Bizimlə əlaqə

Müsahibə

“Azərbaycanlı milyarderlərin sayı artacaq” – MÜSAHİBƏ (FOTOLAR)

Yayımlandı

da

Ramil Məhərrəmov Amerikada Massaçusets Universitetinin İdarəetmə Məktəbində dövlət idarəetməsi və iqtisadi siyasət ixtisası üzrə ali təhsil alıb. Daha sonra Massaçusets Texnologiya İnstitutunda (MİT) Biznesin idarə edilməsini öyrənib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi çalışmaqla yanaşı, biznes-konsultant kimi də fəaliyyət göstərir. Eyni zamanda, bir neçə uğurlu “start-up”ın müəllifdir.

– Azərbaycanda orta məktəbi bitirdikdən sonra inzibati idarəetmə – dövlət idarəetməsi ixtisası üzrə Qafqaz Universitetində təhsil aldım. Sonra 1999-cü ildə Dövlət İdarəçilik Akademiyasında magistr pilləsində oxudum. Təhsil aldığım illərdə işləməyə başladım. Bu müddət ərzində başa düşdüm ki, mütləq xaricə gedib təhsilimi, biliyimi dərinləşdirməliyəm. Bir proqram vasitəsilə Massaçusets Universitetinə daxil olaraq, dövlət idarəetməsi və iqtisadi siyasət ixtisası üzrə təhsil almağa başladım.Təhsilin müəyyən bir səviyyəsindən sonra insanın fəlsəfi düşüncələri artır. İstər fizika, riyaziyyat, istərsə də iqtisadiyat üzrə təhlil və təhqiqatın dərinliyinə getdikcə, son nəticədə fəlsəfi suallarla qarşılaşırsan. İlk dəfə orada öz ixtisasının həqiqi dühaları ilə tanış oldum. Onlar oxuduqlarını tətbiq edən və öz sahələrini tam dərk etmiş insanlardır. Bizdə bəzən ən yaxşı kitabları oxuyanda görürsən ki, ya kopyalanıb, ya da çox texniki dillə yazılıb, başa düşülmür. Ona görə ki, müəlliflərin özləri nə yazdıqlarını başa düşməyiblər.

Texnologiyaları praktikada tətbiq edən sahə idarəetmədir, menecmentdir. Ona görə də, 1910-cu ildə Massaçusets Texnologiyalar Universiteti özünün idarəetmə məktəbini yaratdı. Universitetin rəhbərliyi başa düşürdü ki, ən güclü mühəndislik məktəbi onlarda olsa da, idarəetmə olmadan bunun kommersiyalaşdırılması, faydaya çevrilməsi, satılması, iqtisadi töhfə verməsi çox çətindir. Elə idarəetmə olmalıdır ki, kəşfləri, innovasiyaları istehsalata yönəltsin. Əksər yaxşı universitetlərdə texnologiya və sektor sahələri ilə yanaşı, idarəetmə məktəbləri də var.

2015-2016-cı illərdə mən Massaçusets Universitetinin İdarəetmə Məktəbində biznesin idarə edilməsi ixtisası (business administration) üzrə magistr təhsili aldım Bu, çox bahalı proqramdır. Yaradılan imkana görə dövlətimizə təşəkkür edirəm. Ümid edirəm ki, mənə göstərilən etimadığı doğruldacağam.

– Orada sizə nələri öyrətdilər?

– İdarəetmə sahəsi üzrə ən son metodları. Biznes və dövlət idarəetməsi bir-birinə oxşayır. Amma eyni zamanda, bir-birindən çox fəqlənirlər. Dövlət idarəetməsində, təbii ki, mənfəət əsas şərt deyil. Amma biznesdə mənfəət ən birinci məqsəddir. Yəni bütün şirkətin əsas fəaliyyəti mənfəətə yönəlir. Dövlət idarəetməsində ictimai maraqları müdafiə etməlisən, çalışmalısan ki, bütün insanlar öz potensiallarını və ideyalarını reallaşdıra bilsinlər.

– Azərbaycandakı biznes mühitini necə dəyərləndirirsiniz?

– Təbii ki, Azərbaycandakı biznes mühiti inkişaf etməkdə olan ölkələrdəki biznes mühitlərinə oxşardır. Bütün beynəlxalq təşkilatlar da, sahibkarlar da buna belə baxırlar. İnkişaf etməkdə olan ölkələrdəki biznes mühitində risklər daha çoxdur. Risk çox olanda investisiya baxımından gəlirlər də çox olur. Bu mənada, Azərbaycandakı biznes mühitində çoxlu imkanlar var.

Azərbaycandakı biznes mühitinin müsbət cəhətlərdən biri xalqın təşəbbüskar olmasıdır. Yetərli imkanlar yaradılarsa, əhalinin böyük potensialı var. Fikir versəniz, görərsiniz ki, azərbaycanlılar xaricdə biznes sahəsində çox uğurlar qazanırlar. Amerikda tanış olduğum xeyli azərbaycanlı var ki, özəl təşəbbüskarlıqla məşğul olaraq, yaxşı işlər görürlər. Əksəriyyəti gənclərdir, ora yeni gediblər. Düşünürəm ki, növbəti illərdə xaricdə çoxlu azərbaycanlı milyarderlər görəcəyik. Çünki genetik baxımdan biz bu materiala sahibik. Yaxın Şərqlə müqayisə etsək, çox böyük fərqimiz var. Yaxın Şərqdə insanlar tənbəldirlər. Təşəbbüskarlıq çox zəifidir. Amma azərbaycanlılar hətta ən imkansız vəziyyətlərdə belə, iş qura bilirlər.

– Azərbaycandakı biznes mühitində hansı problemlər var?

– Birinci problem menecmentdir. Keyfiyyətli menecment çox xroniki və kəskin problemdir. Hətta böyük şirkətlərdə də bu problem var. Keyfiyyətli, yetişmiş menecerlər var, amma onlar böyük şirkətlərin başında deyillər. Bizdəki böyük şirkətlərdə yaxşı menecment formalaşa bilmir. Yaxud, formalaşmasına imkan verilmir. Bu, həm özəl, həm də dövlətə məxsus şirkətlərdə ən böyük problemdir. Əminliklə deyə bilərəm ki, iqtisadi artım, inkişaf texnologiyadan çox, menecmentdən asılıdır.

İkinci böyük problem isə investisiyaların qoyuluşu ilə bağlıdır. Bunun başqa bir adı kapitalın paylanması qərarlardır. Menecmentlə kapitalın paylanması problemi bir-birilə çox bağlıdırlar. Çünki aşağı səviyyəli menecment heç vaxt yaxşı kapital qoyuluşu ilə bağlı qərarlar verə bilmir. Bu da son nəticədə böyük itkilərə səbəb olur.

Bizim problemli banklarımıza baxsanız, görərsiniz ki, orada da menecmentlə bağlı problemlər var. Menecmentin əsas xüsusiyyətlərindən biri də budur ki, bugünkü səmərəsiz fəaliyyətinin nəticələri ancaq 4-5 il sonra üzə çıxır. Bizim bankların problemlərinin kökündə həm indiki, həm də bundan illər öncəki menecmentin səhv qəraraları, səriştəsizliyi və kefyiyyətsizliyi durur. Bu gün Azərbaycan xalqı da, hökuməti də bundan əziyyət çəkir. Axı kadrı da menecment seçir, sistemi də menecment qurur.

– Keyfiyyətli menecmentin formalaşması üçün hansı addımlar atılmalıdır?

– Sahibkarlar keyfiyyətli menecerlərin işə götürlüməsində diqqətli olmalıdırlar. Əgər özlərində belə bacarıq yoxdursa, onda mümkün qədər talantlı idarəetmə sistemləri qurmalıdırlar. Peşəkər şirkətlərin köməyindən istifadə edə bilərlər. Bəzən görürsən, xarici şirkətlərə müraciət edirlər. Onlar da bu təklifdən sui-istifadə edirlər. Yerli kadrlar olan halda, gedib xaricdən kadrlar gətirilir. Və ya belə kadrların olmadığı haqqında səhmdarlara yalan məlumat verilir.

Mənim əsas işim menecment, biznes konsaltinqdir. Hazırda investisiya idarəetmələri ilə də məşğul oluram. Şirkət qurmuşam. Çalışırıq ki, xaricdən Azərbaycana investisiyaların cəlb edilməsinə töhfə verək. Bu, tamamilə şəxsi təşəbbüsümlə qurduğum bir investisiya şirkətidir.

– Dövlət başıçısı vurğulayıb ki, rayonların icra başçılarından cəlb etdikləri investisiyalarla bağlı hesabatlar tələb olunacaq. Sizcə, rayonlara necə investisiya cəlb etmək olar?

– Prezidentin bu qərarı çox peşəkarcasına verilmiş bir qərardır. Bu, bir ilkdir ki, icra hakimiyyətlərinin fəaliyyəti müəyyən bir performansa, göstəriciyə əsasən dəyərləndirilir. Təbii ki, burada dövlətin həm müxtəlif ölkələrlə, həm də özəl şirkətlərlə ortaq investisiyafondları yaratmasına ehtiyac var. Belə olanda risklər azalır, investisiyalar daha asan formada Azərbaycana gələ bilər.

Bizdə Azərbaycan İnvestisiya Şirkəti adlanan qurum var. Təəssüf ki, onun fəaliyyəti istənilən səvviyyədə olmadı. Elə fondların sayını artırmaq lazımdır.

Rayonlara investiya cəlb etmək üçün təbii ki, birinci növbədə investorların görüşə bilcəyi, onlara dəstək verə biləcək mərkəzlər yaradılmalıdır. Düşünürəm ki, ASAN Xidmət bu işə cəlb oluna bilər. ASAN Xidmət çox innovativ bir modeldir və oranın menecmenti Azərbaycanda ən peşəkar menecmetdir. ASAN Xidmət bu sahədə rayonlara da çox böyük kömək edə bilər. Çünki investor gələndə onun qarşısına çıxa biləcək kadrlar lazımdır.

– Azərbaycanda daha çox hansı sahələrə investisiya cəlb oluna bilər?

– Azərbaycanın rəqabət üstünlüyü əsasən onda olan mineral ehtiyatlara və təbii sərvətlərinə əsaslanır. Neft-qaz sənayesi ətrafında çox geniş, güclü neft-qaz emalı və kimya kompleksi yaradıla bilər. Bu sahənin potensialı çox güclüdür. Kənd təsərrüfatı və turizim də çox böyük potensiala sahibdir.

– Biz turizim sahəsində niyə qonşu ölkələri üstələyə bilmirik?

– Bunun subyektiv və obyektiv səbəbləri var. Onlardan biri bizim böyük bir konfliktimizin olması ilə bağlıdır. Həmin konfliktə görə turistlər bura bir az ürkək gəlirlər. Bizim ölkədə 1990-cı illərdə çox təlatümlər oldu. Azərbaycan iqtisadiyyatı çox zərbələr aldı. Ona görə, biz özümüzü başqa ölkələrlə, xüsusilə də Türkiyə ilə müqayisə edə bilmərik. Turizim heç də asan sahə deyil. Rəqabət həmişə güclü olur. 10 milyonu olan istənilən investor bir otel tikə bilər. Amma gəlir bir o qədər də yüksək olmur. Turizm sahəsində çox insan işləyir, məşğulluq yaradır və ölkənin tanınmasına xidmət edir.

Bizdə infrastrukturun qurulmasına da ehtiyac var. Təbiətin bizə təqdim etdiyi nemətlərdən turizim baxımıdan daha səmərli istifadə etmək olar. Çünki turist darıxmamalıdır. Bir-iki həftəlik səfər zamanı o, heç vaxt fikirləşməməlidir ki, mən indi nə edim? Turislərə çeşidli paketlər təqdim olunmalıdır. Turizm Nazirliyinin üzərinə çox ciddi işlər düşür.

Azərbaycanın çox güclü insan potensialı var. Azərbaycan əhalisi genetik olaraq çalışqan, zəhmətkeş və təşəbbüskardır. Yaxşı təhsil verməklə onlardan peşəkalar mütəxəssislər yetişdirmək olar. Bundan istifadə edərək, Azərbaycanda çox güclü İT məktəbləri də yaratmaq mümkündür. İT sahəsi dünyada güclü inkişaf edən və böyük dəyər yaradan bir sahədir. Azərbaycanda bu sahəni gücləndirmək üçün təhsilə investisiyalar yatırmaq lazımdır. Ölkəmizdəki gənclər innovativ sahibkalıq, xüsusilə start-up üçün ən yaxşı materialdır. Bu materiala güclü təhsil verilməli, onlar üçün yaxşı ekosistemlər yaradılmalıdır.

İnnovativ sahibkalığın özünün ekosistemi var. Bu ekosistemin əsas tələblərindən biri “vençur” kapital fondlarıdır. Söhbət riskli kapital fondlarından gedir. İnnovativ sahibkalarığa girişən gəncləri maddi cəhətdən dəstəkləmək lazımdır. Yoxsa fəaliyyət göstərə bilməzlər. Təkcə İT məktəbləri yaratmaqla iş bitmir. Mütləq idarəetmə məktəbləri də yaradılmalıdır. Bunların ikisi bir arada inanılmaz nətəcələr gösərə bilərlər. İnnovativliyi dəstəkləyən təhsil müəssislərinin yaradılması və inkişafı vacibdir. Amerikada bir çox “start-up”lar və innovativ sahibkalıq nümunələri məşhur univeritetlərin ətrafında yaradılıb. Məsələn, MİT, Harvard, Stanford universitetinin ətrafında belə ekosistemlər qurulub.

Dövlət də bu sahəyə dəstəyini artırmalıdır. Birbaşa maliyyə ayırmağa elə də ehtiyac yoxdur. Ortaq fondların yaradılması yolu ilə bu sahəyə dəstək verilə bilər.

– Azərbaycanlı tələblərin hazırladıqları “start-up”larla bağlı fikirləriniz necədir?

– ADA, Azərbaycan Sənaye və Neft Akademiyasında bu istiqamətdə işlər görülür. Gənclər üçün potensial çoxdur. Ağıllı, təşəbbüskar və enerjili gənclərimiz var. Amma hər şeydən öncə, ekosistem yaradılmalıdır. Əlbəttə ki, bəyəndiyim “start-up”lar olur. Məsələn, bu yaxınlarda bir yarışmada mən 20-yə yaxın “start-up” gördüm. Onların təxminən 5-i çox yaxşı ideya idi. Məsələn, uzun yola çıxan sürücülərin yatmaması üçün bir avadanlıq kəşf ediblər. İnsan yolda yatarkən telefon avtomatik zəng edir və onu oyadır.

Ən uğurlu “start-up”lar qlobal düşünülərək yaradılanlardır. Çünki reallığı qəbul etməliyik ki, Azərbaycan balaca bir iqtisadiyyata malikdir. Bütün gənclər öz ideyalarında maksimum qlobal düşnməlidirlər.

– Niyə bizdə Mark Zukerberg kimi gənclər yoxdur?

– Ölkəmiz hələ çox gəncdir. Bazar iqtisadiyyatı, kaptalizim bizə 1990-cı illərin əvvəllərində gəlib. İkincisi isə, bayaq dediyim kimi, ekosistemi yaratmaq lazımdır. Ailələr gənc yaşından uşaqlarını təşəbbüskarlığa, biznesə yönəltməlidirlər. Böyük və uğurlu bizneslər o zaman yaranır ki, qlobal səviyyədə insanlığın hansısa problemini həll etməyə çalışırsan. Yəni gənclərimiz sadəcə pul qazanmaq üçün biznesə girişirlərsə, bu, çox səhv addımdır. Böyük ehtimalla, bu addım uğursuz olacaq. Qlobal səviyyədə hansısa problemin həlli üçün bir dəyər yaradanda uğur qazana bilərlər. Mark Zukerbergin ən böyük töhfəsi insanları qlobal olaraq birləşdirməkdir. Düzdür, o, milyardlar qazanır, amma pul bu işdə ikinci yeri tutur. Birinci yerdə qlobal ideyadır: o, fikirləşib ki, mən dünya insanlarını necə birləşdirə bilərəm?

– Milyarder olmaq üçün nə etmək lazımdır?

– Bunun əsas yollarından biri riski sevməkdən keçir. Riski sevməyən insan çox az hallarda yüksək zənginliyə sahib ola bilər. Bir məqamı da qəbul etməliyik ki, bizim ölkə ərazi baxımından kiçikdir. Ona görə də, insanların minumum regional və qlobal səviyyəli ideyaları olmalıdır. Balaca ölkədə yaşayırsansa, pul qazanmaq üçün ən azı regional miqyası əhatə etməlisən.

– Özünüz hazırda hansı “start-up”ların üzərində çalışırsınız?

– Hazırda iki ideyamız var. Hər ikisi maliyyə sahəsi ilə bağlıdır. Biri Almaniyada yerləşir. Digərinin də layihəsini hazırlamışıq. Böyük ehtimalla o da Birləşmiş Ərəb Əmirliyində yerləşəcək. Hər ikisi qlobal “start-up”dır.

– Siz özünüz necə bir aildə böyümüsünüz?

– Anam müəllimə, atam hidrometeoroloq olub. Ailədə 4 uşaq idik. Zəngin ailə deyildik. Atam çox tez rəhmətə gedib. Zəngin bir qohumum da olmayıb ki, mənə dəstək olsun.

– Gələcək planlarınız nədir?

– Bir necə uğurlu şirkət yaradacağam. Bu, mənim üçün çox vacibdir. İnvestisiya fondumu inkişaf etdirəcəyəm.

– Siz niyə fəaliyyətinizi xaricdə davam etdirmədiniz?

– Pul qazanmaq mənim üçün heç vaxt əsas məqsəd olmayıb. Əsas məqsədim özümü reallaşdırmaq, dövətimiz üçün nəsə faydalı bir iş görmək, onun adını uçaltmaqdır. Həmişə istəmişəm ki, gördüyüm işlərlə xalqımız qürur duysun. Mənim üçün ölkəmizin maraqlarından üstün heç nə yoxdur. Ona görə də, məni heç bir qruplaşmada görə bilməzsiniz.
Artıq dünyada coğrafi anlayış nisbi xaraketer daşıyır. Təyyarəyə minib, bir-iki saata dünyanın hər yerində ola bilirsən. Əgər yaxşı təhsil almısansa, istənilən mürəkkəblikdə olan idarəetmə probleminin də öhdəsindən gələ bilərsən.

– Sonda gənclərə nə məsləhət görərdiniz?

– Məncə, gənclər düzgün ideallar seçməlidirlər. Bu, çox vacibdir və onların həyatına təsir edəcək. Asan yollarla nəyəsə nail olmuş insanlardan uzaq durmalıdırlar. Çünki həmin insanlar heç vaxt zəhmətin və öz bacarığının hesabına iş qurmağın dəyərini başa düşməyəcəklər. Asan yollarla qazanc əldə etmiş insanları uğur modeli saymaq olmaz. Çünki onlar köpükdürlər. Bu köpük bir gün yox olacaq. Bəlli bir müddət keçəcək və hansısa şəraitə görə uğur qazanmış, bahalı maşınlar sürən və dəbdəbəli həyat yaşayan “biznesmen”lər yoxa çıxacaqlar. Reallıq gec-tez öz yerini tapacaq.

Hafiz Əhmədov

Müsahibə

`Elə bilirdim ki, babam prezident olub` – Topçubaşının nəticəsi: “Bu, məni çox təsirləndirir” (EKSKLÜZİV-FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Bodrumda işlədiyim gümüş zərgərlik mağazasına azərbaycanlı müştərilər də gəlirdi. Deyirdilər ki, Azərbaycandakı məktəblərdə babam Əlimərdan bəy Topçubaşı ilə bağlı dərslər keçirilir. Çox xoşbəxt olurdum”

“Nənəm onun Prezident (Cumhurbaşqanı) olduğunu söylərdi. Amma deyəsən elə deyilmiş…”

“Babam Bakıdakı çiçək mağazalarından bütün gülləri satın alıb və ona hədiyyə edib”

“Babam pul qazanmaq üçün Parisdə meyvə-tərəvəz bazarında hamballıq edib”

“Azərbaycanlıların babamı belə xatırlamaları və ondan yüksək səviyyədə bəhs etmələri məni çox təsirləndirir…”

Əlimərdan bəy Topçubaşı – Azərbaycanın görkəmli dövlət xadimi. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, AXC Parlamentinin ilk sədri, Xarici işlər naziri. Milli müstəqilliyimiz və dövlətçiliyimiz üçün borclu olduğumuz tarixi bir şəxsiyyət

Əlimərdan bəy Topçubaşının böyük qızı Sara Kürdəmirdən (Topçubaşı) 2 nəvəsi olub, Zərifə və Gülnarə Kürdəmir. İllər öncə Zərifə Kürdəmir vəfat edib. 97 yaşlı Gülnarə Kürdəmir və Zərifə Kürdəmirin qızları hazırda İstanbulda yaşayırlar.

(Xalam Zərifə, anam Gülnar və mən)

Jurnalist Hafiz Əhmədov tarixi şəxsiyyət Əlimərdan bəy Topçubaşının Türkiyədə yaşayan məşhur nəticəsi Nilufer Sanderi və ailə üzvlərini  tapıb həmsöhbət olub. HafizTimes.com-a eksklüziv müsahibəsində Nilufer Sander ailəsi ilə bağlı bir çox gizli qalmış məqamlara aydınlıq gətirib. N.Sander həmçinin ailəsi ilə bağlı foto şəkillərdən ibarət arxivi də Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq HafizTimes.com-a təqdim edib:

(Nilufer Sander)

-Əvvəlcə bizə özünüzdən bəhs edin…

-1950-ci ildə İstanbulda anadan olmuşam. Rəhmətlik atam Necdet Sander məşhur şair, Cümhuriyyət qadını Şükufə Nihal və Ədəbiyyat-Türk Dili üzrə Prof. Mithat Sadullah Sanderin oğlu idi. Atam 1960-1980-ci illərdə İstanbulun ən gözəl, böyük kitab evlərini açdı və öz nəşriyyatını qurdu, bir çox kitabı fransız və ingilis dillərindən tərcümə etdi.

(Solda mən və xalam qızı -1965)

-Nilufer xanım, hazırda nə işlə məşğul olursunuz, harada yaşayırsınız?

– 32 ildir ki, Bodrumda yaşayıram. Əvvəllər isə 8 il Almaniyada, 8 il Cənubi Amerikada yaşadım. 4 il Braziliyada və Venesuelada yaşadım. Keçmiş həyat yoldaşım alman idi və işlə əlaqədar olaraq orada yaşayırdıq. O illər çox gözəl idi. Oğlum Alex isə 1976-cı ildə San Pauloda anadan olub.

(Əlimərdan bəyin məzarını anam ziyarət edib – Paris)

-Ananız Gülnar xanım Kürdəmirin (Əlimərdan bəyin nəvəsi) səhhəti necədir? Karantin rejimində ananızla heç görüşə bilirsinizmi?

-Anamın 97 yaşı var. İstanbulda tək yaşayır, gözləri də çox zəif görür. Məlum virusa görə bu il anamı görə bilmədim, yalnız telefonla əlaqə saxlayırıq.

(Anam Parisdə iti ilə birlikdə)

-Ananızın ailəsinin azərbaycan əsilli olduğunu nə vaxt öyrəndiniz? Bu barədə nənəniz Sara xanım Topçubaşı (Əlimərdan bəyin qızı) və ananız sizə nə danışardı?

-Həmin vaxt çox balaca idim. Təxminən 8 yaşım olardı… Hələ 5 yaşım olarkən yəni 1955-ci ildə anam və qardaşım Fikrət ilə Cenevrəyə köçdük. 3 il orada yaşadıq, fransızca məktəbə getdik. Evdə həmişə fransızca danışardıq. 1958-ci ildə İstanbula qayıtdıq və qardaşımla birlikdə nənəmgilin (Sara xanım Topçubaşı) evində qalırdıq. Çünki anam müalicə üçün İsveçrəyə qayıtdı. 2 il boyunca nənəm Sara xanım bizə çox yaxşı baxdı.

(Nənəm Sara Topçubaşı-Kürdəmir Bakıda)

Təbii ki, babam Əli Əşrəf Kürdəmirlə (Sultanov) ya rusca, ya Azərbaycan dilində, ya da fransızca danışardılar. Əslində Sara nənəm qardaşım və mənə bu mövzuda çox şey danışmazdı. Yəqin ki, çox balaca idik və siyasəti başa düşmürdük…

(Anam və babam Əli Əşrəf Kürdəmir Parisdə -1940 )

-Nənəniz Sara xanım Topçubaşını (Əlimərdan bəyin qızı) necə xatırlayırsınız? Onunla bağlı hansı xatirələriniz var?

-Anamın anası, yəni Sara nənəm bir mələkdi. Onu anamdan daha çox sevdim. Anamın böyük bacısı Zərifə xalamın da iki qızı vardı. Biz 4 uşaq eyni yaşda idik. Hər il məktəbimiz yaz tətilində olanda 3,5 ay və digər qış tətillərində də Sara nənəm və Əli Əşrəf Kürdəmir babamın Erenköydəki böyük baxçalı villalarında qalırdıq. Orada geniş bir baxça, bostan vardı. Bütün tərəvəz və meyvələri bağımızdan toplayırdıq. Təbii ki, nənəmgilin azərbaycanlı dostları, qonaqları da ora gəlirdilər. Nənəm və babam Parisdən qayıtdıqdan sonra Erenköydə bu böyük baxçalı villanı satın almışdılar. Mənim həmin baxçada çəkilmiş çoxlu ağ-qara şəkillərim var.

(Saffet əminin xanımı Nəfisə və mən)

-Nənəniz Sara Topçubaşının qardaş-bacılarını (Əlimərdan bəy Topçubaşının digər övladları) heç gördünüzmü?

-Nənəmin Saffet əmi adlı (Həsən bəy Zərdabinin sonuncu övladı) Ankarada yaşayan bir qohumu vardı. Həyat yoldaşı Nəfisə xala yazda bizə qonaq gələndə mənə rus dilində dərs keçərdi. Bir neçə ağ-qara şəklimiz də var. Təəssüf ki, Saffet əminin belə tanınmış bir atasının olduğundan indiyə qədər xəbərim yox idi. Çox sağ olun ki, onun atası Həsən bəy Zərdabi ilə bağlı mənə geniş bilgi verdiniz.

(Saffet Məlik-Zərdabinin sənədi)

Bizə həmişə deyirdilər ki, Saffet nənəmin dayısıdır. Biz də fikirləşərdik ki, nənəmizin belə gənc dayısı necə ola bilər? Uzun boylu və ciddi bir insan idi. Əsasən də rus dilində danışardı. Həyat yoldaşının adı Nəfisə idi. Onların övladı yox idi. Nəfisə xanım mənə rus dilini öyrədirdi. Onlar Ankarada yaşayırdılar. Yaz aylarında nənə-babamın Erenköydəki evinə qonaq gəlirdilər. 2-3 həftə nənəmgildə qalırdılar. Erenköydəki villanın həyətində başqa bir ev də vardı. Onlar qonaq gələndə həmin evdə qalırdılar.

(Anam Gülnar Kürdəmir və nənəm Sara Topçubaşı 1970)

Nilufer Sanderin anası Gülnar Kürdəmir: “Saffet dayı ilə Nefise xala çox gec evlənmişdilər. İkisi də yaşılı idi. Anamla Saffet bəy çox yaxın idi. Çünki, Saffet onun doğma dayısı, ailə üzvü idi. Saffet dayı mədəni bir insan idi. Onu çox sevərdik. Çox az danışardı. Nefise xanımla ailə qurduğu günü xatırlayıram. Həmin vaxt Saffet dayı İstanbulda yaşayırdı. Onların heç toy mərasimləri də olmadı. Çünki, hər ikisi də yaşlı insanlar idi. Onlar evlənəndə Nefise xalanın 40-dan çox yaşı vardı. Anam tez-tez onları bizə yeməyə dəvət edərdi”.

(Ənvər Topçubaşı və mən Erenköydə -1953)

-Başqa bir şəkildə isə nənəmin qardaşı Ənvər əmi (Əlimərdan bəy Topçubaşının oğlu) məni qucağına alıb. 1952-1953-cü illər olmalıdı… Dəqiq xatırlamıram.

(Əlimərdan bəy Topçubaşı Parisdə parkda)

-Azərbaycanla bağlı hansı xatirələriniz var?

-Mən heç vaxt Azərbaycanda olmamışam. Amma Azərbaycandan bir neçə dostum var. Yayda Bodrumda işlədiyim gümüş zərgərlik mağazasına azərbaycanlı müştərilər də gələrdilər. Dərhal onlarla danışardım, nənəmin azərbaycanlı olduğunu söylərdim. Atası Əlimərdan bəy Topçubaşıdan söhbət açardım. Hamı Əlimərdan bəy Topçubaşını tanıyar, ondan  heyranlıq və hörmətlə bəhs edərdilər. Deyirdilər ki, Azərbaycandakı məktəblərdə Əlimərdan bəy Topçubaşı ilə bağlı dərslər keçirilir. Mən də xoşbəxt olardım.

(Nənəm Şükufə Nihal və mən 1951-ci il)

-Əlimərdan bəy Topçubaşı və həyat yoldaşı Pəri xanım haqqında daha nə bilirsiniz?

-Əlimərdan bəy haqqında yalnız internetdən oxuduqlarımı bilirəm. Nə anam, nə də nənəm onun haqqında çox danışmadılar … Əlbəttə ki, onun Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olduğunu deyirdilər. Anam isə son illərdə nənəsi Pəri xanımı çox sevdiyini söylərdi.

(Solda nənəm Sara xanım qucağında anam, xalam İstanbulda çimərlikdə)

-Əlimərdan bəy Topçubaşı sizin üçün kimdir?

-Əlimərdan bəy Topçubaşı fəxr etdiyim bir babamdır. Əlbəttə ki, onu şəxsən tanıya bilmədim. Sonralar internetdən oxuyub öyrəndim ki, babam Qafqazdakı bütün müsəlman ölkələrini bir yerə toplayıb Rus çarının hakimiyyətindən xilas etmək istəyib. Bu, təbii ki, nəhəng bir layihə idi…

(Anam və oğlum Alex 2003, anamın evi)

-Ananız Gülnar xanım Kürdəmirin (Əlimərdan bəy Topçubaşının nəvəsi) evində babası Əlimərdan bəy Topçubaşının rəsimləri var. O rəsimlərlə bağlı hansı xatirəniz var? Ananız sizə ailəsi ilə bağlı nə danışardı?

-Həmin şəkillər çəkiləndə mən hələ doğulmamışdım. Sadəcə onun kim olduğunu söylədilər. Nənəm onun Prezident (Cumhurbaşqanı) olduğunu söylərdi. Amma deyəsən elə deyilmiş… Parlament sədri olduğu haqqında oxudum. Şəkillərdə nənəmin çox gözəl olduğunu gördüm. Əlimərdan babam isə çox ciddi görünür.

(Babam Əli Əşrəf çox sevdiyi bağında -1960-cı illərdə )

-Əlimərdan bəy Topçubaşının kürəkəni, yəni sizin babanız Əli Əşrəf Kürdəmir (Sultanov) də Azərbaycan əsilli idi. Təəssüf ki, onunla bağlı məlumatlarımız çox azdır. Babanız Əli Əşrəf Kürdəmiri necə xatırlayırsınız?

-Babam Əli Əşrəfi çox sevirdim. O, Moskvada universitetdə təhsil almışdı. Nənəm Sara isə çox gözəl bir qadın idi. Babam da daxil olmaqla çox sayda kişi Bakıda nənəmlə ailə qurmaq istəyirlərmiş. Bir gün onun doğum günündə babam şəhərdəki çiçək mağazalarından bütün gülləri satın alıb. Başqa heç kim nənəmə gül hədiyyə etməsin deyə, o, aldığı bütün gülləri nənəmə göndərib. Babam mənim kimi qoç bürcü idi və çox əzmli idi.

(Anamın nişanı 1948-49: Öndə ata-anam, arxada solda nənəm, babam və xalamın azərbaycanlı qaynanası Tamara)

Rusların təqiblərindən qaçıb Parisə gəldikləri zaman bütün əmlakları, hər şeyləri Bakıda qalmışdı. Çox az məbləğdə pulları vardı. Babam pul qazanmaq üçün əvvəllər Parisdə meyvə-tərəvəz bazarında hamballıq etməyə başladı. Daha sonralar isə əzmi, iqtisadi sahədəki zəkası və çalışqanlığı ilə ticarətə qoşuldu. Azərbaycandan gətirdiyi xalçaları Parisdə satmağa başladı və zaman ötdükcə çox zəngin oldu. Şən və zarafatcıl bir insan idi. Anam və xalam Zərifə Parisin ən yaxşı məktəblərində təhsil aldılar. Konservatoriyada piano çalmağı öyrəndilər. Sorbonne Universitetində təhsil aldılar.

(Zərifə xalam və mən 1951-1952)

Babam Erenköydəki villasında səhərlər bağçada gəzməyi, əlləri ilə meyvələrə toxunmağı çox sevərdi. Nənəmi “Sarışka” deyə çağırardı. Biz – 4 uşaq, sonralar isə 4 gənc: qardaşım Fikrət, xalamın qızları Fevziyə, Səlma və mən ilin çox hissəsini Erenköydə həmin villada keçirirdik. Çox yaxşı günlərimiz olurdu. Səhərlər babam bizdən gec oyanardı. Səhər yeməyi süfrəsində oturanda biz dörd nəvəsinə deyirdi ki, bir-bir gəlin yanağımı öpün və fransızca “bonjour” (sabahınız xeyir) deyin. Biz də babamızı öpərdik. O, bir-iki saat orada oturardı və yenə bizi çağırardı: “Nilufer sən mənə “bonjour” dedinmi?”. Mən də cavab verərdim ki, “dedim baba”. O isə deyirdi ki, “xeyr, deməyibsən”. Yəni ki, bir daha öpülmək istəyirdi. Biz babamın bu oyununu artıq bilirdik və onu çox sevirdik.

-Bizə məşhur nənəniz Şükufe Nihal və atanız dəyərli Necdet Sanderdən bəhs edin. Belə insanların ailəsində böyümək necə bir hissdi?

-Atamın anasını, yəni nənəm Şükufe Nihalı həyatda olan zaman çox da tanımadım. Mən uşaq olanda adi bir qəza zamanı nənəmin oma sümüyü sınıb. Sonralar isə o, qocalar evində yaşadı. Bəzən atam məni və qardaşım Fikrəti bazar günləri onun yanına aparardı. Onun əslində kim olduğunu ölümündən sonra tərcümeyi-halını oxuyaraq öyrəndim. Cümhuriyyətin qadın ziyalısı idi. Universitet bitirən ilk türk qadın tələbə idi. Nazim Hikmətin eşqi idi. Özü Anadoluda müəllimlik etmişdi. Qurtuluş savaşında fəallıq göstərib və Sultan Əhməd meydanına toplaşan minlərlə insanın qarşısında çox təsirli bir nitq söyləyib. 6 romanı, 1 hekayə kitabı və saysız-hesabsız şeirləri var. Nənəm çox gözəl və baxımlı bir qadın idi. Həmişə zövqlü geyinər və bəzənərdi. Hündürdaban ayaqqabı ilə küçədə gedərkən yıxılıb və oma sümüyü sınıb.

(Atam Necdet Sander 1980-ci il)

Atamdan isə saatlarla danışa bilərəm. Onu çox sevərdim. 5 yaşım olanda valideynlərim boşandılar. Qardaşımla mən anamla birlikdə 3 il Cenevrədə yaşadıq. Həmin illərdə atamın üzünü çox az gördük. İstanbula qayıtdıqdan sonra atam hər bazar günü öz maşını ilə gəlib bizi evdən götürərdi və bütün günü onunla birlikdə keçirərdik.

İstanbuldakı ən gözəl kitab mağazaları atamın idi. Onun sayəsində kitabların içində böyüdüm. Atam çox zəhmətkeş idi, bütün günü kitab mağazalarında olurdu. Eyni zamanda kitabları ingilis və fransız dillərindən tərcümə edirdi, gözəl əsərlər meydana çıxırdı. Anamın evində də çox sayda fransızca kitab vardı. Təbii ki, onların çoxunu oxumuşam. Kitabların arasında böyüdüyüm üçün özümü çox şanslı hiss edirəm.

(Qardaşım Fikrət Sander -1970)

-Qardaşınız Fikrət Sanderle bağlı bilmək istərik. Bildiyimiz qədəri ilə o, gənc yaşda vəfat edib…

-Qardaşım Fikrət Sander məndən 13 ay balaca idi. 1983-cü ildə atamın vəfatından sonra qardaşım kitab mağazasının müdiri oldu. Ancaq atamda olan kitab sevgisi və əzmkarlıq qardaşımda yox idi. Çox təəssüf ki, o, içkiyə meyillənməyə başladı və kitab dükanımızı idarə edə bilmədi. Mən o vaxtlar Almaniyada yaşayırdım. Qardaşım 1987-ci ildə vəfat etdi…

(Solda nənəm və digərlərini tanımıram)

-Azərbaycana gəlmək istərsinizmi? Azərbaycanda sizin ailənizi sevənlərə nə deyərsiniz?

-Bir gün imkanım olanda təbii ki, Bakını çox görmək istərdim. Burada tanıdığım bir neçə azərbaycanlı var. Onlar səmimi və mehriban insanlardı. Mənə Sara nənəmi xatırlatdıqları üçün onlarla söhbət edən zaman çox xoşbəxt oluram. Hər birinizə öz sevgilərimi göndərirəm.

(Alex və mən İstanbulda, 2003)

-28 may Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı gündür. Babanız Əlimərdan bəy Topçubaşı da qurucularından biridir. Bu günlə bağlı nə söyləmək istərsiniz?

-Babamın Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olması ilə qürur duyuram. Və azərbaycanlıların babamı belə xatırlamaları və ondan yüksək səviyyədə bəhs etmələri məni çox təsirləndirir…

-Ə.M.Topçubaşının ailə üzvləri uzun illər Fransada yaşadılar. Siz Fransada ailənizin yaşadığı həmin evə heç getdinizmi?

-Xeyr, ziyarət edə bilmədim. Məndə yalnız bir şəkil var. Anam öz babasının məzarı önündə durur…

-Xalanız Zərifə Kürdəmiri (Əlimərdan bəyin digər nəvəsi) necə xatırlayırsınız?  

-Xalam anamdan 2 yaş böyük idi. Onu çox sevirdim. Xalamın iki qızı var: Fevziyə mənimlə eyni yaşdadır, Səlma isə bizdən 3 yaş kiçikdir. Biz birlikdə böyüdük.

-Sizin ailəniz, oğlunuz barədə bilmək istərik. Oğlunuz heç Azərbaycana gəldimi?

-Oğlum Alexander Brasack (həyat yoldaşım almandı) Almaniyanın Köln şəhərində yaşayır, ailəlidir və  4 yaşında bir nəvəm var.

Fırat Sander isə mərhum qardaşım Fikrətin oğludur. O, Aleksdən 2 yaş böyükdür. Bodrumda yaxınlığımda yaşayır, evlənib və 10 yaşlı bir oğlu var. Fıratla tez-tez görüşürəm. O da heç vaxt Azərbaycana getməyib.

(Fırat Sander)

-Sonda oxucularımıza nə söyləmək istərsiniz?

-Dostlar, bu an hamımız çətin günlər yaşayırıq, məlum virusa görə 2 aydır ki, evdəyik. Şükürlər olsun ki, yaşadığım kirayə evin böyük bir bağçası var. Hamımız üçün xoş günlərin gəlməsini arzulayıram. Bu müsahibəyə görə Jurnalist Hafiz Əhmədova dərindən təşəkkür edirəm, çox sevindim və şad oldum. Bütün azərbaycanlı qardaşlarımı öpürəm, ümid edirəm ki, bir gün görüşəcəyik.

Həsən bəy Zərdabi ailəsinin gizlinləri: “Dedi ki, məni bacımın yanında dəfn edin”– (EKSKLÜZİV MÜSAHİBƏ-FOTOLAR) BURADAN oxuya bilərsiniz.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

`Azərbaycanı sevən 3 övlad böyütdük` – Keçmiş səfir: “Qarabağın planı masanın üstündədir” (EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Qarabağ münaqişəsinin çox uzun müddət davam etməsinə icazə verildi”

“Azərbaycanda göyərti, balqabaq, quzu qutabı və yanında manqal salatı hazırlamağı öyrəndik.  ABŞ-a qayıtdıqdan sonra ailəmiz və dostlarımız üçün də bu yeməkləri hazırladıq”

“ABŞ münaqişənin həllinə kömək etmək üçün daha çox diqqət yetirməli və yanaşmalarında daha yaradıcı olmalıdır”

“Bakıda ən çox insanları sevdik. Səfir olduğum üçün şanslı idim”

“Təkcə ABŞ hökuməti deyil, amerikalı şəxslər və təşkilatlar tərəfindən addımların atılması Qarabağ münaqişəsinin vaxtı keçmiş sülh yolu ilə həllinə kömək edə bilər”

“Azərbaycanda Səfir olduğum müddətdə edə biləcəyim bir şeylə bağlı demək istəyirəm ki…”

HafizTimes.com-un növbəti müsahibi ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert F. Sekutadır. Amerikalı diplomat eksklüziv müsahibə zamanı şəxsi həyatı, Qarabağ münaqişəsinin həlli, eləcə də ABŞ-ın Azərbaycanla bağlı siyasəti barədə önəmli məqamlardan söz açıb:

Hazırda harada yaşayırsız? Nə işlə məşğul olursunuz?

-Həyat yoldaşım Anne ilə birlikdə Vaşinqtondakı evimizə qayıtdıq. Vaxtımızın çoxunu Maine-dəki yerimizdə  keçiririk. Mən Vaşinqtondakı “Caspian Policy Center”də çalışıram. Bu Mərkəz Qafqaz və Orta Asiyadakı inkişafı diqqət mərkəzində saxlayır. Enerji və iqtisadi mövzularda, həmçinin ABŞ, Azərbaycan və bölgədəki digər ölkələr arasında əlaqələrin necə möhkəmləndiriləcəyini təhlil edirəm, yazılar hazırlayıram. Xaricdə biznes qurmaqda maraqlı olan və enerji sahəsində fəaliyyət göstərən şirkətlərə də məsləhətlər verirəm.

-Siz koronavirusadan necə qorunursunuz? İnsanlara hansı məsləhətləri verərsiniz?

-COVID-19 dəhşətli bir xəstəlikdir və dünyada ölən insanların sayı çoxdur. Məhz ABŞ-da bu virusdan ölənlərin sayı, Vyetnam müharibəsində ölən amerikalıların sayından daha çoxdur. COVID-in Azərbaycanda və dünyanın digər yerlərində insanlara nə edəcəyindən çox narahatam. Dünya miqyasında birgə tədbirlərin görülməsi vacibdir.

Ailəm də, mən də hər kəs kimi həkimlərin, elm adamlarının və ictimai səhiyyə mütəxəssislərinin tövsiyələrini dinlədik, əməl etdik. Buna evdə qalmaq, yalnız lazım olduqda çölə çıxmaq, ictimai yerdə olduğumuz zaman maska taxmaq və əllərimizi dəfələrlə yumaq və s. daxildir. Görüşlər videokonfrans və ya telefon danışıqları ilə əvəz edilib. Ailə üzvləri, dostları ilə də “Zoom”, “FaceTime”, telefon danışıqları və ya e-poçt-la əlaqə saxlayırıq. Hər birimiz buna ciddi yanaşmalıyıq.

-Azərbaycan üçün darıxırsınızmı? Bakıda ən çox nə etməyi sevərdiniz?

-Əlbəttə ki, Azərbaycan üçün darıxırıq. Həyat yoldaşım və mən Azərbaycanda çox gözəl, maraqlı illər keçirdik. İnsanları, ölkəni tanımaqdan zövq aldıq. Bu bizim üçün bir şans idi. Heç vaxt görmədiyimiz yerləri gedib gördük. Belə dostları tərk etmək çətin idi. Bakıda ən çox insanları sevdik. Səfir olduğum üçün şanslı idim. Çünki, bütün insanlarla eləcə də Bakıda yaşayan amerikalılar və digər diplomatlarla da görüşə bildim.

Bakıda bulvarda gəzərkən qədim şəhər memarlığından, 20-ci əsrin əvvəllərindəki binalardan və yeni, müasir dizaynlardan zövq alırdım. Ancaq bunu da deməliyəm ki, Bakıdan kənara çıxmağı və bütün Azərbaycanı mümkün qədər çox görməyi, gəzməyi həmişə sevmişəm. Hətta sabiq ABŞ səfirlərinin getmədiyi bir sıra yerləri də ziyarət etmişəm.

Qeyd edim ki, bəzi Azərbaycan yeməklərini – göyərti, balqabaq, quzu qutabı və yanında manqal salatı hazırlamağı öyrəndik. ABŞ-a qayıtdıqdan sonra ailəmiz və dostlarımız üçün də bu yeməkləri hazırladıq.

-Azərbaycanla bağlı ən unudulmaz xatirəniz nədir?  

-Qəribə görünə bilər, amma bu suala cavab vermək çətindir. Azərbaycan məktəblərində tədbir keçirmək, şagirdlər və müəllimləri ilə görüşmək və onlarla ABŞ haqqında söhbət etmək mənim üçün çox xoş idi. Mən Gəncə, Quba, Lənkəran və digər şəhərlərə getdim, Azərbaycanın milli parklarını mümkün qədər çox gəzib gördüm, ölkənin təbii müxtəlifliyini və gözəlliyini görmək şansına sahib oldum. Qaçqın və məcburi köçkünlərlə birlikdə oturmağımı, Dağlıq Qarabağ münaqişəsindən hələ də təsirlənən azərbaycanlılarla görüşməyimi və onlara nə baş verdiyini deyil, gələcək barədə, özləri, ailələri və Azərbaycanla bağlı fikirlərini xatırlayıram.

-Ailəniz haqqında bilmək istərik. Gündəlik həyatınız necə keçir? Robert Sekuta bir ailə başçısı, ata kimi necədir? Valideynlərə hansı məsləhəti verərsiniz?

-Bu suala görə xüsusi təşəkkür edirəm! Azərbaycanı bəyənən, orada olduğumuz illərdən zövq alan 3 övladımız böyüyür. Hər birinin də fərqli karyera planları, maraqları var. Böyük oğlumuz Vaşinqtonda müəllimdir və fotoqraflığa çox bağlıdır. O həqiqətən də Azərbaycanda, xüsusən də şəhər və qəsəbələrdəki insanların fotoşəkillərini çəkməkdən çox zövq alırdı. Onun əkiz bacısı da Vaşinqtondadır, bir konsaltinq firmasında çalışır.  Kiçik oğlumuz isə hökumətlə maraqlanır və hazırda ictimai siyasi məsələlər üzərində çalışır. Azərbaycanı ziyarət etdiklərinə görə özlərini şanslı hiss edirlər və orada baş verənlərlə daimi maraqlanırlar.

Gündəlik həyatıma gəlincə isə bu anda bütün dünyadakı insanlar kimi mən və ailəm də uzaqdan çalışırıq. Əlbəttə ki, dostlardan, ailədən uzaq qalmaq və bunu hiss etmək çətindir.  Bununla yanaşı, səhiyyə mütəxəssislərinin tövsiyələrinə əməl etməliyik və hazırda üzərinə ağır iş düşən tibb işçilərimizə, xəstəxanalarımıza dəstək olmalıyıq. Həmçinin, indi sağlam qalmağın yeganə yolu başqalarından təcrid olmaqdır. Hazırda gündəlik həyatım budur.

-Azərbaycanda səfir olduğunuz illəri necə xatırlayırsınız? ABŞ-ın Azərbaycandakı səfiri kimi tamamlamadığınız hansı iş var?

-ABŞ səfiri olmaq əvəzsiz bir fürsət idi və düşünürəm ki, həmin illərdə ABŞ və Azərbaycan bir sıra problemləri həll edə bildilər. Ancaq ölkələr arasındakı münasibətlər insanlar arasındakı münasibətlər kimidir; daimi qayğı və əlaqə tələb edir. Və bunları daha da yaxşı hala gətirmək üçün həmişə edilə biləcək çox şey var.

Səfir olduğum müddətdə edə biləcəyim bir şeyə gəlincə, deyərdim ki, ən böyük şey ABŞ-ın Sülh Korpusu (Peace Corps program) proqramının Azərbaycanda yenidən qurulması olacaqdı. Yenidən Azərbaycana səfər edərkən Sülh Korpusu proqramlarının, xüsusilə də ingilis dilini öyrətmək üçün verdikləri proqramların nə dərəcədə faydalı olduğu barədə məlumat eşidirəm.

Həmin Sülh Korpusu proqramlarının yenidən qurulması ölkə daxilindəki bir çox azərbaycanlının xeyirinə olardı və istədikləri çiçəklənən, uğurlu, müstəqil, demokratik bir ölkəni qurmaq üçün çalışdıqları zaman onlara kömək olardı. Onu da qeyd etməliyəm ki, Azərbaycanda Sülh Korpusunda işləyən tanış olduğum amerikalıların hamısı ölkəyə və onun uğurlarına xüsusi maraq göstərirlər.

-Xaricdən Azərbaycan necə görünür?

-Azərbaycan beynəlxalq təhlükəsizlik sferasında yalnız neft və qazla deyil, həm də mühüm insan resurslarına malik bir ölkə kimi tanınır. Azərbaycanın geosiyasi mövqeyi – dünyada Rusiya və İranla həmsərhəd olan yeganə ölkədir və Avrasiya boyunca uzanan şərq-qərb tranzit yollarında əsas mövqe tutur – bu, beynəlxalq münasibətlər barədə düşünməyimizin digər mühüm səbəbidir. Azərbaycanın birlikdə yaşayan müxtəlif dinlərə və etniklərə mənsub olan insanlarının tarixi də əhəmiyyətlidir. Ölkələrimizin birlikdə edə biləcəyi çox şey var.

-Qarabağ münaqişəsi ilə bağlı mövqeyiniz necədir? Nə üçün bu günə qədər münaqişənin həlli ilə bağlı irəliləyiş yoxdur?

-Dağlıq Qarabağda və ətrafındakı işğal olunmuş ərazilərdə uzun sürən münaqişə qəbul edilməzdir. Çox uzun müddət davam etməsinə icazə verildi. Mövcud vəziyyət nə Ermənistana, nə də Azərbaycana fayda gətirmir. Hər iki ölkədə insanlar əzab çəkməyə və ölməyə davam edirlər. Dinc bir həll yolu üzərində çalışmaq üçün bir araya gəlmək vacibdir.

-Münaqişənin həllinin gecikməsi kimin maraqlarına xidmət edir? Tərəflər maneləri necə aşmalıdır?

-Minsk Qrupu həmsədrləri bu məsələdə irəliləyişə nail olmaq üçün çalışmağa davam edirlər. Bu illər ərzində irəli sürülən planlar var və mənim başa düşdüyüm də budur ki, bir müddətdir ki, o, masanın üstündədir. Düşünürəm ki, beynəlxalq ictimaiyyət də bu uzadılmış münaqişəni həll etmək üçün tərəflərin səylərini dəstəkləməli və bölgədəki digər münaqişələrin həllində də kömək etməlidir. Dağlıq Qarabağ və digər uzun sürən münaqişələr, Soyuq Müharibədən sonra qurub görəcəyimizi ümid etdiyimiz daha geniş bölgənin, Avropanın sülhü və təhlükəsizliyini təhdid edir.

-ABŞ-ın dörd konqresmeni – Frank Pallone, Adam Schiff, Jackie Speier və Gus Bilirakis Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qanunsuz rejimin qondarma “nümayəndəsinə”  təbrik məktubu göndərdilər. Sizcə, ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə daha çox diqqət yetirməli deyilmi?

-Düşünürəm ki, bu məsələdə ABŞ-ın mövqeyi aydındır və elə də qalır.

Bununla yanaşı, düşünürəm ki, ABŞ münaqişənin həllinə kömək etmək üçün daha çox diqqət yetirməli və yanaşmalarında daha yaradıcı olmalıdır.  Digər uzun müddət davam edən beynəlxalq mübahisələrə və problemlərə baxdığımda görürəm ki, ABŞ hökuməti, Amerika təşkilatları və ayrı-ayrı amerikalılar mübahisədə iştirak edən insanlar arasında anlaşma yaratmağa və dinc həll yolunu tapmağa kömək etmək üçün müxətəlif səylər göstərirlər. Düşünürəm ki, təkcə ABŞ hökuməti deyil, amerikalı şəxslər və təşkilatlar tərəfindən addımların atılması münaqişənin vaxtı keçmiş sülh yolu ilə həlli üçün uyğun şəraitin yaranmasında faydalı ola bilər.

-Demokratiya, azadlığa nail olmaq siz özünüz nə edərsiniz?

-Yaxşı idarəetmə və qanunun aliliyi hər bir ölkədə vacibdir. İnsanlar istəyirlər ki, hökumətlər onların istəklərini dinləsin və ictimai iradə qarşısında özlərini məsuliyyətli hiss etsinlər. Düzgün idarəetmə, qanunun aliliyi, ölkə vətəndaşlarının ehtiyaclarını ödəyən sistemlərin qurulması və davam etdirilməsi uzunmüddətli bir prosesdir. ABŞ-da gedən müzakirələrə və debatlara baxsınlar.

-Cənubi Qafqazda işləmiş bir diplomat kimi bölgənin gələcəyi barədə nə deyə bilərsiniz?

-Cənubi Qafqaz böyük potensiala malik bir bölgədir. Orada təbii ehtiyatlarla yanaşı, çox sayda yaradıcı, ağıllı insanlar var. Onların zəkası və enerjisi ilə yeni müəssisələr yaratmaq və inkişaf etdirmək olar. Artan nəqliyyat sistemi və digər əlaqə vasitələri barədə düşünmək xüsusi ilə maraqlıdır: Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri, o cümlədən Əfqanıstanda – Türkiyə və Mərkəzi və Şərqi Avropa ölkələri ilə, Çin / Şərqi Asiya və Hindistan və Pakistan ilə əlaqələr və s. Bu Azərbaycan xalqı və Cənubi Qafqazın digər ölkələri üçün sonsuz imkanlar deməkdir. Fürsətlər çox böyükdür.

-Koronavirusdan sonra yeni dünya nizamında kim “qalib” gələr, kim “uduzar”?

-COVID-19-dan “qazananlar” və “itirənlər” barədə düşünmürəm. Pandemiya dünyanın hər yerində insanlara təsir edir və öldürür. Elm adamları və tibb mütəxəssisləri xəstəliyin sağalma yollarını və uğurlu bir peyvəndi tapa biləndə hamımız qazanacağıq. Məncə, pandemiyanın bizim üzərimizdə qalıcı təsirləri də olacaqdır. Önəmli olan isə budur ki, post pandemiya dünyasının necə olması, iqtisadiyyat və digər institutları yenidən inşa etmək haqqında düşünməliyik.

-Gələcək planlarınız nədir? Azərbaycanda sizi sevən insanlara nə demək istərsiniz?

-Ümid edirəm ki, Qafqazın və bütövlükdə Böyük Xəzər bölgəsinin inkişafına, firavanlığına və təhlükəsizliyinə təsir edən suallar üzərində işləyirəm. Amerikalılarla bölgə xalqları arasında möhkəm, konstruktiv əlaqələr qurmaq yollarını tapmağa çalışıram. Dəyişən qlobal enerji mənzərəsi ilə maraqlanmağa və məşğul olmağa davam edirəm. Və həmçinin illərlə davam edən layihələrimizi tamamlamaq, Maine-dəki yerimizdə daha çox vaxt keçirmək istəyirəm.

Sonda isə azərbaycanlılara sadəcə bunu demək istəyərəm ki, ailəm və mən onlarla tanış olmaq şansını çox yüksək qiymətləndiririk. Və arzu edirik ki, onlar üçün hər şey yaxşı olsun. Görmək istədikləri çiçəklənən, təhlükəsiz, demokratik Azərbaycan qurmaq üçün onlara kömək etmək istəyirik.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

Bryan Adams: “Eat less, love more and be thankful” (EXCLUSİVE İNTERVİEW)

Yayımlandı

da

Tərəfindən

“I’d like to visit to Azerbaijan”

“I’ve never heard of the Mughams of Azerbaijan until you mentioned it”

“If concerts ever happen again, I’d be happy to spend the remaining years of my life performing”

“It was hard to get in the door and be heard”

International bestselling Canadian rock star legend Bryan Adams has been interviewed by Azerbaijani journalist Hafiz Ahmadov. This is an historic moment, as it is the first interview this leading figure in the world of music has spoken to the Azerbaijani media.

HafizTimes.com proudly presents the exclusive interview with music legend Bryan Adams.

-How do you remember your childhood?
-We were brought up between living in Canada and our father’s diplomatic postings around the world.

-What was missing in the family as you grew up?
-Perhaps a sister…but my cousins are like the sisters I never had, I adore them.

-How do you manage to stay on top for years?
-Well, you can’t climb a mountain straight up, you have to zig zag. That’s the secret.

-What is the biggest misconception about you?
-People often think that I’m American, but I’m actually Canadian

-What keeps you motivated in these hard times? How do you stay creative?
-It’s all down to the team you make for yourself, as no-one can do it alone.

-What are your plans for the future?
-Well if concerts ever happen again, I’d be happy to spend the remaining years of my life performing.

-What would you like to say to those who love you?
-Let’s have a cup of tea.

-What is the secret of success of Shine A Light?
-It’s intangible. Songs are a bit magic, and that song is especially magic live.

-To what do you credit your the success?
-Touring and a few decent songs.

-And what has been the greatest obstacle you’ve overcome?
-When I started in music it was hard to get in the door and be heard, it took time.

-What advice would you give to someone who wants to follow in your footsteps?
-Don’t sign anything.

-How do you want to be remembered?
-Just a regular bloke that loved music.

-What’s happening in world now? Shine A Light…
-People are discovering more and more that consuming every living creature in the animal world isn’t compatible with humanity.

How and with which color would you draw the picture of the present world?
-A rainbow,

-What does the end mean for you?
-The start of something else.

-What is your philosophy of life in 3 sentences?
-Eat less, love more and be thankful.

-How do you stay young all the time?
-Music.

-We would like to know your thoughts about Baku, Azerbaijan. Would you like to visit to Azerbaijan?
-Yes one day.

-Have you ever heard about the famous folk music of Azerbaijan, Mughams?
-Not until you mentioned it.

-What would you like to tell people, particularly the youth who love you in Azerbaijan?
-Hello from over here, hope you love the music. Be safe.

-What is your advice for preventing Coronavirus?
-Do what we’re being asked to do, wash your hands, social distancing and wear a mask.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar