Bizimlə əlaqə

Xəbər

Məşhur azərbaycanlı iş adamı Rusiyada yeni biznes imperiyası qurdu –“İSR Trans” ləğv olundu (ÖZƏL)

Yayımlandı

da

Azərbaycanlı milyarder  İsgəndər Xəlilovun adını daşıyan “İSR Trans” şirkətinin adı  və loqosu dəyişdirildi- RAILGO

 Yük daşımalarının həcminə görə Rusiyada ən nüfuzlu şirkətlərdən biri hesab edilən “İSR Trans”ın strukturu və adı dəyişdirilib. Belə ki,  şirkət  2019-ci ildən  RAILGO  brendi adı altında fəaliyyət göstərəcək. “ İSR Trans” Dəmiryolu yük daşımaları xidməti, “Taganrog Tanker Fleet” yük daşımaları,  Kurgannefteprodukt” neft məhsullarının daşınması, “Petrolsib Service” təmir mərkəzi kimi məşhur şirkətlər RAILGO bredinin strukturuna daxil olub. RAILGO bredinin İdarə Heyətinin rəhbəri  isə “İSR” Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı milyarder İsgəndər Xəlilovun oğlu  biznesmen Rəhman Xəlilovdur.

Bu barədə HafizTimes.com-a iş adamı Rəhman Xəlilovun özü məlumat verib. Onun sözlərinə görə, bütün xidmətləri  vahid bir mərkəzdən idarə etmək neft məhsullarının çatdırılması prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək:

-Yeni il ərəfəsində xüsusilə bu xəbəri bölüşməkdən məmnunam. Şirkətimiz  2019-cu ilə yeni bir ad altında daxil olur. İlk növbədə, yeni mövqe  strategiyası və bir neçə şirkətin vahid marka- RAILGO  brendi altında birləşməsi vizual görünüşün də dəyişməsi  ilə nəticələndi.

Son on illikdə daşıma xidmətləri bazarı sürətlə inkişaf edir. Bu da yeniliyə inteqrasiya olmaq tələbini artırır.  İSR Trans da iş xidmətləri sahəsini artırmaq, nəqliyyat coğrafiyasını genişləndirmək və ölkə daxilində  şöbələrinin şəbəkəsini qurmaq üçün mütəmadi olaraq proqram həyata keçirir.

Bu isə daha böyük və mütəmadi olaraq daşıma xidmətlərini həyata keçirməyimizə kömək edəcək. Bütün xidmətləri  vahid bir operator tərəfindən idarə etmək neft məhsullarının çatdırılması prosesini əhəmiyyətli dərəcədə sürətləndirə bilər.

-Bütün müəssisələri birləşdirən dəmir yolu nəqliyyatı qurmaq yeni “RAILGO” brendinin  əsas hədəfidir.  

-Biz bütün maşurut xətti boyunca yüksək səviyyəli xidmət, təhlükəsizlik və çatdırılmaya tam təminat veririk! “RAILGO” sözü,  neft məhsullarının tədarükünün etibarlılıq səviyyəsinin “dəmir” kimi olması mənasını ifadə edir.

Gündəlik olaraq inkişaf edən, iddialı hədəflər müəyyən edən və bunları həyata keçirən  yaxşı fikirli insanlar şirkətimizin əsas strukturunu təşkil edirlər.

-Müştərilərimiz isə Rusiyanın neft və qaz sahəsində tanınmış, lider şirkətləridir: LUKOIL, ForteInvest, Adamas, Rosneft, RussNeft, Qazprom Neft və Neftis.

-Ümid edirəm ki, qarşıdan gələn 2019-cu ildə gözlədiklərimiz həyata keçəcək, xəyallarımız reallaşacaq və xoş sürprizlərlə qarşılaşacağıq. Sevdiklərimizin məhəbbəti bizi qoruyacaq və yeni nailiyyətlərə sövq edəcək.

Qeyd edək ki, Rəhman Xəlilovun bir müddət öncə HafizTimes.com-a verdiyi geniş müsahibəni BURADAN oxuya bilərsiniz.

Hafiz Əhmədov

Müsahibə

Şarl de Qollun kosmos üçün şampan hazırlayan məşhur varisi: “Bakı inanılmaz bir şəhərdir” (EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Kosmos üçün hazırladığımız şampan yalnız köpükdən ibarədir”

“Şarl de Qollun soyadını daşımaq böyük məsuliyyətdir”

 Oktav de Qoll  – Məşhur fransız dizayner. Kosmos üçün lazım olan məhsulların dizayneri. Parisdə anadan olub. Ensci-də təhsil alıb. Daha sonra Milandakı Politexnikdə, Almaniyadakı KISD-də dizayn üzrə təhsilini davam etdirib. Fransanın keçmiş prezidenti, əfsanəvi general Şarl de Qollun nəticəsidir. O, Kosmosda çəkisizlik şəraitində astronavtların və turistlərin içmələri üçün xüsusi dizaynla şampan hazırlayıb.  31 yaşı var.

Fransada əfsanəvi bir şəxsiyyətin ailəsini təmsil edən məşhur dizayner Oktav de Qoll eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı ailəsi, babası mərhum prezident Şarl de Qolldan, həmçinin kosmos üçün gördüyü dizayn işlərindən söhbət açıb.  Oktav de Qoll  Bakı, Azərbaycanla da bağlı fikirlərini  ifadə edib:

-İşiniz barədə məlumat verərsiniz…

-Kosmosda istifadə edilən məhsulları dizayn  edirəm. Bildiyimiz bütün əşyalar çəkisizlik şəraitində fəaliyyət göstərmir. Bu çox maraqlı, yeni bir dizayn sahəsdir. Kosmos üçün hər şey yenidən qurulmalıdır.

-Bizə sıfır çəkisizlik şəraitində astronavtların ləzzət almaları üçün yaratdığınız şampan şərabı, dizayn etdiyiniz şüşə butulkalar barəsində məlumat verərdiniz.  Bunu necə yaratdınız, dizayn etdiniz?

-Kosmosda  şampan süzmək mümkün deyil. Həmçinin şüşə butulkanı paylaşmaq da mümkünsüzdür. Biz bu şüşəni yenidən yaratmaq istədik. Beləliklə insanı hiss etmək üçün mühüm yer olan Kosmosda  yenidən bir tarixi məqam yarada bildik.

– Siz heç Kosmosda olubsunuz? Astronavtlar bu şampanı çəkisizlik şəraitində necə içə biləcəklər?

-Təbii ki, heç vaxt kosmosda olmamışam.Amma kosmosla bağlı astronavtların arxivləri üzrə təhsil almışam.  2014-cü ildə astronavt Jean-Francois Clervoy ilə tanış oldum. 2016-ci ildə  Jean-Francois Clervoy Novespace-in sıfır G qurğusunda Kosmosa uçdu. Bu günə qədər mən də bu obyektlə 6 dəfə çəkisizlik şəraitində uçmuşam.

 

-Kosmosda spirtdən istifadə qadağan deyil?

 -Rəsmi formada qadağan olsa da,həmişə bir az spirt istifadə olunub.

-Kosmos üçün hazırladığımız şampan yalnız köpükden ibarətdir. Həmin köpük ağızda olan zaman mayeyə çevirilir.

-Bu həqiqətən elə bil sehirli bir məqamdır. Dil, damaq və yanaqlarda sehirli bir hiss yaranır. Şampan butulkanın yuxarı hissəsindədir. Aşağı hissədə isə az miqdarda şərab mövcuddur. Şərabı çıxarmaq üçün karbondioksiddən istifadə edərək əl ilə  nazarət olunan bir hissə yaratmışıq.

 

-8 qat Olimpiya çempiyonu, məşhur atlet Hüseyn Boltla çəkisizlik şəraitində baş tutan məşhur yarışınız barədə bilmək  istərdik. Kim qalib oldu? Hüseyn Boltla yarışmaq necə bir hisdir?

-Hüseyn Boltla görüşmək, uçmaq inanılmaz bir hisdir. Ona çəkisizlik şəraitində nə etməsi gərəkdiyini izah etdim. Bir neçə dəqiqə ərzində o, hər şeyi ən yaxşı formada icra etdi. Sonda, biz  ay çəkimi (moon gravity) şəraitində onun bu istedadını necə ifadə etməsinə şahid olduq. Bu çox gözəl idi!

Əlbəttə ki, Hüseyn Bolt yenə də qalib oldu. Amma mən də bu yarışda çox geridə qalmadım. Əlbəttə ki, yer üstündə yarışsaydıq aramızda qalan məsafə fərqi daha çox olardı…

-Bildiyimiz kimi, siz Fransada çox hörmətli bir ailəni təmsil edirsiniz. Şarl de Qoll ailəsi haqqında fikrilərinizi bilmək istərdik. Şarl de Qoll sizin üçün kim olub?

-Şarl de Qoll mənim babam olub. Təbii ki, bu məsuliyyətli soyadı daşımaq bəzən çox çətin olur. Ancaq bu soyad mənə ailəmdən miras qalıb. Bu mənim üçün fəxrdir.  Mən həm bu  qürur duyduğum soyadımla, həm də öz şəxsiyyətimlə mövcud olmağa çalışıram.

 

-Necə bir ailədə böyüyübsünüz? 

-Atam bir sənətkar, fotoqraf və istedadlı bir qrafik dizayneridir. Anam isə Parisdə məşhur Elm Muzeyində çalışır. Ailədə iki gənc qardaşım və iki bacım var. Hamısı çox yaradıcı insanlardır. Bir qardaşım da  dizaynerdir. O biri isə musiqiçidir. Parisdə rəsm və fotolarla dolu, eyni zamanda təbiətə, meşəyə  çox yaxın bir evdə böyüdük. Uşaqlıq illərimi ən gözəl bir formada keçirdiyim üçün hər zaman ailəmə minnətdaram.

-Dizayn etmək üçün siz nədən ilham alırsınız?

-Dizayn mənim üçün əsl formanın axtarışıdır. Bu forma gözəl və  iş üçün uyğun olmaya da bilər. Amma öz daxilində bir növ həqiqəti daşıyan əşyaların təbiətinə uyğun mükəmməl bir rəsimdir.  Sanki həmin əşya  buradadır.

– Hədəfiniz, gələcək planlarınız barədə bilmək istərdik.

-Mən tamamilə kosmik bir mühitdə interyerdən tutmuş ən kiçik obyektə qədər çalışmaq istərdim. Özümü yerdən uzaq bir astronavt mövqeyinə qoymağa çalışıram. Orada olan zaman nə üçün darıxacağımı, nəyi kəşf edəcəyimi və nələr hiss edəcəyimi düşünürəm…

-Bakı, Azərbaycanla bağlı fikirlərinizi bilmək istərdik. Heç Azərbaycana gəlibsinizmi?

-Azərbaycana heç vaxt getməmişəm. Amma bir gün dəvət etsəniz gəlib ziyarət etməyi çox istərdim. Bakı inanılmaz bir şəhərdir.

Hafiz Əhmədov

 

Oxuyun

Müsahibə

“53 milyon dollarımı və həyatımın 18 ilini itirdim”, – Lütfi Zadənin oğlundan SENSASSİON AÇIQLAMA(EKSKLÜZİV )

Yayımlandı

da

Tərəfindən

“İndi Azərbaycanı ABŞ-dan daha çox sevirəm”.

Dünyaca məşhur azərbaycanlı alim, mərhum Lütfi Zadənin oğlu Norman Zadə  Hafiztimes.com -a açıqlamasında  bildirib ki, milyonlarla dollar məbləğində ziyana düşüb. Norman Zadə Amerika məhkəməsinin barəsində çıxardığı qərardan söhbət açıb:

– Amerikada məhkəmə ilə bəzi problemlər var. Müəllif hüququ oğruları mənim Perfect 10 jurnalımın məzmununu oğurladılar. Biz məhkəməyə müraciət etdik. Məhkəmədəki dəli hakim  onların xeyrinə qərar çıxardı, bizim   jurnalımızın 6.5  milyon dollarlıq məzmunu ilə onları mükafatlandırdı.

-İndi onlar mənimlə şəxsən mübarizəyə başlayıblar. Həyatımın 18 ilini və 53 milyon dollarımı itirdim.

N. Zadə Azərbaycana olan sevgisini də dilə gətirib:

-Hazırda mən Azərbaycanı ABŞ-dan daha çox sevirəm. Onlar atama və mənə böyük hörmətlə yanaşdılar. Amerikada isə bunun tam əskini görürəm.

-Norman Zadə atasının qəbirüstü abidəsi ilə bağlı  fikirlərini də bizimlə bölüşüb:

-Mən abidənin şəkillərini gördüm. Çox bəyəndim. Əməyi keçən hər kəsə təşəkkür edirəm.

-Norman  Zadə yaxın günlərdə Azərbaycana gəlməsi ilə bağlı sualımızı da cavablandırıb:

-Azərbaycana çox gəlmək istəyirəm. Niyə də gəlmək istəməyim?! İşlərimi həll etdikdən sonra gəlməyi düşünürəm”,-deyə N. Zadə qeyd edib.

Xatırlayaq ki, Norman Zadə tanınmış riyaziyyatçı, informatika sahəsi üzrə alimdir. 66 yaşlı Norman hazırda Amerikada yaşayır. Amerikada böyük nüfuz sahib olan azərbaycanlı alim həmçinin peşəkar poker oyunçusudur. O, 1974-cü ildə poker oyunu haqqında“Uduşlu poker sistemləri” (“Winning Poker Systems”) kitabını yazıb. Poker turnirlərinin qalibi olub. Norman Zadə həmçinin “Perfect 10″ adlı erotik jurnal da nəşr etdirib.

Norman Zadənin əvvəlki müsahibəsini burada BURDAN oxuya bilərsiniz.

Hafiz Əhmədov

Oxuyun

Xəbər

Əzizə Mustafazadə ilk dəfə oğlundan danışdı: “Bu musiqini onun üçün ifa edirəm” (ÖZƏL+FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

Azərbaycan Respublikasının Xalq artisti,  „Caz şahzadəsi“ Əzizə Mustafazadə Türkiyədə konsert proqramı ilə çıxış edib. Hafiztimes.com-un verdiyi məlumata görə əfsanəvi cazmen, caz-muğam sintezinin banisi Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə konsert zamanı sevilən əsərləri ilə yanaşı, yeni yazdığı musiqiləri də ifa edib.

Dünyada “Cazın şahzadəsi” kimi tanınan Əzizə Mustafazadə konsert zamanı yeganə övladı üçün bəstələdiyi musiqini də ifa edib. O, həmçinin ilk dəfə olaraq tamaşaçılar qarşısında oğlu ilə bağlı fikirlərini ifadə edib:

“Mənim bir oğlum var. Adı Ramizxandır. Hazırda 5 yaşı var. Onu çox sevirəm. Bu gün ilk dəfə olaraq Ramizxan üçün yazdığım musiqini ifa edəcəyəm”.

Xanım sənətkarın ifası tamaşaçılar tərəfindən alqışla qarşılanıb.

Əzizə Mustafazadəni müşayət edən musiqiçi Simon Zimbardo bu barədə HafizTimes.com-a açıqlama verib:

“Bizim də bu musiqinin kim üçün bəstələnməsi barədə məlumatımız yox idi. İlk dəfə bu barədə konsertdə eşitdik. Bundan sonrakı bütün konsertlərimizdə Ramizxan üçün yazılmış musiqini də ifa edəcəyik”.

Musiqi festivalının təşkilatçısı, Türkiyənin məşhur müğənnisi Yavuz Bingöl konsertin sonunda səhnəyə çıxıb və Əzizə Mustafazadəyə heyranlığını ifadə edib: “Əzizə Mustafazadə öz torpağının, ölkəsinin musiqisini bənzərsiz və möhtəşəm şəkildə ifa etdi. O,  piyanino və səsi ilə bütün dünyanı yenidən özünə heyran etdi”

Qeyd edək ki, Əzizə Mustafazadə 2010-cü ildə Bakıda olanda kasıb bir ləzgi oğlanı sevib və ikinci dəfə onunla ailə həyatı qurub. Bu nigahdan onların bir oğlu dünyaya gəlib, adını  Ramizxan qoyublar. Hazırda Almaniyada yaşayırlar. (Vaqif Mustafazadənin ailə həyatı, qızları ilə bağlı bir müddət öncə hazırladığımız geniş müsahibəni BURADAN oxuya bilərsiniz).

Hafiz Əhmədov

View this post on Instagram

#azerbaijan #azizamustafazadeh

A post shared by HafizTimes (@hafiztimes) on

Oxuyun

Trend yazılar