin də ağlayaraq, uşağını öldürənin tapılmasını istəyir. Onu da hər gün polisə aparırlar.

Bu zaman evin qızları – yəni körpə Mələyin bibiləri də söhbətə qoşulurlar.

– Bu kənddə qız uşaqlarına qarşı qəddar münasibət varmı?
– Biz də bu kəndin qızlarıyıq. Bura çox gözəl, qədim kənddir. Qızları da əxlaqlıdırlar. Heç bir pis münasibət yoxdur.

– Evin gəlinini qız doğduğuna görə incitmirdiniz ki?
-Anamız Arifə gəlinı qarşı çox yaxşıdır. Anamın uşaq üçün ürəyi gedir. Bütün kənd bu söhbətlərdən şoka düşüb. Görürüsünüz, həyətdə nə qədər qız uşağı var? Mənim bir qızım, bir oğlum var. Bacımın iki qızı var. Şaiqin də bir qızı var. Hamısını da çox istəyirik. Qız uşağı da Allahın bir payıdır. Qız uşağını axı necə istəməmək olar? Qardaşımız Şaiq elə bir qızı ilə nəfəs alırdı. Anamız bütün nəvələrinə qarşı yaxşı olub. Bu hadisə isə isə sirrlərlə doludur. Nə qədər düşünsək də, heç kimdən şübhələnə bilmirik.

– Uşaq sağlam idimi?
– Çox gözəl, sağlam uşaq idi. Adı kimi özü də Mələk idi. Onu quyuya atanın, ürəyinə iynə batıranın Allah ürəyinə od salsın.

Uşağın anası Valiyə Nuriyeva da bizimlə söhbətində heç kimdən şübhələnə bilmədiklərini dedi:
– Bütün ailə üzvlərimizi uşağı öldürməkdə ittiham edirlər. İnternetdə ən çox qeyd edirlər ki, ata, ana və qaynana günahkar ola bilər. Qayınanam mənə ana kimidir. Bütün varını, pulunu mənə xərcləyib. Heç kəs evində oturub, fikir söyləməsin. Kəndi də araşdırsınlar. Həkimlərimdən də soruşa bilərlər. Məni bütün həkimlərə qayınanam aparıb. Həkimlərə yalvarırdı ki, bətimidə olan uşağı yaşatsınlar.
(Valiyə Nuriyeva xəstəxanda olması ilə bağlı xeyli sayda sənədləri bizə təqdim etdi.)

– Həyat yoldaşınızdan şübhələnirsinizmi?

– Ata balasını öldürə bilməz. Biz onunla üç il nişanlı qalmışıq. Yeddi ildir evliyik. Sevərək ailə həyatı qurmuşuq. Axı necə ola bilər ki, o, uşağımızı öldürsün?

– Sizdən də şübhələnənlər var… 
– Ana öz uşağını necə öldürə bilər?! Onu zülmlə dünyaya gətirmişdim. Övlada bir şey olanda ananın canı yanır. Həkim demişdi ki, hamiləlik zamanı çox tərpənmə. Qarnımı əlimlə tuta-tuta güclə gəzirdim ki, uşağa heç nə olmasın…

– Bəs bu uşağı kim öldürə bilərdi?
– Mən ailənin üzvlərindən şübhələnmirəm.

– Niyə? Bəlkə sizi qorxudurlar?
– Ona görə ki, biz bir ailəyik. Hamımız sevinə-sevinə, dəm-dəsgahla uşağımı xəstəxanadan evə gətirdik. Mənim qaynanam xalamdır. Həyat yoldaşım da xalam oğludur. Yad deyillər ki…

– Uşağınız yanınızda ola-ola ona kim iynə batıra bilərdi?
– Uşağa iynə batırılanda ən azından səs çıxarar, ağlayardı. Ya da bunu kimsə düşməncəsinə həyətdə edib, sonra da quyuya atıb. Amma evin içində bunu etmək qeyri-mümkündür.

– Həyat yoldaşınız qız uşaqları dünyaya gətirtdiyinizə görə sizə heç təzyiq edirdimi?
– Xeyr. Uşağın 3 ayında qız olduğunu öyrənmişdik. Problemim olmuşdu. Müalicəm üçün xeyli pullar xərclədi. Uşağımı sevinə-sevinə dünyaya gətirmişəm.

– Qaynınızın yoldaşını da polis idarəsinə aparıblar. Ondan şübhələnirsinizmi?
– O, mənim bacımdır. Mənim qulluğumda dururdu. Hər işimdə kömək edirdi. Mən onun yolunda başımı qoyaram. O, heç vax mənim uşağımı öldürə bilməz.

– Həyat yoldaşınız ruhi xəstə deyil ki?
– Xeyr. Bu haqda yazılanlar yalandır. Əgər həyat yoldaşım ruhi xəstə idisə, bu illər ərzində mən necə bunu görməyə bilərdim?

Valiyə Nuriyevanın anası, yəni körpə Mələyin nənəsi Nüşabə xanım Dağıstanda imiş, bir həftəliyə gəlib ki, qızının yanında olsun:

– Sevinclə gəlmişdim. Nəvəm üçün xonça da bəzəyib, gətimişəm. Uşağın adını da mən Mələk qoymuşam. O, Allahın bir Mələyi idi. Özü də Mələk kimi bir uşaq idi. Qızım birinci uşağını dünyaya gətirən zaman mən onun yanında ola bilməmişdim. Bu dəfə isə mənə zəng vurmuşdu ki, ana, əməliyyata gedirəm, gəl, yanımda ol. Biz bacımla, yəni qızımın qayınansı ilə həmişə yaxşı münasibətdə olmuşuq. Onu çox istəmişəm və qızımı da onlara gəlin vermişəm. O, mənim böyük bacımdır.

– Həmin gecə nə baş vermişdi?
– Elə bil, bizi kimsə yatızdırdı. İki gecə bacımla birlikdə balamın yanında yatmışıq. 3-cü gecə, yəni hadisə baş verən axşam bacımla qapı-qapıya yatmışıq. Yəni bu otaqda mən, o birisində isə bacım yatıb. Bacımın da, mənim də yatdığımız otaqların pəncərəsi açıq olub. (Açıq pəncərələri bizə göstərir və oradan kiminsə içəri daxil ola biləcəyinə eyham vurur.)

Elə istəyirdim ki, oyanım, amma oyana bilmirdim. Sanki sərxoş kimi idim. Gecə saat 2-3 arasında durduq, uşağa ana südü verdik. Yedirib, “kolyaska”ya qoyduq. Yatdım və bir də səhər 6 tamamda oyandım. Birdən evin gəlini yanıma gəldi və soruşdu ki, uşaq hanı? Gördüm ki, uşaq yoxdur. Dedim, bəlkə o biri nənəsi uşağı yanına aparıb. Getdik gördük ki, uşaq orada da yoxdur. Həyətə düşüb, evin hər tərəfini gəzdik. Elə bir yer qalmadı ki, baxmayaq. Birdən səs eşidik ki, qonşu gəlin quyunun ağzını açıb, qışqırır. Gedib gördük ki, uşaq quyunun içindədir.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar