Bizimlə əlaqə

Xəbər

Erməni girovluğundakı Şahbazın səhhəti ağırlaşdı – SON DƏQİQƏ

Yayımlandı

da

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Azərbaycan vətəndaşı Şahbaz Quliyevin  səhhəti  ağırlaşıb.

Bu barədə HafizTimes.com -a girovun qardaşı İlham Quliyev məlumat verib.

“Şahbaz ailəsinə məktub göndərib. Qardaşımın vəziyyəti ağırlaşıb. O, hazırda Şuşada həbsxana şəraitində müalicə olunur. Şahbaz məktubunda  bu barədə  çox məlumat verməyib. Qardaşım düşmən girovluğundadır. Ona görə çox narahatıq”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

HafizTimes.com

Xəbər

“Dəhşətli xəbərlərdir” – Amerikalı diplomatlar: “Münaqişənin həlli üçün hərəkətə keçilməlidir” (Eksklüziv)

Yayımlandı

da

Tərəfindən

“Təmas xəttində və ya Azərbaycan-Ermənistan sərhədi boyunca hücum xarakterli hərbi əməliyyatların nəyin bahasına olursa olsun qarşısı alınmalıdır”.

Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza HafizTimes.com-a açıqlaması zamanı deyib. Amerikalı diplamat Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri təxribata münasibət bildirib:

-Bu xüsusi insidenti geniş şərh edə bilmək üçün kifayət qədər məlumatım yoxdur. Ağır texnikalar təmas xəttindən və yaxud Azərbaycan-Ermənistan sərhəddindən geri qaytarılsa və keçən il Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan tərəfindən atəşkəs rejiminin gücləndirilməsi, əhalinin, Ermənistan və Azərbaycanın sülhə hazırlanması üçün görülən tədbirlər yenidən müzakirə edilsə daha çox faydalı olar”.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert F. Sekuta da HafizTimes.com-a açıqlaması Qarabağ münaqişəsinin həlli ilə bağlı işlər görülməli olduğunu qeyd edib:

“Dəhşətli xəbərlərdir. Bütün bunlar bu konfliktin dondurulmuş olmadığını göstərir. Yalnız status-kvonu saxlanmaqla deyil, münaqişənin həlli üçün hərəkətə keçilməlidir”.

Hafiz Əhmədov

Oxuyun

Xəbər

`İnstagram`ın baş direktoru `trol`larla mübarizə yolunu açıqladı (EKSKLÜZİV+FOTO)

Yayımlandı

da

Tərəfindən

“İnstagram”ın baş direktoru Adam Mosseri HafizTimes.com-un sualını cavablandırıb. O, ilk dəfə olaraq “instagram”da dizayn etdikləri yeni bir funksiyadan söhbət açıb: 

– “İnstagram”da “trol”lara qarşı necə mübarizə aparmaq olar?

-Məhdudlaşdırın! Bu yaxınlarda yeni bir funksiyanı işə salmışıq. Bu funksiya sizə icazə verir ki, kiminsə “comment”ni başqaları görmədən öncə təsdiq edə bilərsiniz. Həmçinin də onların sizə göndərdikləri mesajları özləri də bilmədən oxuya bilərsiniz.

Bunu “bullying”in hədəfinə çevrilənlərə kömək etmək üçün dizayn etmişik. Bu funksiya həmçinin “trol”lara qarşı mübarizə üçün də əhəmiyyətlidir.


Qeyd edək ki, Adam Mosseri “instagram”ın baş direktoru, amerikalı sahibkardır. Nyu-Yorkun Çappaqua şəhərində anadan olub, böyüyüb. Medya və informasiya dizaynı sahəsində bilik əldə etmək üçün Nyu-York Universiteti Gallatin İndividuallaşdırılmış Təhsil Məktəbinə daxil olub. 2005-ci ildə informasiya dizaynı ixtisası üzrə məzun olub. Hələ 2003-cü ildə universitetdə təhsil alarkən A. Mosseri, qrafika, sərgi dizaynı ilə bağlı “Blank Mosseri” adlı dizayn konsultasiyalarına başlayıb. Mosseri 2008-ci ildə “Facebook”da dizayneri kimi çalışmağa başlayıb. 2009-cu ildə dizayn üzrə menecer, 2012-ci ildə isə şirkətin mobil tətbiqlərinin dizayn üzrə direktoru olub. 2012-ci ildən 2016-cı ilə qədər Mosseri “Facebook”un “News Feed” bölməsinə rəhbərlik edib. 2016-cı ildən 2018-ci ilin mayına qədər “Facebook”da vitse-prezident vəzifəsində çalışıb. 2018-ci ilin may ayında Mosseri “İnstagram”da vitse-prezident vəzifəsinin icrasına başlayıb.

2018-ci ilin 1 oktyabr tarixində “Facebook” elan edib ki, “İnstagram”ın təsisçiləri Kevin Systrom və Mayk Kriegerin istefa verdikdən sonra Adam Mosseri “İnstagram”ın yeni rəhbəri olacaq. Adam Mosseri həyat yoldaşı Monica Mosseri və iki az yaşlı oğlu ilə birlikdə ilə San-Fransiskoda yaşayır.

Xatırladaq ki, A. Mosseri bir müddət öncə də HafizTimes.com-un sualına cavab göndərib.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Xəbər

“Azərbaycanı görmək istəyirəm”– Müsəlmanları müdafiə edən RİKİ MARTİN (EKSKLÜZİV+FOTO)

Yayımlandı

da

Tərəfindən

Dünya şöhrətli ifaçı  Riki Martin bir neçə gün öncə Yeni Zelandiyada müsəlmanlara qarşı baş vermiş terror aktını törədən şəxsin dünya mətbuatında terrorçu adlandırılmamasına etiraz edib. Müğənni 49 insanın ölümünə səbəb olmuş şəxsin “terrorçu” adlandırılmamasını qınayıb və fikirlərini  belə ifadə edib:

 “40-dan çox müsəlmanı öldürən və 20 nəfəri ağır yaralayan adam. Beynəlxalq mətbuat onu “atıcı” və “ekstremist” adlandırır, amma “terrorçu” demir. Niyə? Çünki o, müsəlman deyil”.

Enrike Martin Morales – Daha çox Riki Martin adı ilə tanınır. 24 dekabr 1971-ci ildə Puerto-Rikonun paytaxtı San Xuan şəhərində psixoloq Enrike Martin Neqoni və maliyyəçi Nereydi Moralesin ailəsində doğulub. Valideynləri onun iki yaşı olanda ayrılıb. Riki katolik ailəsində böyüyüb. Latınamerikan qrupu olan Menudo ilə fəaliyyətə başlayıb. 1991-ci ildə solo-kariyeraya başlayıb. 9 studiya albomu buraxıb. Bütün dünya üzrə bu albomların satış sayı 65 milyonu keçib. Həmçinin Riki Martin xeyriyyə məqsədləri üçün “Riki Martin fondu”nu yaradıb. 48 yaşlı müğənni Riki Martin erməni əsilli rəssam Jvan Yosef ilə ailə həyatı qurub. Qeyd edək ki, bu yaxınlarda onun 3 övadı dünyaya gəlib.

Dünyaca məşhur müğənni Riki Martin HafizTimes.com-a eksklüziv açıqlama verib. O, ilk dəfə olaraq Bakı, Azərbaycanla bağlı fikirlərini bölüşüb:

“Mən heç vaxt Azərbaycanda olmamışam. Azərbaycana getmək üçün gözləyə bilmirəm. Bakı şəhərinin şəkillərinə baxmışam. Möhtəşəm şəhərdi. Azərbaycana getmək istəyərəm”.

Məşhur ifaçı ailəsi ilə bağlı da fikirlərini bölüşüb:

“Ailəmlə birlikdə çox  xoşbəxtəm. Sevgi hər şey deməkdir. Hər kəsə gözəl ailə həyatı arzu edirəm. Mən də həyat yoldaşım, övladlarımla çox xoşbəxtəm. İşlərim çox olur. Ailəmlə vaxt keçirmək məni xoşbəxt edir”.

-Bu yaxınlarda dünyaya gələn ilk qız övladınız Lucia necədir?

 “Lucie çox sağlam və gözəldir. Onun böyüməsinin hər anını izləmək biz-valideynlərini xoşbəxt edir”- deyə ifaçı qeyd edib. 

Qeyd: Bu müsahibənin baş tutması ilə bağlı önəmli məqamı da diqqətinizə çatdırmaq istəyirik. Müsahibə ilə bağlı suallarımızı dəfələrlə göndərməyimizə baxmayaraq, ifaçı sualların silinməsi ilə bağlı məlumat göndərirdi. O, hətta sualların kim tərəfindən və hansı səbəbdən silinməsini izah edə bilmirdi. Apardığımız araşdırma nəticəsində məlum oldu ki, müğənninin həyat yoldaşı erməni əsillidir!

Xatırladaq ki,  bir neçə il öncə Riki Martinin Bakı şəhərində  toyda çıxış etməsi ilə bağlı yalan xəbər yayılmışdı. 

 Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar