Bizimlə əlaqə

Müsahibə

“Facebook”da işləyən azərbaycanlı: “Əvvəl müdir, sonra ofisiant oldum…” (ÖZƏL-MÜSAHİBƏ)

Yayımlandı

da

Hafiztimes.com-un növbəti müsahibi İbrahim Əliyevdir. Yəqin ki, çoxunuz onun kim olduğunu bilmirsiniz, haqqında məlumatınız yoxdur. Vətəndən uzaqda yaşayan həmyerlimiz dünyanın ən məşhur sosial şəbəkəsi “Facebook”da çalışır. Onun həyat yoldaşı Aytəkin Əliyeva isə milyonlarla istifadəçisi olan “İnstagram”da ölkəmizi təmsil edir.

İbrahim 1980-ci ildə Ermənistanın Vedibasar rayonunda anadan olub. Təəssüf ki, onunla üzbəüz görüşmək şansımız olmadığından, çalışdığı “Facebook” vasitəsilə əlaqə saxlayaraq həmsöhbət olduq:– Ailəm 1985-ci ildə Bakıya köçüb. Atam həmin vaxtlar Bakıda işləyirdi. Bu səbəbdən orta təhsilimi Bakıda almışam. Birinci il sənədlərimi hüquq fakültəsi üzrə verdim. Hüquq təhsili almaq istəyirdim. Hüquq fakültəsinə daxil olmaq üçün imtahanda cəmi 80 balım çatmadı. İncəsənətə – teatrşünaslığa qəbul oldum. Orada təhsil almağımın bir ili tamam olmamış, o vaxtkı rektor Teymurçin müəllimin yanına getdim. Dedim ki, universitetdən çıxmaq istəyirəm. O isə dedi ki, qiymətlərin yaxşıdır, əlaçı tələbəsən, çıxma. Dedim ki, iqtisadiyyat üzrə təhsil almaq isəyirəm. Sual verdi ki, niyə? Bildirdim ki, burada təhsil almaq çox asandır, mexaniki imtahan, zaçot və s.
O vaxt Mədəniyyət və İncəsənət Universitetində mexaniki zaçot almaq üçün sadəcə savad yox, bir az manevra lazım idi. Müəllimlərlə rəftarına diqqət yetirilirdi. Mən oxuduğum illərdə orda pul, rüşvət istəyən yox idi. Müəllimlər tələbələrdən gördüyü reaksiya və münasibətə görə qiymət yazırdılar. Tələbə dərsə vaxtında gəlirdisə, seminarlarda iştirak edirdisə, buna görə də həmin tələbəyə qiymət yazırdılar. Rektora dedim ki, burada imtahan qiymətlərini o qədər asan alıram ki, özümü tələbə kimi hiss etmirəm. Soruşdular ki, hara gedirsən. Dedim ki, gömrük sahəsi üzrə təhsil almaq istəyirəm.

Evə gəlib atama dedim ki, universitetdən çıxmışam, imtahan verib başqa universitetə qəbul olacağam. Atam dedi ki, ay bala camaat pul verib universitetə qəbul olur, sən niyə universitetdən çıxırsan? Təxminən 5-ci qrup üzrə imtahanlara 45 gün qalmışdı. Riyaziyat üzrə hazırlaşırdım. Qəbul imtahanından uğurla keçib, Koperasiya Universitetinə biznes və maliyyə fakültəsinə daxil oldum. 4 il orada təhsil aldım.

Universiteti bitirən kimi özümə iş tapdım. Şirkətlərdən birində 3 aylıq sınaq müddətinə işə götürdülər. Orada işləyən zaman elə bil gözüm açıldı. Azərbaycanın “canavar”ları ilə işləməyə başlamışdım. Gördüm ki, bura “qurdlar” məkanıdır. Avam oldun, hər şeyini əlindən alacaqlar. Bir il orda işlədim. Menecer vəzifəsinə qədər yüksəldim. Daha sonra Gəncədə yuyucu vasitələrin istehsalı ilə məşğul olan özəl şirkətdə Qərb bölgəsi üzrə direktor vəzifəsində işə başladım. Orada 1500 dollara yaxın maaş alırdım. Evin, sürücünün, maşının bütün xərcini şirkət ödəyirdi. Bu işimdən də çıxmaq istəyirdim. Dostlarımın çoxu xaricdə təhsil almışdı. Mən də Avropaya getmək, orada yaxşı təcrübə qazanmağı düşünürdüm.

Dostlarımdan biri dedi ki, istədiyin ölkəni seç, ora getmək üçün sənə kömək edərik. İngiltərəyə getmək istədiyimi dedim. Bildirdilər ki, xarici dil kursunda başlanğıc edə bilərsən, sonra imkan olsa, magistraturada oxuyarsan. Sağ olsunlar, kömək etdilər. İngiltərədə bir dil kursuna sənəd verdim. Birtəhər pul tapıb ora getdim. 3-4 aydan sonra pulum qurtardı. Kursu bitirəndən sonra orada qalıb, işləmək istəyirdiç. İngiltərədə belə bir qayda var ki, tələbə olanda 20 saat işləmək üçün icazə verilir. Mən də bundan istifadə edib, həm oxuyurdum, həm də işləyirdim. Daha sonra “London School of Commerce”də Marketing üzrə magistr təhsili aldım. Bir müddətdən sonra Azərbaycana qayıtdım.

– Amerikaya necə oldu ki, getdiniz?

-Həmin vaxt Aytəkinlə münasibətimiz vardı. Qərar verdik ki, evlənək. O vaxt Aytəkin Amerikada idi. Mən də onun yanına Amerikaya gəldim. Amerika üçün o qədər də əldən-ayaqdan getmirdim. Çünki İngiltərədə beş il yarım yaşayan bir adam üçün Amerika çox adi idi. San-Fransiskoda küçədə gəzən zaman o qədər evsiz, küçədə yatanları, təbii ehtiyacını edənləri gördüm ki… Əvvəlcə qorxdum. Dedim ki, görəsən bu nədir, mən hara gəlmişəm. Təsəvvür edin ki, Silikon Vadisinin ən böyük şəhəri San-Fransiskodur. Oranın ən böyük küçəsi Market küçəsi hesab olunur. Baxırsan ki, hər tərəfdə evsizlər, sərxoşlar, narkomanlar yerə uzanıblar. Deyirsən ki, İlahi mən hara gəldim. Sonra başa düşüdüm ki, bu azadlığın bir növüdür. İnsan harda istəsə yatır, durur və dəyib-dolaşan yoxdur. Bu insanların azad gəzmək, yaşamaq hüququ kimi qəbul olunur. Sənədlərim, “Green kart”ım, iş icazəm hazır olduqdan sonra restoranda işləməyə başladım. Əvvəllər mənə çətin idi. Təsəvvür edin, müdir vəzifəsindən çıxıb restoranda ofsiant işləyirdim. Amma çətinliklərə dözdüm. Bir az əziyyət çəkəndən sonra nailiyyət qazanmaq daha şirin və maraqlı olur.

Daha sonra burada “Naz-Limo” adlı öz limuzin şirkətimi açdım. Naz qızımın adıdır. Bu şirkətdə hardasa iki il yarım yaxşı gəlir əldə etdim. Əsasən də biz VİP müştərilər, iş adamları ilə işləyirdik. Bu vaxt ərzində xeyli insanla tanış oldum. Baxırdım ki, əksəriyyəti “Facebook”, “Google” , “Amazon” da, dünyanın ən böyük şirkətlərində çalışırlar. Bütün pullarını da şirkət ödəyirdi.

Özlüyümdə deyirdim ki, bir gün gələcək mən də elə şirkətlərdə çalışacağam. Həmişə görürdüm ki, onların şalvarlarında, gödəkcələrində və yaxud geyimlərinin hansısa bir hissəsində məsələn “Facebook”, Corc, Michael və s. yazır. Deyirdim ki, onlardan bir gün məndə də olacaq. “Facebook”da da xeyli vaxt keçirirdim. Həyat yoldaşım Aytəkin bir gün dedi ki, görüm o gün gələsin ki, “Facebook”da keçirdiyin o 5-6 saatlıq vaxta görə pul qazanasan, biz də rahat yaşayaq. Elə bil ki, onun “qarğışını” və yaxud da duasını Allah eşitdi.

İlk dəfə iş üçün “Google”, “Facebook”, “Yahoo”ya sənədlərimi verəndə hamsından cavab gələrdirdi ki, sizin məlumatınızı aldıq, amma biz başqa namizədlə yolumuza davam edirik, bir daha özünüzü yoxlayın, sizə uyğun bir iş olsa xəbər edəcəyik. Ümidimi kəsmirdim.

Bu müddət ərzində başqa “start-up”larda müvəqqqəti işlədim. Həyat yoldaşım “İnstagram”da işə başladı. Öyrəndik ki, Amerikada onsuz da “networking” deyilən bir şey var. “Networking” əlaqələr deməkdir. Böyük şirkətlərədə işə qəbul olmaq üçün ən çətin porosseslərdən biri sənin “rezume”ni kiminsə oxumasıdır. “Rezume”nin (CV) oxunma şansı 3 saniyədir. Bu 3 saniyə ərzində kimsə sənin “rezume”ni oxudusa, bəxtin gətirdi ki, demək kimsə 3 saniyəsini sənə ayırdı. Həmin 3 saniyəni ayırmayanlar da olur. Çünki hər bir işdə “key word” olur. Yəni işə uyğun əsas sözlər. Məsələn, menecer axtarılır. Əgər həmin “resume”də menecerə aid sözlər olmasa maşın onu seçmir. Çünki hər şey avtomatlaşdırılıb. Maşın o sözləri seçib, altından xət çəkir ki, bu sözlər “resume”də var. Bundan sonra işə götürən sənin “rezumen”ə baxır. Əgər bu 3 saniyə ərəzində “rezumen”də onu oxuyanın gözünə maraqlı sözlər dəydisə, daha 10-15 saniyə sənin işinə baxmaq üçün vaxt ayıracaq. Mənim də burada həm menecer kimi, həm də müştəri xidmətlərində təcrübəm çoxdur.

Gördülər ki, təcrüblərim uyğun gələri ona görə də zəng etdilər ki, müsahibə edək, bəlkə də sizinlə işlədik. Zəng etdilər, müsahibə çox rahat keçdi. Amma iki-üç gün müsahibə üçün hazırlaşmışdım. İş vəzifəmlə bağlı məlumat verə bilmirəm. Biz işə götürülən zaman müqavilə imzalayarıq ki, heç bir halda işimiz barəsində məlumat verə bilmərik. Əgər müqaviləni pozsaq iş fəaliyyətimizə də son veriləcək. Müsahibə 30 dəqiqə çəkdi. Çox əla keçdi. Fikirləşdim ki, aha, alındı deyəsən…

Bir gün sonra yenidən zəng etdilər ki, ofisə gəl üzbəüz müsahibə edək. Ofisdəki müsahibə də çox maraqlı keçdi. Məni işə götürəcək adam çox məşğul idi. Bir iş üçün yüzlərlə insan müraciət edir. Yüz nəfərdən 20-ni seçirlər. Daha sonra 4 nəfəri seçirlər. Bir yer üçün elə bil 25 nəfər mübarizə aparır.

Buradakı şirkətlərdə çoxlu sayda azərbaycanlı çalışır. İstər “Ebay”, “Yahoo”, “Facebook”, “Samsung”, “Google” də çalışırlar. Azərbaycanlı bura gəlibsə o rəqabətdə təslim olan deyil, yəni sona qədər gedəcək. Müsahibə də əla keçdi. Elə hiss etdim ki, artıq məni işə götürüblər.
Burada isə işə götürülən zaman bir günə zəng edirlər. Götürülməyəndə isə 3-4 gündən sonra zəng edib deyirlər ki, “Alınmadı, bağışlayın, biz başqası ilə yolumuza davam etdik”.

Bir gün keçən kimi onlar mənə naməlum nömrə ilə zəng ediblər. Mən də məşğul olduğum üçün zəngə cavab vermədim. Yenidən zəng etmirlər. Dilxor olmağa başladım ki, artıq zəng etmirlər. Günün axırı, yəni beşinci gün idi. Şənbə-bazar günlər isə şirkət işləmir. Nəisə iki gün gözləyisi oldum. Həmin iki gün gözlədiyim ən uzun günlər oldu. Fikirləşdim ki, onlar müsahibə zamanı çox əla, superdi dedilər, amma sonra zəng etmədilər. Amerikada “american smile” (amerikan gülüşü) deyilən bir şey var. Bəzən sənə yox desə belə sənə o qədər əla, super deyir ki, incimirsən. Yəni yox cavabı alan zaman təəssüflənmirsən ki, niyə alınmadı.

Nəsisə iki gündən sonra burada vəsiqələri yeniləmək mərkəzinə getdim. Birdən zəng gəldi. Orada da xeyli sayda adam var. Səs-küydən eşitmək olmur. Mən də telefondakına deyirəm ki, bir az uca səslə danış, eşidə bilmirəm, qısa danışın, burada danışmağım mümkün deyil və s. Gizli nömrə idi. Kim olduğunu bilmirsən. Telefonda dedi ki, bəs siz “Facebook”da işləmək istəyərsiniz? Mən də elə başa düşdüm ki, burada çox adam “rezume”sini “Linkedin”ə yerləşədirən zaman bəzi “araçı” işə düzəldənlərdir, zəng edib deyirlər ki, iş var, gəl səni ora düzəldim. Onlar səni işə götürən adamdan faiz alırlar. Sənin maaşının 5-3 faizini özləri götürürlər. Mən də fikirləşdim ki, yəqin zəng edən də onlardan biridir. Dedim ki, mən “Facebook”da müsahibə vermişəm, onların cavabını gözləyirəm, bu yeni iş təklifidir? Dedi ki, biz sənə iş təklif edirik, yəni müsahibədən keçibsən, işləyəcəksən, maaşın da bu qədər olacaq. Müqavilə bağlanmayana qədər sən elə bil havadasan, işə götürülməmişən. Nəisə dedi ki, sənə müqavilə təklif edirik. Mən də həmin vaxt elə bil göydə uçuram. Dedim ki, əlbəttə ki razıyam. Evə gəlmişəm deyirəm ki, Aytəkin bəs müsahibədən də keçdim. Dedi ki, keçəcəyimi bilirdi.

2016-cı il noyobr ayının 14-dən etibarən “Facebook”da işləyirəm. İşimi çox sevirəm. Məsuliyyətli bir işdir.

“Facebook” böyük bir şirkətdir. Orada işləmək ən böyük arzularımdan biri idi. İşimlə bağlı məlumat verə bilmirəm. Bu barədə məlumat verməmək haqqında iltizam vermişəm.

-“Facebook” işçilərinə nələr təqdim edir? Orada iş rejimi necədir?

-“Facebook” həddindən artıq böyük bir şirkətdir. Sadəcə olaraq “Facebook” deyib keçmək olmaz. Çoxlu sayda bölümləri var. Deparatamentlərin sayı-hesabı yoxdur. Hər ştatda demək olar ki, “Facebok”un ofisləri var. Dünyanın bir sıra böyük ölkələrində, Avropada da ofisləri var. Müştəri xidmətləri, reklam-biznesi, media və s.

Azərbaycandan mənə yazırlar ki, səhifəmə hücum olub, kömək et Yazıram ki, mümkün deyil. Çünki “Facebook”da hər bir şöbənin özünün xüsusi giriş yeri var. Məsələn sabah sən girib Hafizin “inbox”una baxa bilməzsən. Bu mümkün deyil. Bunun üçün icazəsi olan yanız 3-5 nəfər var. Həmin adamlar isə xüsusi, istisna hallarda bunu edə bilərlər. O da ki, Allah bilir o istisna hallar nələrdir. Yoxsa heç vaxt, heç kim sənin “inbox”un, sənədələrin, “Facebook”da paylaşdığın şəxsi məlumatlara baxa bilməz. Əgər kimsə buna cəhd edərsə o anında cəzalanacaq. Bu mümkün deyil. Kimsə səndən xahiş edəndə ki, “Facebook”da mənə kömək elə. Deyirəm ki, bu mümkün deyil. Bu zaman yalnız birbaşa olaraq “Facebook”un müştəri xidmətlərinə müraciət etməlisən. Əgər 3-cü şəxs ortaya girərsə heç bir nəticə verməyəcək. “Facebook” elə bir böyük şirkətdir ki, heç bir departamentin o biri departamentə təsir etmək kimi bir imkanı yoxdur. Heç buna icazə də yoxdur.
-“Facebook” 24 saat işləyən bir şirkətdir. Hər bir layihənin özünün iş qarafiki var.

-“Facebook” dünyanın hər yerində, 24 saat işlədiyinə görə, hər zaman “Facebook”da kimsə olmalıdır. Bu dəqiqə Azərbaycanda tutaq ki, günorta 3-ün yarısıdır və kimsə Azərbaycan vaxtı ilə orada olmalıdır və yaxud da Amerika vaxtı ilə kimisə orada olmalıdır. Ona görə də burada işi elə bölüşdürüblər ki, nəsə problem olan zaman ona insan baxmalıdır. Nə qədər güclü avtomat maşınlar olsa belə bir-iki nəfər onların üzərində menecer və yaxud məsuliyyətli şəxs kimi durmalıdır.

-Hər gün “Facebook”da bir yeniliklə qaşılaşırıq. Fikirinizcə onun hədəfləri nəyə istiqamətlənib?

-“Facebook” elə bir yerdir ki, girirsən ora, hər rəngdə, irqdə minlərlə insan var. Qlobusu gözünüzün önünə gətirin. Qəbilə quruluşunda yaşayan insanları çıxmaq şərti ilə bu qlobusun üzərində olan bütün ölkələrdəki insanların hər biri “Facebook”da var. İstər Latın Amerikası, istər Asiya ölkələri, istərsə də Azərbaycandan burada nümayəndələr var. Hər ölkə üzrə xüsusi mütəxəssilər var. “Facebook” dünyanın ən yaxşısı iş şəraiti yaradan şirkətlərindən birinci və yaxud ikincidir. “Google”, “Facebook” dünyanın ən yaxşı şirkətləridir.

-“Facebook” işçilərini hansı şəraitlə təmin edir? Maaş nə qədərdir?

-Ümumilikdə “Google”, “Facebook”, “Apple” bir-birləri ilə rəqabətdə olduqları üçün çalışırlar eyni səviyyədə maaaş versinlər ki, sən “Facebook”dan qaçıb “google”yə getməyəsən, oradan qaçıb “Apple”ə getməyənsən. Belə demək mümkündürsə qiymətləri bir-birləri ilə uyğunlaşdırırlar. Məsələn “benefit” (fayda,xeyir) verirlər. Amerikada ən bahalı şey diş düzəltdirməkdir. Bir diş ətini müalicə etdirmək 3 min 200 dollardır. Bir ağıl dişini çıxartdırmaq 500 dollardır. Böyük şirkətlər o “benefit”i verirlər. Yüksək maaş da verilər. Amma buranın məsrəfləri də həddindən artıq çoxdur.

İş rejimi layihədən aslı olaraq dəyişir. Ola bilər ki, həftə içi beş gün işləyərsən. Ola da bilsin ki, axşamlar işləməli olarsan. Bu layihənin əhəmiyyətindən aslıdır.

Maaşı yaxşıdır. “Benefit”lər verirlər. Burada yemək-içmək. Evə gedib gəlmək-üçün maşurtlar verirlər.

-“Facebook”un uğur sirri nədir?

-“Network” çox önəmlidir. “Facebook” əvvəllər Stanford tələbələri arasında qurulmuş bir şəbəkə olub. Stanfordda oxuyan insan iş dərdi çəkmir. Çünki güclü network-ləri var. Burada mütəmadi olaraq hər gün işdə olmaq kimi bir məcburiyyət yoxdur. Bəzi işlər isə tələb edir ki, ofisdə olasan. Bəzi kompiterləri ofisdən kənara çıxarmaq olmaz. Onlar yalnız ofisdə olmalıdır. Bəzi işlər var ki, dünyanın harasında olursan ol? bir kompiter və internetlə həmin işi həll etmək olur.

-Azərbaycanlı “Facebook” istifaçilərinin fəaliyyətini necə dəyərləndirirsiniz?

-Azərbaycanda “Facebook” istifadəçilərinin sayı günü-gündən artır.

-Mark Zukerberqlə heç görüşmüsünüz?

-Markla beş-altı dəfə üzbəüz gəlmişik. O adam “Facebook”un CEO-sudur. Sən onunla qabaqlaşırsan, sən ona salam verirsən, o da salamını alır. Hərə öz yoluna davam edir.

– Mark Zukerberqin işçilərə qarşı münasibəti necədir?

-Burada da hörmət məcburidir. Kimsə kiməsə qarşı hörmətsizlik edə bilməz. Buna icazə verilməz. Burada hamı bir-birinə hörmət edir. İstər “Facebook”un süpürgəçisini, istərsə də yüksək vəzifədə olan bir işçisi həmişə bir-birinə “zəhmət olmasa, xahiş edirəm, təşəkkür edirəm” kimi cümlələrdən istifadə edirlər. Bu cümlələr “Facebook”da ən çox istifadə olunan cümlələrdir. Heç vaxt hansısa bir adama bunu elə deyib işdən yayına bilməzsən. O adam da sənə yaxşı cavab verəcək. Kim olursan ol, burada “zəhmət olmasa, xahiş edirəm” sözlərini deməyi öyrənməlisən.

-Gənclərimizə nələri məsləhət görərsiniz? Orada işləmək üçün hansı təhsili almalıdırlar?

-Maksimum dərəcədə bir dənə xarici dili bilmək mənə çox kömək oldu. Magistratura təhsili də çox önəmlidir. Gənclər təhsilli, savadlı insanlara oturub-durmağa çalışmalıdırlar. İş adamları ilə vaxt keçirin. Kömək istəmək məqsədi ilə bunları edin demirəm. Onlardan nəsə öyərənin. Kimsə universiteti bitirir. Ona yol göstərən, istiqamətləndirən lazımdır. Çalışın elə adamlarla yaxın olun. Məsələn deyirsiz ki, İbrahim mən istəyirəm ki, “facebook”da işləyim, mən hansı sahəni, iş təcrübəsini özümdə inkişaf edirim. Bunun üçün çalışmaq lazımdır. Başqa bir start-upda işləmək lazımdır. Yetərincə təcrübə toplamaq lazımdır. Çalışmalıdırlar ki, onları kimlərsə iş üçün məsləhət görsünlər. Məsləhət görülən insanların rezumesinə mütləq baxırlar. Səni də xəbərdar edirlər ki, mən Hafizin “rezume”sini qəbul etdim, qərara gəldim ki, onu telefonla müsahibə götürüm. Müsahibədən sonra, ikinci müsahibə gəlir, daha sonra 3-cü olur. Bu zaman həm səni, həm də səni məsləhət görən şəxsi xəbərdar edirlər. Sonra səni məsləhət görən şəxsə zəng edib təşəkkür edirlər ki, siz onu bizə məsləhət gördünüz və biz onu işə götürdük. Şans hər zaman var. Böyük şeyləri arzulayın. Arzulmaq birinci mərhələdir. İnsan bir şeyi arzulayar, daha sonra ayrı mərhələlər gəlir. Arzulamadan olmur.

-Həyat yoldaşınız “İnstagramda” çalışır. Siz eyni vaxtlarda işə gəlib-gedirsiniz?

-Onun layihəsi fərqlidir. Həftə içi günlər çalışır. Mənim layihəm də fərqlidir. O məcburdur ki, ofisə getsin. Mənim isə ofisə getmək məcburiyyətim yoxdur. Mən ofisdən kənarda da işləyə bilərəm. Amma ümumilikdə ayrı-ayrı binalarda işləyirik. Burada 30-a yaxın hündür binalar var. Ona görə də çox vaxt bir-birimizi görmürük.

-Amerikada yaşamaq sizin üçün çətin deyil ki? Həyat şərtlərindən razısınız?

-Çox adam elə bilir ki, Amerikada yaşamaq asandır, yeyib-içib kef edirsən, burada küçələrə pul tökülüb. Elə deyil. Bura vəhşi qərbidir. (Wild Vest) Burada elə bir şey yoxdur ki, işləmədən dövlət sənə gətirib pul ödəyəcək. Burada məsrəflər həddindən artıq yüksəkdir. Bura Silikon Vadisidir. Amerikanın ən bahalı yaşayış xərcləri olan yeridir. Burada yaşamaq çətindir. Məsələn burada iki otaq və bir də qonaq otağı olan evin kirayəsi (Azərbaycanda üç otaqlı ev) 2500 dollardır. Amma həmin evlər də lüks deyil, çox sadədir. Lüks evlərin kirayə qiymətləri 6-7 min dollardan başlayır. Bunun üzərinə də gəlirsən işıq, qaz və suyun pulunu. Onlarda ümumilikdə aya 200 dollar edir. Üzərində 100 dollar telefon pulu gəlir. Üzərinə dörd nəfərlik ailə üçün aylıq 1000 dollar yemək pulu gəlirsən. Daha sonra siğorta xərlərini də ödəməlisən. Məlum olur ki, ən azı yüksək maaş almalısan ki burada normal yaşayasan. Bir uşaq üçün baxçaya ayda 1000 dollar pul ödəyirsən. Iki uşaq üçün də iki min dollar ödəyirsən. Burda 3-4 azərbaycanlı çalışır. Avtobusda gedən zaman bir də görürsən ki, kimsə Azərbaycan dilində danışır. O saat bilirsən ki, o da burada çalışır. Silikon Vadisində elə bir böyük şirkət yoxdur ki, orada azərbaycanlı çalışmasın.

-Biz düşünürük ki, Azərbaycan balaca bir ölkədir, təhsil, innovasiya texnologiyaları əlaqədar problemləri var. Amma Azərbaycandan yaxşı mütəxəssislər çıxır. Azərbaycan texnologiyaya görə Amerikadan sonra bəlkə də yüzüncü ölkədir. Çox geri qalır. Lakin görürsən ki, burada ən azı iki-üç azərbaycanlı mütəxəssis çalışır. Özü də elə-belə işlərdə işləmirlər. Menecer, proqramist, lider vəzifələrdə çalışan azərbaycanlıların sayı lap çoxdur. Sadəcə olaraq mən Silikon Vadisində 30-a yaxın azərbaycanlı tanıyıram ki, buranın ən nəhəng şirkətlərində çalışırlar.

-Gələcək planlarınız nədir?

-Mən hazırda “Facebook”da müqavilə ilə işləyirəm. Müqavilə ilə iki ilə qədər burda işləyə bilirsən. İki ildən sonra layihə dəyişməli, başqa bir layihəyə keçməlisən. Və yaxud da əsas komandaya keçməlisən. Burada insanlar ya müqavilə ilə, ya da əsas komanda da işləyirlər. Əsas komandaya düşmək üçün təsəvvür edin ki, bir iş yerinə elan verirlər deyirlər ki, təzə bir vəzifə açılıb, biz facebook-da müqavilə ilə işləyənlərə üstünlük veririk, xahiş edirik bir həftə ərzində baş vurun. Həmin elanın yayımlanmasından bir dəqiqə sonra 280 adam ona like qoyub. Yəni ki, bu elan 280 adamın marağını özünə çəkib. Yəni? həmin 280 adam həmin iş üçün müraciət edəcək. Orada maaş, benefitlər və sənin statusun daha yüksəkdir. Müqaviləçilərin Silkon Vadisində hüquqları əsas komandadakılardan bir pillə aşağıdır. Məsələn deyirlər ki, birinci gündən beşinci günə qədər işdə olmasılan, verilən layihəni bitirməlisən. Müqavilə ilə işə götürülən şəxs dəqiqəsinin belə pulunu alır. Müqavilə bitən kimi işdən gedir. Bir dəqiqə artıq qalmalı deyil.

Əsas məqsədim “Facebook”da əsas komandaya düşməkdir. Burada imkanlar var. O imkanları dəyərləndirməklə məşğulam. Çox böyük rəqabət var. Bir dəqiqəyə bir iş üçün 280 adam baş vurursa, maraqlanırsa fikirləşin ki, nə qədər çətindir. Amma realdır. Hər adamın “resume”si keçəcək deyə bir şey yoxdur. Buradakı insanların əksəriyyəti universiteti yeni bitirən gənc kadrlardır. Gənc kadrlarla köhnələrin arasında bircə fərq iş təcrübəsidir. Kimin iş təcrübəsi daha çoxdur, o da müsahibə mərhələsindən keçəcək. Mənim də iş təcrübəm çoxdur.

-Azərbaycana qayıtmaqla bağlı nə düşünürsünüz?

-Amerikan vətəndaşılığı almaq üzrəyəm. Planlarım Amerikaya yönəlib. Amerika vətəndaşı kimi yaşayıb planlarımı həyata keçirmək istəyirəm. Azərbaycan isə Vətənimdir. Azərbaycanla heç vaxt əlaqə və bağlantılarımız kəsilə bilməz. Gün ərzində 3-4 saat Azərbaycana aid məlumatları oxuyuruq. Azərbaycanın maraqlarını Kaliforniyada müdafiə edirik. Burada güclü erməni diasporu var. Burada müstəqil formada fəaliyyət göstərən Şimali Kaliforniya Azərbaycan cəmiyyəti var. Çalışırıq ki, onun ətrafında birləşərək Azərbaycanın maraqlarını müdafiə edək. Ermənilər çalışırlar ki, dünya onların saxta soyqrımlarını tanısın. Biz də çalışırıq ki, Azərbaycanı tanıdaq, Xocalı soyqrımı ilə bağlı həqiqətləri dünyada yayaq.

– İşə gecikəndə cəzalandırırlar?

-Burada həmişə tıxaclar həmişə olur. Müəyyən müddət ərzində gecikəndə, normal səbəb olanda səni başa düşürlər, sıxmırlar. İş yoldaşlarına əvvəldən məlumat verirsən. Amma səbəbsiz yerə gecikmələlərdə heç kəs sənə güzəşt etmir. Müdriyyət və iş yoldaşların arasında hörmət əsasında qurulmuş əlaqə olmalıdır. Onları məlumatlanıdırmaqla hörmət etdiyini nümayiş etdirirsən.

-Sizin Azərbaycanlı olduğunuzu biləndə iş yoldaşlarınızın, müdirinizin münasibəti necə oldu?

-Azərbaycanı çox az tanıyırlar. İşə dolma-paxlava gətirib iş yoldaşlarımıza təqdim edirik. Deyirik ki bizim belə bir mətbəximiz, mədəniyyətimiz var. Hər şey yaxşı gedir. Bura həddindən artıq start-uplar gəlir. Onlar hansısa bir yolla məni tapırlar. Çalışıram ki, kömək edim. Mənim üçün prisip budur ki, hər adama kömək etmək lazımdır. Fərqi yoxdur ki, o adam sənin tanışındır, dostundur və yaxud başqa adamdır. Bir azərbaycanlı kimi ona dəstək olmaq, yol göstəmək lazımdır.

Buradakı azərbaycanlıların hamısı bilir ki, kimsə mənə ağız açıbsa, ona kömək etmişəm. Bəzən o qədər kömək edirəm ki, özümə, işimə vaxt qalmır. O adam xoşbəxdir ki, bura gələn zaman ona kömək edən biri var.

Uğurlu start-up hazırlayan gənclərimiz varmı?

-Əlbəttə, var. Uğurun başlanğıcı “network”dur. Bura gəlib ən güclü investorlarla görüşürlər. Bəzi azərbaycanlılar var ki, gəlib layihələrini Amerikada edirlər. Azərbaycanlıdır, amma hazırladığı layihə Azərbaycan üçün düşünülməyib. O layihəni gəlib Amerikda həyata keçirir, Amerika bazarı üçün edir. Həmin layihələr çox gəlir gətirir. Burada həddindən artıq savadlı azərbaycanlılar var. Burada azərbaycanlılar bir-birinə çox dəstək olurlar.

-“Facebook”da statusun silinməsi mümkündür?

-“Facebook”un özünün standartları var. Yəqin ki, kimsə o statusdan şikayət edib. Status durduq yerdə silinmir. “Youtube”də məsələn bir kontenti min nəfər şikayət edir və onu müvəqqəti olaraq dayandırırlar. Araşdırma aparırlar. Ekspert baxır. Bu sahədə mənim elə bir təcrübəm olmayıb. Mən görməmişəm ki, kiminsə statusu silinsin. Ağlıma da gəlmir ki, adi status silinsin. Əgər o statusda söyüş, təhqir, irqçilik varsa, ola bilsin ki, silinir. Çünki “Facebook”un özünün qaydaları var. Həmin status qaydalara zidddirsə və kimsə şikayət edibsə, status silinə bilər.

-Azərbaycanda gənclərin bu sahəyə olan marağını artımaq üçün nə etmək lazımdır?

-Hazırda Azərbaycanda çox geridə qalmış metodlardan istifadə olunur. Bir-iki unuiversiteti bura aid etmirəm. Qafqaz universiteti yeni biliklər verirdi. O da bağlandı. BDU, APİ-də təəssülər olsun ki? həmin biliklər verilmir. Tələbələr istəyirlər ki, özləri üçün yaxşı gələcək qursunlar, bu zaman online axtarışlar etməlidirlər. Bu gün dünyanın ən məşhur universitetlərinin pulsuz online kursları var. MİT-in,Stanfordun pulsuz online kurslarınam müraciət etsinlər. Müəllimlərin dedikləri ilə yekunlaşmasınlar. Özləri yeninələrsə öyrənsinlər. Həmişə böyük düşünsünlər. Həmişə dünyanın ən nəhəng universitetklərində təhsil alamağı düşünsünlər. Daha düşünməsinlər mən İqtisad Universitetini pul verib, diplomunu alacağam. Bəs bundan sonra nə edəcəklər? Gərək, istək olsun. Buna uyğun hərəkət etmək lazımdır. Gözləmək lazım deyil ki, sənin atan, dostun sənə pul verəcək ki, get, Amerika səni gözləyir. Amerikada heç kəsi qırmızı xalça ilə gözləyən yoxdur. Amerikaya gələn zaman düşünürsən ki, burada özün-özünü nə qədər yüksək səviyyədə inkişaf etdirsən bir o qədər də yaxşı yaşayacaqsan. Özünü inkişaf etdirmədin sıradan bir insan olacaqsan. Hansı ki, həmişə fikirləşəcəksən ki, evin kirayəsini necə ödəyim. Azərbaycandakı məişət problemləri burada da var. Sadəcə olaraq ağılla işləmək lazımdır. Nəyin ki, ağır zəhmətlə işləmək. Çalışıb xarici dillər öyrənsinlər. Gedəcəkləri ölkənin dilini öncədən öyrənsilər. “Green kart” alıb bura gəlmək istəyənlər məndən məsləhət istəyirlər. Deyirəm ki, çalış birinci dişlərini müalicə etdir, sonra gəl. İkincisi dil öyrən. Üçüncüsü də bura öz məqsədinlə gəl. Əgər gəlib burada çətinlikdən qaçacaqsansa, gəlməyin məsləhət deyil. Mən bura gələndən 3-4 il əziyyət çəkmişəm. Son 2 il isə əziyyətimin bəhrəsini görürəm.

Qaldığım şəhərin bələdiyyəsinin müəyyən etdiyini maaşa görə süpürgəçi işinin bir saatına görə 14-15 dollar almalıdır. Süpürgəçinin hər şeyi var. Bura tibbi sığorta, 28 günkük pulu ödənilmək şərti ilə tətil haqqı aiddir. Onun ailəsi də bu haqlardan istifadə edə bilərlər. Tibbi sığortaya ailə də daxildir. “Mcdonlads”da bu dəqiqə maaş saata görə 13 dollardır, indi onu 15 dollar etmək istəyirlər. Ofsiant üçün San-Fransiskoda maaş minimum 12 dollardır. Üzərində “çayavoy” da alır. Yəni, əlavə 200-300 dollar “çayavoy” almaq olar.

Kaliforniyanın iki böyük şəhəri var-Los Ancles və San-Fransisko. Los Anclesdə həddindən çox erməni var. Hər addımda ermənilərlə qaşılaşırsan. Adi bir restorana gedən zaman görürsən ki, ya müdir və ya işçilər ermənidir. Bu dəqiqə burada ermənilərin reputasiyası daha güclüdür. Hollivudda azərbaycanlıları, türkləri düşmən kimi göstərən ən bahalı filmlər çəkirlər. Hansısa bir bələdiyyəyə gedən zaman orada mütləq bir erməni ilə qabaqlaşmalısan. Böyük şirkətlərdə ermənilər çalışırlar. Biz də çalışırıq, onlara göstərək ki, səhv addımlar atıblar. Bu da elə də asan başa gəlmir.

Hafiz Əhmədov

Müsahibə

ABŞ Prezidenti Vilsonun nəticəsi: “AXC diplomatlarının 100 il öncəki bu fəaliyyətini dəyərləndirirəm” (TARİXİ MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Bakıda çox maraqlı memarlıq nümunələri var”

“Amerikadakı mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır”

“Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik”

“Heç bir şəkildə mükəmməl deyildik, amma…”

Tomas Sayre – Amerikalı məşhur rəssam-heykəltəraş. O, qeyri-adi “public art” layihələri ilə bütün dünyada tanınır. Qeyd edək ki,  Tomas Sayre Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsidir.

HafizTimes.com-un növbəti müsahibi Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsi, məşhur rəssam-heykəltəraş Tomas Sayredir. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran ABŞ prezidentinin varisi T. Sayre ailəsi, fəaliyyəti ilə bağlı bir çox mühüm məqamlardan söhbət açıb. O, Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq babası prezident Tomas Vudro Vilsonun Azərbaycan Xalq Cümhuriyyətinə (1918-1920) olan münasibətindən də bəhs edib:

-Ohayo ştatının Klivlend şəhərində anadan olmuşam. Sonralar atam Vaşinqtondakı kafedral kilsədə baş keşiş (dean) olub. Beləliklə biz də Vaşinqtona köçdük. Mən də orada böyüdüm. Oğlanlar üçün olan “ST Albans” məktəbində təhsil aldım. Şimali Karolina Universitetində və Miçiqandakı Cranbrook İncəsənət Akademiyasındakı sənət məktəbində təhsil aldım.

-Prezident ailəsinin üzvü necə oldu ki, heykəltəraş-rəssam olmağa qərar verdi? Hazırda hansı layihələr üzərində çalışırsınız?

-Həmişə əllərimlə əşyalar düzəltmişəm. Kilsənin kölgəsində böyüdüyüm zaman artıq bütün daş hörgüləri, rəngli şüşə istehsal edənləri, heykəltəraşları və bir çox fərqli sahələr üzrə çalışan sənətkarları tanıyırdım. Hələ uşaq ikən bildim ki, sənət və memarlıq dərin insani duyğu və məna daşıyır. Beləliklə bütün karyeramı bu fikri ifadə etməyə həsr etdim. Hazırladığım heykəllər əsasən çox böyükdür və ictimaiyyət üçün açıqdırlar. Onlar ictimai məkanlara müəyyən bir məna bəxş edirlər və hansısa bir yer haqqında hekayələr danışmağa çalışırlar. Hazırda bütün ABŞ-da 5 böyük ictimai layihə üzərində çalışıram. Floridanın Tampa şəhərindəki muzeydə rəsmlərim nümayiş olunur. Hər gün yeni rəsmlər çəkirəm.

-Siz həmçinin məşhur dizayn firması olan “Clearscapes”in təsisçisisiniz.

“Clearscapes” bir rəssam və bir memarın arasındakı səmərəli əməkdaşlığın nəticəsində meydana çıxdı. Stiv Şuster ilə otuz ildən çox idi ki, tanış idim. Təxminən bir il əvvəl o, vəfat edənə qədər birlikdə çalışdıq. Firmanın memarlıq bölməsi əsasən Şimali Karolinada yerləşir: “Raleigh Convention” Mərkəzi, yeni “Raleigh” qatar stansiyası və bir çox sənət obyektləri bura daxildir. ABŞ, Kanada və Asiyada ictimaiyyət üçün açıq olan bir çox sənət əsərlərimiz mövcuddur.

-Hansı sənət əsərinizlə həqiqətən də qürur duyursunuz? Gələcək üçün hansı uğurlu layihələriniz var?

-Layihə mövcud olduğu cəmiyyətə təsir edən zaman çox qürur duyuram. Məsələn, “Oberlin Rising” 100 ildən çoxdur ki, Afro-Amerikan cəmiyyətini xatırladır. Hansı ki, “Raleigh”də baş verənlər nəticəsində məhv edilib. Müəyyən bir bir nahatlığı, xəstəliyi olanların sağalması üçün istifadə olunan Sağlamlıq Mərkəzinin adını qürurla çəkə bilərəm. Bundan başqa Vaşinqtondakı Milli Ballball Stadionunun girişindəki əyləncəli “Curve Ball” heykəlindən zövq alıram. Hətta Vaşinqton komandası keçən yay dünya kubokunu da qazandı.

Hazırda Texasdakı Texnologiya-Tibb Məktəbinin bir hissəsi olan Tibbi Araşdırma Müəssisəsinin qarşısında nəhəng və qeyri-adi layihə üzərində çalışırıq. Yeni Meksikadakı Albuquerqu bölgəsində suyun qorunması və insanların bu məsələyə ehtiyatla yanaşmaları ilə bağlı bir layihəyə start vermişik. Bundan başqa Şimali Karolinadakı Greensboro-da çay boyunca böyük bir ictimai park yaradırıq.

-Yaratmaq üçün nədən ilham alırsınız?

-Torpaqdan ilham alıram,  insanla müəyyən bir yerin vədhətindən doğan hekayələr məni ruhlandırır. Hər şey insanın niyyəti ilə təbiətin ona bəxş etdikləri arasındakı əlaqədən aslıdır. Yəni demək istəyirəm ki, dünyada tarazlıq yaradan sənətdən ilham alıram.

-Tarix abidələrinin qorunması ilə bağlı nə demək istərsiniz? Son vaxtlar Amerikada da heykəlləri dağıdırlar…

-Bu çox ağır və çətin bir sualdır. Mən bir neçə tarixi abidəni yenidən dizayn etdim. Bu çox çətin idi. Hətta bu barədə danışmaq da çətindir. Amerikadakı Vətəndaş müharibələri ilə bağlı dağılan abidələrə gəlincə deyə bilərəm ki, onlar bu ölkədə böyük bir siyasi uçurum yaratmaqda ittiham olunurlar… Təəssüf ki, bu ölkədəki mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır.

(Vudro Vilson)

-Siz Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsisiniz. Vudro Vilsonun varisi kimi böyümək necə idi?

– Ailəmiz bir az qarışıqdır. Ailə tarixini miras kimi qəbul etmək və ən yaxşı formada yaşatmaq çox vacibdir. Bəxtim gətirib ki, onların sırasında dəyərli insanlar çoxdur… Ümumilikdə onların hamısı ilə eyni fikirdə olmasam da, Vudro Vilson da daxil olmaqla ailəmizin bütün üzvlərinə qarşı hörmətlə yanaşıram.

-Vudro Vilson sizin üçün kimdir?

-Hesab edirəm ki, Vudro Vilson idealizm və təcrübəni özündə birləşdirən, güclü, yüksək intellektli və bəzən də gözüaçıq bir insan idi. Vilson əsl lider idi. Heç bir şəkildə mükəmməl deyildik, amma Amerikanı yaxşılığa doğru dəyişməyə müvəffəq olduq. Kaş ki, dünya ilə bağlı düşüncələri də daha yaxşı qəbul olunardı. Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik…

-Hazırda Amerikada nə baş verir? Amerikadakı irqi problemlər sizə necə təsir edir? İrqçilik kimlərə xidmət edir?

-Amerika dünyanın hər yerində olduğu kimi, Covid-19 ilə də mübarizə aparır. Bəlkə də bu pandemiya Corc Floydun öldürülməsinə qarşı daha dərin və tutarlı cavab vermək üçün bir yol açdı. Dua edirəm ki, mövcud iğtişaşlar əslində Amerikada sistematik şəkildə qurulan ağların üstünlüyünün çökməsi istiqamətində ciddi bir fəaliyyətə səbəb olacaq. Sistemimiz ağ insanların maraqlarını digərlərindən üstün tutur. Bu səhvdir, bu ölkənin mənimsədiyi dəyərlərə ziddir və dəyişməliyik. Bəlkə də indi real dəyişikliyə çatmaq üçün bir fürsətdir. Buna ümid edirəm.

-Azərbaycan, Bakı haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları hələ 1919-cu ildə Parisdə babanız Vudro Vilsona Azərbaycan haqqında geniş məlumatlar veriblər. 

-Təəssüf ki, sizin paytaxt şəhərinizdə olmamışam. Amma görürəm ki, irəliyə doğru getmək üçün böyük işlər görülür. Bakıda çox maraqlı memarlıq nümunələri var: “Flame Towers”, “SOCAR Tower” və “Crystal Hall” – möhtəşəm görünüşlü dizaynlardır. Mən bunların yalnız şəkillərini görmüşəm…

Bakıda layihələrim yoxdur, amma mütləq orada işləmək istəyirəm. Həm fiziki, həm də mədəniyyət baxımından fərqli yerlərdə işləmək maraqlı olar.

(Əlimərdan bəy Topçubaşov – Parisdə)

-Azərbaycan və ABŞ arasında siyasi və diplomatik əlaqələlərin qurulmasına ilk təşəbbüs 1919-cu il mayın 28-də Parisdə olub. Azərbaycan parlamentinin sədri Ə.M.Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyəti Paris Sülh Konfransında ABŞ prezidenti V.Vilsonla görüşüb. Görüşdə müstəqil Azərbaycan dövlətinin tanınması, onun Millətlər Liqasına qəbul edilməsi, ABŞ-la diplomatik münasibətlərin yaradılması və s. haqqında Azərbaycan hökumətinin rəsmi memorandumu ABŞ prezidenti Vudro Vilsona təqdim edilib. Qəbul zamanı nümayəndə heyətinin irəli sürdüyü təkliflərə cavab olaraq V.Vilson bildirir ki, onlar dünyanın kiçik hissələrə bölünməsini istəmirlər, Qafqazda federasiya yaradılması ideyasına tərəfdar çıxırlar. Bu federasiya Millətlər liqasının tapşırığı ilə hər hansı bir dövlətin himayəsində ola bilər, Qafqazda federasiya və ya Azərbaycanın müstəqilliyinin tanınması məsələsi isə rus məsələsindən əvvəl həll edilə bilməz…Təəssüflər olsun ki, 1920-ci il aprel ayının 27-də Sovet Rusiyasının XI Ordusu Bakını, sonra isə bütün Azərbaycanı işğal etdi. Və bizim Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi… 70 il SSRİ-nin hökmranlığı altında yaşamalı olduq… Və nəhayət ki, 25 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldı və 70 ildən sonra ABŞ Azərbaycanı müstəqil dövlət kimi rəsmi olaraq tanıdı … Vudro Vilsonun nəticəsinin buna münasibəti necədir?

Ölkənizin yaxın keçmişi haqqında çox da məlumatlı deyiləm. Amma Paris danışıqlarından sonra Azərbaycanın məyus olması ilə bağlı bilirəm. Bir çox qrup məyus oldu. Amma təbii ki, bəziləri yox. Hələ də bütün dünyada sülh üçün ümumilikdə bir vizyon kimi görünən Paris razılaşmalarının sonralar gözardı edilməsi məyusluq doğurur. Sizin bu məyusluğunuzu mən də bölüşürəm… Azərbaycandan olan insanların təxminən 100 il öncə azadlıq üçün göstərdikləri bu fəaliyyəti yüksək dəyərləndirirəm.

Hafiz Əhmədov

HafizTimes.com

(Tüstü ilə hazırlanmış əsər)

Oxuyun

Müsahibə

Eros Ramazzotti: `Azərbaycan gəncləri, həmişə səmimi və dürüst olun` (EKSKLÜZİV MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Uşaqlarım mənim əsas ilham mənbəyimdir

“Həyatda təəssüflə yaşamamalıyıq, hər zaman inam və ümidlə  gələcəyə baxmalıyıq”

“Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar”

“Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildim”

Eros Ramazzotti — Məşhur italyan müğənni və bəstəkar. 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edir. O, Adriano Çelentano, Andrea Baçelli, Luçano Pavarotti, Tina Tyorner, Riki Martin və digərləri ilə duet oxuyub. Geniş vokal imkanları və ifa tərzi müğənnini dünyada milyonların sevimlisinə çevirib. Onu “Dünyanın musiqi səfiri” adlandırırlar. Müğənni ifaları ilə insanlara sevgi, dünyaya isə sülh bəxş etmək istəyir. Bu günədək 14 albomu işıq üzü görüb.

Dünya şöhrətli müğənni Eros Ramazzotti eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı bir çox maraqlı məqamlardan söhbət açıb, Azərbaycanla bağlı fikirlərini ifadə edib.

-Uşaqlığınızı necə xatırlayırsınız? Böyüdüyünüz ailədə nələr çatışmırdı?

-Uşaqlığım çox sevdiyim, gözəl bir dövrdür. Sevgi olduğu üçün hər şeyimiz vardı.

 -İllərlə zirvədə qalmağı necə bacarırsınız?

Bu yalnız bir iş deyil: mahnı oxumaq mənim həyatımdır. Gördüyünüz işi sevsəniz və qərarlı olsanız istədiyiniz hər şeyə nail ola bilərsiniz. Heç bir şey verilmir, amma hər şeyi qərarlılıq və ağır zəhmətlə fəth etmək olar. Əlbətdə ki, lazımi vaxtda bir az şans da kömək edə bilər.

-Bu ağır günlərdə sizi motivə edən nədir? Necə yaradıcı qala bilirsiniz?

-Kiçik şeylərdən ilham alıram: gəzməyə çıxmaq, uşaqlarımla oynamaq və söhbət etmək və təbiətlə təmas qurmaq.

-Uğurunuzu nəyə borculusunuz?

-Çətin iş və səmimiyyətin həmişə qarşılığı olur.

 -Gələcək üçün hansı planlarınız var? Sevənlərinizə nə söyləmək istərsiniz?

-Həmişə yeni musiqi və əsərlər üzərində işləyirəm. Özümü aktiv və motivasiyalı tutmağı sevirəm. Tezliklə yenidən qarşılaşacağıq.

– “Vita ce n’è” nin uğur sirri nədir?

-Vita Ce N’è çox səmimi bir ifadır, əsas mövzu sevgidir: sevgi hər şeyin mərkəzidir, hər kəsin inana biləcəyi nikbinlikdir.

-Mahnılarınızın ilham mənbəyi nədir? Kimin üçün yazmaq istərsiniz?

-Musiqimi  hər zaman ürəyimlə yazıram: duyğularınızı yazmaq və onları musiqiyə çevirə bilmək bir hədiyyədir. Və əgər bunu səmimiyyətlə etsəniz, insanlar onu hiss edəcəklər və hər şeyi sizə qaytaracaq. Uşaqlarım mənim əsas ilham mənbəyim, məni hərəkətə gətirən mühərrikdir. Ancaq gündəlik həyatın anlarından, yaşadığım və ya mənə söylənən hekayələrdən ilham alıram.

-Öhdəsindən gəldiyin ən böyük əngəl nə olub?

-Uçmaq qorxum.

– Qəbul etdiyiniz dəyərləri musiqinizdə necə tətbiq edirsiniz?

-Sadəcə hisslərimdən və həqiqətən kim olduğumdan danışıram. Bu, təbii bir prosesdir, kim olduğum mövzusunda sadəcə olaraq dürüstəm.

-Sizin izinizlə getmək istəyən birinə nə məsləhəti verərsiniz?

-Zəhmət həmişə qarşılığı olur. Xəyallarınıza sadiqsinizsə və özünüzə inanırsınızsa, sonda hər şey qaydasında olacaq.

-Necə xatırlanmaq istərsiniz?

-Bu barədə heç düşünmürəm. Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildin.

-Həyat fəlsəfənizi 3 cümlə ilə necə ifadə edərsiniz?

-Müəyyən bir şüarım yoxdur: həyatda təəssüflə yaşamamalıyıq, ancaq hər zaman inam və ümidlə  gələcəyə baxmağa çalışmalıyıq.

 -Həmişə gənc görünməyi necə bacarırsınız?

-Gənc qalmağa deyil, sağlam olmağa köklənmişəm. Hər gün məşq etmək, yerimək, açıq havada olmaq, sağlam yemək və yaxşı yatmaq üçün əlimdən gələni edirəm. Hamısı budur.

-Zamanı geriyə çevirsəydiniz siz hara qayıdardınız?

-Peşimanlıq hissi ilə yaşamıram: etdiyim hər şeyi edərdim.

-Nə vaxt çox xoşbəxt olursunuz?  Almaq, yoxsa vermək daha yaxşıdır?

-Şübhəsiz ki, vermək.

-Azərbaycan, Bakı necə xatırlayırsan? Azərbaycanlılarla bağlı unudulmaz xatirəniz nədir?

-Bütün dünyadakı pərəstişkarlarımla görüşə bildiyim üçün çox xoşbəxtəm. Azərbaycanlılar da konsert turum zamanı məni çox isti qarşıladılar. Bu mənim üçün çox gözəl bir xatirədir.

-Azərbaycanın məşhur musiqiləri, Muğamlar haqqında heç eşitmisinizmi? Yenidən Azərbaycana səfər etmək istərsinizmi?

-Bu barədə eşitməmişəm. Amma həmişə yeni musiqilər tapmaqda maraqlıyam, təşəkkür edirəm. Konsert turu üçün getdiyim şəhərləri nadir hallarda gəzə bilirəm. Buna görə də bir gün Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar.

-Sizi Azərbaycanda sevən insanlara, gənclərə nə demək istərdiniz?

-Xəyallarınıza həmişə inanın, hər zaman özünüzə və digər insanlara qarşı səmimi və dürüst olun.

Hafiz Ahmadov

HafizTimes.com

`Azərbaycana getmək istəyərəm` – Əfsanəvi rok ulduz Bryan Adamsla eksklüziv müsahibəni BURADAN oxuya bilərsiniz.

Oxuyun

Müsahibə

Eros Ramazzotti: `I don’t live with regrets` (EXCLUSİVE İNTERVİEW)

Yayımlandı

da

Tərəfindən

“My children are my main source of inspiration, the engine that keeps me moving”

“Azerbaijanis have always welcomed me very warmly, it is a very beautiful memory for me”

“Success is measured by this, for me: how much love, in the end, you have been able to convey, with life, with music”

Italian superstar Eros Ramazzotti has been interviewed by Azerbaijani journalist Hafiz Ahmadov. HafizTimes.com proudly presents the exclusive interview with music legend Eros Ramazzotti.

-How do you remember your childhood? What was missing in the family as you grew up?

-My childhood is a very lovely period that I cherish so much. There was love, so we had everything.

-How do you manage to stay on top for years?

-This isn’t only a job: singing is my passion, my life. If you’re committed and passionated about what you do, you can achieve everything you want. Nothing is given, but everything can be conquered with commitment and hard work. Of course, even a bit of luck at the right time can help.

-What keeps you motivated in these hard times? How do you stay creative?

-I found my inspiration in the little things: going out for a walk, playing and talking with my kids, connecting with nature.

-To what do you credit your success?

-Hard work and sincerity always pay off.

-What are your plans for the future? What would you like to say to those who love you?

-I always work on new music and stuff, I like to keep myself active and motived. We will catch up again soon.

What is the secret of success of “Vita ce n’è”?

-Vita Ce N’è is a very sincere record, the main theme is love: love is the center of everything, the optimism in which everyone can still believe.

-What is the inspiration for your songs? Who would you like to write for?

-I always write my music with my heart: writing your emotions and being able to turn them into music is a gift and if you do it sincerely, the public will feel it and give you everything back. My children are my main source of inspiration, the engine that keeps me moving. But the inspiration comes from anything, from moments of daily life, from stories that I lived or that have been told to me.

-And what has been the greatest obstacle you’ve overcome?

-My fear of flying.

 -How are you imposing your values on your music?

-I simply talk about my feelings and who I really am. It’s a natural process, I’m just honest about who I am.

-What advice would you give to someone who wants to follow in your footsteps?

-As I said to you before, hard work always pays off. If you’re committed to your dreams and loyal to yourself, everything will be ok in the end.

-How do you want to be remembered?

-I do not think about it at all. Success is measured by this, for me: how much love, in the end, you have been able to convey, with life, with music.

-What is your philosophy of life in 3 sentences?

-I don’t have a particular motto, except that in life we must not live with regrets, but we have to try to always look to the future with confidence and hope.

How do you stay young all the time?

-I’m not focused on staying young, I’m focused on staying healthy. I try my best to train every day, to move, to be outdoors, to eat healthy and sleep well. That’s all.

-If you could go back in time, where would you go?

-I don’t live with regrets: I would do everything I did.

-When are you happiest? Is it better to give or to receive?

-To give, no doubt about it.

-How do you remember Azerbaijan, Baku? What is your unforgettable memory about Azerbaijanis?

-I am very happy when I can meet my fans all over the world, Azerbaijanis have always welcomed me very warmly during my previous tours, it is a very beautiful memory for me.

-Have you ever heard about the famous folk music of Azerbaijan, Mughams? Would you like to visit to Azerbaijan?

-No, I don’t but I’m always interested in finding new music, thank you. When I’m on tour I rarely can visit the cities I play in, so I would definitely be happy to visit Azerbaijan one day in a more accurate way, I’m curious about visit better Baku too!

-What would you like to tell people, particularly the youth who love you in Azerbaijan?

-Always believe in your dreams, always be sincere and honest with yourself and with other people.

Hafiz Ahmadov

HafizTimes.com

Bryan Adams: “Eat less, love more and be thankful” (EXCLUSİVE İNTERVİEW)

Oxuyun

Trend yazılar