Bizimlə əlaqə

Xəbər

Şahbaz Quliyev Şuşadan VƏSİYYƏT MƏKTUBU göndərdi – SON DƏQİQƏ

Yayımlandı

da

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Azərbaycan vətəndaşı Şahbaz Quliyev ailəsinə məktub göndərib.

Bu barədə HafizTimes.com -a girovun bacısı İradə Quliyeva  məlumat verib.

“Şahbaz mənə vəsiyyət məktubu göndərib. Qardaşım məktubunda vəsiyyət edib, bizdən halallıq istəyib. Xəstə olduğunu, dərmanlarla  yaşadığını qeyd edib. Məktubda yazıb ki, mənə, ailəmə çəkdiyiniz bütün əziyyətləri halal edin.

-Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları da mənə bildirdilər ki, qardaşım həkim nəzarətində saxlanılır.  Şahbaz qan təzyiqindən əziyyət çəkir.

İradə Quliyeva həmçinin qeyd edib ki, Şahbaz Quliyev həbsxanada təkkameralı hücrədə saxlanılır.

-Qardaşımın kimsə ilə söhbət etməsinə icazə verilmir.  Bəlkə də qardaşım Dilqəmlə bir yerdə saxlanılsa idi, həmsöhbət olardılar, bir az səhhəti yaxşılaşardı. Şahbazı hazırda Şuşadakı həbsxanada saxlayırlar. Ona görə də qardaşım bizə vəsiyyət məzmunlu məktub yazıb.

“Qardaşım məktubunda yazıb ki, ailəmə baş çəkin, qızımı tək buraxmayın”.

-Bu məktubu alandan bəri ürəyimiz ağrıyır, Şahbaza görə çox narahatıq. Qardaşım düşmən girovluğundadır.  Bizim tək istəyimiz  Şahbazgilin tezliklə azadlığa buraxılmasıdır”, – deyə İradə Quliyeva qeyd edib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Hafiz Əhmədov

HafizTimes.com

Xəbər

“Dəhşətli xəbərlərdir” – Amerikalı diplomatlar: “Münaqişənin həlli üçün hərəkətə keçilməlidir” (Eksklüziv)

Yayımlandı

da

Tərəfindən

“Təmas xəttində və ya Azərbaycan-Ermənistan sərhədi boyunca hücum xarakterli hərbi əməliyyatların nəyin bahasına olursa olsun qarşısı alınmalıdır”.

Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza HafizTimes.com-a açıqlaması zamanı deyib. Amerikalı diplamat Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri təxribata münasibət bildirib:

-Bu xüsusi insidenti geniş şərh edə bilmək üçün kifayət qədər məlumatım yoxdur. Ağır texnikalar təmas xəttindən və yaxud Azərbaycan-Ermənistan sərhəddindən geri qaytarılsa və keçən il Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan tərəfindən atəşkəs rejiminin gücləndirilməsi, əhalinin, Ermənistan və Azərbaycanın sülhə hazırlanması üçün görülən tədbirlər yenidən müzakirə edilsə daha çox faydalı olar”.

Rusiya Dövlət Dumasının üzvü Konstanin Zatulinin Ermənistandakı Rusiya hərbi qüvvələrinin Ermənistan adından müdaxilə edə biləcəyi barədə təxribatçı ifadəsi məni daha çox narahat edir. Rusiya Minsk Qrupunun həmsədridir. Bu isə Rusiyanın qərəzsiz vasitəçi kimi hərəkət etmək məsuliyyətinə zidd görünür. Bu daha çox Rusiyanın Ermənistan tərəfini seçməsi üçün bir təklif kimi səslənir. Zatulininin bu açıqlaması Rusiyanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun qanuni olaraq Azərbaycana məxsus olması ilə bağlı siyasətinə ziddir. Bütün bunlar təxribatdır.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert F. Sekuta da HafizTimes.com-a açıqlaması Qarabağ münaqişəsinin həlli ilə bağlı işlər görülməli olduğunu qeyd edib:

“Dəhşətli xəbərlərdir. Bütün bunlar bu konfliktin dondurulmuş olmadığını göstərir. Yalnız status-kvonu saxlanmaqla deyil, münaqişənin həlli üçün hərəkətə keçilməlidir”.

Hafiz Əhmədov

Oxuyun

Xəbər

`İnstagram`ın baş direktoru `trol`larla mübarizə yolunu açıqladı (EKSKLÜZİV+FOTO)

Yayımlandı

da

Tərəfindən

“İnstagram”ın baş direktoru Adam Mosseri HafizTimes.com-un sualını cavablandırıb. O, ilk dəfə olaraq “instagram”da dizayn etdikləri yeni bir funksiyadan söhbət açıb: 

– “İnstagram”da “trol”lara qarşı necə mübarizə aparmaq olar?

-Məhdudlaşdırın! Bu yaxınlarda yeni bir funksiyanı işə salmışıq. Bu funksiya sizə icazə verir ki, kiminsə “comment”ni başqaları görmədən öncə təsdiq edə bilərsiniz. Həmçinin də onların sizə göndərdikləri mesajları özləri də bilmədən oxuya bilərsiniz.

Bunu “bullying”in hədəfinə çevrilənlərə kömək etmək üçün dizayn etmişik. Bu funksiya həmçinin “trol”lara qarşı mübarizə üçün də əhəmiyyətlidir.


Qeyd edək ki, Adam Mosseri “instagram”ın baş direktoru, amerikalı sahibkardır. Nyu-Yorkun Çappaqua şəhərində anadan olub, böyüyüb. Medya və informasiya dizaynı sahəsində bilik əldə etmək üçün Nyu-York Universiteti Gallatin İndividuallaşdırılmış Təhsil Məktəbinə daxil olub. 2005-ci ildə informasiya dizaynı ixtisası üzrə məzun olub. Hələ 2003-cü ildə universitetdə təhsil alarkən A. Mosseri, qrafika, sərgi dizaynı ilə bağlı “Blank Mosseri” adlı dizayn konsultasiyalarına başlayıb. Mosseri 2008-ci ildə “Facebook”da dizayneri kimi çalışmağa başlayıb. 2009-cu ildə dizayn üzrə menecer, 2012-ci ildə isə şirkətin mobil tətbiqlərinin dizayn üzrə direktoru olub. 2012-ci ildən 2016-cı ilə qədər Mosseri “Facebook”un “News Feed” bölməsinə rəhbərlik edib. 2016-cı ildən 2018-ci ilin mayına qədər “Facebook”da vitse-prezident vəzifəsində çalışıb. 2018-ci ilin may ayında Mosseri “İnstagram”da vitse-prezident vəzifəsinin icrasına başlayıb.

2018-ci ilin 1 oktyabr tarixində “Facebook” elan edib ki, “İnstagram”ın təsisçiləri Kevin Systrom və Mayk Kriegerin istefa verdikdən sonra Adam Mosseri “İnstagram”ın yeni rəhbəri olacaq. Adam Mosseri həyat yoldaşı Monica Mosseri və iki az yaşlı oğlu ilə birlikdə ilə San-Fransiskoda yaşayır.

Xatırladaq ki, A. Mosseri bir müddət öncə də HafizTimes.com-un sualına cavab göndərib.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Xəbər

Erməni girovluğundakı Şahbazın səhhəti ağırlaşdı – SON DƏQİQƏ

Yayımlandı

da

Tərəfindən

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Azərbaycan vətəndaşı Şahbaz Quliyevin  səhhəti  ağırlaşıb.

Bu barədə HafizTimes.com -a girovun qardaşı İlham Quliyev məlumat verib.

“Şahbaz ailəsinə məktub göndərib. Qardaşımın vəziyyəti ağırlaşıb. O, hazırda Şuşada həbsxana şəraitində müalicə olunur. Şahbaz məktubunda  bu barədə  çox məlumat verməyib. Qardaşım düşmən girovluğundadır. Ona görə çox narahatıq”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

HafizTimes.com

Oxuyun

Trend yazılar