Bizimlə əlaqə

Müsahibə

Məşhur azərbaycanlı milyarderin oğlu: “Atam biznes imperiyası qurub” (EKSKLÜZİV)

Yayımlandı

da

“Azərbaycandakı biznesimizə atam özü nəzarət edir”

“Atamın adı, kölgəsi həmişə üzərimizdə olacaq”.

“Azərbaycan mənim Vətənimdir”

Azərbaycanlı məşhur milyarder, “İSR” Şirkətlər Qrupunun prezidenti İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilov jurnalist Hafiz Əhmədovun suallarını cavablandırıb. Qeyd edək ki, Rəhman İsgəndər oğlu Xəlilov 1977-ci il 13 sentyabr tarixində Bakı şəhərində anadan olub. Moskvada böyüyüb. 1997 – 2000-ci illərdə Cenevrədə Beynəlxalq Universitetdə Biznesin idarə edilməsi ixtisası üzrə ali təhsil alıb. Bir müddət orada yaşayıb və neft sahəsi üzrə fəaliyyət göstərib. Daha sonra yenidən Moskvaya qayıdıb. Xəlilov hazırda yük daşımalarının həcminə görə Rusiyada ən nüfuzlu şirkətlərdən biri hesab edilən “İSR Trans”ın İdarə Heyətinin rəhbəridir. O, dünyanın müxtəlif ölkələrində, həmçinin Azərbaycanda da böyük biznes şəbəkəsinə sahibdir. 

HafizTimes.com məşhur biznesmen Rəhman Xəlilovla eksklüziv müsahibəni təqdim edir:

-Bu yaxınlarda ad gününüz olub. Gec də olsa, təbrik edirik.

-Çox sağ olun, təşəkkür edirəm. 40 yaşıma qədəm qoydum. Moskvada kişilər 40 yaşı qeyd etmirlər. Mən də doğum günümü ailəmlə birlikdə qeyd etdim.

-40 ili geridə qoydunuz. Bu illər necə keçdi? 

-Pis demək olmaz. O gün mən bu barədə fikirləşdim. Allahın qisməti var. Hər şey qismətdir.

-Uşaqlıq illərinizi necə xatırlayırsınız?

-Mənim uşaqlıq illlərim Bakıda keçib. Hər şeyi gözəl xatırlayıram. Nənə-babamla birlikdə Bakıda bağda yaşamışıq. Bunu hamı bilir ki, Azərbaycan mənim Vətənimdir.

–Bakıya tez-tez gəlirsiniz?

– Təəssüf ki, tez-tez gələ bilmirəm. Amma arada imkan olanda gəlirəm. Səfərlərim daha çox işlə bağlı olur. Hərdən toylara da dəvət edirlər.

-Sizin üçün Bakı, yoxsa Moskva daha doğmadır?

-Əlbəttə, Bakı daha əzizdir. Moskvada böyüdüyüm üçün ora ikinci vətənimdir.

– Necə oldu ki, gənc biznesmenlər arasında fərqləndiniz və adınız lap ön pillələrdə hallanır?

-Bu daha çox atamla bağlıdır. Atam biznes imperiyası qurub. Biz də həmin fundamenti böyütdük. Sahib olduğumuz hər şeyə görə, atamıza minnətdarıq.

– Atanız İsgəndər Xəlilov dünyanın tanınmış iş adamlarından biridir. Yəqin ki, bu pilləyə gəlmək onun üçün asan olmayıb.

-Hər şeyin təməli olmalıdır. Təməl olandan sonra tikmək asandır. Bir yerdə qalmaq olmaz. Binanı tikən zaman ona mütləq diqqət yetirmək lazımdır. Hər işdə ən xırda detallara belə diqqət etmək lazımdır. Məsələn, binaya diqqət göstərməsən, o müəyyyən müddətdən sonra söküləcək. Həyat da belədir. Biz indi işləyirik. İstəyirik ki, özümüzdən sonra gələnlər də bu yolu davam etsinlər.

– Atanız böyük biznesmendir. Onun birdən-birə böyük biznesə yiyələnməsi necə mümkün olub?

-Biz ticarətlə məşğul olmuşuq. Babam da, atam da restoran sahəsində çalışıb. Atam daha sonra neft sahəsinə girişib. Nəhayət, bu, bizim sahəyə çevrilib. Bu səbəbdən mən İsveçrədə neft sahəsi üzrə təhsil aldım və bu sahə ilə məşğul olmağa başladım. Bununla da işlərimiz yavaş-yavaş böyüməyə başladı.

-Əvvəllər sizi atanıza görə tanıyırdılar. İndi isə sizi tanınmış iş adamı kimi təqdim edirlər…

-Atamın kölgəsi altından çıxıb, yaşamaq çətindir. Bəzən kölgədən çıxmaq istəyirsən. Deyirsən ki, mən özüm bunları qurmuşam. Amma anlayırsan ki, çətindir. Atamın adı, kölgəsi həmişə üzərimizdə olacaq. Bu ad mənim oğlumun üzərində də olacaq. Bəzən Moskvada “Rəhmanın atası İsgəndər Xəlilovdur” kimi situasiyalar da olur.

-İsgəndər Xəlilov necə bir ailə başçısı, ata və biznesmendir?

-Atam super biznesmen və mükəmməl insandır. Ondan çox şeylər öyrənmişəm. Atam mənə səbirli olmağı öyərədib.

Bəzən kabinetdə otururuq. Onun yanına bəlkə də min nəfər gəlib-gedir. 10 il bundan qabaq, yəni 30 yaşım olanda soruşdum ki, niyə bu qədər insanı qəbul edirsən? Yorulmursan? Dedi ki, oğlum mən iki dəqiqəmi itirsəm nə olacaq ki? Hər kəsə iki dəqiqə qulaq asmaqla heç nə itirmərəm. İnsanları dinləmək lazımdır. Həmçinin səbirli olmağı bacarmaq lazımdır.

– İsgəndər müəllimin övladları ilə münasibəti necədir? 

-Çox ciddidir. Bizə şərtlər qoyurdu. Nizam-intizamla böyümüşük.

-Sizcə, ata-övlad münasibətləri necə qurulmalıdır?

-O vaxt başqa mühit idi. İndi mən öz oğlumla başqa formada rəftar edirəm. Oğluma hər şeyi öyrətmək istəyirəm. O vaxtlar atam çox işləyirdi. Buna görə də bizə vaxt ayıra bilmirdi. Həm də Bakıda 1970-80-ci illər bir az fərqli idi. Nəzərə alaq ki, atam 21 yaşında ailə həyatı qurub. Onun 22 yaşı olanda mən dünyaya gəlmişəm. Həmin vaxt atam özü gənc idi. Bu gün isə mənim 40 yaşım, 5 övladım var. 4 qızım, bir oğlum…

– Bu qədər işin arasında övladlarınıza vaxt ayıra bilirsiniz? 

-Bu il 30 gün uşaqların yanında oldum. Uşaqların hər biri fərqli diqqət, qayğı istəyir. Qızlara ayrı, oğlana ayrı diqqət göstərirəm. Oğlumu tez-tez futbola baxmağa aparıram. Qoy, görsün ki, atası necə insandır. Onu tez-tez iş ortaqlarımla görüşə də aparıram.

-Gələcəyin biznesmenini hazırlayırsınız.

-Bəli. Oğlum mənim davamçım olacaq. Hazırda yaşı azdır. İndidən ona izah edirəm ki, böyüyəndə biznesimi idarə etsin.

– Siz daha çox “İSR Trans” şirkəti ilə tanınırsınız. Hazırda şirkətdə işlər necə gedir?

-Bu il “İSR Trans”ın 20 yaşı olacaq. Biz bu şirkəti 2005-ci ildə almışıq. Həmin vaxt şirkət çox kiçik idi. Bu gün isə “İSR Trans” Rusiyada yük daşımalarına görə 2-3 şirkətdən biridir. 18 milyon ton neft daşıyırıq.

– Bu sahədə sizin ciddi rəqibləriniz var. Onlarla necə mübarizə aparırsınız? 

-Rusiyada böyük biznes idarə etmək çox çətindir. Amma hər kəsin öz yolu var. Gərək, heç nədən qorxmayasan. Əgər bir yerdə dayansan, səni məhv edəcəklər. Biznesin əsas şərti güclü və mübariz olmaqdır.

– Azərbaycanlı biznesmen Telman İsmayılovun müflis olması son günlərin ən çox müzakirəyə səbəb olan mövzularındandır. Sizcə, buna səbəb nədir?

-Bu, olan işdir. İqtisadiyyatda hər şey ola bilər.

– Onunla münasibətiniz necədir?

-Onlar atamın keçmiş dostlarıdır. Mənim də normal münasibətlərim var.

-Yəqin ki, Rusiyada nəhəng bizneslərə sahib azərbaycanlılarla da sıx əlaqələriniz var. 

-Biznesmen kimi münasibətlərimiz var. Həmçinin onlar böyük adamlardır. Öyrənməyə davam etmək lazımdır.

-Deyirlər, biznesdə uğur qazanmaq hər adama qismət olmur. Sizcə, bu düzgün yanaşmadır?

-Hər gün öyrənmək lazımdır. Dayanmaq olmaz. Hər kəsə qulaq asmaq, yeniliklərdən xəbər tutmaq vacib məqamdır. Sizə gün ərzində minlərlə söz deyə bilərlər. Bunları dinləyib, lazım olanları götürmək şərtdir.

Biz rəqabətdəyik. Rəqabət aparmaq bir az çətindir. Eyni zamanda yaxşı, pis və neytral olmağı bacarmaq lazımdır. Bu üç cəhətə diqqət yetirməklə irəli getmək mümkündür.

-Azərbaycanla bağlı hansı planlarınız var? 

-“İst Trans”ın Azərbaycanla əlaqəsi yoxdur. Rusiya və bəzi Avropa ölkələri ilə əməkdaşlıq edirik. “İSR Trans” bu gün yalnız dəmiryolu və gəmi sahəsinə baxır. Bizim hazırda Xəzərdənizində iki gəmimiz işləyir: “Lady Sevda” və “Lady Leyla”

-Bir müddət əvvəl “İSR Trans”ın erməni iş adamı Koçaryanla əməkdaşlıq etməsi barədə müxtəlif məlumatlar yayılmışdı. Bu haqda nə deyə bilərsiniz?

-O şirkət “İSR Trans” deyildi. Başqa bir şirkət idi. Yaxın dostlarımın şirkətidir. Həmin şirkət qaz daşımağa görə Rusiyada birinci şirkətdir. Mən o şirkəti almaq istəyirdim. Müqavilə bağladım. Məni ora konsultant kimi qəbul etdilər. Bir il orada işlədim. Həmin şirkətdə hər millətin nümayəndəsini tapa bilərsiniz. Orada erməni də ola bilər. Qeyd edim ki, o şirkət mənim deyil və hazırda heç bir əlaqəm yoxdur.

-Azərbaycandakı biznesinizə kim nəzarət edir?

-Azərbaycandakı biznesimizə daha çox atam özü nəzarət edir. Balaca qardaşım Rauf ailəsi ilə birlikdə Bakıda yaşayır. O, əsasən Bakıdakı işləri idarə etməklə məşğuldur. Neftçalada olan “Azəri-Yod”a isə mən baxıram. “Azəri-Yod” zavodu dünyada 4-cü yeri tutur. Bu gün iqtisadi böhrana görə qiymətlər düşüb, elektrikin qiymətləri qalxıb. Amma biz işi saxlamamışıq. “Azəri-Yod”un adı Çində də tanınır. Amerikaya, Hindistana mal satırıq.

-Azərbaycandakı biznes mühiti sizi qane edirmi?

-Rusiya ilə müqayisədə Azərbaycanda bazar bir qədər kiçikdir.

-Burada inkişaf görürsünüz?

-Bəli, inkişaf gedir. Yavaş-yavaş hər şey yaxşı olacaq. Bakı çox dəyişib. Bakıya gedib-qayıdan dostlarım deyəndə ki, necə də gözəl şəhəriniz var, o zaman qürur duyuram.

–Bakıda daha çox nəyi bəyənirsiniz?

-İnsanlar dəyişib, şəhərin görünüşü dəyişib. Bu yaxınlarda bir nəfər mənə dedi ki, Bakıda nə gözəl insanlar yaşayır, hamı salam verir, hal-əhval tutur. Bəli, bizim insanlarımız çox mehribandır. Buna görə də Bakını sevirəm.

-Siz bizneslə yanaşı, həm də idman sahəsidə fəaliyyət göstərirsiniz.

-Biz ailəlikcə qış turizm idman növlərinə maraq göstəririk.

-Təəssüf ki, fəaliyyətiniz Azərbaycanda gözə dəymir.

– Doğrudur. Sözün açığı, biz xokkey komandası qurmaq istəyirik. İqtisadi böhran olmasaydı, bu işi quracaqdıq. Bu sahənin inkişafı üçün çox pul lazımdır.

-Görünür, iqtisadi böhran biznesinizə ciddi təsir edib.

-Bəli. İqtisadi böhran bütün dünyada olduğu kimi, bizə də təsir edib.

-Qardaşınız Rauf bəy hansı işlərlə məşğuldur? 

– O, Azərbaycanda nəqliyyat sahəsi ilə məşğul olur. “Toyota”, “Lexsus” ticarətinə qardaşım nəzarət edir. Rauf ailəsi ilə birlikdə Bakıda yaşayır.

– Ağalarovlarla əlaqəniz varmı?

-Dostluq münasibətimiz var.

-İsgəndər müəllim Azərbaycana tez-tez gəlir?

-İşlə əlaqədar səfərlər olur.

– Bəs Azərbaycan rəsmiləri ilə münasibətiniz necədir?

-Çox yaxşıdır, heç kimlə problemimiz yoxdur.

-Necə oldu məhz “Hilton” otelini Bakıda ucaltdınız?

-Onun yerində otel tikməyi çoxdan nəzərdə tutmuşduq. Fikirləşirdik ki, bu yerə hansı brend yaraşar? O vaxt “Marriot” da yox idi. Yalnız “Park İNN” və “Radission” var idi. Qərara gəldik ki, “Hilton” brendini gətirək. Bundan əlavə hazırda Türkiyədə “Hilton Bodrum” otelimiz də fəaliyyət göstərir.

– Evdə Azərbaycan dilində danışırsınız, yoxsa rus dilində?

-Uşaqlarla arada Azərbaycan dilində danışmaq istəyirəm, amma çətindir. Bizdə hamı rus dilində danışır. Arada onlara Azərbaycan dilində “bala, gəl bura, get ora” bu kimi sözlər öyrədirəm. Gələcəkdə bizim dilimizi öyrənəcəklər.

Uşaqlara tapşırmışam ki, hər yay Azərbaycana gəlib, bir ay bağda qalsınlar. Görsünlər ki, burada Bakılı uşaqlar necə yaşayır. Bu, çox vacibdir.

-Kitab oxuyursunuzmu?

-Əlbəttə, vaxt olduqca kitab oxuyuram.

-Maraqlıdır, hansı idmanla məşğul olursunuz?

-Xokkey oynayıram. Ona görə istəyirəm ki, Azərbaycanın xokkey komandasını quraq. İndi zamanı deyil. Amma vaxt gələcək Allahın köməyi ilə bu da mükün olacaq. Bir gün Azərbaycanın xokkey komandası beynəlxalq yarışda oynayacaq.

-“Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarına baxırsınız?

-Əlbəttə. Hamımız “Qarabağ”la qürur duyuruq.

-Sonda azərbaycanlı gənclərə nə demək istərdiniz?

-Səbirli olsunlar, vaxtlarını boş yerə keçirməsinlər. Oxusunlar, təhsil alsınlar.

Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

ABŞ Prezidenti Vilsonun nəticəsi: “AXC diplomatlarının 100 il öncəki bu fəaliyyətini dəyərləndirirəm” (TARİXİ MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Bakıda çox maraqlı memarlıq nümunələri var”

“Amerikadakı mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır”

“Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik”

“Heç bir şəkildə mükəmməl deyildik, amma…”

Tomas Sayre – Amerikalı məşhur rəssam-heykəltəraş. O, qeyri-adi “public art” layihələri ilə bütün dünyada tanınır. Qeyd edək ki,  Tomas Sayre Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsidir.

HafizTimes.com-un növbəti müsahibi Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsi, məşhur rəssam-heykəltəraş Tomas Sayredir. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran ABŞ prezidentinin varisi T. Sayre ailəsi, fəaliyyəti ilə bağlı bir çox mühüm məqamlardan söhbət açıb. O, Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq babası prezident Tomas Vudro Vilsonun Azərbaycan Xalq Cümhuriyyətinə (1918-1920) olan münasibətindən də bəhs edib:

-Ohayo ştatının Klivlend şəhərində anadan olmuşam. Sonralar atam Vaşinqtondakı kafedral kilsədə baş keşiş (dean) olub. Beləliklə biz də Vaşinqtona köçdük. Mən də orada böyüdüm. Oğlanlar üçün olan “ST Albans” məktəbində təhsil aldım. Şimali Karolina Universitetində və Miçiqandakı Cranbrook İncəsənət Akademiyasındakı sənət məktəbində təhsil aldım.

-Prezident ailəsinin üzvü necə oldu ki, heykəltəraş-rəssam olmağa qərar verdi? Hazırda hansı layihələr üzərində çalışırsınız?

-Həmişə əllərimlə əşyalar düzəltmişəm. Kilsənin kölgəsində böyüdüyüm zaman artıq bütün daş hörgüləri, rəngli şüşə istehsal edənləri, heykəltəraşları və bir çox fərqli sahələr üzrə çalışan sənətkarları tanıyırdım. Hələ uşaq ikən bildim ki, sənət və memarlıq dərin insani duyğu və məna daşıyır. Beləliklə bütün karyeramı bu fikri ifadə etməyə həsr etdim. Hazırladığım heykəllər əsasən çox böyükdür və ictimaiyyət üçün açıqdırlar. Onlar ictimai məkanlara müəyyən bir məna bəxş edirlər və hansısa bir yer haqqında hekayələr danışmağa çalışırlar. Hazırda bütün ABŞ-da 5 böyük ictimai layihə üzərində çalışıram. Floridanın Tampa şəhərindəki muzeydə rəsmlərim nümayiş olunur. Hər gün yeni rəsmlər çəkirəm.

-Siz həmçinin məşhur dizayn firması olan “Clearscapes”in təsisçisisiniz.

“Clearscapes” bir rəssam və bir memarın arasındakı səmərəli əməkdaşlığın nəticəsində meydana çıxdı. Stiv Şuster ilə otuz ildən çox idi ki, tanış idim. Təxminən bir il əvvəl o, vəfat edənə qədər birlikdə çalışdıq. Firmanın memarlıq bölməsi əsasən Şimali Karolinada yerləşir: “Raleigh Convention” Mərkəzi, yeni “Raleigh” qatar stansiyası və bir çox sənət obyektləri bura daxildir. ABŞ, Kanada və Asiyada ictimaiyyət üçün açıq olan bir çox sənət əsərlərimiz mövcuddur.

-Hansı sənət əsərinizlə həqiqətən də qürur duyursunuz? Gələcək üçün hansı uğurlu layihələriniz var?

-Layihə mövcud olduğu cəmiyyətə təsir edən zaman çox qürur duyuram. Məsələn, “Oberlin Rising” 100 ildən çoxdur ki, Afro-Amerikan cəmiyyətini xatırladır. Hansı ki, “Raleigh”də baş verənlər nəticəsində məhv edilib. Müəyyən bir bir nahatlığı, xəstəliyi olanların sağalması üçün istifadə olunan Sağlamlıq Mərkəzinin adını qürurla çəkə bilərəm. Bundan başqa Vaşinqtondakı Milli Ballball Stadionunun girişindəki əyləncəli “Curve Ball” heykəlindən zövq alıram. Hətta Vaşinqton komandası keçən yay dünya kubokunu da qazandı.

Hazırda Texasdakı Texnologiya-Tibb Məktəbinin bir hissəsi olan Tibbi Araşdırma Müəssisəsinin qarşısında nəhəng və qeyri-adi layihə üzərində çalışırıq. Yeni Meksikadakı Albuquerqu bölgəsində suyun qorunması və insanların bu məsələyə ehtiyatla yanaşmaları ilə bağlı bir layihəyə start vermişik. Bundan başqa Şimali Karolinadakı Greensboro-da çay boyunca böyük bir ictimai park yaradırıq.

-Yaratmaq üçün nədən ilham alırsınız?

-Torpaqdan ilham alıram,  insanla müəyyən bir yerin vədhətindən doğan hekayələr məni ruhlandırır. Hər şey insanın niyyəti ilə təbiətin ona bəxş etdikləri arasındakı əlaqədən aslıdır. Yəni demək istəyirəm ki, dünyada tarazlıq yaradan sənətdən ilham alıram.

-Tarix abidələrinin qorunması ilə bağlı nə demək istərsiniz? Son vaxtlar Amerikada da heykəlləri dağıdırlar…

-Bu çox ağır və çətin bir sualdır. Mən bir neçə tarixi abidəni yenidən dizayn etdim. Bu çox çətin idi. Hətta bu barədə danışmaq da çətindir. Amerikadakı Vətəndaş müharibələri ilə bağlı dağılan abidələrə gəlincə deyə bilərəm ki, onlar bu ölkədə böyük bir siyasi uçurum yaratmaqda ittiham olunurlar… Təəssüf ki, bu ölkədəki mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır.

(Vudro Vilson)

-Siz Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsisiniz. Vudro Vilsonun varisi kimi böyümək necə idi?

– Ailəmiz bir az qarışıqdır. Ailə tarixini miras kimi qəbul etmək və ən yaxşı formada yaşatmaq çox vacibdir. Bəxtim gətirib ki, onların sırasında dəyərli insanlar çoxdur… Ümumilikdə onların hamısı ilə eyni fikirdə olmasam da, Vudro Vilson da daxil olmaqla ailəmizin bütün üzvlərinə qarşı hörmətlə yanaşıram.

-Vudro Vilson sizin üçün kimdir?

-Hesab edirəm ki, Vudro Vilson idealizm və təcrübəni özündə birləşdirən, güclü, yüksək intellektli və bəzən də gözüaçıq bir insan idi. Vilson əsl lider idi. Heç bir şəkildə mükəmməl deyildik, amma Amerikanı yaxşılığa doğru dəyişməyə müvəffəq olduq. Kaş ki, dünya ilə bağlı düşüncələri də daha yaxşı qəbul olunardı. Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik…

-Hazırda Amerikada nə baş verir? Amerikadakı irqi problemlər sizə necə təsir edir? İrqçilik kimlərə xidmət edir?

-Amerika dünyanın hər yerində olduğu kimi, Covid-19 ilə də mübarizə aparır. Bəlkə də bu pandemiya Corc Floydun öldürülməsinə qarşı daha dərin və tutarlı cavab vermək üçün bir yol açdı. Dua edirəm ki, mövcud iğtişaşlar əslində Amerikada sistematik şəkildə qurulan ağların üstünlüyünün çökməsi istiqamətində ciddi bir fəaliyyətə səbəb olacaq. Sistemimiz ağ insanların maraqlarını digərlərindən üstün tutur. Bu səhvdir, bu ölkənin mənimsədiyi dəyərlərə ziddir və dəyişməliyik. Bəlkə də indi real dəyişikliyə çatmaq üçün bir fürsətdir. Buna ümid edirəm.

-Azərbaycan, Bakı haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları hələ 1919-cu ildə Parisdə babanız Vudro Vilsona Azərbaycan haqqında geniş məlumatlar veriblər. 

-Təəssüf ki, sizin paytaxt şəhərinizdə olmamışam. Amma görürəm ki, irəliyə doğru getmək üçün böyük işlər görülür. Bakıda çox maraqlı memarlıq nümunələri var: “Flame Towers”, “SOCAR Tower” və “Crystal Hall” – möhtəşəm görünüşlü dizaynlardır. Mən bunların yalnız şəkillərini görmüşəm…

Bakıda layihələrim yoxdur, amma mütləq orada işləmək istəyirəm. Həm fiziki, həm də mədəniyyət baxımından fərqli yerlərdə işləmək maraqlı olar.

(Əlimərdan bəy Topçubaşov – Parisdə)

-Azərbaycan və ABŞ arasında siyasi və diplomatik əlaqələlərin qurulmasına ilk təşəbbüs 1919-cu il mayın 28-də Parisdə olub. Azərbaycan parlamentinin sədri Ə.M.Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyəti Paris Sülh Konfransında ABŞ prezidenti V.Vilsonla görüşüb. Görüşdə müstəqil Azərbaycan dövlətinin tanınması, onun Millətlər Liqasına qəbul edilməsi, ABŞ-la diplomatik münasibətlərin yaradılması və s. haqqında Azərbaycan hökumətinin rəsmi memorandumu ABŞ prezidenti Vudro Vilsona təqdim edilib. Qəbul zamanı nümayəndə heyətinin irəli sürdüyü təkliflərə cavab olaraq V.Vilson bildirir ki, onlar dünyanın kiçik hissələrə bölünməsini istəmirlər, Qafqazda federasiya yaradılması ideyasına tərəfdar çıxırlar. Bu federasiya Millətlər liqasının tapşırığı ilə hər hansı bir dövlətin himayəsində ola bilər, Qafqazda federasiya və ya Azərbaycanın müstəqilliyinin tanınması məsələsi isə rus məsələsindən əvvəl həll edilə bilməz…Təəssüflər olsun ki, 1920-ci il aprel ayının 27-də Sovet Rusiyasının XI Ordusu Bakını, sonra isə bütün Azərbaycanı işğal etdi. Və bizim Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi… 70 il SSRİ-nin hökmranlığı altında yaşamalı olduq… Və nəhayət ki, 25 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldı və 70 ildən sonra ABŞ Azərbaycanı müstəqil dövlət kimi rəsmi olaraq tanıdı … Vudro Vilsonun nəticəsinin buna münasibəti necədir?

Ölkənizin yaxın keçmişi haqqında çox da məlumatlı deyiləm. Amma Paris danışıqlarından sonra Azərbaycanın məyus olması ilə bağlı bilirəm. Bir çox qrup məyus oldu. Amma təbii ki, bəziləri yox. Hələ də bütün dünyada sülh üçün ümumilikdə bir vizyon kimi görünən Paris razılaşmalarının sonralar gözardı edilməsi məyusluq doğurur. Sizin bu məyusluğunuzu mən də bölüşürəm… Azərbaycandan olan insanların təxminən 100 il öncə azadlıq üçün göstərdikləri bu fəaliyyəti yüksək dəyərləndirirəm.

Hafiz Əhmədov

HafizTimes.com

(Tüstü ilə hazırlanmış əsər)

Oxuyun

Müsahibə

Eros Ramazzotti: `Azərbaycan gəncləri, həmişə səmimi və dürüst olun` (EKSKLÜZİV MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Uşaqlarım mənim əsas ilham mənbəyimdir

“Həyatda təəssüflə yaşamamalıyıq, hər zaman inam və ümidlə  gələcəyə baxmalıyıq”

“Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar”

“Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildim”

Eros Ramazzotti — Məşhur italyan müğənni və bəstəkar. 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edir. O, Adriano Çelentano, Andrea Baçelli, Luçano Pavarotti, Tina Tyorner, Riki Martin və digərləri ilə duet oxuyub. Geniş vokal imkanları və ifa tərzi müğənnini dünyada milyonların sevimlisinə çevirib. Onu “Dünyanın musiqi səfiri” adlandırırlar. Müğənni ifaları ilə insanlara sevgi, dünyaya isə sülh bəxş etmək istəyir. Bu günədək 14 albomu işıq üzü görüb.

Dünya şöhrətli müğənni Eros Ramazzotti eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı bir çox maraqlı məqamlardan söhbət açıb, Azərbaycanla bağlı fikirlərini ifadə edib.

-Uşaqlığınızı necə xatırlayırsınız? Böyüdüyünüz ailədə nələr çatışmırdı?

-Uşaqlığım çox sevdiyim, gözəl bir dövrdür. Sevgi olduğu üçün hər şeyimiz vardı.

 -İllərlə zirvədə qalmağı necə bacarırsınız?

Bu yalnız bir iş deyil: mahnı oxumaq mənim həyatımdır. Gördüyünüz işi sevsəniz və qərarlı olsanız istədiyiniz hər şeyə nail ola bilərsiniz. Heç bir şey verilmir, amma hər şeyi qərarlılıq və ağır zəhmətlə fəth etmək olar. Əlbətdə ki, lazımi vaxtda bir az şans da kömək edə bilər.

-Bu ağır günlərdə sizi motivə edən nədir? Necə yaradıcı qala bilirsiniz?

-Kiçik şeylərdən ilham alıram: gəzməyə çıxmaq, uşaqlarımla oynamaq və söhbət etmək və təbiətlə təmas qurmaq.

-Uğurunuzu nəyə borculusunuz?

-Çətin iş və səmimiyyətin həmişə qarşılığı olur.

 -Gələcək üçün hansı planlarınız var? Sevənlərinizə nə söyləmək istərsiniz?

-Həmişə yeni musiqi və əsərlər üzərində işləyirəm. Özümü aktiv və motivasiyalı tutmağı sevirəm. Tezliklə yenidən qarşılaşacağıq.

– “Vita ce n’è” nin uğur sirri nədir?

-Vita Ce N’è çox səmimi bir ifadır, əsas mövzu sevgidir: sevgi hər şeyin mərkəzidir, hər kəsin inana biləcəyi nikbinlikdir.

-Mahnılarınızın ilham mənbəyi nədir? Kimin üçün yazmaq istərsiniz?

-Musiqimi  hər zaman ürəyimlə yazıram: duyğularınızı yazmaq və onları musiqiyə çevirə bilmək bir hədiyyədir. Və əgər bunu səmimiyyətlə etsəniz, insanlar onu hiss edəcəklər və hər şeyi sizə qaytaracaq. Uşaqlarım mənim əsas ilham mənbəyim, məni hərəkətə gətirən mühərrikdir. Ancaq gündəlik həyatın anlarından, yaşadığım və ya mənə söylənən hekayələrdən ilham alıram.

-Öhdəsindən gəldiyin ən böyük əngəl nə olub?

-Uçmaq qorxum.

– Qəbul etdiyiniz dəyərləri musiqinizdə necə tətbiq edirsiniz?

-Sadəcə hisslərimdən və həqiqətən kim olduğumdan danışıram. Bu, təbii bir prosesdir, kim olduğum mövzusunda sadəcə olaraq dürüstəm.

-Sizin izinizlə getmək istəyən birinə nə məsləhəti verərsiniz?

-Zəhmət həmişə qarşılığı olur. Xəyallarınıza sadiqsinizsə və özünüzə inanırsınızsa, sonda hər şey qaydasında olacaq.

-Necə xatırlanmaq istərsiniz?

-Bu barədə heç düşünmürəm. Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildin.

-Həyat fəlsəfənizi 3 cümlə ilə necə ifadə edərsiniz?

-Müəyyən bir şüarım yoxdur: həyatda təəssüflə yaşamamalıyıq, ancaq hər zaman inam və ümidlə  gələcəyə baxmağa çalışmalıyıq.

 -Həmişə gənc görünməyi necə bacarırsınız?

-Gənc qalmağa deyil, sağlam olmağa köklənmişəm. Hər gün məşq etmək, yerimək, açıq havada olmaq, sağlam yemək və yaxşı yatmaq üçün əlimdən gələni edirəm. Hamısı budur.

-Zamanı geriyə çevirsəydiniz siz hara qayıdardınız?

-Peşimanlıq hissi ilə yaşamıram: etdiyim hər şeyi edərdim.

-Nə vaxt çox xoşbəxt olursunuz?  Almaq, yoxsa vermək daha yaxşıdır?

-Şübhəsiz ki, vermək.

-Azərbaycan, Bakı necə xatırlayırsan? Azərbaycanlılarla bağlı unudulmaz xatirəniz nədir?

-Bütün dünyadakı pərəstişkarlarımla görüşə bildiyim üçün çox xoşbəxtəm. Azərbaycanlılar da konsert turum zamanı məni çox isti qarşıladılar. Bu mənim üçün çox gözəl bir xatirədir.

-Azərbaycanın məşhur musiqiləri, Muğamlar haqqında heç eşitmisinizmi? Yenidən Azərbaycana səfər etmək istərsinizmi?

-Bu barədə eşitməmişəm. Amma həmişə yeni musiqilər tapmaqda maraqlıyam, təşəkkür edirəm. Konsert turu üçün getdiyim şəhərləri nadir hallarda gəzə bilirəm. Buna görə də bir gün Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar.

-Sizi Azərbaycanda sevən insanlara, gənclərə nə demək istərdiniz?

-Xəyallarınıza həmişə inanın, hər zaman özünüzə və digər insanlara qarşı səmimi və dürüst olun.

Hafiz Ahmadov

HafizTimes.com

`Azərbaycana getmək istəyərəm` – Əfsanəvi rok ulduz Bryan Adamsla eksklüziv müsahibəni BURADAN oxuya bilərsiniz.

Oxuyun

Müsahibə

Eros Ramazzotti: `I don’t live with regrets` (EXCLUSİVE İNTERVİEW)

Yayımlandı

da

Tərəfindən

“My children are my main source of inspiration, the engine that keeps me moving”

“Azerbaijanis have always welcomed me very warmly, it is a very beautiful memory for me”

“Success is measured by this, for me: how much love, in the end, you have been able to convey, with life, with music”

Italian superstar Eros Ramazzotti has been interviewed by Azerbaijani journalist Hafiz Ahmadov. HafizTimes.com proudly presents the exclusive interview with music legend Eros Ramazzotti.

-How do you remember your childhood? What was missing in the family as you grew up?

-My childhood is a very lovely period that I cherish so much. There was love, so we had everything.

-How do you manage to stay on top for years?

-This isn’t only a job: singing is my passion, my life. If you’re committed and passionated about what you do, you can achieve everything you want. Nothing is given, but everything can be conquered with commitment and hard work. Of course, even a bit of luck at the right time can help.

-What keeps you motivated in these hard times? How do you stay creative?

-I found my inspiration in the little things: going out for a walk, playing and talking with my kids, connecting with nature.

-To what do you credit your success?

-Hard work and sincerity always pay off.

-What are your plans for the future? What would you like to say to those who love you?

-I always work on new music and stuff, I like to keep myself active and motived. We will catch up again soon.

What is the secret of success of “Vita ce n’è”?

-Vita Ce N’è is a very sincere record, the main theme is love: love is the center of everything, the optimism in which everyone can still believe.

-What is the inspiration for your songs? Who would you like to write for?

-I always write my music with my heart: writing your emotions and being able to turn them into music is a gift and if you do it sincerely, the public will feel it and give you everything back. My children are my main source of inspiration, the engine that keeps me moving. But the inspiration comes from anything, from moments of daily life, from stories that I lived or that have been told to me.

-And what has been the greatest obstacle you’ve overcome?

-My fear of flying.

 -How are you imposing your values on your music?

-I simply talk about my feelings and who I really am. It’s a natural process, I’m just honest about who I am.

-What advice would you give to someone who wants to follow in your footsteps?

-As I said to you before, hard work always pays off. If you’re committed to your dreams and loyal to yourself, everything will be ok in the end.

-How do you want to be remembered?

-I do not think about it at all. Success is measured by this, for me: how much love, in the end, you have been able to convey, with life, with music.

-What is your philosophy of life in 3 sentences?

-I don’t have a particular motto, except that in life we must not live with regrets, but we have to try to always look to the future with confidence and hope.

How do you stay young all the time?

-I’m not focused on staying young, I’m focused on staying healthy. I try my best to train every day, to move, to be outdoors, to eat healthy and sleep well. That’s all.

-If you could go back in time, where would you go?

-I don’t live with regrets: I would do everything I did.

-When are you happiest? Is it better to give or to receive?

-To give, no doubt about it.

-How do you remember Azerbaijan, Baku? What is your unforgettable memory about Azerbaijanis?

-I am very happy when I can meet my fans all over the world, Azerbaijanis have always welcomed me very warmly during my previous tours, it is a very beautiful memory for me.

-Have you ever heard about the famous folk music of Azerbaijan, Mughams? Would you like to visit to Azerbaijan?

-No, I don’t but I’m always interested in finding new music, thank you. When I’m on tour I rarely can visit the cities I play in, so I would definitely be happy to visit Azerbaijan one day in a more accurate way, I’m curious about visit better Baku too!

-What would you like to tell people, particularly the youth who love you in Azerbaijan?

-Always believe in your dreams, always be sincere and honest with yourself and with other people.

Hafiz Ahmadov

HafizTimes.com

Bryan Adams: “Eat less, love more and be thankful” (EXCLUSİVE İNTERVİEW)

Oxuyun

Trend yazılar