Bizimlə əlaqə

Müsahibə

“Qız övladlarınıza ürəyinizi açın”– Metyu Brayza: “Lənkəran çayı üçün darıxıram”(EKSKLÜZİV)

Yayımlandı

da

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza HafizTimes.com-a eksklüziv müsahibə verib. Amerikalı diplomat şəxsi həyatı, Qarabağ münaqişəsinin həlli, eləcə də Trampın Azərbaycanla bağlı siyasəti barədə önəmli məqamlardan söz açıb:

– Hazırda harada yaşayırsınız? Fəaliyyətiniz nədən ibarətdir?

-Hazırda İstanbulda yaşayıram. Finlandiyanın “Lamor Corporation” şirkəti ilə birgə yaradılan “Lamor Turkey”in baş direktoruyam. “Lamor Corporation” neft tullantılarının və digər ekoloji problemlərin aradan qaldırılması üzrə dünyanın ən aparıcı şirkətlərindən biridir. Bundan savayı Finlandiyada yerləşən “Lamor” şirkətinin Direktorlar Şurasında, həmçinin Türkiyənin ən böyük enerji şirkəti olan “Turcas” və mərkəzi Londonda olan “Nobel Upstream”də çalışıram.

Qeyd edim ki, Atlantika Şurasının böyük elmi işçisi və Ceymstaun Fondunun üzvüyəm. Təşkilat Vaşinqtonda yerləşir və xarici işlər üzrə araşdırma fəaliyyəti ilə məşğul olur. Bundan əlavə, mən Avropanın şimal-şərqinə təbii qaz tədarükü və kibertəhlükəsizliklə bağlı konkret layihələr üzərində işləyirəm.

– Azərbaycan üçün darıxırsınız? Bakıda ən çox nəyi bəyənirdiniz? 

-Təbii ki, Azərbaycan üçün darıxıram. Ailəmə hörmətlə yanaşan bu insanların istiliyi, sevgisi üçün darıxıram. Biz bu hörməti Bakıda olanda hiss edirdik və bu, qarşılıqlı idi. İndi də elədir. Mən, həmçinin Bulvar, İçərişəhər, Fəvvarələr Meydanı və Azərbaycanın gözəl təbiəti üçün darıxıram. Deyə bilərəm ki, Azərbaycan çayı üçün də darıxıram. Lənkəran çayı daddığım ən ləzzətli çaydır.

– Nə vaxtsa Azərbaycana geri dönmək, burada yaşamaq istərdinizmi?

-Xoşbəxtlikdən İstanbulda yaşadığım üçün Azərbaycana tez-tez səfər etmək imkanım olur. Ümid edirəm ki, səfərlərimin sayı artacaq və Azərbaycanda olan tərəfdaşlarla işləyərək sizin gözəl ölkənizin təbiətini neft tullantılarından qorumağa və müxtəlif sənaye müəssisələrində kimyəvi və digər tullantıların azaldılmasına yardım edə biləcəyəm. Ola bilsin ki, mənim şirkətim Bakıda ofis də açsın.

– Maraqlıdır, amerikalı bir kişi ilə türk xanımın sözləri hər zaman üst-üstə düşürmü? Sizin fikrinizcə, ideal ailə necə olmalıdır?

– Gündəlik həyatımız sadəcə möhtəşəmdir. Biz sakit Belqrad meşəsində xoşbəxtik. Mənim qızım məktəbə gedir və bizim təmiz havada gəzmək, idmanla məşğul olmaq, həmçinin İstanbulun möhtəşəmliyindən həzz almaq üçün kifayət qədər imkanımız var.

İdeal ailə fundamenti sevgi və bütün ailə üzvlərinin bir-birinə, valideynlərə hörmət etdiyi bir ailədir. Bu ailədə valideynlər öz övladlarına sevgi ilə yanaşır, uşaqlar isə öz valideynlərini hər gün sevgi ilə qucaqlayırlar.

-Qızınız Maya necədir? Ona vaxt ayıra bilirsiniz?

-Maya haqqında soruşduğunuz üçün sizə minnətdaram. Mən iş həyatımda çoxlu sayda insanlarla görüşmək şərəfinə layiq olmuşam. Məni həyəcanlandıran adamlar olub. Lakin onlardan ən möhtəşəmi Mayadır. Onun bu yaxınlarda 7 yaşı tamam olacaq. İnanıram ki, o, Zeyno və məni öz valideyni kimi seçib, çünki onun bu dünyada çox vacib missiyası var. Mən bu missiyanın nədən ibarət olduğunu bilmirəm, lakin bu ilahi ipuclarını dinləmək üçün ona yardımçı olacağam. Onun bu missiyaya çatması üçün əlimdən gələni edəcəyəm.

Ümid və dua edirəm ki, bütün qızlar elə bir ailədə doğulsunlar ki, həmişə öz valideynlərinin, bacı və qardaşlarının dərin sevgilərini hiss edə bilsinlər. Onların hamısı qızlarının arzularını reallaşdırmağa dəstək olsunlar.

Qız atalarına məsləhət görürəm ki, övladlarınıza ürəyinizi açın və onlara sonsuz sevgi və hörmət göstərin. Onlar haqqında həmişə gücünüzə, rəhbərliyinizə, sevginizə və hörmətinizə ehtiyacı olan xəzinə kimi düşünün və əgər siz onlara icazə versəniz, onlar bunu sizin özünüzə qaytaracaqlar.

-Azərbaycanda səfir işlədiyiniz illəri necə xatırlayırsınız?

-Azərbaycanda səfir olmaq mənim diplomatik kariyeramda ən qürurverici anlardandır. Səfirlikdə təxminən 400 nəfərə yaxın komandaya rəhbərlik etmək möhtəşəm idi. Hesab edirəm ki, bu, liderlik hədəfləri baxımından mənim karyeramda ən çətin il, lakin eyni zamanda bizim səfirlikdə işləyən şəxslərin inanılmaz istedadına görə ən asan il idi.

-Azərbaycanda həyata keçirə bilmədiyiniz layihələr olub?

-Bəli. Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birgə bizim səfirlik cənub bölgəsində azərbaycanlı qızların professional təhsil əldə etmələri üçün proqram hazırlamışdı. Əsas məqsədimiz həmin qızların professional karyeralarının effektivliyini artırmaq və onları İslamçı ekstremistlərdən qorumaq idi. Çünki islamçılar onları öz sıralarına cəlb edə və həyatlarını məhv edə bilərdilər.

Biz öz səylərimizi azərbaycanlı milyonçu, 19-cu əsrdə Qafqazda ilk qızlar məktəbinin əsasını qoyan Zeynalabdin Tağıyevin şərəfinə “Tağıyev təşəbbüsü” adlandırmışdıq.

Bizim ilk addımımız ABŞ hökuməti tərəfindən qızlar və qadınlarla (təhsil, səhiyyə, iqtisadiyyat sahələri üzrə) bağlı koordinasiya olunmayan bir sıra proqramları vahid strategiya formasına salmaq idi. Mən bir sıra ABŞ dövlət agentliklərinin koordinasiya olmadan eyni məqsədlər üçün böyük məbləğdə vəsait xərclədiklərini görəndə təəcüblənmədim. Bu, ABŞ kimi dövlət üçün adi bir problemdir.

İkinci addım Lənkəran və Astara rayon İcra Hakimiyyətlərinin rəhbərləri ilə tərəfdaşlıq əlaqələri quraraq təhsil proqramları müəyyənləşdirmək idi. Bu lahiyə reallaşanda mən 2012-ci ilin yanvarında senatorlar Bokser və Menendezin səfir kimi təsdiqlənməmi şərtləndirən səsvermədə icazə vermədikləri üçün Azərbaycanı məcburən tərk etməli oldum. Bu, çox çirkli addım idi. Bu qərar iki güclü senatorun bir qrup kiçik Amerika ermənilərinin maliyyə və siyasi asılılığının bariz nümunəsidir. Lakin mən yenə də bu proqramı başlamaq istəyərdim.

-Hazırda Azərbaycandakı vəziyyəti necə qiymətləndirirsiniz? 

-Mənim Azərbaycanla bağlı fikrilərim orada yaşadığım dövrdə olduğu kimi dəyişməyib. Azərbaycanı dünyanın ən aparıcı strateji balans nöqtələrindən biri kimi görürəm. Azərbaycan həm Rusiya, həm də İranla sərhədə malik olan yeganə ölkədir. Azərbaycan xalqı əsrlər boyu xarici qüvvələr tərəfindən manipulyasiyaya uğrayıb.

Bu iki güc (Rusiya və İran) tarixən Azərbaycanın elitaları arasında bölücü rol oynayaraq vahid dövlətin yaranmasına mane olub. Buna baxmayaraq. Azərbaycan iki dəfə vahid dövlət halında formalaşıb.

Əlbəttə, Azərbaycanda görüləsi işlər çoxdur. Birləşmiş Ştatlar və onun tərəfdaşları, dostları bu pozitiv inkişafı zəruri edən dəstək və tənqidin balansını qorumalıdır.

Metyu Brayza Qarabağ sirrini açdı - EKSKLÜZİV MÜSAHİBƏ

-Söhbətimizi Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ətrafında davam etdirmək istərdik. Azərbaycanlı oxucular üçün maraqlıdır, cənab Brayzanın münaqişə ilə bağlı mövqeyi necədir?

-Dağlıq Qarabağ münaqişəsinin əsas parametrləri 2007-ci ilin noyabrında Madriddə keçirilən ATƏT nazirlərinin görüşü zamanı həmsədrlərin irəli sürdüyü Madrid Prinsipləri vaxtından məlumdur.

“Baza prinsipləri” kimi tanınan bu sənəd Dağlıq Qarabağ ətrafında yeddi rayonun Azərbaycanın qanuni nəzarətinə keçməsini, gələcəkdə regionun yekun statusu ilə bağlı orada yaşayan əhali arasında səsvermənin keçirilməsinə qədər Dağlıq Qarabağa müvəqqəti statusun verilməsini, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını, beynəlxalq sülhməramlıların yerləşdirilməsini və Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək dəhlizin yaradılmasını nəzərdə tutur. Məhz bu faktorlar ATƏT-in Helsinki Yekun aktının əsas prinsipləri (ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyinetmə, güc tətbiq etməmək) arasında balans yaradır.

-Sizcə, Qarabağ problemi niyə həll olunmur? Səbəb nədir?

-Münaqişənin 25 il ərzində həll olunmamasının səbəbi odur ki, Ermənistan və Azərbaycan vətəndaşları “Baza prinsipləri”ni qəbul etmək istəmirlər. Bunun xalqların tarixinin konsepsiyalarının fərqliliyi, qorxu və əzab, ayrı-ayrı qrupların güclü maraqları da daxil olmaqla bir sıra səbəbləri var. Bu baryerləri aşmaq üçün hər iki ölkənin lideri xalqların bir-birlərinə qarşı olan nifrət hissini dəyişməyə başlamalıdır. Lakin onlar bu riskli addımı qarşı tərəfin buna hazır olmasına əmin olduqları zaman ata bilərlər.

Bu cür riskli addımlar əminlik və dəstək tələb edir ki, bunu da yalnız xarici qüvvələr təmin edə bilər. Son nəticədə bu proses yəqin ki, ABŞ prezidenti və baş katibinin, onların rusiyalı həmkarları ilə birgə aktiv marağının olmasını zəruri edir. Məhz belə bir halda 2009-cu ildə Minsk qrupunun nizamlanma prosesində əldə etdiyi impulsu yenidən bərpa etmək olar.

– Tramp administrasiyası ilə Azərbaycanın münasibətlərini necə dəyərləndirirsiniz? Son günlər münasibətlərin yeni mərhələdə olduğu bildirilir.

-Tramp Administrasiyasının Azərbaycan və ya digər ölkələrlə əlaqələrindən danışmaq hələ tezdir. Bu vaxta qədər prezident Tramp NATO daxil olmaqla, dünyanın heç bir regionu üçün aydın və davamlı siyasət formalaşdırmayıb. Bu mənim diplomatik kariyeramda görmədiyim haldır. Ümid edirəm ki, Azərbaycanla əlaqələr daxil olmaqla yeni administrasiyanın yürüdəcəyi siyasətin konturları yaxın vaxtlarda müəyyənləşəcək.

-Tramp Qarabağ münaqişənin həllinə təsir edə bilərmi?

-Düşünürəm ki, münaqişənin həllində irəliləyiş mümkündür. Xüsusilə, prezident Tramp Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya ilə birgə əməkdaşlığın perspektivini nəzərdən keçirsə, bu baş tuta bilər.

-Cənubi Qafqazdakı durumu necə dəyərləndirirsiniz?

–Qafqazda hər bir ölkə müxtəlif yolla inkişaf edir. Azərbaycan transatlantik birliyə öz enerji kəmərləri vasitəsilə bağlıdır və ona görə də dünyadakı mövqeyindən razıdır. Azərbaycan Xəzər dənizindən Türkiyəyə, Avropa İttifaqına gedən Şərq-Qərb dəhlizini, eyni zamanda Rusiya və İran arasında şimal-cənub dəhlizini yaratmağa cəhd edir. Əgər Azərbaycan neftin qiymətinin aşağı düşməsi və manatın devalvasiyası ilə əlaqədar iqtisadi islahatların keçirilməsi üçün yaranan siyasi pəncərədən istifadə edə bilsə, bu ölkənin iqtisadi gələcəyi parlaq olacaq.

Ermənistan ən pis mövqedədir. Çünki, ölkə Azərbaycan və Türkiyədən təcrid olunub. Buna görə də Ermənistan potensial investisiyalardan kənarda qalır və Rusiyadan enerji, təhlükəsizlik və investisiya asılılığına düşür. Ümid edirəm ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələbələrini icra etməklə – işğal olunan torpaqları Azərbaycana qaytarmaqla öz şərq və qərb qonşuları ilə əlaqələrin bütün spektrlərini bərpa edə biləcək.

Gürcüstan isə Qərbə tərəf getmə siyasətini davam etdirəcək. Avropaya vizasız gedişin tətbiqi tarixi addımdır. Buna baxmayaraq, Rusiya bundan sonra da Gürcüstana nüfuz etməyə çalışacaq.

–Suriyanın gələcək aqibəti barədə nə düşünürsünüz? Əsəd hakimiyyətdə qalacaqmı?

-Dünyanın heç bir yerində Suriya probleminin həllinə dair yaxşı ideya yoxdur. Həll yolunun bir hissəsi kimi İŞİD məğlub edilməli, onun paytaxtı Raqqa işğaldan azad olunmalıdır. Şübhəsiz bu, yaxın aylarda baş verəcək. Lakin münaqişə Əsəd hakimiyyətdə qaldığı və İslam ekstremizm ideologiyası aradan qalxmayana qədər davam edəcək. İŞİD Suriya və İraqda ciddi təzyiqlərə məruz qaldığından qorxuram ki, terrorçular Rusiyaya geri dönəcəklər. Aydındır ki, Rusiyanın Əsəd rejimini dəstəkləmək məqsədilə məktəb və xəstəxanalar daxil olmaqla Hələbə endirdiyi aviazərbələr ona düşmənlər qazandırdı. Qroznı sayağı siyasətə sivil dünyada yer yoxdur.

-Sonda isə gələcək planlarınızı bilmək istərdik… 

-Yaxın bir neçə ildə mənim əsas məqsədim mənzil-qərargahı İstanbulda olan təmiz texnologiya şirkətinin qurulmasıdır. Bununla yanaşı mən xarici siyasət sahəsi və xüsusilə energetika sahəsi daxil olmaqla geosiyasi layihələrlə əlaqədar Vaşinqtondakı beyin mərkəzləri ilə iş birliyimi davam etdirəcəyəm. Ola bilsin ki, son nəticədə daha aktiv siyasi fəaliyyətə qayıtdım. Lakin bu, yalnız mənim şirkətim güclü olduqdan və yəqin ki, onu satdıqdan sonra mümkün olacaq.

Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

ABŞ Prezidenti Vilsonun nəticəsi: “AXC diplomatlarının 100 il öncəki bu fəaliyyətini dəyərləndirirəm” (TARİXİ MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Bakıda çox maraqlı memarlıq nümunələri var”

“Amerikadakı mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır”

“Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik”

“Heç bir şəkildə mükəmməl deyildik, amma…”

Tomas Sayre – Amerikalı məşhur rəssam-heykəltəraş. O, qeyri-adi “public art” layihələri ilə bütün dünyada tanınır. Qeyd edək ki,  Tomas Sayre Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsidir.

HafizTimes.com-un növbəti müsahibi Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsi, məşhur rəssam-heykəltəraş Tomas Sayredir. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran ABŞ prezidentinin varisi T. Sayre ailəsi, fəaliyyəti ilə bağlı bir çox mühüm məqamlardan söhbət açıb. O, Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq babası prezident Tomas Vudro Vilsonun Azərbaycan Xalq Cümhuriyyətinə (1918-1920) olan münasibətindən də bəhs edib:

-Ohayo ştatının Klivlend şəhərində anadan olmuşam. Sonralar atam Vaşinqtondakı kafedral kilsədə baş keşiş (dean) olub. Beləliklə biz də Vaşinqtona köçdük. Mən də orada böyüdüm. Oğlanlar üçün olan “ST Albans” məktəbində təhsil aldım. Şimali Karolina Universitetində və Miçiqandakı Cranbrook İncəsənət Akademiyasındakı sənət məktəbində təhsil aldım.

-Prezident ailəsinin üzvü necə oldu ki, heykəltəraş-rəssam olmağa qərar verdi? Hazırda hansı layihələr üzərində çalışırsınız?

-Həmişə əllərimlə əşyalar düzəltmişəm. Kilsənin kölgəsində böyüdüyüm zaman artıq bütün daş hörgüləri, rəngli şüşə istehsal edənləri, heykəltəraşları və bir çox fərqli sahələr üzrə çalışan sənətkarları tanıyırdım. Hələ uşaq ikən bildim ki, sənət və memarlıq dərin insani duyğu və məna daşıyır. Beləliklə bütün karyeramı bu fikri ifadə etməyə həsr etdim. Hazırladığım heykəllər əsasən çox böyükdür və ictimaiyyət üçün açıqdırlar. Onlar ictimai məkanlara müəyyən bir məna bəxş edirlər və hansısa bir yer haqqında hekayələr danışmağa çalışırlar. Hazırda bütün ABŞ-da 5 böyük ictimai layihə üzərində çalışıram. Floridanın Tampa şəhərindəki muzeydə rəsmlərim nümayiş olunur. Hər gün yeni rəsmlər çəkirəm.

-Siz həmçinin məşhur dizayn firması olan “Clearscapes”in təsisçisisiniz.

“Clearscapes” bir rəssam və bir memarın arasındakı səmərəli əməkdaşlığın nəticəsində meydana çıxdı. Stiv Şuster ilə otuz ildən çox idi ki, tanış idim. Təxminən bir il əvvəl o, vəfat edənə qədər birlikdə çalışdıq. Firmanın memarlıq bölməsi əsasən Şimali Karolinada yerləşir: “Raleigh Convention” Mərkəzi, yeni “Raleigh” qatar stansiyası və bir çox sənət obyektləri bura daxildir. ABŞ, Kanada və Asiyada ictimaiyyət üçün açıq olan bir çox sənət əsərlərimiz mövcuddur.

-Hansı sənət əsərinizlə həqiqətən də qürur duyursunuz? Gələcək üçün hansı uğurlu layihələriniz var?

-Layihə mövcud olduğu cəmiyyətə təsir edən zaman çox qürur duyuram. Məsələn, “Oberlin Rising” 100 ildən çoxdur ki, Afro-Amerikan cəmiyyətini xatırladır. Hansı ki, “Raleigh”də baş verənlər nəticəsində məhv edilib. Müəyyən bir bir nahatlığı, xəstəliyi olanların sağalması üçün istifadə olunan Sağlamlıq Mərkəzinin adını qürurla çəkə bilərəm. Bundan başqa Vaşinqtondakı Milli Ballball Stadionunun girişindəki əyləncəli “Curve Ball” heykəlindən zövq alıram. Hətta Vaşinqton komandası keçən yay dünya kubokunu da qazandı.

Hazırda Texasdakı Texnologiya-Tibb Məktəbinin bir hissəsi olan Tibbi Araşdırma Müəssisəsinin qarşısında nəhəng və qeyri-adi layihə üzərində çalışırıq. Yeni Meksikadakı Albuquerqu bölgəsində suyun qorunması və insanların bu məsələyə ehtiyatla yanaşmaları ilə bağlı bir layihəyə start vermişik. Bundan başqa Şimali Karolinadakı Greensboro-da çay boyunca böyük bir ictimai park yaradırıq.

-Yaratmaq üçün nədən ilham alırsınız?

-Torpaqdan ilham alıram,  insanla müəyyən bir yerin vədhətindən doğan hekayələr məni ruhlandırır. Hər şey insanın niyyəti ilə təbiətin ona bəxş etdikləri arasındakı əlaqədən aslıdır. Yəni demək istəyirəm ki, dünyada tarazlıq yaradan sənətdən ilham alıram.

-Tarix abidələrinin qorunması ilə bağlı nə demək istərsiniz? Son vaxtlar Amerikada da heykəlləri dağıdırlar…

-Bu çox ağır və çətin bir sualdır. Mən bir neçə tarixi abidəni yenidən dizayn etdim. Bu çox çətin idi. Hətta bu barədə danışmaq da çətindir. Amerikadakı Vətəndaş müharibələri ilə bağlı dağılan abidələrə gəlincə deyə bilərəm ki, onlar bu ölkədə böyük bir siyasi uçurum yaratmaqda ittiham olunurlar… Təəssüf ki, bu ölkədəki mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır.

(Vudro Vilson)

-Siz Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsisiniz. Vudro Vilsonun varisi kimi böyümək necə idi?

– Ailəmiz bir az qarışıqdır. Ailə tarixini miras kimi qəbul etmək və ən yaxşı formada yaşatmaq çox vacibdir. Bəxtim gətirib ki, onların sırasında dəyərli insanlar çoxdur… Ümumilikdə onların hamısı ilə eyni fikirdə olmasam da, Vudro Vilson da daxil olmaqla ailəmizin bütün üzvlərinə qarşı hörmətlə yanaşıram.

-Vudro Vilson sizin üçün kimdir?

-Hesab edirəm ki, Vudro Vilson idealizm və təcrübəni özündə birləşdirən, güclü, yüksək intellektli və bəzən də gözüaçıq bir insan idi. Vilson əsl lider idi. Heç bir şəkildə mükəmməl deyildik, amma Amerikanı yaxşılığa doğru dəyişməyə müvəffəq olduq. Kaş ki, dünya ilə bağlı düşüncələri də daha yaxşı qəbul olunardı. Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik…

-Hazırda Amerikada nə baş verir? Amerikadakı irqi problemlər sizə necə təsir edir? İrqçilik kimlərə xidmət edir?

-Amerika dünyanın hər yerində olduğu kimi, Covid-19 ilə də mübarizə aparır. Bəlkə də bu pandemiya Corc Floydun öldürülməsinə qarşı daha dərin və tutarlı cavab vermək üçün bir yol açdı. Dua edirəm ki, mövcud iğtişaşlar əslində Amerikada sistematik şəkildə qurulan ağların üstünlüyünün çökməsi istiqamətində ciddi bir fəaliyyətə səbəb olacaq. Sistemimiz ağ insanların maraqlarını digərlərindən üstün tutur. Bu səhvdir, bu ölkənin mənimsədiyi dəyərlərə ziddir və dəyişməliyik. Bəlkə də indi real dəyişikliyə çatmaq üçün bir fürsətdir. Buna ümid edirəm.

-Azərbaycan, Bakı haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları hələ 1919-cu ildə Parisdə babanız Vudro Vilsona Azərbaycan haqqında geniş məlumatlar veriblər. 

-Təəssüf ki, sizin paytaxt şəhərinizdə olmamışam. Amma görürəm ki, irəliyə doğru getmək üçün böyük işlər görülür. Bakıda çox maraqlı memarlıq nümunələri var: “Flame Towers”, “SOCAR Tower” və “Crystal Hall” – möhtəşəm görünüşlü dizaynlardır. Mən bunların yalnız şəkillərini görmüşəm…

Bakıda layihələrim yoxdur, amma mütləq orada işləmək istəyirəm. Həm fiziki, həm də mədəniyyət baxımından fərqli yerlərdə işləmək maraqlı olar.

(Əlimərdan bəy Topçubaşov – Parisdə)

-Azərbaycan və ABŞ arasında siyasi və diplomatik əlaqələlərin qurulmasına ilk təşəbbüs 1919-cu il mayın 28-də Parisdə olub. Azərbaycan parlamentinin sədri Ə.M.Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyəti Paris Sülh Konfransında ABŞ prezidenti V.Vilsonla görüşüb. Görüşdə müstəqil Azərbaycan dövlətinin tanınması, onun Millətlər Liqasına qəbul edilməsi, ABŞ-la diplomatik münasibətlərin yaradılması və s. haqqında Azərbaycan hökumətinin rəsmi memorandumu ABŞ prezidenti Vudro Vilsona təqdim edilib. Qəbul zamanı nümayəndə heyətinin irəli sürdüyü təkliflərə cavab olaraq V.Vilson bildirir ki, onlar dünyanın kiçik hissələrə bölünməsini istəmirlər, Qafqazda federasiya yaradılması ideyasına tərəfdar çıxırlar. Bu federasiya Millətlər liqasının tapşırığı ilə hər hansı bir dövlətin himayəsində ola bilər, Qafqazda federasiya və ya Azərbaycanın müstəqilliyinin tanınması məsələsi isə rus məsələsindən əvvəl həll edilə bilməz…Təəssüflər olsun ki, 1920-ci il aprel ayının 27-də Sovet Rusiyasının XI Ordusu Bakını, sonra isə bütün Azərbaycanı işğal etdi. Və bizim Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi… 70 il SSRİ-nin hökmranlığı altında yaşamalı olduq… Və nəhayət ki, 25 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldı və 70 ildən sonra ABŞ Azərbaycanı müstəqil dövlət kimi rəsmi olaraq tanıdı … Vudro Vilsonun nəticəsinin buna münasibəti necədir?

Ölkənizin yaxın keçmişi haqqında çox da məlumatlı deyiləm. Amma Paris danışıqlarından sonra Azərbaycanın məyus olması ilə bağlı bilirəm. Bir çox qrup məyus oldu. Amma təbii ki, bəziləri yox. Hələ də bütün dünyada sülh üçün ümumilikdə bir vizyon kimi görünən Paris razılaşmalarının sonralar gözardı edilməsi məyusluq doğurur. Sizin bu məyusluğunuzu mən də bölüşürəm… Azərbaycandan olan insanların təxminən 100 il öncə azadlıq üçün göstərdikləri bu fəaliyyəti yüksək dəyərləndirirəm.

Hafiz Əhmədov

HafizTimes.com

(Tüstü ilə hazırlanmış əsər)

Oxuyun

Müsahibə

Eros Ramazzotti: `Azərbaycan gəncləri, həmişə səmimi və dürüst olun` (EKSKLÜZİV MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Uşaqlarım mənim əsas ilham mənbəyimdir

“Həyatda təəssüflə yaşamamalıyıq, hər zaman inam və ümidlə  gələcəyə baxmalıyıq”

“Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar”

“Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildim”

Eros Ramazzotti — Məşhur italyan müğənni və bəstəkar. 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edir. O, Adriano Çelentano, Andrea Baçelli, Luçano Pavarotti, Tina Tyorner, Riki Martin və digərləri ilə duet oxuyub. Geniş vokal imkanları və ifa tərzi müğənnini dünyada milyonların sevimlisinə çevirib. Onu “Dünyanın musiqi səfiri” adlandırırlar. Müğənni ifaları ilə insanlara sevgi, dünyaya isə sülh bəxş etmək istəyir. Bu günədək 14 albomu işıq üzü görüb.

Dünya şöhrətli müğənni Eros Ramazzotti eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı bir çox maraqlı məqamlardan söhbət açıb, Azərbaycanla bağlı fikirlərini ifadə edib.

-Uşaqlığınızı necə xatırlayırsınız? Böyüdüyünüz ailədə nələr çatışmırdı?

-Uşaqlığım çox sevdiyim, gözəl bir dövrdür. Sevgi olduğu üçün hər şeyimiz vardı.

 -İllərlə zirvədə qalmağı necə bacarırsınız?

Bu yalnız bir iş deyil: mahnı oxumaq mənim həyatımdır. Gördüyünüz işi sevsəniz və qərarlı olsanız istədiyiniz hər şeyə nail ola bilərsiniz. Heç bir şey verilmir, amma hər şeyi qərarlılıq və ağır zəhmətlə fəth etmək olar. Əlbətdə ki, lazımi vaxtda bir az şans da kömək edə bilər.

-Bu ağır günlərdə sizi motivə edən nədir? Necə yaradıcı qala bilirsiniz?

-Kiçik şeylərdən ilham alıram: gəzməyə çıxmaq, uşaqlarımla oynamaq və söhbət etmək və təbiətlə təmas qurmaq.

-Uğurunuzu nəyə borculusunuz?

-Çətin iş və səmimiyyətin həmişə qarşılığı olur.

 -Gələcək üçün hansı planlarınız var? Sevənlərinizə nə söyləmək istərsiniz?

-Həmişə yeni musiqi və əsərlər üzərində işləyirəm. Özümü aktiv və motivasiyalı tutmağı sevirəm. Tezliklə yenidən qarşılaşacağıq.

– “Vita ce n’è” nin uğur sirri nədir?

-Vita Ce N’è çox səmimi bir ifadır, əsas mövzu sevgidir: sevgi hər şeyin mərkəzidir, hər kəsin inana biləcəyi nikbinlikdir.

-Mahnılarınızın ilham mənbəyi nədir? Kimin üçün yazmaq istərsiniz?

-Musiqimi  hər zaman ürəyimlə yazıram: duyğularınızı yazmaq və onları musiqiyə çevirə bilmək bir hədiyyədir. Və əgər bunu səmimiyyətlə etsəniz, insanlar onu hiss edəcəklər və hər şeyi sizə qaytaracaq. Uşaqlarım mənim əsas ilham mənbəyim, məni hərəkətə gətirən mühərrikdir. Ancaq gündəlik həyatın anlarından, yaşadığım və ya mənə söylənən hekayələrdən ilham alıram.

-Öhdəsindən gəldiyin ən böyük əngəl nə olub?

-Uçmaq qorxum.

– Qəbul etdiyiniz dəyərləri musiqinizdə necə tətbiq edirsiniz?

-Sadəcə hisslərimdən və həqiqətən kim olduğumdan danışıram. Bu, təbii bir prosesdir, kim olduğum mövzusunda sadəcə olaraq dürüstəm.

-Sizin izinizlə getmək istəyən birinə nə məsləhəti verərsiniz?

-Zəhmət həmişə qarşılığı olur. Xəyallarınıza sadiqsinizsə və özünüzə inanırsınızsa, sonda hər şey qaydasında olacaq.

-Necə xatırlanmaq istərsiniz?

-Bu barədə heç düşünmürəm. Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildin.

-Həyat fəlsəfənizi 3 cümlə ilə necə ifadə edərsiniz?

-Müəyyən bir şüarım yoxdur: həyatda təəssüflə yaşamamalıyıq, ancaq hər zaman inam və ümidlə  gələcəyə baxmağa çalışmalıyıq.

 -Həmişə gənc görünməyi necə bacarırsınız?

-Gənc qalmağa deyil, sağlam olmağa köklənmişəm. Hər gün məşq etmək, yerimək, açıq havada olmaq, sağlam yemək və yaxşı yatmaq üçün əlimdən gələni edirəm. Hamısı budur.

-Zamanı geriyə çevirsəydiniz siz hara qayıdardınız?

-Peşimanlıq hissi ilə yaşamıram: etdiyim hər şeyi edərdim.

-Nə vaxt çox xoşbəxt olursunuz?  Almaq, yoxsa vermək daha yaxşıdır?

-Şübhəsiz ki, vermək.

-Azərbaycan, Bakı necə xatırlayırsan? Azərbaycanlılarla bağlı unudulmaz xatirəniz nədir?

-Bütün dünyadakı pərəstişkarlarımla görüşə bildiyim üçün çox xoşbəxtəm. Azərbaycanlılar da konsert turum zamanı məni çox isti qarşıladılar. Bu mənim üçün çox gözəl bir xatirədir.

-Azərbaycanın məşhur musiqiləri, Muğamlar haqqında heç eşitmisinizmi? Yenidən Azərbaycana səfər etmək istərsinizmi?

-Bu barədə eşitməmişəm. Amma həmişə yeni musiqilər tapmaqda maraqlıyam, təşəkkür edirəm. Konsert turu üçün getdiyim şəhərləri nadir hallarda gəzə bilirəm. Buna görə də bir gün Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar.

-Sizi Azərbaycanda sevən insanlara, gənclərə nə demək istərdiniz?

-Xəyallarınıza həmişə inanın, hər zaman özünüzə və digər insanlara qarşı səmimi və dürüst olun.

Hafiz Ahmadov

HafizTimes.com

`Azərbaycana getmək istəyərəm` – Əfsanəvi rok ulduz Bryan Adamsla eksklüziv müsahibəni BURADAN oxuya bilərsiniz.

Oxuyun

Müsahibə

Eros Ramazzotti: `I don’t live with regrets` (EXCLUSİVE İNTERVİEW)

Yayımlandı

da

Tərəfindən

“My children are my main source of inspiration, the engine that keeps me moving”

“Azerbaijanis have always welcomed me very warmly, it is a very beautiful memory for me”

“Success is measured by this, for me: how much love, in the end, you have been able to convey, with life, with music”

Italian superstar Eros Ramazzotti has been interviewed by Azerbaijani journalist Hafiz Ahmadov. HafizTimes.com proudly presents the exclusive interview with music legend Eros Ramazzotti.

-How do you remember your childhood? What was missing in the family as you grew up?

-My childhood is a very lovely period that I cherish so much. There was love, so we had everything.

-How do you manage to stay on top for years?

-This isn’t only a job: singing is my passion, my life. If you’re committed and passionated about what you do, you can achieve everything you want. Nothing is given, but everything can be conquered with commitment and hard work. Of course, even a bit of luck at the right time can help.

-What keeps you motivated in these hard times? How do you stay creative?

-I found my inspiration in the little things: going out for a walk, playing and talking with my kids, connecting with nature.

-To what do you credit your success?

-Hard work and sincerity always pay off.

-What are your plans for the future? What would you like to say to those who love you?

-I always work on new music and stuff, I like to keep myself active and motived. We will catch up again soon.

What is the secret of success of “Vita ce n’è”?

-Vita Ce N’è is a very sincere record, the main theme is love: love is the center of everything, the optimism in which everyone can still believe.

-What is the inspiration for your songs? Who would you like to write for?

-I always write my music with my heart: writing your emotions and being able to turn them into music is a gift and if you do it sincerely, the public will feel it and give you everything back. My children are my main source of inspiration, the engine that keeps me moving. But the inspiration comes from anything, from moments of daily life, from stories that I lived or that have been told to me.

-And what has been the greatest obstacle you’ve overcome?

-My fear of flying.

 -How are you imposing your values on your music?

-I simply talk about my feelings and who I really am. It’s a natural process, I’m just honest about who I am.

-What advice would you give to someone who wants to follow in your footsteps?

-As I said to you before, hard work always pays off. If you’re committed to your dreams and loyal to yourself, everything will be ok in the end.

-How do you want to be remembered?

-I do not think about it at all. Success is measured by this, for me: how much love, in the end, you have been able to convey, with life, with music.

-What is your philosophy of life in 3 sentences?

-I don’t have a particular motto, except that in life we must not live with regrets, but we have to try to always look to the future with confidence and hope.

How do you stay young all the time?

-I’m not focused on staying young, I’m focused on staying healthy. I try my best to train every day, to move, to be outdoors, to eat healthy and sleep well. That’s all.

-If you could go back in time, where would you go?

-I don’t live with regrets: I would do everything I did.

-When are you happiest? Is it better to give or to receive?

-To give, no doubt about it.

-How do you remember Azerbaijan, Baku? What is your unforgettable memory about Azerbaijanis?

-I am very happy when I can meet my fans all over the world, Azerbaijanis have always welcomed me very warmly during my previous tours, it is a very beautiful memory for me.

-Have you ever heard about the famous folk music of Azerbaijan, Mughams? Would you like to visit to Azerbaijan?

-No, I don’t but I’m always interested in finding new music, thank you. When I’m on tour I rarely can visit the cities I play in, so I would definitely be happy to visit Azerbaijan one day in a more accurate way, I’m curious about visit better Baku too!

-What would you like to tell people, particularly the youth who love you in Azerbaijan?

-Always believe in your dreams, always be sincere and honest with yourself and with other people.

Hafiz Ahmadov

HafizTimes.com

Bryan Adams: “Eat less, love more and be thankful” (EXCLUSİVE İNTERVİEW)

Oxuyun

Trend yazılar