Bizimlə əlaqə

Müsahibə

`Rus dilində danışanları dinləməli olduq` – Topçubaşının varisləri: “Atam hökumətin təzyiqi ilə bunu etdi” (EKSKLÜZİV)

Yayımlandı

da

“Onların səssiz, fikirli olmasının səbəbi bu imiş”

“Atam dedi ki, büyüdüyünüz zaman babanızın kim olduğunu anlarsınız”.

“Bütün həyatımız boyu rus dilində danışanları dinləməli olduq”

“Hökumətin təzyiqlərinə görə atam soyadımızı dəyişdirdi”.

“Azərbaycandan heç kim sonradan anamı axtarmadı”

“98 yaşımda yemək hazırlayıram. Nəvəmin üzünü görməyə imkan vermədi. Yalnız qaldım…”

Əlimərdan bəy Topçubaşı – Azərbaycanın görkəmli dövlət xadimi. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk sədri, Xarici işlər naziri. Milli müstəqilliyimiz və dövlətçiliyimiz üçün borclu olduğumuz tarixi bir şəxsiyyət

Əlimərdan bəy Topçubaşının böyük qızı Sara Kürdəmirdən (Topçubaşı) 2 nəvəsi olub, Zərifə və Gülnarə Kürdəmir. Zərifə Kürdəmir bir neçə il öncə vəfat edib. 98 yaşlı Gülnarə Kürdəmir və Zərifə Kürdəmirin qızları hazırda İstanbulda yaşayırlar.

Qeyd: Artıq bir müddət ki, bütün dünya əhalisi təhlükəli Covid-19 virusundan əziyyət çəkir. Minlərlə insan bu virusun qurbanına çevrilib, yoluxanların sayı isə 2 milyona çatır. Dünyanın əksər ölkələrində olduğu kimi, Türkiyədə də xüsusi ilə yaşlı ( 65 yaşdan yuxarı) insanların evlərini tərk etmələri qəti-qağandır. Çünki, yaşlı insanlar bu virusa daha tez yoluxurlar.

HafizTimes.com olaraq tarixi şəxsiyyət Əlimərdan bəy Topçubaşının Türkiyədə yaşayan yeganə varisləri ilə əlaqə saxladıq, vəziyyətləri ilə maraqlandıq. Söhbətimiz zamanı üzə çıxan maraqlı məqamları olduğu kimi sizə təqdim edirik:

Ə.Topçubaşının həyatda olan yeganə nəvəsi 98 yaşlı Gülnarə Kürdəmir HafizTimes.com-a danışır:

-İndi dünyada çox qəribə hallar baş verir. Hamı evə qapanıb. Heç kim bayıra çıxa bilmir. Əvvəllər bele bir hadisə baş verməyib. Mən də evdən çıxmıram. Bir köməkçim var. Həftənin 3 günü gəlir, mənə kömək edir, dərmanlarımı verir, ərzaq alır, yeməklər bişirir, təmizlik işləri görür… O, gəlməyəndə isə özüm yemək bişirməyə çalışıram…

Səhhətim də getdikcə pisləşir. Artıq gözlərim görmür, ayaqlarım yerimir. Bəzən danışmağı, sözləri də unuduram. Yalnız qalıram…

İki övladım vardı. Biri oğlan, biri qız. Qızım isə hazırda Bodrumda yaşayır. Ailə qurmuşdu. Övladı oldu. Daha sonra mənim kimi o da boşandı. Alman biri ilə ailə qurdu. Qızım da alman dilini bilir. Atası o vaxt təkid etdi ki, alman dilli məktəbdə təhsil alsın. Qızıma ailəmiz, Azərbaycanla bağlı hər şeyi danışmışam.

Oğlum Fikrəti isə çox gənc yaşda itirdim. Fikrətin taleyi Rəşad (Ə. Topçubaşının kiçik oğlu Rəşid) dayıma oxşayır. Fikrəti də mən çox tez itirdim. Oğlum ailə də qurmuşdu. Gözəl toy etmişdik. Bir nəvəm də olmuşdu. Amma ağır xəstəlik Fikrəti bizim aramızdan əbədi olaraq apardı.

-Nəvəniz sizinlə görüşürmü?

-Fikrətin oğlu olmuşdu. Amma o, vəfat etdikdən sonra anası nəvəmi də götürüb həmişəlik getdi. Nəvəmin üzünü bir daha heç vaxt görmədim… Artıq yalnız qalmağa öyrəşmişəm. Hərdən qızım zəng edir, əhvalımı soruşur.

-Əlimərdan bəy Topçubaşının sizdən başqa həyatda olan varisləri varmı?

-Zərifə adlı bir bacım da vardı. O da mənim kimi Fransada dünyaya gəlmişdi. İllər öncə bacım da vəfat etdi. Onun iki qızı var. Hazırda İstanbulda yaşayırlar. Arada telefonla əlaqə saxlayırıq. Zərifə bacım Azərbaycana çox meyilli idi. Həmişə araşdırmaq, nəyisə axtarıb tapmaq istəyirdi…

-Evdə olduğumuz bu günlərdə yəqin ki, ilk ailə yada düşür. Siz ananız Sara Kürdəmiri (Əlimərdan bəy Topçubaşının böyük qızı) necə yada salırsınız?

-Anam yaxşı bir ailənin qızı idi. Ona çox bağlı idim. Fransanın Sen Klu şəhərindəki evimizin baxçasında anamla birlikdə oturub, söhbət edərdik. Həmin anlar gözümün önündə canlanır. İtimiz, pişiyimiz vardı. Anam 80 yaşında vəfat etdi. Amma heç vaxt bizə Azərbaycan, öz ailəsi, atası haqqında danışmadı. Həmişə susmağı seçdi. Anam bizimlə yox, yalnız rus dost, rəfiqələri ilə danışardı.

Yaxşı xatırlayıram ki, anam həmişə rus dilində danışırdı. Dostları da rus dilli insanlar idi. Ümumiyyətlə o vaxt hər kəs rus dilində danışırdı. Bacım Zərifə və mən bütün həyatımız boyu rus dilində danışanları dinləməli olduq…

(Vida mərasimi- 8 noyabr,1934-ci il)

-Sizcə bunun səbəbi nə idi? Onlar niyə Azərbaycan-türk dilində danışmırdılar?

-Yaşım az idi. Çox da maraqlanmırdım. Ona görə də anamıza bu barədə heç vaxt sual vermədik. Bacımla mən günün çox hissəsini məktəbdə keçirərdik. Bizim də fransız dilli rəfiqələrimiz vardı. Onlarla vaxt keçirərdik. Elə bil anamla ayrı-ayrı dünyada yaşayırdıq. Bizə qarşı münasibəti çox soyuq idi.

Atam anam kimi evdə rus dilində danışardı. Mən şəxsən onların rus dilində danışdıqlarını eşitmişəm. Yəqin ki, anam Azərbaycan dilini də bilib. Amma mən eşitməmişəm…

-Sizə də rus dilini öyrətdilər?

-O vaxtlar mənim üçün rus dilini tədris edən bir müəllimə tutmuşdular. Ondan özəl dərs də aldım. Amma sonralar unutdum.

-Atanız kim idi? Onu necə xatırlayırsınız? Hansı işlə məşğul olardı?

-Atam Əli Əşrəf Sultanov idi. Atam da Azərbaycandan olub. Onun yalnız anası və bacısı vardı. Onlar Bakıdan gəlmişdilər. Bizimlə birlikdə yaşayırdılar. Azərbaycanda Cümhuriyyət devrildikdən sonra Sovet hökuməti hər kəs kimi mənim atamı da incitdi. O da məcbur olub ölkəni tərk edib. Ailənin bir tərəfi Trabzonda yaşadı. Atam isə Fransaya köçdü. Fransızlarla birlikdə çalışırdı. İş adamı idi. Dövlət işində çalışmırdı. Atamın dəqiq nə işlə məşğul olduğunu bilmirdim. Biz o vaxt uşaq idik. Nəsə soruşmaq istəyəndə deyirdilər ki, “siz hələ uşaqsınız, böyüklərin işinə qarışa bilməzsiniz”. Atam əvvəllər Azərbaycanda hansı vəzifədə çalışdığı barədə bizə heç vaxt danışmayıb.

-Valideynlərinizin necə tanış olub ailə qurduqlarını bilirsinizmi?

-Anamla atam Azərbaycanda tanış olublar, bir-birini seviblər. Bakıda onların toyu olub. Daha sonra Amerikaya köçdülər. Bir müddət orada qalıblar. Oranı bəyənməyiblər. Fransaya köçüblər. Əlbəttə ki, onlar arasında güclü sevgi vardı.

Atam da evdə rus dilində danışardı. Azərbaycan dilində isə çox adi cümlələr işlədirdi. Məsələn: “Bunu götür, onu apar və s.” Amma atamla anam öz aralarında yalnız rus dilində danışırdılar.

(Ə. Topçubaşının nəvəsi Zərifə Kürdəmir)

-Sizin bir qardaşınızın olduğu da qeyd olunur. Hətta atanızın dəfn mərasimini də onun təşkil etdiyini bildirilir…

-Xeyr… (Bir müddət gözləyir, təəccüblə cavab verir) Biz yalnız iki bacı olmuşuq. Atamız qəfil ürək tutmasından vəfat etdi. Bizim üçün çox ağır günlər idi. Atamın məzarı Şişlidəki Zincirliquyu qəbristanlığındadır.

Bayaq atanızın soyadını “Sultanov” kimi qeyd etdiniz. Bəs siz niyə “Kürdəmir” soyadını daşıyırsınız?

-Əvvəllər ailədə hamımızın soyadı “Sultanov” idi. Daha sonra isə atam soyadımızı dəyişdi. “Kürdəmir” soyadını daşımalı olduq.

-Atanız niyə belə bir addım atdı?

-Atam bunu etməyə məcbur oldu. Çünki hökumət onları sıxışdırırdı. “Kürdəmir” sözünü də şəxsən atam seçdi.

-Bilirsinizmi ki, Azərbaycanda Kürdəmir adlı rayon var.

-Atam “Kurdəmir” sözünü soyad kimi seçməsinin səbəbini izah etmədi. Bəlkə də atamın ailəsi həmin dediyiniz rayondan olub. Atam öz ailəsinə çox bağlı olub.

-Türkiyədə sizin ailədən başqa “Kürdəmir” soyadını daşıyan başqa ailələrlə bağlılığınız vardı?

-Xeyr. “Kürdəmir” soyadlı başqa bir ailə tanımamışıq.

-Fransada ailənizin yaşadığı ev heç yadınıza düşürmü?

-Sen Klu şəhərində yaşadığımız evi xatırlayıram. Gözəl bir ev idi. Evin salon hissəsində oturduğumuz zaman “Eyfel” qülləsini görərdik. Ümumiyyətlə, Paris gözəl bir şəhərdi. Hər tərəfdə ağaclar var, yaşıllıqlar salınıb. Təəssüf ki, İstanbulda yaşıllıqlar artıq yoxdur.

Əvvəllər hər il Fransaya gedərdim, yaşadığımız evi də ziyarət edərdim. 5 mərtəbəli bina evi idi. Biz orada kirayə yaşayırdıq. Öz evimiz deyildi. İndi isə oralar çox dəyişib, başqa ailələr yaşayır. İnanıram ki, bir gün qızım və nəvəm gedib Fransadakı baba evimizi ziyarət edəcəklər. Mənim isə artıq 98 yaşım var, heç bir yerə gedə bilmirəm…

-Tanınmış ictimai-siyasi xadim Ramiz Abutalıbovun təşəbbüsü ilə Parisdə babanız Əlimərdan bəy Topçubaşının yaşadığı ev (ünvan 37 rue Decamps,Paris-16) tapılıb və üzərinə xatirə lövhəsi vurulub.

-Buna görə çox sevinirəm. Əməyi, əziyyəti olan hər kəsə dərindən təşəkkür edirəm. Çox sağ olsun.

-Fransadan Türkiyəyə köçdükdən sonra həyatınız necə dəyişdi? Peşimanlıq yaşadınızmı?

-Əlbəttə ki, çox peşiman oldum. İstanbulu heç bəyənmədim. Paris kimi deyil. Yaşıllıqlar məhv edilib. Hər tərəf betonlarla əhatə olunub. Bu mənə çox pis təsir edir.

-Belə bir dəyərli ailəni təmsil etmək sizin üçün çətin olmadı ki?

-Hazırda yaşadığım evin salonunda babam Əlimərdan bəy Topçubaşının rəsmi var. Hər gün onun rəsminə baxıram. Belə bir ailədən olduğuma görə qürur duyuram.

-Bəs babanız Əlimərdan bəy Topçubaşını necə xatırlayırsınız?

Bizi parka aparardı. Bizimlə çox mehriban rəftar edərdi. Əlimizdən tutub gəzdirərdi. Bir yerdə oturub mənzərəni seyr edərdik. Babam çox səssiz bir insan idi. Çox danışmazdı.

-Babanız sizinlə hansı dildə danışardı?

-Babamla daha çox fransız dilində danışardıq. Həmin günləri yaxşı xatırlayıram. Onunla birlikdə parkda gəzən zaman çox əylənərdik. O anlar yaddaşıma əbədi həkk olub. Çox xoşbəxt idik.

Babam vəfat edəndə bacımla mənim 12-13 yaşımız olardı. Hər şeyi çox da başa düşə bilmirdik. Anamız bizi evdən bayıra çıxmağa icazə vermədi.

Atam da babamı çox sevərdi, hörmət edərdi. Sanki onlar arasında daha dərin bağlar var. Mən bunu babam vəfat edəndən sonra hiss edirdim. Az da olsa xatırlayıram ki, atam bacımla mənə bir dəfə dedi ki, “Büyüdüyünüz zaman babanızın kim olduğunu anlarsınız”.

(Ə. Topçubaşının həyat yoldaşı Pəri xanım)

-Bəs nənəniz Pəri xanım Topçubaşı (Həsən bəy Zərdabinin böyük qızı, Əlimərdan bəy Topçubaşının həyat yoldaşı) necə qadın idi?

-Nənəm yaxşı insan idi. O, yalnız qalmağı sevərdi. Xatırlayıram ki, bağçamızda o vaxtlar bir divan vardı. Nənəm həmişə orada tək oturardı, fikrə gedərdi. Sanki, kiminsə üçün həsrət çəkirdi. Biz də kənarda durub ona baxardıq. Başqa insanlarla ünsiyyət qurmazdı. Həyat yoldaşı yəni babam vəfat etdikdən sonra nənəm yalnız yaşadı. Amma onu hamımız çox istəyirdik. Mədəni bir qadın idi.

-Bilirdinizmi ki, nənəniz Azərbaycanda böyük bir şəxsiyyətin, Həsən bəy Zərdabinin qızı olub?

-Bu barədə heç nə xatırlamıram. Çox təəssüf edirəm. Bəlkə də bacım Zərifə bilərdi… Nənəm də heç vaxt artıq danışmazdı…

(Həsən bəy Zərdabi və xanımı)

Xalanız Sevər Topçubaşı (Əlimərdan bəy Topçubaşının kiçik qızı) necə yaşadı?

-Sevər bizim xalamız idi. Onu yaxşı xatırlayıram. Xalam heç vaxt ailə həyatı qurmadı. Bütün ömrünü yalnız başa vurdu. Qardaşı Ənvər dayımla ilə birlikdə yaşayırdı.

“Ənvər dayım isə heç vaxt övladı olmayan bir xanımla evlənmişdi”

-Ənvər dayımın həyat yoldaşı fransız bir xanım idi. Onların heç vaxt övladı olmadı. Dayım övladlarının olmayacağını əvvəlldən bilirdi.  Amma onlar bir-birini seviblər. Yaxşı xatırlayıram ki, Ənvər dayımla fransız dilində danışardıq. Yüksək intellekt sahibi idi. Ümumiyyətlə dayılarımın hamısı mədəni insanlar idi.

Ən kiçik dayımın adı Rəşad olub. (Əlimərdan bəy Topçubaşının kiçik oğlu Rəşid) Bilmirəm niyə, bəzən onu “Rəşid” kimi təqdim edirlər. Rəşad dayım yaxşı təhsil almışdı. Onun ömrü yarım qalıb, çox gənc ikən xəstəlikdən vəfat edib. Rəşadın yarım qalan ömrü ailəmizi çox incidib. Bəlkə də nənəmin kədərli, fikirli olması, babamın heç vaxt danışmamasının səbəbi də bu imiş…

 -Bəs evin böyük övladı, Əliəkbər Topçubaşı dayınızı (Əlimərdan bəy Topçubaşının böyük oğlu) necə yad edirsiniz?

-Elmi fəaliyyətlə məşğul olardı. Yüksək intellekt sahibi idi. Bütün həyatını bu sahəyə həsr etdi. Heç vaxt evlənmədi. Amma bilirəm ki, onun münasibət qurduğu xanımlar vardı. Xatırlayıram ki, ona bu barədə sual veriləndə deyirdi ki, evlənmək şərt deyil ki…

Əliəkbər dayımın İren Məlikova ilə səmimi münasibətləri olub. Bu barədə bilirəm. Mənim atam da İren xanımı yaxşı tanıyırdı, əlaqə də saxlayırdılar. Mən isə uşaq idim. Hər şeyi çox da başa düşmürdüm. Əliəkbər dayımın da övladı olmadı…

-Türkiyədə yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucusu M. Ə. Rəsulzadəni tanıyırdınız?

-Onun haqqında eşitmişəm. Amma təəssüf ki, özünü tanımaq fürsətim olmayıb. O, babam kimi böyük insan olub.

(Zərifə Kürdəmir və jurnalist Xanlar Bayramov)

Əlimərdan bəy Topçubaşının nəvəsi Zərifə Kürdəmirin İstanbulda yaşayan qızları HafizTimes.com-a danışır:

-Biz bilirik ki, anamızın ailəsi Azərbaycandan olub. Babasının Azərbaycanda Cümhuriyyət qurucusu, dövlət adamı olduğunu da bilirik. Anamız bizə ailəsi ilə bağlı çox az danışardı. Nənəmiz Sara Topçubaşını xatırlayıram. Biz onu görəndə çox yaşlanmışdı. Bir küncdə oturardı, heç danışmazdı.

Anamız Zərifə xanım Parisdə Konservatoriyanı bitirib. Universitetdə təhsil alıb. Daha sonra ailələri ilə birlikdə Türkiyəyə köçüblər. İstanbulda atamla tanış olub, evləniblər. Bacımla mən dünyaya gəldikdən sonra valideynlərimiz boşanıb. Evdə iki bacıyıq. İkimiz də ailə qurduqdan sonra anamız evdə tək yaşamalı oldu. Onunla çox da əlaqə qura bilmədik. Daha sonra anamız xəstələndi və vəfat etdi.

Anamız deyirdi ki, Azərbaycandan biri ilə danışır, ailəsi ilə bağlı şəkilləri, arxivi istəyir. Anam da evdə olan hər şeyi ona təqdim etdi. Bu gün isə evimizdə anamla, ailəsi ilə bağlı heç nə qalmayıb. Anam deyirdi ki, Türkiyədə təhsil alan Azərbaycandan olan bir tələbə ilə kitab üzərində çalışırlar. Kitabda anam ailəsindən bəhs edib. Anam o kitabın nəşr edilməsi üçün çox dəstək oldu. O tələbənin adını indi unutmuşam…

(Z. Kürdəmir bu nişanı Ramiz Abutalıbova təqdim edib)

Sonralar isə Azərbaycandan heç kimsə anamı axtarmadı…Amma anamız Azərbaycana çox bağlı idi. Bakıya getmək istəyirdi. Bu ona qismət olmadı, vəfat etdi. Anam da, Gülnarə xalam da boşanıblar. Hər ikisinin də həyatı ağır keçirib. Onlar çalışıb, əziyyət çəkərək övladlarını, bizi böyüdüblər.

İndi isə ağır vəziyyətdə yaşayırıq. O biri bacım İstanbuldan kənarda yaşayır. Həyat yoldaşım ağır xəstəlikdən əziyyət çəkir. Mən də ona baxıram. Xalam da çox yaşlanıb. Bütün dünyada olduğu kimi Türkiyədə də virusa görə vəziyyət  çox ağırdı. Heç birimiz evdən bayıra çıxa bilmirik. Sizin vasitənizlə Azərbaycana öz dualarımızı, sevgimizi göndəririk…

Tanınmış ictimai-siyasi xadim Ramiz Abutalıbovun Zərifə Kürdəmirin qızlarının fikirləri ilə bağlı qeydləri:

  • Zərifə Kürdəmirlə görüşən tələbənin adı – İmanov Vüqardır. Çap etdiyi kitab (elmi iş) – “Ali Merdan Topçubaşı (1865-1934). Lider bir aydın ve bağımsız Azerbaycan Cümhuriyyetinin temsili” (İstanbul, 2003).
  • Zərifə xanım bəzi sənədləri və nişanı mənə verib. Hazırda bu sənədlər Azərbaycan Dövlət Arxivində qorunur, Fond 3172 (Müdir Emin Sərdarov), nişanı isə Azərbaycan Tarix Muzeyinə vermişəm (Nailə xanım Vəlixanlı və Fərhad Cabbarov)
  • Parisdən gətirdiyim bütün sənədləri isə Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində, 648 və 649-cu fondlarda qorunur.

Hafiz Əhmədov

HafizTimes.com

Həsən bəy Zərdabi ailəsinin gizlinləri: “Dedi ki, məni bacımın yanında dəfn edin”– (EKSKLÜZİV MÜSAHİBƏ-FOTOLAR) BURADAN oxuya bilərsiniz.

Müsahibə

`Onun məzar daşını atam düzəldib` – Günəş Kurtulan: “Həmin an başa düşdüm ki, bakılıyam” (EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Azərbaycançılıq onun üçün daha çox mədəni müxtəliflik demək idi”

İldəniz Kurtulan – Türkiyədə yaşamış azərbaycanlı mühacir, məşhur həkim, professor, yazıçı və tərcüməçi.  Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılmasında böyük rolu var. O, Anar, Elçin, Cəlil Məmmədquluzadə, Süleyman Rəhimov, Səməd Behrəngi kimi yazıçıların müxtəlif əsərlərini Türkiyə türkcəsinə ilk dəfə tərcümə edən tərcüməçi, Azərbaycanı sevən insanlardan biri idi. Atası Müsavat zabiti olduğu üçün əvvəlcə həbs edilib, sonra isə təsadüf nəticəsində həbsdən xilas olaraq İrana sürgün edilir. Bəlkə də dövrün tanınmış kommunistlərindən birinin qızıyla evlənməsi onun həyatını xilas edir. İldəniz Kurtulan 1932-ci ildə İranda doğulub. Böyük Vətən müharibəsi illərində əmiləri Sibirə sürgün edilir və orada da həlak olurlar. Atası İldənizi Azərbaycan sevdalısı olaraq böyüdür. İkinci Dünya Müharibəsi illərində müttəfiq qoşunları İrana girir. İldənizin atasını əvvəlcə ingilislər, daha sonra Sovet ordusu həbs edir. Həbsdən xilas olduqdan sonra ailəsini də götürüb Türkiyəyə köçür. İldəniz Kurtulan qızı Günəşin təkidi ilə Azərbaycandan bəhs edən “Amcam Hamlet” (Əmim Hamlet) adlı roman yazıb. Romanın əsas qəhrəmanı əmisi olsa da, əsərdə Məmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Abbasqulu Kazımzadə, Stalinin həyatına da işıq tutulur. Romanı yazdığı ərəfədə dəfələrlə Bakıda olan, Azərbaycanı doğma vətəni hesab edən İ.Kurtulan 2007-ci ildə vəfat edib.

(İldeniz Kurtulan)

HafizTimes.com-un növbəti müsahibi İldəniz Kurtulanın qızı Günəş Kurtulandır. O, müsahibə zamanı atası, ailəsi ilə bağlı mühüm məqamlardan söz açıb, Azərbaycanla bağlı fikirlərini ifadə edib:

-Atam İldəniz Kurtulan 1954-cü ildə təkbaşına İstanbula gəlib. Həmin vaxt onun 18 yaşı olub. Daha sonra atamın arxasınca babam Əjdər, nənəm Turan və əmilərim İldar, İlhan və İlbay da İstanbula gəliblər. Mən isə 1965-ci ilin sentyabr ayında İstanbulda, Koşuyoluda böyük bir ailədə anadan olmuşam. Bizimkilər çox tezliklə bura uyğunlaşıblar, çünki Türkiyədə yaşamaq babamın arzusu olub.

-Necə bir ailədə böyüdünüz?

-7 yaşıma qədər Azərbaycan dilində danışan, Azərbaycan yeməkləri hazırlanan və musiqiləri dinlənilən bir mühitdə böyüdüm. Daha sonra biz, yəni anam, atam və məndən dörd yaş kiçik qardaşımla ayrı evə köçdük. Bütün uşaqlıq illərim atamın axşam yeməkləri zamanı danışdığı maraqlı və həyəcanlı hekayələri dinləməklə keçdi. O, babam və digər ailə böyüklərimizdən danışardı. Həmin hekayələri bir ziyalı yazarın gözü ilə söyləyərdi. Daha sonra atamı məcbur etdim ki, bu xatirələrini kitab formasına salsın. Nəhayət atam bir kitab yazdı. “Amcam Hamlet”… Yoxsa həmin hekayələr sadəcə olaraq yemək masamızda qalacaqdı.

(Mirzə Bala Məmmədzadənin məzarı. Bu daşı atam hazırlayıb. Yanındakı isə əmim İldar)

-İldəniz Kurtulanı oxucularımıza siz necə təqdim edərsiniz? O, necə bir həyat yaşamalı oldu?

-Atam ziyalı idi; yazıçı, tərcüməçi, rəssam, heykəltəraş və eyni zamanda uğur qazanmış, tanınmış bir cərrah, ginekoloq idi. Ən başlıcası isə, o, humanist idi. Beləliklə, onun universal bir baxışı tərzi vardı. Buna görə də azərbaycançılıq onun üçün daha çox mədəni müxtəliflik demək idi. Ömrünün son günlərinə qədər yazdı, rəsm çəkdi, tərcümələr etdi və hər anını dəyərli əsərlər yazmaqla dəyərləndirdi.

O vaxtlar Azərbaycan dəmir pərdə arxasında olduğu görə, ailəmizin digər üzvləri ilə Bakıda görüşmək imkanımız olmadı. Ancaq “Glasnost”dan (Aşkarlıq) sonra anam və atam ildə təxminən iki dəfə Azərbaycana gedirdilər. Əslində o dövrdə İstanbuldakı evimiz Bakı-İstanbul xəttindəki bir mədəniyyət evi kimiydi. Niyazi Tağızadə, Zeynəb Xanlarova, Aftandil İsrafilov, Anar, Emin Sabitoğlu … və daha xatırlamadığım bir çox insan..

(Zeynəb Xanlarova, İldeniz Kurtulan və həyat yoldaşı)

-Siz Azərbaycana gəlibsinizmi? Azərbaycan sizin üçün nə məna ifadə edir?

-Keçən il yenidən Bakıya getmək imkanım oldu. Heyran oldum və qürur duydum. Hələ də əlaqə qurduğum qohumlarım var. Mənə atamın nənəsinin evini göstərdilər, həmin an başa düşdüm ki, “mən özüm də bakılıyam”. Bakıya yenidən gedəcəyəm.

(Bu portreti atam özü çəkib)

-Bir az da özünüzdən bəhs edin. Harada yaşayırsınız, nə işlə məşğul olursunuz?

-Xeyli müddət reklam işlərində çalışdım, tərcüməçi oldum. Daha sonra aşbazlıq etdim. İstanbulda restoranlarım oldu, illərlə yemək bişirdim.

2007-ci ildə atamın vəfatından sonra anamla birlikdə İstanbulda qaldıq. İki ildir ki, anamı da itirmişəm. Hələ də İstanbuldayam. Ancaq cənubda kiçik bir torpaq sahəsi almaq, əkib biçmək, torpaqla yaşamaq istəyirəm.

-Atanızda dəyərli arxiv məlumatlarının olduğu qeyd edilir. Siz bu barədə nə deyə bilirsiniz?

-Arxivlə bağlı deyə bilərəm ki, iki il əvvəl, anam hələ sağ ikən Bakıda Bayraq Muzeyi açılacaqdı. Düşünürəm ki, bəzi sənədlər ora təhvil verildi. Məni daha çox maraqlandıran şey ailəmdən mənə ötürülən mədəni irsdir. Geridə də başqa bir şey qalmadı. Əjdərin nəvəsi və İldənizin qızı olduğum üçün qürur duyuram.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

`Atamı dəfn etmək üçün bizə torpaq sahəsi vermədilər` – Cümhuriyyət ordusunun qurucusunun varisi (EKSKLÜZİV-FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Polkovnik İsrafil bəyin erməni üsyanını yatırmaq cəhdləri Qarabağı Azərbaycanın bir hissəsi olaraq saxladı”

“Anamın əmisinin nəvəsi Polşanın prezidenti oldu”

Çingiz İsrafil  – 1942-ci ildə Polşanın paytaxtı Varşava şəhərində doğulub. Türkiyənin mərhum prezidenti Turqut Özalın iqtisadi məsələlər üzrə müşaviri, Türkiyə liberal iqtisadiyyat proqramının müəlliflərindən və icraçılarından olub. Amerika Kolimbiya Univeristetinin məzunudur. 1990–1992-ci illərdə Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə müşavirliyini həyata keçirib.

Qeyd: Atası Hidayət İsrafil Amerikadakı Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndələrindən olub. Əmisi polkovnik İsrafil bəy isə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qurucularından biri olub. Bakının erməni-bolşevik işğalından azad olunması uğrunda mübarizədə yaxından iştirak edib. Qarabağda erməni qiyamının yatırılmasında alayı ilə birlikdə vuruşub. Gəncə Üsyanında fəallıq göstərib. Üsyan amansızlıqla yatırıldıqdan sonra İsrafil bəy Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Türkiyə siyasi mühacirət edib, oradan da Avropaya gedib. Polşa Ordusunda polkovnik rütbəsində xidmət edib. SSRİ-ni heç vaxt özünə Vətən saymayan, Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan polkovnik İsrafil bəy döyüşlərin birində əsir düşür, 1945-ci ildə Bakıda güllələnib.

HafizTimes.com Çingiz İsrafil ilə eksklüziv müsahibənin ikinci hissəsini təqdim edir:

(Müsahibənin 1-ci hissəsini buradan oxuya bilərsiniz)

-Polkovnik İsrafil bəy sizin üçün kimdir?
-O, Mehmet Nəbinin nəslindən olan bütün ailəmizin mütləq lideri/rəhbəri idi.

-Polkovnik İsrafil bəyi heç görmüsünüzmü? O necə bir insan olub?
-Əlbəttə onu gördüm. Amma həmin vaxt çox balaca idim. Az xatırlayıram. Atam mənə dedi ki, Polkovnik İsrafil bəydə Çingiz xanın hərbi taktikası adlı iki cildlik kitab vardı və həmişə yanında saxlayırdı. Həmin kitabı oxumadan yatmırdı. Anadan olanda mənə Çingiz xanın adını qoyub.

Polkovnik İsrafil bəy həmişə boynunda gəzdirdiyi kiçik Quran kitabını da mənə vermişdi. Bu onunla bağlı yeganə xatirəmdir. Kiçik metal qabın üzərində şüşə örtük də vardı. Həmin şüşə itmişdi. İmtahanlara gedən zaman boynumdan asırdım.

-Polkovnik İsrafil bəyin ailəsi haqqında bilmək istəyirik. Uşaqları varmı?
-O, heç vaxt evlənməyib.

-Polkovnik İsrafil bəyi bəzən “Yadigar” kimi təqdim edirlər? Bu barədə nə deyə bilərsiniz?
-Yeni əldə etdiyimiz məlumatlara görə, İsrafil Yadigar adlı şəxs Azərbaycan əsilli Gürcüstan vətəndaşı olub. Tiflisdəki Hərbi Akademiyadan məzun olub. Adların oxşarlığına görə hərdən Polkovnik İsrafil bəyi həmin hərbçi ilə qarışdırırlar.

-Ailəniz Amerikaya necə köçdü?

-1950-ci illərin ortalarında Hidayət bəy Paşabahçe Şüşə Fabrikinin (1930-cu illərdə almanlarla əməkdaşlıq nəticəsində qurulan dünyanın ən böyük şüşə istehsalçılarından biri) satıcısı işləyirdi.

Atam qardaşım Nəbi ilə mənim ABŞ-da Kolumbiya Universitetində təhsil almağımızı istəyirdi. Həmin universiteti seçməsi də əbəs deyildi. Atam 1930-cu illərin ortalarında Kolumbiya universitetində birincliklə doktorluq dərəcəsi alan Kasım Gülekə heyran idi. K.Gülek məzun olduqdan sonra Ankarada şəxsən Atatürk tərəfindən qarşılanıb. Həmin vaxt Atatürk onun alnından öpüb. O, Atatürkün təlimatı ilə siyasətə qoşuldu və nəticədə CHP-nin Baş katibi, DSP ilə Dövlət naziri, Baş nazirin müavini oldu. Atamız həmişə K. Gülekdən “Atatürkün alnından öpdüyü qəhrəman” deyərək bəhs edərdi. K. Güleyi bizə örnək göstərərdi. Lakin 1950-ci illərin sonlarında Türkiyə böyük iqtisadi böhrandan əziyyət çəkirdi və atamın artıq bizi Kolumbiya Universitetində oxutmaq üçün maddi imkanları yox idi. ABŞ-a köçmək istəyəndə atamın artıq 59 yaşı vardı, ingilis dilini bilmirdi. Çox az məbləğdə pulla atam ailəsini Nyu-Yorka köçürdü. Bundan sonra atam öz məqsədlərini həyata keçirə bilərdi. Yəni mən və qardaşım Kolumbiya Universitetində təhsil alardıq.

(Hidayət İsrafil)

1988-ci ildə Turqut Özalın müşaviri olduğum zaman Kasım Güləkin iqamətgahında qarşılıqlı görüş üçün nahar yeməyinə dəvət edildim. Həmin vaxt K.Gülek 83 yaşında idi. Siyasətdən uzaqlaşıb təqaüdə çıxmışdı. Onun yayda və qışda soyuq duş qəbul etdiyini hər kəs bilirdi. Evində mərkəzi istilik sistemi istifadə etmirdi. Evi qışda oduğu kimi çox soyuq olurdu. Nahar zamanı bir çox mövzularda xoş söhbətlər etdik. Amma ona olan hörmətimə görə məni bu görüşə dəvət etməsinin dəqiq səbəbini soruşmağa utandım.

Sonra dedi ki, söhbətimizi yaxşı yanan kaminli kitabxanada qəhvə içərək davam etdirək. Qəhvələr gəldikdən sonra bir az isinməyə başladım. K.Gülek isə nəhayət əsas mövzuya keçdi. Məni iki səbəbə görə dəvət etdiyini söylədi: Birincisi, Baş nazir Turqut Özala növbəti prezident seçkilərində özünü namizəd göstərməsini söyləməyimi istədi. Ona dedim ki, məmnuniyyətlə bu istəyini T. Özala çatdıracağam. Amma siyasi məsələlərdə təsirim olmadığı üçün bunun nəticə verəcəyinə şübhə etdim. İkincisi, ABŞ-da yüksək səviyyədə bilik, təcrübə qazanan və onları öz vətənində tətbiq edən biri kimi məni, o zaman Harvard Universitetində oxuyan öz uşaqlarına nümunə göstərdiyini və onlara rəhbərlik etməyimi istədi. Həmin vaxt atam yadıma düşdü, gözlərim yaşla doldu. Çünki ən gözəl anlarımı atam görə bilmədi. Əgər o, həyatda olsaydı həmin vaxt alnımdan öpərdi.

(Turqut Özal və Ayaz Mütəllibovla birlikdə)

-Ailənizin Azərbaycan əsilli olduğunu nə vaxt bildiniz?

-Mən həmişə ailə köklərimizin Azərbaycandan olduğunu bilirdim. Atam mənə əslən Qazaxdan olduğumuzu söyləmişdi. Amma əvvəllər bunun Qazaxıstan olduğunu düşünürdüm. Sonralar Bakıda olanda və Tiflisə gedərkən Qazaxda dayandıq, burada ailəmizlə bağlı mahnıların, aşıq musiqiləri və dastanların olduğunu gördüm.

-Azərbaycandakı ailə üzvlərinizlə əlaqə saxlayırsınızmı?

-Qardaşım və övladlarımdan başqa, ögey qardaşımın uşaqları – Qasım, Oktay və Gazale ilə əlaqə saxlayıram. Həmçinin vəfat etmiş bacımın (ögey) oğlu Habil ilə də əlaqə qururam.

(Hidayət İsrafil toyda – İstanbulda)

-Atanız Hidayət İsrafil haqqında bilmək istərik. Necə bir həyat yaşadı?

-Hidayət İsrafil 1900-cü ildə Gəncədə anadan olub. Anası Begüm xanım seyid (peyğəmbər nəslindəndir) olub. Gəncədə Nizami küçəsində yerləşən evinin bağçasının bir küncündə tarixi bir türbə var. Şəkili sizə göndərirəm.

Atam gimnaziyanı bitirib. Lakin həmin vaxt yaranan qarışıqlığa görə təhsilini davam etdirə bilməyib. Atası Mehmet Nəbi bölgənin “Meşə bəyi”si idi. (bu ünvan ailəmizdə uzun illər qaldı və 1990-cı ildə Gəncəyə ziyarət edərkən öyrəndim ki, atamın qardaşı Fərhad bəy də “Meşə bəyi” olub). Atamın ailəsigil bahar, yay və payızda Yuxarı Seyfəli və Aşağı Seyfəlidə, qış aylarında isə Gəncədə məskən salıblar. Mehmet Nəbi Bəy Gəncədəki ən nüfuzlu ailələrdən birinin lideri idi.  Böyük oğlu İsrafil bəy çar rejimi tərəfindən Moskvadakı Hərbi Akademiyada təhsil almaq üçün Gəncədən seçilən iki gəncdən biri idi.

(Polkovnik İsrafil bəy güllələnməmişdən öncə çəkilib)

Atamın xatirələrindən birini sizinlə bölüşəcəm. Atam 5 yaşında olarkən Mehmet Nəbi bəy öz adamları ilə Yuxarıdan Aşağı Seyfəliyə gedərkən bir qurup erməni tərəfindən pusquya düşüblər. Böyük bir qayanın arxasına sığınıblar və atam həmin vaxt atdan yıxılıb. Bunu görən Mehmet Nəbi bəy atamı xilas etmək üçün tez onun yanına qaçıb. Deyib ki, bizim birinci vəzifəmiz onu xilas etməkdir. Atamın yanına çatan kimi onu qucağına alıb və sol qolunun altında saxlayıb. Fikirləşib ki, birdən güllə atarlar, atama dəysə o, həlak olar. Atamı son ana qədər qorumağa çalışıb. “Ölsək də birlikdə ölərik” deyərək atamı sinəsinin üstünə qaldırıb. Bir neçə dəqiqə sonra atılan güllə onun düz qılıncının üstünə dəyib. Qayanın arxasında təhlükəsiz yerə çatan kimi atamı öpüb. Atam bunu hər zaman xatırlayırdı.

Atamın xatırladığı başqa bir hadisə də vardı. Yeniyetmə yaşlarında olarkən atam Mehmet Nəbi bəy və bir neçə atlı ilə birlikdə səyahət edərkən böyük bir erməni dəstəsi tərəfindən təqib olunublar. Həmin vaxt bir erməni rahib onların həyatını xilas edib. Tövlədə gizləniblər. Həmin rahib Mehmet Nəbinin yaxın dostu olub.

Bolşeviklər hakimiyyətə gələndə bütün ərzaq ehtiyatlarını, atları, mal-qaranı da ələ keçirmişdilər. Götürmədikləri tək şey torpağa basdırılmış soğanlar və hər payızda əhliləşdirilən bir ayğır və dağa-dərəyə qaçmış vəhşi atlar idi. Həmin vaxt Gəncədə qalan evin böyük oğul Hidayət idi.  O, bütün ailənin ehtiyaclarını ödəməli idi. Bir çörək dükanı və eyni zamanda qəssabxana açmaq üçün İrandan iki çörəkçi işə götürdü. Çox uğurlu oldu, pul qazandı. Mənə söyləyərdi ki, “3 atlı araba-troyka ilə gəzirdim”.

(Mehmet Nəbi İsrafil)

Ancaq atası Mehmet Nəbiyə sui-qəsd edildikdən sonra növbəti qurbanın özü olacağını düşünüb və qaçmağa qərar verib. Bir gecə bacısı Gülsümü yanına çağırıb. Paltosunda gizlətdiyi qızıl pullar barədə heç kimə heç nə deməyəcəyi ilə bağlı and içiblər. (Mən onunla 1990-cı ildə görüşəndə çox sevinmişdim. O, mənə bu məlumatı təsdiqlədi) Ertəsi gün səhər heç kimə demədən oranı tərk edib. Geridə isə hamilə arvadı Səkinə və bir yaşında oğlu Sabir qalıb. Mən illər sonra Gəncəyə getdiyim zaman Sabirlə tanış oldum. Bir müddət sonra atamın bir qızı da dünyaya gəlib. Adını Firəngiz qoyublar. O, polkovnik İsrafil bəyin dostu Əhməd Cavadın oğlu Aydınla ailə qurub. Amma mən Gəncəyə getdiyim zaman Firəngiz də vəfat etmişdi. Ancaq onun oğlu Kabil və ailəsi ilə tanış oldum.

Gəncəni tərk etdikdən sonra Hidayət bəy Şimali Qafqaz dağlarını piyada keçərək nəhayət Xəzər dənizinə qədər gedib çatıb. Çox ağır səyahət olub. Oradan Türkmənistana və daha sonra isə İrana gedib. İsfahana gəldikdən sonra bir otel otağı kirayə götürüb. Uzun müddət çimmədiyi üçün hamam axtardığını deyib. Onu mərkəzdəki məscidə aparıblar. Burada hamının bir yerdə yuyunduğu böyük bir hovuzu olan hamama gedib. Durulanmaq üçün pul müqabilində kiçik bir su qabı təmiz su ala biləcəyini deyiblər. Beləliklə o, böyük su qabında təmiz su sifariş verib. Həmin vaxt ətrafdakılar onun pullu olduğunu hiss ediblər. O, otel otağına gedəndə gecə otağa basqın edib bütün qızıl pullarını götürüblər. Nəhayət çox çətinliklə Tehrana gedib. Orada Türkiyə səfiri ilə əlaqə qurub. Səfir ona bütün səyahət sənədlərini təqdim edib. Atamı bir hərbçinin (müfreze) müşayəti ilə at belində Türkiyə sərhədinə aparıblar. Orada olan zaman öyrənib ki, Polkovnik İsrafil bəy Polşadadır. Beləliklə o da Varşavaya gedib qardaşı ilə görüşüb.

1940-cı ildə mənim anam Məryəmlə evlənib. Anamın əmisi oğlunun oğlu Lex Valensa Polşa prezidenti olub.

(Çingiz İsrafilin toyu- 1970-ci il)

İkinci Dünya Müharibəsinin sonunda atam İtaliyadan İstanbula bir qayıqla gedib. Qayıqda olarkən dizlərində deşiklər əmələ gəlib. Nəticədə şalvarını kəsməli olub. 1945-ci ilin payızında qısa şalvarın üzərinə kostyum geyinərək İstanbula gəlib. Bir müddət sonra anamla əlaqə qurub. 1946-cı ilin yayında biz də qatarla İstanbula gəldik. Türk pasportları ilə Türkiyəyə gəlməyimizə baxmayaraq, bizə vətəndaşlıq verilmədi. Məktəbə getmək vaxtı gələndə bizə dedilər ki, yalnız Xarici Vətəndaş Sertifikatı ilə dərslərdə iştirak edə bilərsiniz. Atam bunu qəbul edə bilmədi və Ankaraya getdi. Həmin sertifikatla bağlı Daxili İşlər Naziri ilə görüşüb. Görüş zamanı nazir bizə vətəndaşlıq vermək istəməyəndə atam bu hekayəni ona danışıb: “Bazarda gəzən bir adam qəfildən diqqətini çəkən zəif bir səs eşitdi və dükana girib nə etdiklərini soruşdu. Ona qızıl döydüklərini dedilər.  Bir qədər irəli gedəndə daha yüksək bir səs eşitdi. Gümüş döydüklərini dedilər. Birdən yenə səs eşitdi. Bu dəfə isə mis döydüklərini öyrəndi. Küncə dönəndə çox güclü bir səs onu bürüdü. Soruşduqda ona dəmir döydüklərini söylədilər. Bundan sonra həmin adam üzünü dəmirə tərəf tutub dedi ki, köşədəki qızıl, gümüş və mis səndən daha dəyərlidir, onları da döyürlər. Amma sənin kimi çox şikayətlənmirlər. Halbuki, sən onlardan daha ucuzsan. Dəmir həmin adama cavab verib: Döymə zamanı istifadə olunan bütün çəkiclər dəmirdəndir. Özüm özümü döydüyüm üçün bu qədər ağlayıb, şikayətlənirəm”. Bu hekayədən sonra Nazirlər Kabineti tərəfindən bizə vətəndaşlıq verildi.

(Hidayət İsrafilin sənədi)

ABŞ-a gəldikdən bir neçə il sonra Hidayət bəy ipoteka maliyyələşməsindən istifadə edərək əvvəl əmlak sahəsinə sərmayə qoydu və sonra restoran işinə başladı. Həmin vaxt Hidayət bəy Amerikanın Azərbaycan Türkləri Cəmiyyətinin nəzdində Nyu-York / Nyu-Cersi bölgəsində Azerbaycanlı Mühacirlərin Təşkilatını yaratdı və ilk sədri seçildi.

Üzvlərin çoxu Hidayət bəyin verdiyi fərdi giriş vəsiqələri ilə ABŞ-a gələ bildilər və bir çoxu da Polkovnik İsrafil bəy tərəfindən bolşevik hərbi əsirlərinin sıralarından xilas edilmişdi. Daha sonra Şimali Qafqaz, Ermənistan və Gürcüstan immiqrantları da oxşar cəmiyyətlər qurdular. Və Qafqaz xalqlarının sovet işğalı altındakı acınacaqlı vəziyyətinə diqqət çəkmək üçün siyasi lobbiçiliklə məşğul oldular. Hidayət bəyin ingiliscəsi məhdud olduğundan 1969-cu ildə Prezident Niksonun andiçmə mərasiminə dəvət olundum və bəzi fəaliyyətlərdə də iştirak etdim. İllər sonra Hidayət bəy bəzi üzvlərlə mübahisəyə qarışdı və onlara etiraz olaraq 1970-ci ildə həm sədrlikdən, həm də üzvlükdən istefa verdi.

(Azərbaycan Prezidentinin məsləhətçisi)

Azərbaycan və Şimali Qafqaz cəmiyyətləri öz üzvlərinə dəfn sahələrini 500 dollar müqabilində vermək üçün Nyu-Cersidəki Con F. Kennedi Qəbiristanlığına bitişik ərazinin almaq üçün əməkdaşlıq etmişdilər. Hidayət İsrafil 8 iyul 1972-ci ildə vəfat etdi.  Azərbayan Cəmiyyəti atamı dəfn etmək üçün bizə torpaq sahəsi satmaqdan imtina etdi. Dedilər ki, atam cəmiyyətin üzvlüyündən istefa verib. Çarəsiz qaldığım üçün Şimali Qafqaz Cəmiyyətinin sədri Ramazan bəylə əlaqə saxladım. Dedi ki, “Başımızın üstündə yeri var”  və 500 dolları almaqdan da (israrla) imtina etdi.

(Azərbaycan Təşkilatı, Nyu York toplantısı 1960-cı illərin əvvəlləri (Hidayət bəy, soldan ikinci)

-Hidayət İsrafil bəy heç Azərbaycana qayıtdımı?

-Bolşevik işğalı davam etdiyi müddətdə Azərbaycana qayıda bilmədi. Sovet İttifaqının öz ağırlığına tab gətirmədən dağılacağına inanırdı. Öz vətənlərindən uzaq düşən azərbaycanlıların toyunda hamı vətən həsrəti ilə ağlayırmış. Atam onlara deyib: “Allaha şükür edək ki, Vətəndən uzaqda keçən hər günümüz bizi vətənimizin azadlığına bir gün də yaxınlaşdırır”.

-Hidayət İsrafil və azərbaycanlı dostları Amerikada (Newark) məscid tikdirdilər?

-Atam vəfat edən zaman orada Azərbaycan məscidi yox idi. Onun ölümündən təxminən bir il sonra həmin Cəmiyyət mənimlə əlaqə saxlayaraq Azərbaycan məscidinə töhfə verməyimi istədilər. Həmin vaxt atamın cənazə mərasiminin başqa bir müsəlman icmasının məscidində keçirilməsini xatırladım. Onlara dedim: “Qurucu rəhbərinizə dəfn sahəsi verməkdən imtina etdikdən sonra hansı cəsarətlə məndən kömək istəyirsiniz?” Mən bu töhfədən imtina etdim. “Heç vaxt məscidinizə də, təşkilatınıza da ayaq basmayacam”. Atamın elə dəfnindən sonra ABŞ-dakı azərbaycanlılarla bütün əlaqələrimi kəsdim.

-Sizin ailəniz üçün Azərbaycan nə deməkdir?

-Atam həmişə deyirdi ki, “Allahdan sonra Peyğəmbər gəlir, Peyğəmbərdən sonra ən böyük qardaş gəlir”. Mehmet Nəbi bəyin böyük oğlu Polkovnik İsrafil bəy bütün ömrünü Azərbaycana həsr etdi və onun şərəfi uğrunda ölməyə hazır idi və bütün ailəmizin ən yüksək hörmət və təqdirini qazandı. Mehmet Nəbi bəyin bütün nəsli Polkovnik İsrafil bəyin adını ailəmizin soyadı olaraq qəbul etdi. Hamımız onun adına layiq olmağa çalışırıq. Atam hər zaman yanında gəzdirdiyi gümüş siqaret qutusundan istifadə edirdi. Qutunun ön hissəsinin mərkəzində Azərbaycan bayrağını var. Ətrafında isə onun ailəsinin və Varşavadan olan dostlarının imzaları var. (İsrafilin son iki hərfi yoxdur, Lula isə valideynlərimin bir-birlərini necə çağırdıqlarıdır). Heç vaxt atamın yanında siqaret çəkməsəm də, kolleci bitirdiyim zaman atam həmin qutunu mənə verdi.

(Həmin qutu)

Mən qardaşım M. Nəbiyə Kolumbiya Universitetində təhsilini davam etdirmək üçün kömək edərkən atam “Nəbini mənə ver. Onun bir iş adamı olmasını istəyirəm”- dedi. Atama cavab verdim ki, Nəbi əvvəlcə təhsilini başa vurmalıdır. Geologiya diplomu ilə məzun olduqdan sonra qardaşım Beyrutdakı Amerika Universitetinə yüksək dərəcə ilə daxil oldu. Amma Livandakı vətəndaş müharibə nəticəsində təhsilini yarımçıq qoydu. Və “Manhattan Arts & Antiques Center”də bir mağaza açaraq antik əşyalarla məşğul oldu. Manhettinin 57-ci küçəsində prestijli bir yerdir. Həm də samovarlar haqqında bir kitab yazdı. Atam bunu da görmədi. Amma onun arzusu həyata keçdi.

(Mehmet Nəbinin mağazası)

-Azərbaycan ailəmizin Vətənidir. Xalqımızın rifahına töhfə vermək üçün əlimdən gələni etdim, amma ehtiyac duyulan daha çox şeylər edəcəyim bir vaxtda Elçibəy tərəfindən qarşısı alındı.

-Əmim Polkovnik İsrafil bəyin Qarabağda erməni üsyanını yatırmaq cəhdləri Qarabağı Azərbaycanın bir hissəsi olaraq saxladı. Tam bir əsr sonra qəhrəman Azərbaycan əsgərləri güclü və mahir rəhbərlik altında Qarabağı işğaldan azad etdi və 30 illik ədalətsizliyə son qoydular.  İnamınızı itirməyin və bacardığınız qədər çox çalışmağa davam edin – Ən yaxşısı hələ gələcək.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

`I’ve never been to Azerbaijan` – Facebook CEO’s Dentist Dad: “Many people ask what we did to raise successful children” (EXCLUSİVE)

Yayımlandı

da

Tərəfindən

Dr. Edward Zuckerberg is the founder of Painless Social Media, a company geared toward bringing in new clients and bolstering relationships with existing ones. Throughout his career as a dentist, Dr. Edward Zuckerberg was a pioneer in the integration of technology in the dental office. He now uses his vast experience to help other dental practices use social media and new technology to grow and promote their own businesses. He graduated from the NYU College of Dentistry in 1978. From 1981 to 2013, he owned his own dental practice in Dobbs Ferry, NY, where he pioneered many painless techniques to help patients who suffered from dental fears and anxieties. He has always been an early adopter of technological advances in the field and was one of the first practices to convert to digital radiography and paperless records. He’s also the father of Facebook founder and CEO Mark Zuckerberg.

Dr. Edward Zuckerberg has been interviewed by Azerbaijani journalist Hafiz Ahmadov. HafizTimes.com proudly presents the exclusive interview with Edward Zuckerberg father of Facebook founder and CEO Mark Zuckerberg.

-I was born in New York City and received all my training in NY, including College and Dental School. I graduated from NYU College of Dentistry in 1978 and have been a licensed Dentist for over 40 years now. I was always fascinated by technology and employed many of the latest ones in my practice well before my peers, indeed I was a trailblazer! I computerized my office in 1985 with the first IBM PC XT. It was a very primitive machine with only 10MB hard drive and 512K RAM and operated with DOS as its’ operating system but it got me hooked as a way to automate many tasks while my colleagues were still using paper books and forms. Soon after I added an intraoral camera which enabled me to take pictures inside the patients’ mouths and show them on a TV screen what their situation was. Commonplace now, but back in the late 1980’s that was truly groundbreaking technology for a Dentist’s Office.

In the early 1990’s we added an air abrasion machine and were catering to the many Dental Phobic patients in our practice with a drill-free method to treat many small cavities. This was especially great for treating young children. In the late 1990’s my office was one of the first to adopt Digital X-rays and in 2005 I developed a system along with my son-in-law to digitize all our charts and remove practically all paper from our office. In 2008 we first offered CAD/CAM same day completed restorations for crowns, veneers and inlay/onlays.

-İsn’t it difficult to be a pioneer in the integration of technology in the dental office and development of techniques for delivering Painless Dentistry for over 40 years? What is Painless Dentistry?

-My son Mark, at the age of 12, wrote a program in 1996 that enabled the computers in our office to all talk together to allow communication among staff members. Indeed, this software, dubbed “Zucknet” was probably the world’s first Social Network! The “Painless” prefix to my name resulted from my ability to offer comfortable and caring treatment to my patients and many of them dubbed the name Painless DRZ for me.

My wife, Karen, who is a Psychiatrist, also helped me develop techniques to treat even the most phobic patients painlessly and so we attracted many patients to our office who were fearful of going to the Dentist.

Later, in my second and current career as a consultant and advisor to Dentists, Dental organizations and Dental Technology startup businesses, I noted that the methods for utilizing Social media were painful for them so I adopted the business name Painless Social Media.

I no longer manage my old Dental office Facebook Page, but thankfully Einstein Medical does it for me since I only practice Dentistry very part time. The page www.facebook.com/painlessdrz is a valuable resource for my patients. I do, however manage my current consulting page which is geared to help Dentists everywhere manage their own Social media presence and that can be found at www.facebook.com/painlesssocialmedia.

-How is going your daily life?

-I also enjoy spending lots of time with my wife and six grandchildren as well as my four children when they aren’t busy at work.  My time now is spent consulting, advising and lecturing to dentists and startups, plus the recreations of photography, hiking, travel and contract bridge.

-How is going your daily life? In your opinion, how should be the ideal family? What can Edward Zuckerberg advice to parents? -Tell us please about Edward Zuckerberg as a family head and father?

-Many people ask what we did to raise successful children. All I can say is that since you will spend more hours at work than almost anything else in life, it should be something you enjoy. We tried to allow our children to find their passions in life and supported and encouraged them to pursue careers that involved their passions.

-How was Facebook set up? Tell us please your role about setting up of Facebook? What is your thought about future of Facebook?

-While I did not have a direct role in the development of Facebook, I served as a very early advisor to my son in the very early development stages, but one of the brightest things he ever did was to surround himself with great advisors with much more business and technology experience than me, and he used those mentors to help him develop a successful business model, as well as following his own instincts and utilizing his own skillsets to create an amazing business.

-Do you want your grandchildren to be a dentist in future?

-While none of my children have become a Dentist, I would welcome one of my grandchildren to pursue the profession if they do it as a passion.

-We would like to know your thoughts about Azerbaijan, Baku. Would you like to visit to Baku?

-I have never been to Azerbaijan, but would certainly consider a visit there sometime in the future.

Hafiz Ahmadov

HafizTimes.com

Oxuyun

Trend yazılar