Bizimlə əlaqə

Müsahibə

“Babama edilən sui-qəsd əfsanə-dram deyil”– Con Kennedinin nəvəsi: “Azərbaycan qədim bir ölkədir” (EKSKLÜZİV)

Yayımlandı

da

Onun ölümünün üstünü örtən gizlilik pərdəsi diqqətləri əsas məsələlərdən uzaqlaşdırıb”

“Siyasətlə məşğul olmaq barədə hələ ki, düşünmürəm”.

 Con Bovier Kennedi Şlosberq – ABŞ-ın sui-qəsd nəticəsində qətlə yetirilən 35-ci prezidenti Con Kennedinin yeganə oğlan nəvəsidir. “Jack” ləqəbi ilə tanınır.  Con Kennedinin qızı Karolina Kennedinin oğludur. Cak Şlosberq 1993-ci ilin yanvarın 19-da Karolina Kennedi və dizayner Edvin Şlosberqin ailəsində dünyaya gəlib. Ros ve Tatyana adlı  iki böyük bacısı da var. Cak  Şlosberqin atası  Ukrayna əsilli ortodoks yəhudidir. Anası isə fransız, irland, isveç və ingilis əsilli katolikdir. Cak Şlosberg anasının ibadət etdiyi dində böyüyüb.O, həmçinin yəhudilərə məxsus adət-ənənələri yaşadır. 2015-ci il Yale Universitetinin məzunu olub. Cak Şlosberg Tokioda fəaliyyət göstərən internet və elektron ticarət şirkətində çalışmağa başlayıb. Həmin vaxt  Yaponiyada dövlət işində çalışan anası Karolina Kennedini ziyarət edən zaman şirkətin qurucusu ilə tanış olub. 2016-cı ildə C. Şlosberq ABŞ Dövlət Departamentinə bağlı bir şirkətdə çalışıb. Babası C. Kennedinin anım mərasimi ilə bağlı tədbirdə Barak Obamaya medal təqdim edib. 2017-ci ilin payızında Harvard Hüquq Məktəbinə daxil olub. Hazırda təhsilini davam etdirir. Həmçinin 2018-ci ilin mayın 11-də C. Şlosberq “Blue Bloods” televiziya şousunun sezon finalında aktyorluq edib.

ABŞ-ın  35-ci prezidenti,  mərhum Con Kennedinin nəvəsi Cak Şlosberg Hafiztimes.com-un suallarını cavablandırıb:

-Adınızla bağlı bilmək istərdik. Əsl adınız necədir?

-Mən mərhum babam və dayımın adlarını daşıyıram. Təəssüf ki, indi onların hər ikisi də həyatda deyillər. Onların adını mən yaşadıram. Cak isə ləqəbimdir. Hər kəs məni Cak kimi tanıyır.

 –Harvarddakı təhsiliniz necə davam edir?

-Harvard Hüquq Məktəbini çox bəyənirəm. Orada təhsil aldığım üçün çox şanslıyam. Mənim üçün çox çətin və gözəl bir təcrübədir. Orada  təhsil almaq çox gözəl bir hissdir.

-Hər gün oxuyub, öyrənirsiniz?

-Mənim elə bir həyatım yoxdur. Amma hər gün oxuyub, öyrənmək yaxşıdır.  Bəzən bu çətin olsa da , heç vaxt bu yoldan geri çəkilmək olmaz.

-İnsanların sizə qarşı münasibəti necədir?

-Hər kəs mənimlə gözəl münasibət qurur.

-Hüquq təhsili aldıqdan sonrakı planınız nədir?

-Hələ ki, hüquq təhsilimlə bağlı nə edəcəyimi düşünmürəm. İşimlə bağlı hələ ki, əmin qərarlar verməmişəm. Yəqin ki, üç ildən sonra mənim maraqlarım tamamilə dəyişəcək.

-Gələcəkdə siyasi fəaliyyətlə məşğul olmağı düşünürsünüz?

-Mən öz yolumu qurmağa çalışıram. İndi isə heç nə deyə bilmərəm.

-Kennedi ailəsinin bir üzvü olmaq necə bir hisdir?

-Ailəmin cəmiyyət uğurundakı xidmətlərdən ibarət mirası məni ruhlandırır.

-Sizcə bəşəriyyətin üzləşdiyi ən böyük problem nədir?

-Fikrimcə iqlim dəyişkənliyi bəşəriyyətin qarşılaşdığı ən böyük qlobal problemdir. Bu sahədə görülən bütün işləri dəstəkləyirəm. İqlim dəyişkənliyi ilə bağlı gürülən işlərdə iştrak etmək məni həyəcanlandırır. Şübhəsiz ki, mənim kimi bütün insanları bu problem düşündürməlidir.

– Babanızın adına  daha çox harada rastlayırsınız?

-Babamın adına küçə salınıb. Orada gəzərkən çox qəribə hisslər keçirirəm. Mənim ən çox sevdiyim restoranlar da həmin küçələrdə yerləşir. Çox vaxt həmin yerlərə daxil oluram.

-Gündəlik nə işlə məşğul olursunuz?

-Su idmanlarını sevirəm. Bir neçə dəfə yarışlarda iştirak edib, medal qazanmışam. Bundan əlavə dostlarımla təbiətdə vaxt keçirməyi sevirəm. Bizneslə də maraqlanıram. Hərdən mətbuat orqanlarında yazılarım dərc olunur.

-Ailənizlə bağlı bilmək istərdik. Necə bir ailədə yaşayırsınız?

-Valideynlərimlə bilikdə yaşayıram. İki bacım var. Onları çox sevirəm. Ailəmiz hər zaman bizə dəstək olur.

-Aktyorluq fəaliyyətini davam etdirmək fikrindəsiniz?

-Bir dəfə “Blue Bloods” televiziya serialının sezon finalına dəvət edilmişdim. Çox gözəl vaxt keçirdim. Çox insan aktyor olmağımı istəyir. Amma hazırda mən təhsilimi davam etdirirəm.

-Ananınız Karolina Kennedi ilə bağlı bilmək istərdik. Ailədə necə bir anadır?

-Anam hər zaman bizə dəstək olur. Bütün addımlarımızda yanımızda olub. Ona  çox bağlıyıq. İşləri həddindən çox olsa da həmişə bizə vaxt ayırıb. O, çox böyük bir şəxsiyyətin övladıdır.

– Sizin üçün Con Kennedi kim olub? O necə bir şəxsiyyət olub?

-Mənim babam prezidentliyi dövründə tək başına heç nəyi düzəldə bilməyəcəyini deyirdi. Babam Amerikadakı çatışmazlıqları açıq-aşkar qəbul etmək cəsarətinə sahib idi. Daha sonra bu problemləri həll etmək üçün cəsur planlar ortaya qoydu. O, bu problemləri həll etmək üçün amerikalılara müraciət etdi. Cəmiyyətə xidmət etmək onu daha çox ruhlandırırdı.

-Sizi daha çox nələr, kim  ruhlandırır?

-Barak Obama da məni ruhlandırdı. Bir dəfə onunla görüşümüz (müsahibə) olub, çoxlu suallar vermişəm. Nəticədə 2008-ci ildən bu yana bütün həyatım, fikirlərim dəyişdi.

-Babanız niyə qətlə yetirildi? Sui-qəsdlə bağlı nə düşünürsünüz?

-Mən başa düşürəm ki, babama edilən sui-qəsd ölkəmizin tarixi, 20-ci əsri və bir çox fərdi həyatları əks etdirən bir milli faciədir. Prezident Kennedinin həyatı, ölümü Amerikada mümkün ola biləcək hər şeyi nümayiş etdirdi. Onun ölümü mənim ailəmə sonsuz dərəcədə təsir etdi.

“Biz babamın  əldə etdiyi bütün nailliyyətləri, həyata keçirdiyi işləri qeyd etməklə qürur  duyuruq”.

-Onun çağrışları bu gün də yerinə yetirildiyi üçün mirası yaşayır. Sarsılmaz optimistliyi və Amerikaya inamı hazırda yaşadığımız ölkəyə ilham verən bir alternativ təqdim edir.

-Onun qətli  ətrafında illərdir ki, müzakirələr gedir, müxtəlif fikirlər səsləndirilir? Siz bu müəmmalar barədə nə düşünürsünüz?

-On illərdir ki, onun ölümünün üstünü örtən gizlilik pərdəsi diqqətləri əsas məsələlərdən, kritik anlardan uzaqlaşdırıb. Bu gün belə etməyə davam edirlər. Hər dəfə nümayiş etdirilən bir dosye heç də açıqlanan və araşdırma aparılan demək deyil. Necə deyərlər xəbərçəkili bir hekayədir, amma xəbər dəyəri daşıyan bir informasiya deyil…Əmin olmaq, gizliliyin aradan qaldırılması demokratiya üçün çox yaxşı şeydir. Hökumətin şəffalığı daha yaxşıdır.

         

“Con Kennedinin sui-qəsdə məruz qalması əfsanə-dram deyil”

 -Sui-qəsd dosyesinin potensial olaraq bir kənara qoyulması, belə bir hadisənin daha sonra drama çevrilməsi,  gizlilik nəzəriyyələrinin yenidən orata atılması  düzgün bir hal deyil. “Con Kennedi cinayəti  ilə bağlı yeni məqamlar” dəlillər,  “son dəqiqə xəbərləri”  başlığı ilə təqdim edilən kimi trend olur.

Sui-qəsd hadisəsi bir əfsanə, dram deyil. Sui-qəsd hadisəsi bizim gündəlik qarşılaşdığımız intriqa və şəxsi şəxsi əziyyətlərimizə bənzəmir. Belə hekayələr bu gün nəyə görəsə sadəcə olaraq xəbər kimi təqdim edilir.

Bu gün bizim diqqət yetirməli olduğumuz çox mühüm problem də mövcuddur. İqlim  dəyişkənliyi bu gün bəşəriyyətin üzləşdiyib ən təhlükəli problemlərdən biridir. İrçilik və ayrı-seçkilik hələ də çox sayda amerikalının öz potensiyalını tam şəkildə üzə çıxarmasına əngəl törədir. İnsanların gəlirləri arasında bərbarəsizlik yaranır, zəngin olmaq isə zirvədə dayanır. Beynəlxalq təhlükəsizliyimizi qorumaq üçün Amerika on illədir ki, bəzi ittifaqlarla əməkdaşlıq edir. Daha çox sadalaya bilərəm. Bütün bunlar Con Kennedi sui-qəsdi dosyesində yoxdur. Demək istəyirəm ki, ətrafımızda diqqət yetirəcəyimiz xəbərlər çoxdur. Siyasət və sensassiya, dram  üzərində köklənməmiş bir  media da qurmaq mümkündür. Bizim hər birimizin perspektivi qorumaq kimi bir şəxsi məsuliyyətimiz var. Biz həll etməyə çalışdığımız mühüm problemlərə diqqətimizi yönəltməliyik.

-Azərbaycanla bağlı nələr bilirsiniz?

 -Böyük və möhtəşəm Xəzər dənizi barədə oxumuşam. Azərbaycan da onun sahilində yerləşir. İnternetdə şəkillərə baxdım, qədim və gözəl bir ölkədir. Sizin vasitənizlə hər kəsə salam göndərirəm.

-Sonda gənclərə nəyi məsləhət görərsiniz?

-Bəzən mən də ümidsizlik hiss edirəm. Həmin vaxtlarda Babamın “Biz aya getməyi seçdik” adlı videosuna baxıram. Düşünərsiniz ki, bu qeyri mümkündür. Amma hər birimiz işləməliyik, ümid etməliyik. Bu zaman istədiklərimizə nail ola bilərik.

Hafiz Əhmədov

Müsahibə

“Azərbaycanı görmək istəyərəm”– Markın həkim atası:“Valideynlər məndən soruşurlar ki…”(EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Bacarıqlı övlad yetişdirmək üçün nə etmək lazımdır?”

“Facebook” qurulan ilk vaxtlarda oğluma məsləhətlər verirdim”

Edvard J. Zukerberq – 30 ildən çoxdur ki, diş klinikasında ən müasir texnologiyaların inteqrasiyası və “Ağrısız” diş həkimliyi ilə bağlı texnologiyaların inkişafı sahəsində liderdir. Diş həkimliyi ilə bağlı konfranslarda çıxış edərək diş həkimliyində yeni texnologiyaların inkişafına çalışır.  Diş həkimliyi ilə bağlı sosial media təcrübələrini bölüşərək bu sahənin inkişafına töhfə verir. Rəqəmsal marketinqin imkanları və sosial mediadan necə istifadə edilməsi ilə bağlı diş həkimlərinə yerli və beynəlxalq mühazirələr keçir. Sosial media vasitəsi ilə xəstə və həkimlər arasında əlaqələrin necə qurulması, online marketinqlə bağlı təcrübələrini bölüşür.

-Nyu-York şəhərində anadan olub, təhsil alıb. 1978-ci ildə Nyu-York Diş Həkimliyi Kollecinin məzunu olub. 40 ilə yaxındır ki, lisenziyalı diş həkimidir. 4 övladı, 6 nəvəsi var.

 

“Facebook” sosial şəbəkəsinin rəhbəri, milyarder iş adamı Mark Zukerberqin atası, diş həkimliyi sahəsində ilklərə imza atmış həkim   Edvard J. Zukerberq eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb.  Dünyanın ən zəngin və şöhrətli Zukerberq ailəsinin başçısı Edvard Zukerberq müsahibə zamanı Azərbaycan, Bakı ilə bağlı da fikirlərini bölüşüb:

-Artıq uzun illərdir ki, “Ağrısız” Diş Həkimliyi sahəsi ilə məşğul olursunuz. İlk dəfə Diş klinikasında ən yeni texnologiyaların tətbiqinə məhz siz başlamısınız. Həmin vaxtları necə xatırlayırsınız? Dr. Edvard Zukerberqi daha yaxından tanımaq istərdik.

-Hər zaman texnologiyalara heyran olmuşam. Ən son texnologiyaların hər birindən istifadə etmişəm. Həmkarlarımdan öncə çox yaxşı təcrübə keçdim, çalışdım. Əslində mən bir iz açdım. Bütün ofisimi 1985-ci ildə ilk IBM PC XT ilə kompiterləşdirdim.  Bu 10 MB-lıq sadə bir maşın idi. 512K RAM və DOS əməliyyat sistemi. Həmin vaxt mənim həmkarlarımın bir çoxu tapşırıqları tamamlamaq üçün kitab kağızları və formlardan istifadə edirdilər.

                        “Mən də  bir iz açdım”

-Tezliklə mən xəstələrin ağzında şəkillər çəkmək üçün intraoral kamerlardan istifadə etməyə başladım. Və xəstələrin ağzındakı vəziyyəti əks etdirən şəkilləri televizor ekranında onların özlərinə nümayiş etdirdim. İndi bu adi bir şeydir. Amma 1980-ci illərin sonunda Diş Həkimliyi Ofisində iz açan bir texnologiya idi.

-“Ağrısız” Stomatologiya nədir? Diş həkimliyi sahəsində daha hansı ilklərin müəllifisiniz?

-1990-cı illərin əvvələrində hava aşındırma texnologiyasından istifadə etdik. Bir çox “Dental fobya”sı olan xəstələrin istifadəsinə təqdim etdik. Kiçik boşluqları alətlərdən istifadə etmədən müalicə etmək üçün çox yaxşı üsuldur. Xüsusi ilə balaca uşaqların müalicəsi üçün əla metod idi.

1990-cı illərin sonlarında ilk dəfə olaraq məhz mənim ofisimdə Digital X- şüalarından istifadə etdik. Bu mənim ofisimdə baş tutmuş ilklərdən biri idi.

                      “Kağızdan imtina etdim”

-2005-ci ildə kürəkənimlə birlikdə daha bir sistemi inkişaf etdirdim. Bütün cədvəllərimizi, yazılarımızı rəqəmsallaşdırdıq və praktik olaraq bütün  kağızları ofisimizdən çıxardıq.

2008-ci ildə ilk dəfə olaraq CAD/CAM təklif etdik.  Həmin gün tac (plomb), dişüstü örtük, “inlay/onlay” bərpalar üçün texnologiyalar üzərindəki işlərimizi tamamladıq.

– Siz nə vaxtdan bəri sosial mediaya maraq saldınız?

-Oğlum Mark 1996-cı ildə, 12 yaşında mənim ofisimdə kompiterləri çalışdıran bir proqram yazdı. Bu proqram vasitəsi ilə ofisimizdəki işçi heyətimiz bir-biri ilə əlaqə saxlayıb, danışa bilirdilər.

“Zucknet” adlanan bu proqram həqiqətən dünyanın ilk Sosial Mediası idi”

-Sosial medianın insanların həyatındakı rolu ilə bağlı nə düşünürsünüz? “Painless Dr. Z.” haqqında bilmək istərdik. Həmin vaxtları necə xatırlayırsınız?

-Xəstələrimə rahat və yaxşı müalicə təqdim etmək bacarığıma görə mənim adımın önünə “Painless” (Ağrısız) sözünü əlavə etdilər. Yəni ki, “Painless Doktor Zukerberq” (DRZ).

(Edvard Zukerberq, həyat yoldaşı Karen, qızı Randi və kürəkəni)

Psixoloq olan həyat yoldaşım Karen dişlə bağlı fobyası olan xəstələrimi ağrısız müalicə etmək üsullarını inkişaf etdirməklə bağlı mənə çox kömək etdi. Beləliklə biz diş həkiminə getməklə bağlı böyük qorxu və narahatlıqları olan bir çox xəstələri ofisimizə cəlb etdik və ağrı-acısız onları müalicə edirik.

“Sosial media ilə bağlı məsuliyyəti öz üzərimə götürdüm”

-Sizin bütün fəaliyyətiniz ən son texnologiyalar ilə bağlıdır. Hazırda diş həkimliyində  ən yaxşı texnologiyalar hansılardır? “Painless Social Media” ilə bağlı fikirlərinizi bilmək istərdik.

-Bu mənim ikinci və hazırkı kariyeramdır. Diş həkimliyi üzrə məsləhətçi, Diş Həkimliyi  üzrə Təşkilatlar və Diş Həkimliyi Texnologiyaları üzrə startup biznesləri. Qeyd edim ki, Sosial media vasitələrindən istifadə üsulları diş həkimləri üçün çox çətin idi. Beləliklə mən bu məsuliyyəti qəbul etdim və “Painless Social Media” işini həyata keçirməyə başladım.

“Hazırda yarım gün ərzində diş həkimliyi ilə məşğul oluram”

 -“Facebook” səhifələrini özünüz idarə edirsiniz?

 -Artıq mən köhnə Dişçilik ofisimin “Facebook” səhifəsini idarə etmirəm. Amma xoşbəxtlikdən Einstein Medical bunu mənim üçün edir. Çünki mən hazırda çox az vaxt ərzində diş həkimliyi ilə məşğul oluram.

www.facebook.com/painlessdrz səhifəsi xəstələrim üçün dəyərli bir mənbədir.

Bununla yanaşı mənim gündəlik konsultasiyalar səhifəm də mövcuddur. Bu da diş həkimlərinə öz sosial media fəaliyyətlərini idarə etmək üçün kömək edir. www.facebook.com/painlesssocialmedia

   “Nəvələrimlə vaxt keçirməyi sevirəm”

 -Ailəniz haqqında bilmək istərdik. Gündəlik nə ilə məşğul olursunuz?

-Hazırda diş həkimlərinə və yeni başlayanlara  konsultasiyalar keçirəm. Startup-larla bağlı mühazirələr keçirəm. Müqavilələr üzərində çalışıram.

Həmçinin fotoqrafiya, yerimək, səyahət etməkdən zövq alıram.

“Həyat yoldaşım, 6 nəvəm və işdə məğul olmayan 4 övladımla çoxlu vaxt keçirməkdən zövq alıram”.

 

“Övladlarımıza dəstək olduq”

-Edvard Zukerberq valideynlərə hansı məsləhətləri verə bilər?

-Bir çok insan məndən soruşur ki, bacarıqlı övlad yetişdirmək üçün nə etmək lazımdır. Söyləyə biləcəyim tək söz budur ki, həyatda hər şeydən çox iş yerində daha çox zaman keçirməlisiniz. Hansı ki, həmin işdən zövq alırsınız.

Biz övladlarımıza həyatda öz sevdikləri yerləri tutmaları üçün icazə verməyə çalışdıq. Və maraqlarına uyğun kariyeralarını qurmaları üçün onlara dəstək olduq və təşviq etdik.

-“Facebook” necə quruldu? “Facebook”un qurulmasında sizin rolunuz nə olub?

-“Facebook”un inkişafında mənim birbaşa rolum olmasa da, ilk vaxtlar oğluma məsləhətlər verən şəxs kimi xidmət etmişəm. Amma onun ən yaxşı etdiyi şeylərdən biri isə özünün ətrafına böyük məsləhət verən şəxsləri toplamasıdır. Onların məndən çox texnologiya ilə bağlı təcrübələri var.

-Mark Zukerberqin uğurunun sirləri nədir?

-O, uğurlu bir biznes modeli qurmaq üçün mentor-ların gücündən istifadə etdi. Özünün daxilinamı və şəxsi bacarıqlarından istifadə edərək möhtəşəm bir biznes modeli təqdim etdi.

-Ailənizdə sizin yolunuzu davam etdirən varmı? Nəvələrinizin gələcəkdə diş həkimi olmasını istəyirsinizmi?

-Övladlarımın heç biri diş həkimi olmasa da, nəvələrimdən birinin  bu peşə ilə məşğul olmasını məmnuniyyətlə qarşılayaram. Əsas odur ki, onlar öz sevdikləri iş ilə məşğul olsunlar.

(Edvard Zukerberq həyat yoldaşı, oğlu və gəlini ilə birlikdə)

-Sonda Azərbaycan, Bakı haqqında düşüncələrinizi bilmək istərdik. Bakıya səfər etmək istərdinizmi?

 -Mən heç vaxt Azərbaycanda olmamışam. Amma gələcəkdə bir dəfə ora baş  çəkməyi çox istərdim.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Sadə bir  insan kimi böyüdüm”-Brüs Linin qızından Azərbaycan mətbuatına ETİRAFLAR (EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Mənə həmişə deyirlər ki, xarakter və görünüşümə görə atama çox oxşayıram”

“Mən Brüs Linin qızı kimi böyümədim, sadə bir  insan kimi böyüdüm”. 

Dünyaca məşhur əfsanəvi döyüşçü, kinoaktyor, ssenarist və rejissor Brüs Linin həyatda olan yeganə övladı  Şennon Li HafizTimes.com-a eksklüziv müsahibə verib.

Şennon Li –  aktrisa və prodüser.  Döyüş sənəti və biznes sahəsi ilə məşğul olur. Ailəlidir. Vren Kisler adlı bir qız övladı var.

-1969-cu ilin 19 aprel tarixində Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olub. Brüs və Linda Linin ailəsində ikinci övlad olaraq dünyaya göz açıb. 1987-ci ildə Chadwick liseyinin məzunu olub.  Daha sonra Nyu-Orleans Tulane Universitetində təhsilini davam etdirib. Hazırda “Brüs Li”nin adını daşıyan Fonda rəhbərlik edir.  Bir neçə filmdə rol alıb. O, həmçinin ilk dəfə olaraq atasının həyatından bəhs edən sənədli filmdə də çıxış edib.

-Atanızı necə xatırlayırsınız?  

-Mən atamı çox az görmüşəm. O, həyatda olanda mən çox balaca idim. Atamla birlikdə keçirdiyim uşaqlıq illərinin çox az bir qismini xatırlayıram.

   “Mən Brüs Linin qızı kimi böyümədim”

-Brüs Linin qızı olaraq böyüməyin hansı çətinlikləri oldu?

– Hər zaman məndən soruşurlar ki, “Brüs Linin qızı olaraq böyümək çətin olmadı ki? Mən də cavab verirəm ki, xeyr: “Brüs Linin qızı olaraq böyümək çətin olmadı.  Çünki mən Brüs Linin qızı kimi böyümədim, sadə bir  insan kimi böyüdüm”.

-Atanızla aranızda  hansı oxşarlıqlar var?

-Mən bunu özüm yaxşı bilmirəm. Amma ailəm hər zaman deyir ki, mən xarakter və görünüşə görə atama çox oxşayıram. İnsanlar fərqli-fərqli fikirlər söyləyirlər.

“Atam çoxlu kitab oxuyurdu”

-Atanızla bağlı yaddaşınızda qalmış hansısa xatirəniz varmı?

-Atamla bağlı mənim  çox az xatirələrim var. Az da olsa xatırlayıram ki, evdə həmişə bilikdə olardıq. Atamla qardaşım Brandon müxtəlif oyunlar oynayırdı.

-Brüs Linin hansısa bir uğur sirri olubmu?

-Brüs Linin  elə də gizli uğur sirri olmayıb. O, həmişə hər şeyi açıq şəkildə edib. Beləliklə insanlar onun necə biri olduğunu gördülər və başa düşdülər.

-Sizcə Brüs Linin ən böyük tarixi xidməti nə olub?

-Brüs Li Şərqin yeni bir döyüş sənəti növünü dünyaya təqdim etdi.  O, filmlərdəki döyüş sənəti ilə bağlı dünyanı dəyişdi.

“Atam deyirdi: “Su olun Dostlar”

-Atanızdan örnək götürdüyünüz hansı məqamlar var?

-Atam Brüs Lidən bir örnək götürdüm: “Hər zaman irəli gətməlisən”

-Atanız Brüs Linin daha çox hansı fəlsəfi fikirlərini dəstəkləyirsiniz?

-Atamın demək olar ki, bütün fikirlərini sevirəm və  dəstəkləyirəm. Atamın “Su ol,  mənim dostum” məşhur fikrini hər kəs kimi mən də dəstəkləyirəm.

 “Qardaşım üçün çox darıxıram”

-Qardaşınız mərhum Brandon Lini necə xatırlayırsınız? Onun vəfatından sonra illər necə keçdi?

-Mənim Brandonum möhtəşəm bir insan idi. Onu hər zaman sevəcəm. Onun üçün çox darıxıram…

-Qardaşınız Brandon Linin ölümü ilə bağlı zaman-zaman müxtəlif şübhəli fikirlər səsləndirilir. İddia edilir ki, o, film çəkiliş meydançasında qətlə yetirilib, ona atəş açılan silaha kimsə əvvəlcədən barut qoyub. Sizcə Brandonun qatili kimdir?

– Sadəcə olaraq deyə bilərəm ki, qardaşım Brandon film çəkiliş meydanında baş verən qəza nəticəsində vəfat etdi. Bu ailəmiz üçün ən böyük faciə idi.

“Qardaşım qəza nəticəsində vəfat etdi”

-Hazırda hansı işlə məşğul olursunuz? Film çəklişlərinə davam edirsiniz?

-Bildiyiniz kimi, bir müddət film sahəsində çalışdım. Hazırda  atamla bağlı  bir film çəkməyə çalışıram.

-Hədəfim Brüs Linin irsini qorumaq və onu dünyaya təqdim etməkdir.  Mənim ilk filmim “Dragon: Brüs Linin həyat hekayəsi” idi. Hazırda isə biz “Warrior” filmini çəkirik.

“Brüs Linin nəvəsi Vren”

 “Atamın həyatı ilə bağlı teleserial çəkirəm

 -Şəxsi həyatınızla bağlı bilmək istərdik.

-Bu barədə çox danışmaq istəmirəm. Mən də anayam. Vren adlı bir qız övladım var. Ona çox bağlıyam.

“Bu həyatda etmək istədikləriniz hər şeyin siyahısını tutun”

– Gənclərə uğur qazanmaqla bağlı hansı məsləhəti verərsiniz?

-Xəyallarınızın ardınca gedin. Arzularınızı fəaliyyətinizlə dəstəkləyin. Əgər bir şeyi ürəkdən istəyirsənsə bu istiqamətdə həm qəlbdən, həm də fiziki olaraq fəaliyyət  göstər. Hər şeyə qəlbinizlə qərar verin. Düşünləriniz, davranış və görüntünüz bir-birinə zidd ola bilməz.

“Azərbaycandakı Brüs Li sevərlərə sevgimi göndərirəm”

-Sonda Azərbaycanda Brüs Li sevənlərə nə demək istərdiniz?

-Brüs Liyə verdiyiniz dəyər və hörmətə görə hər kəsə öz təşəkkürlərimi, sevgimi göndərirəm. O, həyatda olsaydı bu sevgiyə görə çox xoşbəxt olardı…

Sonda isə qeyd edim ki, bir neçə sualınızı cavablandıra bilmədiyim üçün üzr  istəyirəm. Bəzi sualların cavabını mən özüm də bilmirəm. Anlayışınız üçün təşəkkür edirəm.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Bakını görmək istəyirəm”-Kraliyyəti əbədiləşdirən şəxs:“Şahzadə Harrini uşaqlar çox sevir”(ÖZƏL)

Yayımlandı

da

Tərəfindən

“Kraliçənin aurası, üz ifadəsi məni həyəcanlandırır”.

“Şahzadə Harrini görən zaman uşaqların gözlərinin içi aydınlanır”.

“Bir gün mütləq ora səfər etmək istəyirəm”.

Kris Cakson (Kristofer) – Məşhur ingilis fotojurnalist. 15 ildir ki, Britaniya Kraliyyət ailəsinin şəxsi fotoqrafı kimi çalışır. Kraliyyət ailəsi ilə birlikdə dünyanın əksər ölkələrində səfərdə olub və çəkdiyi şəkillərlə möhtəşəm bir tarixi arxivin əsasını qoyub. Kris Cakson ingilis Kraliyyət ailəsinin 15 il ərzində çəkdiyi fotolarını “Modern Monarchy” adlı kitabında toplayıb. 225 səhifəlik “Modern Monarchy” kitabında Kraliyyət ailəsinin üzvləri Şahzadə Uliams, həyat yoldaşı Ketrin Middlton, Şahzadə Harri, Meqan Marklın və  Kraliça 2-ci Yelizavetanın şəkilləri çap edilib. Həmçinin kitabda İngilis Kraliyyət ailəsinin özəl şəkilləri ilə yanaşı, xatirələr də qeyd edilib.

İngilis Kraliyyət ailəsinin şöhrətini  dünyaya yayan  “Getty İmages”in  Kral fotoqrafı Kris Cakson HafizTimes.com -a eksklüziv müsahibə verib.  K. Cakson müsahibə zamanı Kraliyyət ailəsi ilə bağlı  bir çox mühüm məqamlara aydınlıq gətirib:

-Psixologiya ixtisası üzrə məzun olmuşam. Amma ürəyimdə hər zaman başqa bir sahəyə meyil vardı. Fotoqrafiya, şəkil çəkmək istiqamətində bacarığım olduğunu hiss edirdim və bunu inkişaf etdirmək üçün yollar axtarırdım.Əlbəttə ki, arzularımın arxasınca getdim və  hazırda 15 ildir ki, “Getty İmages”də Kral fotoqrafı kimi çalışıram.

-Kraliyyət ailəsinin fotoqrafı olaraq çalışdığınız bu 15 ili necə xarakterizə edərsiniz? Kraliyyət ailəsində nələr baş verdi?

-“Getty Images”də Kraliyyət fotoqraflığı üzrə kariyerama başladığım andan bəri Uels Şahzadəsi Uliams və ailəsi ilə dünyanı səyahət etməyə başladım. Zamanımın çoxunu həmin səfərlərə xərclədim. Şahzadə Corc, Şarlotta və  Luyis dünyaya gəldi. Daha sonra Şahzadə Harri və Meqan Marklın nişan və toy mərasimləri oldu. Kraliça Birləşmiş Krallıq taxtında ən uzun müddətdə hakimiyyətdə olan kraliçə seçildi.  Möhtəşəm bir brilyant yubiley qeyd etdik. Həqiqətən də  bu illər ərzində çox çalışdıq.

Son zamanlar Kraliyyət ailəsinin üzvləri artdı. Mən isə hər zaman ayaq barmaqlarımın üzərində dayanıb, çalışmağa hazır oldum. Mən də onlar kimi bir Kraliyyət səfərindən digərinə tələsirdim.

Zaman keçdikcə Kraliyyət ailəsinin gənc üzvlərinin üzərində daha çox məsuliyyət düşməyə başladı. Bu əlbəttə ki, zamanın tələbi idi. Həm də bir adətdir. Sosial media və texnologiyalar sahəsində sürətli inkişaf oldu. Kraliyyət də gənclərlə əlaqə saxlamaq üçün sosial media əlaqələrini inkişaf etdirməyə başladı. Çox sayda mesajlar qəbul edildi. Sosial media önəmli mesajları yaymağın daha yaxşı bir yoludur. Hazırda Kraliyyət sarayının sosial media səhifəsinin 6 milyondan çox izləyicisi var. Daha çox xeyriyyə işləri ilə bağlı mesajlar yayımlanır.

-Kraliyyət ailəsinin şəkillərini çəkdiyiniz zaman sizə hansısa bir göstəriş verirlərmi?

-Mənim işim Kraliyyət ailəsinin fəaliyyətini sənədləşdirmək və bir “reportaj” təəssüratı yaratmaqdır. Bir fəaliyyəti və yaxud xüsusi bir anı görən kimi şəklini çəkirəm. Kraliyyət ailəsinin üzvləri müəyyən bir işlə məşğul olan zaman, xəstəxana, məktəb açılışı və yaxud da insanlarla qarşılıqlı ünsiyyətdə olduqları zaman çəkiliş edirəm.

“Hansısa bir görüntü ilə bağlı göstəriş və yaxud istiqamət verilmir. Açıq desəm ki, hər situasiya fərqlidir”.

Kraliyyət ailəsinin şəklini çəkmək üçün daha çox hansı məqamları uğurlu hesab edirsiniz?

-Tarixi anlar zamanı şəkil çəkmək məni daha çox həyəcanlandırır. Eyni zamanda zövq alıram. Çəkdiyim şəkillər daha çox səfərlər və turlar zamanı olan xüsusi anları əks etdirir. Şahzadə Harri ilə Lesothoda xeyriyyə işləri görmək möhtəşəmdir. Son 10 ildir ki, Lesothoya  gedirəm. Oradakı uşaqların şəkillərini çəkməkdən zövq alıram.

“Şahzadə Harrini görən zaman uşaqların gözlərinin içi aydınlanır”.

-Şahzadə Harri ilə kimsəsiz uşaqlar evinə xüsusi ziyarət etdik. Uşaqlar onun üzünü görən zaman çox sevinirdilər. Şahzadə Harri onlarla birlikdə çox səmimi, rahat, xoş zaman keçirdi.

“Kraliçənin şəklini çəkən zaman həyəcanlanıram”.

-Başqa bir ən sevdiyim məqam isə işıq düzgün formada düşəndə və ifadə  mükəmməl olanda Kraliçənin şəklini çəkməkdir. O, bir ikondur. Onun aurası və şəkil çəkilən zamankı üz ifadəsi məni həyəcanlandırır.

“Balaca Şahzadə Corcun şəklini çəkməkdən zövq alıram”

-Şahzadə Corc Kanadadakı bir bağça şənliyində şarları  partladan zaman  atasına həyəcanla baxırdı. Bu zaman  onların şəkilini çəkməkdən zövq aldım.

-Kraliyyət uşaqları Şahzadə Corc və Şarlottanın şəkillərini çəkmək çətin olmur ki?

-Balaca uşaqların şəkilini çəkən zaman böyük zövq alıram. Bu həm də mənim işimdir. Onların üzlərində gülümsəmə olan zaman mənim də üzüm gülür. Bu zaman şəkillər daha təbii olur. Uşaqlar Kraliyyət səfərlərinə dinamiklik və gözəllik qatır.

“Ailə üzvlərinin hamısının şəklini eyni vaxtda çəkmək bir az zaman alır”.

-Amma mənim ən sevdiyim rəsimlər daha çox uşaqlarla bağlıdır.  Şahzadə Corcun Kanadadakı bağça şənliyindəki şən hərəkətləri, Şahzadə Şarlottanın Almaniyada ilk gül buketini aldığı zaman keçirdiyi həyəcan möhtəşəm idi. Bu rəsimləri çox sevirəm.

-Ən çox qürur duyduğun şəkillər  hansıdır?

-Çəkdiyim şəkillərlə hansısa bir problemə az da olsa diqqət çəkmək istəyirəm. Bunu hiss etmək möhtəşəmdir. Siz Kraliyyətin həyata keçirdiyi bir çox xeyriyyə işlərindən məlumatlanırsınız, gözəl bir şəkil məşhur qəzetin, jurnalın ön səyfəsini bəzəyir. Pis fotoqraflığın isə bir o qədər də təsir imkanı yoxdur.

“Uşaqların əlində kameraları gördüyüm zaman qürur duydum”.

-Afrikada Sentebelledə Şahzadə Harri ilə gördüyüm işlərlə qürur duyuram.  Çalışdığım “Getty İmage” şirkətinin dəstəyi ilə Lesothoya səfər etməyim məni xoşbəxt edir. Bir neçə il öncə mən kameramı da özümlə götürüb uşaqların yanına getdim və onlara fotoqrafiya ilə bağlı dərs keçdim. Uşaqları yaradıcılığa təşviq etmək məni ruhlandırdı. Bu il yenidən Lesothaya getdim. Orada uşaqların əlində kameraları gördüyüm zaman qürur duydum.

-İş rejiminizdən razısınız?

-Kraliyyətin bu illəri çox məşğul keçir. Buna görə də işdən uzaqlamaq, istirahət etmək çox çətindir. Bu il Kraliyyət ailəsində toy oldu və s.  Çox ağır iş günü sonrası çalışıram ki, yaxınlıqda olan parkda qaçım və müxtəlif idman növləri ilə məşğul olum.

-Kral ailəsi ilə birlikdə səyahət edirsiniz? Yoxsa media üçün ayrı nəzərdə tutulmuş təyyarədə səyahət edirsiniz?

-Ficidən Avstraliyaya səyahət edən zaman Kraliyyət ailəsi ilə eyni təyyarədə oldum. Bəzən yerli təyyarədə, bəzən də Kral ailəsinin  təyyarəsində səyahət edirəm. Səyahətlər əsasən Kraliyyət ailəsi və hökumət üzvləri tərəfindən təşkil olunur. Hər şey mütəmadi olaraq dəyişir. Mən isə  hər zaman səyahətlərdə oluram.

-Kraliyyət ailəsinin sizə qarşı münasibəti necədir?

-Mehriban, mərhəmətli və səmimi…

-Kral ailəsi ilə birlikdə səyahətləriniz  zamanı ən yaddaqalan məqam nə olub?

-Togaya (Afrika) çatan zaman minlərlə məktəbli uşaq kilometlərlə uzanan yolun kənarı ilə düzülüb bizi salamlayırdılar. İnanılmaz, möhtəşəm bir mənzərə idi.

-Fəaliyyətiniz barədə məlumat verin. Yağışlı havalarda Kraliyyətin şəkillərini çəkmək çətin olmur ki?  

-Çox vaxt yağışlı havada çəkiliş etmirəm.  Bəzən isə çətirdən istifadə edirəm.

-Nəmli havada kameranı necə qoruya bilirsən?

-Səyahət etdiyimiz bəzi ölkələrdə hava həddindən çox nəmli olur. Bu zaman kameranı öz qabına qoyuram və bağlı saxlayıram.  Bir müddət sonra onu yenidən açıb istifadə edirəm. Canon-Avstraliya öz  fövqəladə şüşələri ilə işimi uğurla başa vurmağıma kömək edir.

-Fotojurnalist olmayaq istəyən gənclərə hansı məsləhəti verə bilərsiniz?

-İşləri ilə bağlı mümkün qədər çoxlu təcrübə keçsinlər. Sənayə dəyişir. Beləliklə nəyi istədiklərini dəqiqləşdirsinlər. Bu çox mühüm məqamdır. Fotoqraflarla çoxlu vaxt keçirsinlər, onlardan öyrənməyə çalışsınlar. Bu zaman redaktə, xəbər hazırlamaq da daha asan olacaq.

-Səyahətlər  zamanı ümumilikdə neçə saat çalışırsınız?

-Bu yay aylarında Uels Şahzadəsi ilə birlikdə Qana da daxil olmaqla 30-dan çox ölkəyə səyahət etmişəm.

-Siz Kraliyyət səfərlərində olduğunuz zaman ən çox nə etməyi sevirsiniz?

-Bu bir faktdır ki,  hər bir insan dünyanı gəzməklə maraqlanır.

– Səyahət zamanı neçə teleobyektiv (linza) götürsünüz?

-Bu çox yaxşı sualdır. Mən özümlə yedək çanta götürürəm.  ( 2×24-70 2.8/500 mm/  2×70-200 2.8/    100mm-400mm /85mm 1.2/ )

-Şəkilləri redaktə etmək üçün hansı proqramdan  istifadə edirsiniz?

-Fotoşop və “Getty İmages” sistemlərindən istifadə edirəm.

-Çəkdiyiniz şəkilləri tez bir zamanda sosial şəbəkələrdə paylaşmaq çətin deyil ki?

-Mən fotoqrafiyanın “Hüseyn Boltu” olmağı sevirəm. Xüsusi olaraq qeyd edim ki, “Getty İmages”də fantastik sürətli komandamız var. Mənim çəkdiyim şəkillər kameradan birbaşa olaraq “Getty İmages” komandasına ötürülür. Və biz tez bir zamanda həmin şəkilləri düzgün redaktə edirik və bir neçə dəqiqə ərzində  dünyaya yayırıq.

-Səyahətlər zamanı sizi ən çox narahat edən , həyəcanlandıran məqam nədir?

-Yuxusuz qalmaq. Tam ciddi deyirəm bu zaman çox narahat oluram.

-Ən sevdiyiniz Kraliyyət səfərləri hara olub?

-Hindistan, Pakistan, Braziliya, Yaponiya, İndoneziya, Tanzaniya, Cənubi Afrika, Peru, İslandiya, Avstraliya, Kanada, Yeni Zellandiya… Hər bir səyahətimi sevirəm.

-Bakı, Azərbaycana nə vaxt səyahət etməyi düşünürsünüz?

Bir gün mütləq ora səfər etmək istəyirəm. Bakı haqqında gözəl sözlər eşitmişəm. Oraları görmək istəyərəm.

Hafiz Əhmədov

Oxuyun

Trend yazılar