Bizimlə əlaqə

Müsahibə

`Deyirdi ki, qara dərililəri köləlikdən bu xilas edəcək` – Məhəmməd Əlinin qızları: “Azərbaycanı görmək istəyirik” (EKSKLÜZİV)

Yayımlandı

da

“Azərbaycan müsəlman ölkəsidir. Azərbaycanı çox görmək istəyirik”.

“Edə biləcəyimiz tək şey atamın getməsinə icəzə vermək və onu Allaha təhvil vermək idi…”

“Atamın  etdiyi dua və ibadətlərin səs yazısına qulaq asıram. O, deyirdi ki, bir ürəyin əzabını dayandıra bilməsən heç vaxt rahat yaşaya bilməyəcəksən”.

 Məhəmməd Əli Boks əfsanəsi, ağır çəkidə üç dəfə dünya çempionu olmuş yeganə boksçu… 20 illik idman karyerası ərzində 56 döyüşdə qalib gəlib, 37-si nokautla başa çatıb. O, Kentukki ştatının Luisvil şəhərində tərtibatçı rəssam Cassius Clay-in və evdar qadın Odessa Clay-in ailəsində dünyaya göz açıb. 1964-cü ilin fevralında rəqibinə  qalib gələrək ağır çəkidə dünya çempionu olub. Daha sonra o,  adını və dinini dəyişərək Məhəmməd Əli edib. 1976-cı ilin payızında Məhəmməd Əli  idmandan getmək və özünü dinə həsr etmək planlarını açıqlayıb.1981-ci ilin dekabrında rinqdə  məğlub olduqdan sonra Məhəmməd Əli öz idman karyerasının başa çatdığını elan edib və öz məşhurluğundan dinini təbliğ etmək üçün istifadə etməyə başlayıb.  4 dəfə  ailə həyatı qurub. 9 övlada sahibdir. 75 yaşlı əfsanəvi boks ustası Məhəmməd Əli iki il öncə iyunun 4-də səhər saatlarında dünyasını dəyişib. Onun ölümünə səbəb kimi Parkinson xəstəliyinin nəticəsi olaraq ağ ciyərlər çatışmazlığı göstərilir.

Boks əfsanəsi Məhəmməd Əlinin qızları Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq jurnalist Hafiz Əhmədovun suallarını cavablandırıblar. Mərhum dünya çempiyonunun övladları HafizTimes.com-a eksklüziv müsahibədə atalarının həyatının gizli qalmış bir çox məqamlarına aydınlıq gətiriblər,  ilk dəfə olaraq Azərbaycan-Bakı ilə bağlı fikirlərini ifadə ediblər. 

Hana Əli (Həna)Məhəmməd Əlinin üçüncü həyat yoldaşı Veronika  Porşedən olan qızıdır.

–  Əvvəlcə sizi daha yaxından tanıyaq…

 – 1976-cı ildə  dünyaya gəlmişəm. Atamın Veronika Porşe ilə olan 3-cü nikahından mən və bacım Laila (Leyla) dünyaya gəlmişik. Atamın birinci nikahdan heç bir uşağı olmayıb. İkinci həyat yoldaşından isə 4 uşağı olub. Digər iki uşağı isə  heç vaxt ailə həyatı qurmadığı bir qadından dünyaya gəlib. Talelərimizin fərqli olmasına baxmayaraq  biz bütün övladlar atamızın bizə bağışladığı sevgi və qayığını bir-birimizlə bölüşürük. Mən Kaliforniyada  balkonunda gül-çiçəklər olan dörd  mərtəbli bir binada nağıl kimi böyüdüm. Atam dünyada ən məşhur adam, anam isə ən gözəl qadın idi. Məşhurlar tez-tez bizim evimizi ziyarət edirdilər. Hovuz partiləri və sehirli şoular olurdu.  Həyat  gözəl idi.  Valideynlərimizin sevgisi ilə böyüyürdük.

– Atanızı necə xatırlayırsınız? Yoxluğu ilə barışıbsınız?

-Atamın hələ də səsi qulağımda eşidilir,  darıxdığım zamanlarda  mənə bir rahatlıq  bəxş edir. Səhər namazları zamanı oxuduğu sözlərdən ibarət səs yazılarına qulaq asıram və  bütün dünyanın heyran olduğu atamdan yaşamaq üçün ilham alıram. Telefonumda atamın 6 dəqiqəlik bir səs yazısı var. Maşında olanda həmin səs yazısına  qulaq asıram.   Atamın ibadət etməsini, dualarını dinləyirəm.  Deyirəm ki, “Ey mənim Tanrım , nə böyük bir hədiyyədir, mən onunla birlikdə dua etdiyimi hiss edirəm”.

– Məhəmməd Əli necə bir insan, ata olub?

 -Atam həmişə bizə deyərdi ki, Allaha xidmət edin. Onun ən böyük məqsədi də bu idi. Deyirdi ki, bütün insanlara qarşısı sədaqətli, mərhəmətli olun. Bu zaman Allah sizi mükafatlandıracaq. Atam bizə şan-şöhrətli, zəngin insanların digər insanlardan üstün olmadığını öyrətdi. Onun fikrincə insanı ucaldan və kiçildən ürəkləridir. Atam bir çox məşhur insanlardan fərqli olaraq həyatına daxil olmaq istəyənləri çox məmnuniyyətlə qarşılayırdı. O mühafizədən imtina edirdi, insanlarla çox sərbəst formada ünsiyyət saxlayırdı. İnsanların ona sevgisi hədsiz idi. Qonaq evimizdə yaşayan evsiz insanları görmək üçün məktəbdən onların yanına gedirdim.

Atam isə onları küçədə görən kimi  “Rolls-Royce”-nu gətirib onları evimizə aparardı.  Onlara paltar alar, otellərə aparar və bütün xərclərini özü ödəyərdi. Atam məni qucağına oturdub gözlərimin içinə baxaraq deyirdi: “Hana, bir ürəyin əzabını dayandıra bilməsən, rahat yaşamayacaqsan”. Anamızla özümüzü daha rahat hiss edirdik. Amma mən atamın qızı idim. Bizə gülməli hadisələr danışar, əyləndirər, sehirli səhnələr göstərərdi.   Böyük iş stolunun arxasında oturub telefonla danışardı, diqqət mərkəzində olmaqdan ləzzət alırdı. Mən də gedib onun dizləri üstə oturardım.

 -Heç vaxt unutmayacağınız bir xatirənizi bölüşərdiniz…

-Atamla bağlı xatirələr zehnimə əbədi olaraq həkk olunub.  Həmin xatirələri elə bil hansısa bir qərb filmi kimi gözlərimin önündə canlanır. Atamdan mənə qalan xatirələri həmişə canlı tuturam, imkan vermirəm ki, köhnəlsinlər. Atamın bir sözünü heç vaxt unutmaram: “Başqalarına xidmət etmək, cənnətdəki otağın üçün ödədiyin kirayə haqqıdır”.

Atam tez-tez səyahət edirdi,  amma mənim  xatirələrimin çoxu evimizlə , onunla bağlı idi. Yaxşı xatırlayıram ki, o iş masasının arxasında işləyərdi, mən isə döşəmədə oturub oynayardım. Nə olursa olsun atamın qapısı həmişə açıq olurdu.  O evdə olan zaman  hər axşam bizimlə yemək yeyərdi. Yuxuya gedənə qədər mənə nağıllar danışardı. Səhər yuxudan isə öpərək oyadardı. Məktəbdən evə gəldiyim zaman saçlarımı sığallayardı. Sonra gəzməyə aparardı. Bəzən saçlarımı atam düzəldərdi.  Mən onun sayəsində özümü dünyanın ən xüsusi balaca qızı kimi hiss edirdim.

Hər yay atam bütün uşaqlarını bizim evə toplayırdı. O bizi öz avtomobilinə mindirib Los-Anclesi gəzdirirdi. Yol boyu  insanlar düzülərdi. Atamın adını çəkib sevgi ilə qışqırardılar. İnsanlar atama yaxınlaşıb, ona toxunamaq istəyirdilər. Atam isə onlara  əli ilə salam göndərərdi, işıqforun qırmızı işığında dayanıb avtoqraf verərdi.

– Bəs xoşbəxt ailəniz niyə tez dağıldı? 

-On yaşım olanda  valideynlərim boşandılar və bizim bu xoşbəxt nağıl da  sona çatdı. Anam hələ atamla ilk tanış olduqları vaxtda, 18 yaşında  tibb üzrə təhsil alırdı. Bir əfsanə isə onu yolundan çıxarmışdı. Bu isə mənim atam idi. Atamın ikinci həyat yoldaşı Belinda və onun ətrafındakı mətbuat  atamı təhqir edirdilər.  O atamı anamdan uzaqlaşdırmağa çalışmaqla yanaşı çox kobud və hörmətə layiq olmayan bir qadın idi. Qadınlar atamın arxasınca qaçırdılar. Hətta bəziləri uşaqlarının atamdan olduğunu da iddia edirdilər. Bir gün atamın həyatında bir xanımın olduğunu bildik. Həmin qız onun yanına gələn zaman atamın gözləri parlayırdı. Amma atam bir daha heç vaxt başqa qadınlara anam kimi baxmadı. Mən şəxsən özüm bunu görmədim.

– Valideynlərim boşandıqdan təxminən 30 il sonra onun sevgi məktubları Los-Anclesdəki evdən tapıldı. Həmin məktublar zərfin içərisində idi. Anam heç vaxt həmin məktubları qəbul etməmişdi. Uşaq olduğum həmin vaxtlarda anamın atam üçün kövrəldiyini görmədim. Mən bu ayrılığa görə həmişə anamı günahlandırdım. İllər sonra 2012-ci ilin bir yay gecəsində anamın bizdən uzaqlaşıb təkliyə çəkilərək həmin məktublara  baxıb ağladığını gördüm…

Valideynlərimin sevgi hekayəsini dərk etməyə çalışmaq mənim ürəyimə əziyyət verirdi. Bütün ailəmizin bir evdə yaşamasının sona çatmasına artıq bircə həftə qalmışdı. Yaxşı xatırlayıram,  nənəm və xalam anamın əşyalarını toplayırdılar,  xoşbəxt anlarımızın əks olunduğu şəkillərimizi gizləyirdilər. Atam isə aşağı mərtəbədə boş ofisində tək qalmışdı. Anama olan sevgisini etiraf etmək üçün əlindən heç nə gəlmirdi.  Amma sevgi məktublarını heç vaxt anama göstərmədi…

Atam tez-tez  yeni evimizə bizi ziyarət etməyə gələrdi. Daha sonra o,  dördüncü həyat yoldaşı Yolanda Villiamsla ailə həyatı qurdu və Miçiqan şəhərinə köçdü.  Bəzən atam bizə gələndə nahar edərdi. Onu buraxmamaq üçün bütün gücümlə qucaqlayardım. Maşına yaxınlaşanda gözlərimdən yaş axardı. O isə maşını yavaş sürərək geriyə, bizə baxardı. Tək olduğu üçün narahat olurdum. Həmişə fikirləşirdim ki, görəsən atam yemək yeyib.  Düşürdüm ki, birdən atam evin açarını itirər və bayırda qalar.  Çox narahat olurdum.  Həmin günlər yaddaşımdan heç vaxt silinməyəcək. Mənim dünyam atam və anamdan ibarət idi. Bir gün gəldi hər şey puç oldu. Atamsız yeni evimizin pəncərəsindən baxmağım  və onun bizi ziyarətə gələn zaman atdığı addımları heç vaxt yaddaşımdan çıxara bilmirəm.

– Atanızın son günlərini necə xatırlayırsınız?

-Bir gün atamı ziyarətə getdiyimdə  onun dəri stulunda oturub televizorda özünün kardlarına baxaraq gülümsədiyinə şahid oldum. Jurnalistlərə  Corc Foremeni necə məğlub etməsindən danışırdı. Birdən mənə tərəf dönüb dedi ki “Gör mən kim idim…”. Atama dedim ki, “sən hər zaman elə də olacaqsan”. Üzündə olan sevinc hissini təsvir edə bilmərəm. Gülümsəyərək televizora baxdı. O artıq 72 yaşlı parkinson xəstəsi olan bir insan idi. Daha sonra keçmişimizlə  bağlı ürəyimdə bəzi yaraların olduğunu hiss etdim. Həmin an qərar verdim ki, kədər və itki ilə qarşılaşan zaman mən də atam kimi etməliyəm. Edə biləcəyimiz tək şey onun getməsinə icəzə vermək və onu Allaha təhvil vermək idi…

Məhəmməd Əli heç vaxt unudulmayacaq…

-O, həmişə  həyatdan çox şey öyrəndiyini deyirdi.  Çox erkən yaşlarımızdan bizə baş verəcək hər şey ilə necə davranacağımızı öyrədib. Boksla məşğul olmadığı  vaxtlarda o düşünürdü ki, dünya onu xatırlayacaqmı? Mən isə həmişə deyirdim ki, ata sən heç vaxt unudulmayacaqsan.  Buna görə atam mənə çox minnətdarlıq edirdi. Bu gün siz də çox uzaq bir ölkədə, Azərbaycanda onun haqqında düşünürsünüz, sevgi və hörmətinizi ifadə edirsiniz.  Bu da bir daha sübut edir ki, Məhəmməd Əli heç vaxt unudulmayacaq.

-Kədərli olan zaman  mən də atam kimi xoşbəxtliyi hiss edirəm.

-Hələ lap uşaq olarkən atam bizə öyrətmişdi ki, bir gün o da öləcək, hamımız öləcəyik, bu həyatın bir hissəsidir. Ağlamaq və kədərlənmək yaxşıdır, bu, sağlam bir emosiyadır. Amma belə vəziyyətdə çox da qalmalı deyilsən. Allahı günahlandırmaq,  “niyə axı mən” demək lazım deyil.  Çünki bütün bunlar biz yer üzünə gəldiyimiz zaman  aldığımız  şansın bir hissədir. Bu isə yaxşı və pis olur.

-Azərbaycanla bağlı nə bilirsiniz? Azərbaycandakı Məhəmməd Əli sevənlərə nə demək istərsiniz?

 -Siz müsahibə ilə bağlı müraciət edən zaman biz də Azərbaycanla bağlı maraqlandıq. Müsəlman ölkəsidir. İnternetdə şəkillərə baxdım. Paytaxtınız çox gözəldir. Biz müsəlman ailədə böyümüşük. Çox sevindim ki, dünyada belə inkişaf etmiş bir müsəlman ölkəsi  var. Atamı sevən, onu heç vaxt unutmayan, ürəyində yaşadan hər kəsə öz sevgilərimizi göndəririk. Onların sevgisi ilə Məhəmməd Əli hər zaman bizimlə olacaq. Ümid edirəm ki, bir gün Azərbaycana gedəcəyik.

`Ağbəniz bir gənc atamı bərk qucaqladı, ağlaşmağa başladılar`

 -Atam bizim yanaqlarımızı öpməyi sevirdi. O, çox erkən yaşlarımızda bizə bir valideyn kimi dünya, həyat haqqında məsləhətlər verirdi. Mənim 10-11 yaşlarımda o mənə oğlanlar haqqında danışmağa başladı. Müsəlman qızların niyə sevgilisinin olmadığını izah etdi. Onun düşüncələri çox təsirli idi. O, bizə özümüzü tapmaq üçün məsləhətlər verirdi. Biz hələ çox körpə olanda atamızın məşhur olduğunu başa düşürdük. İctimaiyyət arasına çıxdıqda hamı ətrafımıza toplaşırdı, ona  heyranlıqla baxırdılar. 14 yaşımız olardı. Kaliforniyada atamla birlikdə restoranda oturub yemək yeyirdik. Birdən ağbəniz bir gənc oğlan bizə yaxınlaşdı. Atamın heyranı olduğunu dedi. Atam da onu bizimlə oturmağa dəvət etdi. Həmin gənc oğlan atama ona aşılanmış olan irqçiliyi içərisində necə yox etdiyindən danışdı. Atam və həmin gənc oğlan eyni vaxta hönkür-hönkür ağlamağa başladılar.  O zaman atamın boksçudan daha yüksəkdə duran bir insan olduğunu başa düşdüm…

– Məhəmməd Əli niyə İslam dinini seçmişdi? 

Hana Əli (Həna Əli ) – Atam gözəl, müdrik və sülh dini olduğu üçün İslamı seçdi. O, İslamı çox sevmişdi. İnanırdı ki, İslamın təbliğ etdikləri amerikalı qara dərililəri məruz qaldıqları zehni köləlikdən xilas edəcək. Mən də İslamın gözəl bir din olduğunu hiss edirəm. Atam bəzi ekstremistlərin İslamı pis formada təmsil etdiklərini görən zaman təəssüflənirdi. O, həmişə deyirdi ki, İslam sülh dinidir.

Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

ABŞ Prezidenti Vilsonun nəticəsi: “AXC diplomatlarının 100 il öncəki bu fəaliyyətini dəyərləndirirəm” (TARİXİ MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Bakıda çox maraqlı memarlıq nümunələri var”

“Amerikadakı mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır”

“Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik”

“Heç bir şəkildə mükəmməl deyildik, amma…”

Tomas Sayre – Amerikalı məşhur rəssam-heykəltəraş. O, qeyri-adi “public art” layihələri ilə bütün dünyada tanınır. Qeyd edək ki,  Tomas Sayre Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsidir.

HafizTimes.com-un növbəti müsahibi Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsi, məşhur rəssam-heykəltəraş Tomas Sayredir. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran ABŞ prezidentinin varisi T. Sayre ailəsi, fəaliyyəti ilə bağlı bir çox mühüm məqamlardan söhbət açıb. O, Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq babası prezident Tomas Vudro Vilsonun Azərbaycan Xalq Cümhuriyyətinə (1918-1920) olan münasibətindən də bəhs edib:

-Ohayo ştatının Klivlend şəhərində anadan olmuşam. Sonralar atam Vaşinqtondakı kafedral kilsədə baş keşiş (dean) olub. Beləliklə biz də Vaşinqtona köçdük. Mən də orada böyüdüm. Oğlanlar üçün olan “ST Albans” məktəbində təhsil aldım. Şimali Karolina Universitetində və Miçiqandakı Cranbrook İncəsənət Akademiyasındakı sənət məktəbində təhsil aldım.

-Prezident ailəsinin üzvü necə oldu ki, heykəltəraş-rəssam olmağa qərar verdi? Hazırda hansı layihələr üzərində çalışırsınız?

-Həmişə əllərimlə əşyalar düzəltmişəm. Kilsənin kölgəsində böyüdüyüm zaman artıq bütün daş hörgüləri, rəngli şüşə istehsal edənləri, heykəltəraşları və bir çox fərqli sahələr üzrə çalışan sənətkarları tanıyırdım. Hələ uşaq ikən bildim ki, sənət və memarlıq dərin insani duyğu və məna daşıyır. Beləliklə bütün karyeramı bu fikri ifadə etməyə həsr etdim. Hazırladığım heykəllər əsasən çox böyükdür və ictimaiyyət üçün açıqdırlar. Onlar ictimai məkanlara müəyyən bir məna bəxş edirlər və hansısa bir yer haqqında hekayələr danışmağa çalışırlar. Hazırda bütün ABŞ-da 5 böyük ictimai layihə üzərində çalışıram. Floridanın Tampa şəhərindəki muzeydə rəsmlərim nümayiş olunur. Hər gün yeni rəsmlər çəkirəm.

-Siz həmçinin məşhur dizayn firması olan “Clearscapes”in təsisçisisiniz.

“Clearscapes” bir rəssam və bir memarın arasındakı səmərəli əməkdaşlığın nəticəsində meydana çıxdı. Stiv Şuster ilə otuz ildən çox idi ki, tanış idim. Təxminən bir il əvvəl o, vəfat edənə qədər birlikdə çalışdıq. Firmanın memarlıq bölməsi əsasən Şimali Karolinada yerləşir: “Raleigh Convention” Mərkəzi, yeni “Raleigh” qatar stansiyası və bir çox sənət obyektləri bura daxildir. ABŞ, Kanada və Asiyada ictimaiyyət üçün açıq olan bir çox sənət əsərlərimiz mövcuddur.

-Hansı sənət əsərinizlə həqiqətən də qürur duyursunuz? Gələcək üçün hansı uğurlu layihələriniz var?

-Layihə mövcud olduğu cəmiyyətə təsir edən zaman çox qürur duyuram. Məsələn, “Oberlin Rising” 100 ildən çoxdur ki, Afro-Amerikan cəmiyyətini xatırladır. Hansı ki, “Raleigh”də baş verənlər nəticəsində məhv edilib. Müəyyən bir bir nahatlığı, xəstəliyi olanların sağalması üçün istifadə olunan Sağlamlıq Mərkəzinin adını qürurla çəkə bilərəm. Bundan başqa Vaşinqtondakı Milli Ballball Stadionunun girişindəki əyləncəli “Curve Ball” heykəlindən zövq alıram. Hətta Vaşinqton komandası keçən yay dünya kubokunu da qazandı.

Hazırda Texasdakı Texnologiya-Tibb Məktəbinin bir hissəsi olan Tibbi Araşdırma Müəssisəsinin qarşısında nəhəng və qeyri-adi layihə üzərində çalışırıq. Yeni Meksikadakı Albuquerqu bölgəsində suyun qorunması və insanların bu məsələyə ehtiyatla yanaşmaları ilə bağlı bir layihəyə start vermişik. Bundan başqa Şimali Karolinadakı Greensboro-da çay boyunca böyük bir ictimai park yaradırıq.

-Yaratmaq üçün nədən ilham alırsınız?

-Torpaqdan ilham alıram,  insanla müəyyən bir yerin vədhətindən doğan hekayələr məni ruhlandırır. Hər şey insanın niyyəti ilə təbiətin ona bəxş etdikləri arasındakı əlaqədən aslıdır. Yəni demək istəyirəm ki, dünyada tarazlıq yaradan sənətdən ilham alıram.

-Tarix abidələrinin qorunması ilə bağlı nə demək istərsiniz? Son vaxtlar Amerikada da heykəlləri dağıdırlar…

-Bu çox ağır və çətin bir sualdır. Mən bir neçə tarixi abidəni yenidən dizayn etdim. Bu çox çətin idi. Hətta bu barədə danışmaq da çətindir. Amerikadakı Vətəndaş müharibələri ilə bağlı dağılan abidələrə gəlincə deyə bilərəm ki, onlar bu ölkədə böyük bir siyasi uçurum yaratmaqda ittiham olunurlar… Təəssüf ki, bu ölkədəki mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır.

(Vudro Vilson)

-Siz Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsisiniz. Vudro Vilsonun varisi kimi böyümək necə idi?

– Ailəmiz bir az qarışıqdır. Ailə tarixini miras kimi qəbul etmək və ən yaxşı formada yaşatmaq çox vacibdir. Bəxtim gətirib ki, onların sırasında dəyərli insanlar çoxdur… Ümumilikdə onların hamısı ilə eyni fikirdə olmasam da, Vudro Vilson da daxil olmaqla ailəmizin bütün üzvlərinə qarşı hörmətlə yanaşıram.

-Vudro Vilson sizin üçün kimdir?

-Hesab edirəm ki, Vudro Vilson idealizm və təcrübəni özündə birləşdirən, güclü, yüksək intellektli və bəzən də gözüaçıq bir insan idi. Vilson əsl lider idi. Heç bir şəkildə mükəmməl deyildik, amma Amerikanı yaxşılığa doğru dəyişməyə müvəffəq olduq. Kaş ki, dünya ilə bağlı düşüncələri də daha yaxşı qəbul olunardı. Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik…

-Hazırda Amerikada nə baş verir? Amerikadakı irqi problemlər sizə necə təsir edir? İrqçilik kimlərə xidmət edir?

-Amerika dünyanın hər yerində olduğu kimi, Covid-19 ilə də mübarizə aparır. Bəlkə də bu pandemiya Corc Floydun öldürülməsinə qarşı daha dərin və tutarlı cavab vermək üçün bir yol açdı. Dua edirəm ki, mövcud iğtişaşlar əslində Amerikada sistematik şəkildə qurulan ağların üstünlüyünün çökməsi istiqamətində ciddi bir fəaliyyətə səbəb olacaq. Sistemimiz ağ insanların maraqlarını digərlərindən üstün tutur. Bu səhvdir, bu ölkənin mənimsədiyi dəyərlərə ziddir və dəyişməliyik. Bəlkə də indi real dəyişikliyə çatmaq üçün bir fürsətdir. Buna ümid edirəm.

-Azərbaycan, Bakı haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları hələ 1919-cu ildə Parisdə babanız Vudro Vilsona Azərbaycan haqqında geniş məlumatlar veriblər. 

-Təəssüf ki, sizin paytaxt şəhərinizdə olmamışam. Amma görürəm ki, irəliyə doğru getmək üçün böyük işlər görülür. Bakıda çox maraqlı memarlıq nümunələri var: “Flame Towers”, “SOCAR Tower” və “Crystal Hall” – möhtəşəm görünüşlü dizaynlardır. Mən bunların yalnız şəkillərini görmüşəm…

Bakıda layihələrim yoxdur, amma mütləq orada işləmək istəyirəm. Həm fiziki, həm də mədəniyyət baxımından fərqli yerlərdə işləmək maraqlı olar.

(Əlimərdan bəy Topçubaşov – Parisdə)

-Azərbaycan və ABŞ arasında siyasi və diplomatik əlaqələlərin qurulmasına ilk təşəbbüs 1919-cu il mayın 28-də Parisdə olub. Azərbaycan parlamentinin sədri Ə.M.Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyəti Paris Sülh Konfransında ABŞ prezidenti V.Vilsonla görüşüb. Görüşdə müstəqil Azərbaycan dövlətinin tanınması, onun Millətlər Liqasına qəbul edilməsi, ABŞ-la diplomatik münasibətlərin yaradılması və s. haqqında Azərbaycan hökumətinin rəsmi memorandumu ABŞ prezidenti Vudro Vilsona təqdim edilib. Qəbul zamanı nümayəndə heyətinin irəli sürdüyü təkliflərə cavab olaraq V.Vilson bildirir ki, onlar dünyanın kiçik hissələrə bölünməsini istəmirlər, Qafqazda federasiya yaradılması ideyasına tərəfdar çıxırlar. Bu federasiya Millətlər liqasının tapşırığı ilə hər hansı bir dövlətin himayəsində ola bilər, Qafqazda federasiya və ya Azərbaycanın müstəqilliyinin tanınması məsələsi isə rus məsələsindən əvvəl həll edilə bilməz…Təəssüflər olsun ki, 1920-ci il aprel ayının 27-də Sovet Rusiyasının XI Ordusu Bakını, sonra isə bütün Azərbaycanı işğal etdi. Və bizim Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi… 70 il SSRİ-nin hökmranlığı altında yaşamalı olduq… Və nəhayət ki, 25 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldı və 70 ildən sonra ABŞ Azərbaycanı müstəqil dövlət kimi rəsmi olaraq tanıdı … Vudro Vilsonun nəticəsinin buna münasibəti necədir?

Ölkənizin yaxın keçmişi haqqında çox da məlumatlı deyiləm. Amma Paris danışıqlarından sonra Azərbaycanın məyus olması ilə bağlı bilirəm. Bir çox qrup məyus oldu. Amma təbii ki, bəziləri yox. Hələ də bütün dünyada sülh üçün ümumilikdə bir vizyon kimi görünən Paris razılaşmalarının sonralar gözardı edilməsi məyusluq doğurur. Sizin bu məyusluğunuzu mən də bölüşürəm… Azərbaycandan olan insanların təxminən 100 il öncə azadlıq üçün göstərdikləri bu fəaliyyəti yüksək dəyərləndirirəm.

Hafiz Əhmədov

HafizTimes.com

(Tüstü ilə hazırlanmış əsər)

Oxuyun

Müsahibə

Eros Ramazzotti: `Azərbaycan gəncləri, həmişə səmimi və dürüst olun` (EKSKLÜZİV MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Uşaqlarım mənim əsas ilham mənbəyimdir

“Həyatda təəssüflə yaşamamalıyıq, hər zaman inam və ümidlə  gələcəyə baxmalıyıq”

“Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar”

“Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildim”

Eros Ramazzotti — Məşhur italyan müğənni və bəstəkar. 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edir. O, Adriano Çelentano, Andrea Baçelli, Luçano Pavarotti, Tina Tyorner, Riki Martin və digərləri ilə duet oxuyub. Geniş vokal imkanları və ifa tərzi müğənnini dünyada milyonların sevimlisinə çevirib. Onu “Dünyanın musiqi səfiri” adlandırırlar. Müğənni ifaları ilə insanlara sevgi, dünyaya isə sülh bəxş etmək istəyir. Bu günədək 14 albomu işıq üzü görüb.

Dünya şöhrətli müğənni Eros Ramazzotti eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı bir çox maraqlı məqamlardan söhbət açıb, Azərbaycanla bağlı fikirlərini ifadə edib.

-Uşaqlığınızı necə xatırlayırsınız? Böyüdüyünüz ailədə nələr çatışmırdı?

-Uşaqlığım çox sevdiyim, gözəl bir dövrdür. Sevgi olduğu üçün hər şeyimiz vardı.

 -İllərlə zirvədə qalmağı necə bacarırsınız?

Bu yalnız bir iş deyil: mahnı oxumaq mənim həyatımdır. Gördüyünüz işi sevsəniz və qərarlı olsanız istədiyiniz hər şeyə nail ola bilərsiniz. Heç bir şey verilmir, amma hər şeyi qərarlılıq və ağır zəhmətlə fəth etmək olar. Əlbətdə ki, lazımi vaxtda bir az şans da kömək edə bilər.

-Bu ağır günlərdə sizi motivə edən nədir? Necə yaradıcı qala bilirsiniz?

-Kiçik şeylərdən ilham alıram: gəzməyə çıxmaq, uşaqlarımla oynamaq və söhbət etmək və təbiətlə təmas qurmaq.

-Uğurunuzu nəyə borculusunuz?

-Çətin iş və səmimiyyətin həmişə qarşılığı olur.

 -Gələcək üçün hansı planlarınız var? Sevənlərinizə nə söyləmək istərsiniz?

-Həmişə yeni musiqi və əsərlər üzərində işləyirəm. Özümü aktiv və motivasiyalı tutmağı sevirəm. Tezliklə yenidən qarşılaşacağıq.

– “Vita ce n’è” nin uğur sirri nədir?

-Vita Ce N’è çox səmimi bir ifadır, əsas mövzu sevgidir: sevgi hər şeyin mərkəzidir, hər kəsin inana biləcəyi nikbinlikdir.

-Mahnılarınızın ilham mənbəyi nədir? Kimin üçün yazmaq istərsiniz?

-Musiqimi  hər zaman ürəyimlə yazıram: duyğularınızı yazmaq və onları musiqiyə çevirə bilmək bir hədiyyədir. Və əgər bunu səmimiyyətlə etsəniz, insanlar onu hiss edəcəklər və hər şeyi sizə qaytaracaq. Uşaqlarım mənim əsas ilham mənbəyim, məni hərəkətə gətirən mühərrikdir. Ancaq gündəlik həyatın anlarından, yaşadığım və ya mənə söylənən hekayələrdən ilham alıram.

-Öhdəsindən gəldiyin ən böyük əngəl nə olub?

-Uçmaq qorxum.

– Qəbul etdiyiniz dəyərləri musiqinizdə necə tətbiq edirsiniz?

-Sadəcə hisslərimdən və həqiqətən kim olduğumdan danışıram. Bu, təbii bir prosesdir, kim olduğum mövzusunda sadəcə olaraq dürüstəm.

-Sizin izinizlə getmək istəyən birinə nə məsləhəti verərsiniz?

-Zəhmət həmişə qarşılığı olur. Xəyallarınıza sadiqsinizsə və özünüzə inanırsınızsa, sonda hər şey qaydasında olacaq.

-Necə xatırlanmaq istərsiniz?

-Bu barədə heç düşünmürəm. Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildin.

-Həyat fəlsəfənizi 3 cümlə ilə necə ifadə edərsiniz?

-Müəyyən bir şüarım yoxdur: həyatda təəssüflə yaşamamalıyıq, ancaq hər zaman inam və ümidlə  gələcəyə baxmağa çalışmalıyıq.

 -Həmişə gənc görünməyi necə bacarırsınız?

-Gənc qalmağa deyil, sağlam olmağa köklənmişəm. Hər gün məşq etmək, yerimək, açıq havada olmaq, sağlam yemək və yaxşı yatmaq üçün əlimdən gələni edirəm. Hamısı budur.

-Zamanı geriyə çevirsəydiniz siz hara qayıdardınız?

-Peşimanlıq hissi ilə yaşamıram: etdiyim hər şeyi edərdim.

-Nə vaxt çox xoşbəxt olursunuz?  Almaq, yoxsa vermək daha yaxşıdır?

-Şübhəsiz ki, vermək.

-Azərbaycan, Bakı necə xatırlayırsan? Azərbaycanlılarla bağlı unudulmaz xatirəniz nədir?

-Bütün dünyadakı pərəstişkarlarımla görüşə bildiyim üçün çox xoşbəxtəm. Azərbaycanlılar da konsert turum zamanı məni çox isti qarşıladılar. Bu mənim üçün çox gözəl bir xatirədir.

-Azərbaycanın məşhur musiqiləri, Muğamlar haqqında heç eşitmisinizmi? Yenidən Azərbaycana səfər etmək istərsinizmi?

-Bu barədə eşitməmişəm. Amma həmişə yeni musiqilər tapmaqda maraqlıyam, təşəkkür edirəm. Konsert turu üçün getdiyim şəhərləri nadir hallarda gəzə bilirəm. Buna görə də bir gün Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar.

-Sizi Azərbaycanda sevən insanlara, gənclərə nə demək istərdiniz?

-Xəyallarınıza həmişə inanın, hər zaman özünüzə və digər insanlara qarşı səmimi və dürüst olun.

Hafiz Ahmadov

HafizTimes.com

`Azərbaycana getmək istəyərəm` – Əfsanəvi rok ulduz Bryan Adamsla eksklüziv müsahibəni BURADAN oxuya bilərsiniz.

Oxuyun

Müsahibə

Eros Ramazzotti: `I don’t live with regrets` (EXCLUSİVE İNTERVİEW)

Yayımlandı

da

Tərəfindən

“My children are my main source of inspiration, the engine that keeps me moving”

“Azerbaijanis have always welcomed me very warmly, it is a very beautiful memory for me”

“Success is measured by this, for me: how much love, in the end, you have been able to convey, with life, with music”

Italian superstar Eros Ramazzotti has been interviewed by Azerbaijani journalist Hafiz Ahmadov. HafizTimes.com proudly presents the exclusive interview with music legend Eros Ramazzotti.

-How do you remember your childhood? What was missing in the family as you grew up?

-My childhood is a very lovely period that I cherish so much. There was love, so we had everything.

-How do you manage to stay on top for years?

-This isn’t only a job: singing is my passion, my life. If you’re committed and passionated about what you do, you can achieve everything you want. Nothing is given, but everything can be conquered with commitment and hard work. Of course, even a bit of luck at the right time can help.

-What keeps you motivated in these hard times? How do you stay creative?

-I found my inspiration in the little things: going out for a walk, playing and talking with my kids, connecting with nature.

-To what do you credit your success?

-Hard work and sincerity always pay off.

-What are your plans for the future? What would you like to say to those who love you?

-I always work on new music and stuff, I like to keep myself active and motived. We will catch up again soon.

What is the secret of success of “Vita ce n’è”?

-Vita Ce N’è is a very sincere record, the main theme is love: love is the center of everything, the optimism in which everyone can still believe.

-What is the inspiration for your songs? Who would you like to write for?

-I always write my music with my heart: writing your emotions and being able to turn them into music is a gift and if you do it sincerely, the public will feel it and give you everything back. My children are my main source of inspiration, the engine that keeps me moving. But the inspiration comes from anything, from moments of daily life, from stories that I lived or that have been told to me.

-And what has been the greatest obstacle you’ve overcome?

-My fear of flying.

 -How are you imposing your values on your music?

-I simply talk about my feelings and who I really am. It’s a natural process, I’m just honest about who I am.

-What advice would you give to someone who wants to follow in your footsteps?

-As I said to you before, hard work always pays off. If you’re committed to your dreams and loyal to yourself, everything will be ok in the end.

-How do you want to be remembered?

-I do not think about it at all. Success is measured by this, for me: how much love, in the end, you have been able to convey, with life, with music.

-What is your philosophy of life in 3 sentences?

-I don’t have a particular motto, except that in life we must not live with regrets, but we have to try to always look to the future with confidence and hope.

How do you stay young all the time?

-I’m not focused on staying young, I’m focused on staying healthy. I try my best to train every day, to move, to be outdoors, to eat healthy and sleep well. That’s all.

-If you could go back in time, where would you go?

-I don’t live with regrets: I would do everything I did.

-When are you happiest? Is it better to give or to receive?

-To give, no doubt about it.

-How do you remember Azerbaijan, Baku? What is your unforgettable memory about Azerbaijanis?

-I am very happy when I can meet my fans all over the world, Azerbaijanis have always welcomed me very warmly during my previous tours, it is a very beautiful memory for me.

-Have you ever heard about the famous folk music of Azerbaijan, Mughams? Would you like to visit to Azerbaijan?

-No, I don’t but I’m always interested in finding new music, thank you. When I’m on tour I rarely can visit the cities I play in, so I would definitely be happy to visit Azerbaijan one day in a more accurate way, I’m curious about visit better Baku too!

-What would you like to tell people, particularly the youth who love you in Azerbaijan?

-Always believe in your dreams, always be sincere and honest with yourself and with other people.

Hafiz Ahmadov

HafizTimes.com

Bryan Adams: “Eat less, love more and be thankful” (EXCLUSİVE İNTERVİEW)

Oxuyun

Trend yazılar