Bizimlə əlaqə

Xəbər

`İnstagram`ın baş direktoru `trol`larla mübarizə yolunu açıqladı (EKSKLÜZİV+FOTO)

Yayımlandı

da

“İnstagram”ın baş direktoru Adam Mosseri HafizTimes.com-un sualını cavablandırıb. O, ilk dəfə olaraq “instagram”da dizayn etdikləri yeni bir funksiyadan söhbət açıb: 

– “İnstagram”da “trol”lara qarşı necə mübarizə aparmaq olar?

-Məhdudlaşdırın! Bu yaxınlarda yeni bir funksiyanı işə salmışıq. Bu funksiya sizə icazə verir ki, kiminsə “comment”ni başqaları görmədən öncə təsdiq edə bilərsiniz. Həmçinin də onların sizə göndərdikləri mesajları özləri də bilmədən oxuya bilərsiniz.

Bunu “bullying”in hədəfinə çevrilənlərə kömək etmək üçün dizayn etmişik. Bu funksiya həmçinin “trol”lara qarşı mübarizə üçün də əhəmiyyətlidir.


Qeyd edək ki, Adam Mosseri “instagram”ın baş direktoru, amerikalı sahibkardır. Nyu-Yorkun Çappaqua şəhərində anadan olub, böyüyüb. Medya və informasiya dizaynı sahəsində bilik əldə etmək üçün Nyu-York Universiteti Gallatin İndividuallaşdırılmış Təhsil Məktəbinə daxil olub. 2005-ci ildə informasiya dizaynı ixtisası üzrə məzun olub. Hələ 2003-cü ildə universitetdə təhsil alarkən A. Mosseri, qrafika, sərgi dizaynı ilə bağlı “Blank Mosseri” adlı dizayn konsultasiyalarına başlayıb. Mosseri 2008-ci ildə “Facebook”da dizayneri kimi çalışmağa başlayıb. 2009-cu ildə dizayn üzrə menecer, 2012-ci ildə isə şirkətin mobil tətbiqlərinin dizayn üzrə direktoru olub. 2012-ci ildən 2016-cı ilə qədər Mosseri “Facebook”un “News Feed” bölməsinə rəhbərlik edib. 2016-cı ildən 2018-ci ilin mayına qədər “Facebook”da vitse-prezident vəzifəsində çalışıb. 2018-ci ilin may ayında Mosseri “İnstagram”da vitse-prezident vəzifəsinin icrasına başlayıb.

2018-ci ilin 1 oktyabr tarixində “Facebook” elan edib ki, “İnstagram”ın təsisçiləri Kevin Systrom və Mayk Kriegerin istefa verdikdən sonra Adam Mosseri “İnstagram”ın yeni rəhbəri olacaq. Adam Mosseri həyat yoldaşı Monica Mosseri və iki az yaşlı oğlu ilə birlikdə ilə San-Fransiskoda yaşayır.

Xatırladaq ki, A. Mosseri bir müddət öncə də HafizTimes.com-un sualına cavab göndərib.

Hafiz Əhmədov

HafizTimes.com

Xəbər

Erməni girovluğundakı Şahbazın səhhəti ağırlaşdı – SON DƏQİQƏ

Yayımlandı

da

Tərəfindən

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Azərbaycan vətəndaşı Şahbaz Quliyevin  səhhəti  ağırlaşıb.

Bu barədə HafizTimes.com -a girovun qardaşı İlham Quliyev məlumat verib.

“Şahbaz ailəsinə məktub göndərib. Qardaşımın vəziyyəti ağırlaşıb. O, hazırda Şuşada həbsxana şəraitində müalicə olunur. Şahbaz məktubunda  bu barədə  çox məlumat verməyib. Qardaşım düşmən girovluğundadır. Ona görə çox narahatıq”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

HafizTimes.com

Oxuyun

Xəbər

“Azərbaycanı görmək istəyirəm”– Müsəlmanları müdafiə edən RİKİ MARTİN (EKSKLÜZİV+FOTO)

Yayımlandı

da

Tərəfindən

Dünya şöhrətli ifaçı  Riki Martin bir neçə gün öncə Yeni Zelandiyada müsəlmanlara qarşı baş vermiş terror aktını törədən şəxsin dünya mətbuatında terrorçu adlandırılmamasına etiraz edib. Müğənni 49 insanın ölümünə səbəb olmuş şəxsin “terrorçu” adlandırılmamasını qınayıb və fikirlərini  belə ifadə edib:

 “40-dan çox müsəlmanı öldürən və 20 nəfəri ağır yaralayan adam. Beynəlxalq mətbuat onu “atıcı” və “ekstremist” adlandırır, amma “terrorçu” demir. Niyə? Çünki o, müsəlman deyil”.

Enrike Martin Morales – Daha çox Riki Martin adı ilə tanınır. 24 dekabr 1971-ci ildə Puerto-Rikonun paytaxtı San Xuan şəhərində psixoloq Enrike Martin Neqoni və maliyyəçi Nereydi Moralesin ailəsində doğulub. Valideynləri onun iki yaşı olanda ayrılıb. Riki katolik ailəsində böyüyüb. Latınamerikan qrupu olan Menudo ilə fəaliyyətə başlayıb. 1991-ci ildə solo-kariyeraya başlayıb. 9 studiya albomu buraxıb. Bütün dünya üzrə bu albomların satış sayı 65 milyonu keçib. Həmçinin Riki Martin xeyriyyə məqsədləri üçün “Riki Martin fondu”nu yaradıb. 48 yaşlı müğənni Riki Martin erməni əsilli rəssam Jvan Yosef ilə ailə həyatı qurub. Qeyd edək ki, bu yaxınlarda onun 3 övadı dünyaya gəlib.

Dünyaca məşhur müğənni Riki Martin HafizTimes.com-a eksklüziv açıqlama verib. O, ilk dəfə olaraq Bakı, Azərbaycanla bağlı fikirlərini bölüşüb:

“Mən heç vaxt Azərbaycanda olmamışam. Azərbaycana getmək üçün gözləyə bilmirəm. Bakı şəhərinin şəkillərinə baxmışam. Möhtəşəm şəhərdi. Azərbaycana getmək istəyərəm”.

Məşhur ifaçı ailəsi ilə bağlı da fikirlərini bölüşüb:

“Ailəmlə birlikdə çox  xoşbəxtəm. Sevgi hər şey deməkdir. Hər kəsə gözəl ailə həyatı arzu edirəm. Mən də həyat yoldaşım, övladlarımla çox xoşbəxtəm. İşlərim çox olur. Ailəmlə vaxt keçirmək məni xoşbəxt edir”.

-Bu yaxınlarda dünyaya gələn ilk qız övladınız Lucia necədir?

 “Lucie çox sağlam və gözəldir. Onun böyüməsinin hər anını izləmək biz-valideynlərini xoşbəxt edir”- deyə ifaçı qeyd edib. 

Qeyd: Bu müsahibənin baş tutması ilə bağlı önəmli məqamı da diqqətinizə çatdırmaq istəyirik. Müsahibə ilə bağlı suallarımızı dəfələrlə göndərməyimizə baxmayaraq, ifaçı sualların silinməsi ilə bağlı məlumat göndərirdi. O, hətta sualların kim tərəfindən və hansı səbəbdən silinməsini izah edə bilmirdi. Apardığımız araşdırma nəticəsində məlum oldu ki, müğənninin həyat yoldaşı erməni əsillidir!

Xatırladaq ki,  bir neçə il öncə Riki Martinin Bakı şəhərində  toyda çıxış etməsi ilə bağlı yalan xəbər yayılmışdı. 

 Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Xəbər

“Bu, bizi qürurlandırdı”– Tağıyevin Amerikadakı varisi: “İlham Əliyevə minnətdarıq” (EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

Məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabidin Tağıyevin nəticələri hazırda Amerikada yaşayırlar.

 Hacı Zeynalabidin Tağıyevin nəticəsi  Əli bəy Səfiyurdlu HafizTimes.com-a eksklüziv açıqlamasında H. Z. Tağıyevin  Bakı şəhərində illər sonra heykəlinin ucaldılması məsələsinə münasibət bildirib.  O, Azərbaycan Dövlətinin H.Z. Tağıyevin xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən söhbət açıb: 

 “Azərbaycan xalqının bu gün də Babamızın xatirəsini əziz tutması, yad etməsi bizi qürurlandırır. Azərbaycan dövləti bu günə qədər Hacı Zeynalabidin Tağıyevin evini təmir etdirib,  muzey yaradıb, onunla bağlı qədim əsərləri bir yerə toplayıb, məzarını bərpa edib”.

Əli bəy Səfiyurdlu Bakı şəhərində Tağıyevin heykəlinin ucaldılması ilə bağlı  qərara görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təşəkkür edib:

-Nəhayət, Azərbaycan dövləti xalqın diqqət və istəyinə uyğun olaraq Bakı şəhərində  Hacı Zeynalabidin  Tağıyevin heykəlinin qoyulması ilə bağlı qərar verib.

Azərbaycan Respublikası prezidenti, hörmətli İlham Əliyevə minnətdarıq. Allah yolunu açıq etsin və ona Azərbaycanı inkişaf etdirmək üçün qüvvət versin.

Əli bəy Səfiyurdlu  Azərbaycana gəlmək istəyini də ifadə edib.

Qeyd edək ki, Tağıyevin Amerikada yaşayan  nəticələri Leyla xanım və onun qardaşı Əli bəy Səfiyurdlu bir müddət öncə HafizTimes.com-a geniş müsahibə veriblər.  Onlar Hacı Zeynalabidin Tağıyevin qızı Leyla Tağıyevadan olan nəvəsi Gülnar xanımın övladlarıdırlar. Hansı qəzavü-qədərin onları Amerikaya aparıb çıxarması haqqında Əli bəy  Səfiyurdlu danışır:

– Atam Mahmud Bala bəy oğlu İsgəndər 1898-ci ildə anadan olub. Ulu babamız Aslan bəy indiki Füzuli rayonunun Pirəhmədli kəndindən köçərək, Goranboyun rayonunun Səfikürd kəndinə gəlib. Burada ona bəylik verilib. Aslan bəyin Həsən, Cəfər, Ağalar, Bala və Bilgeyis adlı uşaqları dünyaya gəlib. Ağalar bəyin oğlu Aslan bəy dövlət adamı olub. Ağalar bəyin qızı Silva xanım Bakıda yaşayıb. Bizim atamız Bala bəyin oğlu Mahmud bəydir.

Atam Goranboyda məktəbə gedib. Sonra gimnaziyaya daxil olub. Qarşıdurmalarda iştirak etdiyi üçün həbs edilib. Çox gənc olduğu üçün sərbəst buraxılıb. Yenidən qarşıdurmalara qatılıb və hər şeyini itirincə Türkiyəyə qaçıb. Əvvələr İstanbulda, daha sonra isə Belqradda tacirlik edib. Tito hakimiyyətə gələndən sonra Mahmud bəy ikinci dəfə köç edib və İstanbulda məskən salıb.

Hacı Zeynalabidin Tağıyevin qızı Leyla xanımın da ailəsi – həyat yoldaşı Əli Əsədullah, uşaqları Əli, Nadir və Gülnar 1920-ci illərdə İran üstündən Türkiyəyə köç ediblər. Onların oğulları Zeynal isə İstanbulda doğulub. Daha sonra ailə İstanbuldan Parisə köçüb.

Əli Əsədullah böyük oğlu Əli ilə Rusiya üzərindən Azərbaycana qayıtmağa çalışıb. Təəssüf ki, ruslar tərəfindən tutulub, öldürülüb. Nadir və Zeynal Parisdə həyatlarını itiriblər. Anamız Gülnar xanım isə Parisdə Sorbonn Universitetini bitirdikdən sonra nənəmiz Leyla xanım ilə Istanbula köçüblər.

Atamız Mahmud bəy və anamız Gülnar xanım İstanbulda tanış olublar. Mahmud bəyin ilk evliliyindən Mələk adlı bir qızı vardı. O, Belqradda doğulub. Daha sonra Mələk və anası Cenevrədə yaşayıblar. Mələk 5 dildə tərcüməçilik edirdi.

(Mahmud İsgəndər Safyurdlu və Gülnar Tağıyeva Əsədullah Safyurdlu )

Nənəmiz Leyla xanım 1947-ci ildə Istanbulda vəfat etdi. Onu Feriköy qəbiristanlığında dəfn ediblər. Valideynlərimiz Mahmud bəy və Gülnar xanım 1947-ci ildə ABŞ-a köçdülər. Onların uşaqları – mən, bacılarım Leyla və Bəlkız Nyu-Yorkda dünyaya göz açdıq. 1954-ci ildə ailəmiz İstanbula qayıtdı.

Mən orta məktəbi və liseyi İstanbulda oxumuşam. Daha sonra Florida Universitetində bakalavr, Vircinya Universitetində magistr təhsili almışam. Missuri Universitetində fəlsəfə elmələr doktoru oldum. Amerika Birləşmiş Ştatlarına isə 21 yaşımda qayıtmışam.

2000-ci ildən bəri hər il İstanbula gedirəm. Azərbaycana ilk dəfə 2010-ci ildə gəlmişdim. Azərbaycanı çox sevdim. Qismət olsa, təkrar gəlmək istəyirəm.

Əli bəy deyir ki, Azərbaycan gənclərinin Hacı Zeynalabidin Tağıyevi özlərinə örnək götürmələri onlar üçün böyük qürurdur: “Hacı Zeynalabdin Tağıyev Azərbaycanın böyük oğludur. Nə qədər çətinlik çəksə də, Azərbaycandan köçməyi heç vaxt düşünməyib. Mən də onu sevən Azərbaycan gəncləri ilə birlikdə Hacı Zeynalabidin Tağıyevin ruhu qarşısında baş əyirəm”.

Əli bəyin bacısı Leyla xanım da illər öncə Azərbaycanda olub. “Bakı sizə necə təsir bağışladı?” sualına belə cavab verir:

– Gözəl şəhərdir. Hacı babamın zamanında da gözəl olub.

– Adını daşıdığınız nənənizi – Hacı Zeynalabidin Tağıyevin qızı Leyla xanımı görmüsünüzmü?
– Leyla xanım mən doğulmamışdan öncə dünyadan köçüb. Ona görə də, heç vaxt görməmişəm.

– Siz Hacı Zeynalabidin Tağıyevi necə tanıyırsınız? 
– Mən Hacı Zeynalabidin Tağıyevin nəticəsi olduğuma görə qürur duyuram. O, xalqı üçün çalışıb. Çox təəssüf ki, bu gün onun yolunu davam etdirə bilmirik.

– Ananız Gülnar xanım Hacı Zeynalabidin Tağıyevdən bəhs edirdimi?
– Anam həmişə ailəsindən böyük qürurla danışardı. Babamızın böyük şəxsiyyət olduğunu deyirdi. Çox heyf ki, biz onları görmədik.

– Azərbaycan dilini bilirsinizmi?
– Azərbaycan dilini yaxşı bilmirəm. Amma başa düşürəm. Uşaq vaxtı azərbaycanlı dostlarımız çox idi. Tez-tez evimizə qonaq gələrdilər.

– Ən böyük arzunuz nə olub?
– Kaş ki, şərtlər fərqli olaydı, biz də babamızın sərvəti ilə Azərbaycandan xeyli tələbənin təhsil almasına yardım edəydik…

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar