Bizimlə əlaqə

Müsahibə

`Atamın ölümündə qaranlıq məqamlar var` – Allahverdi Bağırovun oğlundan dəhşətli etiraflar (MÜSAHİBƏ+VİDEO)

Yayımlandı

da

Allahverdi Bağırovun yeganə oğlu Elşən Bağırov jurnalist Hafiz Əhmədovla müsahibəsində atası ilə bağlı bir sıra gizli qalmış məqamlara aydınlıq gətirməyə çalışıb.

Elşən Bağırov 1972-ci ildə Ağdam şəhərində doğulub. Ağdamda yerləşən iki saylı məktəbin rus bölməsində orta təhsil alandan sonra 1987-ci ildə Kemorov adına Ali Hərbi Komandanlıq məktəbinə daxil olub. 1991-ci leytenant rütbəsilə Ukraynaya hərbi xidmətə yollanıb. 1992-ci ilin yanvar ayında Azərbaycana qayıdıb. Xocalı hadisələrindən iki gün sonra Azərbaycan ordusunda zabit kimi hərbi xidmətə başlayıb.

“Doğma oğlum da olsa, güllələyəcəyəm” 

– Siz bir övlad kimi Allahverdi Bağırovu oxucularımıza necə təqdim edərdiniz?

– Allahverdi Bağırov daha çox bir komandir kimi yadımda qalıb. Müharibə zamanı o, üzünü döyüşçülərə tutub, bir kəlmə dedi: “Kimsə erməni kəndlərini qarət etsə, doğma oğlum olsa da, güllələyəcəm”. Bu sözlərdən sonra iyun 12-də biz hücuma keçdik, bir sıra kəndlərimizi ermənilərdən azad etdik.

– Siz Allahverdi Bağırovun yeganə oğlusunuz?

– Bəli. İki bacım da var.

– Niyə sizin adınız heç mətbuatda xatırlanmır? Həmişə bacılarınızdan, ananızdan bəhs olunur…

– Bizdə ögeylik var. Mən Allahverdi Bağırovun birinci həyat yoldaşınından olan övladıyam. İki bacım isə atamın ikinci həyat yoldaşındandırlar.

– Bəs ananızın taleyi necə oldu?

– Mənim anam rusdur. Onları 39-cu ildə sürgün etmişdilər. Anam Ağdamda doğulub, böyüyüb. Məni Ağdamda rus nənəm saxlayıb. Sonradan anam da atam kimi başqa biri ilə ailə həyatı qurdu. Ögey bir qardaşım var.

– Atanız şəhid olanda ananız yasa gəlmişdimi?

– Bəli, anam da yas mərasimində iştirak edirdi. Deyə bilərəm ki, indiyə kimi də anamın ilk məhəbbəti atam olub. Anam heç vaxt atamı unudan deyil.

– Allahverdi Bağırovu bir ata və döyüşçü kimi necə xatırlayırsınız?

– Bir ata kimi elə bilirdim, həmişə arxamda böyük bir dağ dayanıb. O, öz övladı üçün hər şeyi etməyə hazır idi. Atam şəhid olandan sonra mən 10 il xidmət etdim. 2002-ci ildə ordudan tərxis olundum. Bir komandir kimi isə deyə bilərəm ki, hələ də onun kimi ciddi və Vətənini sevən zabit görməmişəm. Xidmət etdiyim Ağdam zonasında komandirlərin hamısı vətənsevən idi. Amma atam Allahverdi Bağırov çox seçilirdi.

– Ata-ananız ayrılanda bir övlad kimi necə qarşıladınız? İncikliyiniz oldumu?

– Heç vaxt atamdan iciməmişəm. Övladın atadan inciməyə haqqı yoxdur. Nə olsun ki, atam bizi atıb getdi. O, mənim atamdır, həmişə də ürəyimdədir. Bu dəqiqə sağ olsaydı, canımı ona qurban verərdim…

– Atanızın ikinci ailəsi ilə münasibətiniz necədir?

– Münasibətimiz yaxşıdır, gedib-gəlirik. Toyda, yasda həmişə bir yerdə oluruq. Analarımızın ayrı olmasının buna heç bir dəxli yoxdur. Onlar mənim bacılarımdırlar.

– İkinci dəfə ailə qurandan sonra Allahverdi Bağırov yenə də sizə diqqət ayrırdımı?

– Onun köməkliyilə mən hərbi məktəbə daxil olmuşam. Təhsil almağımda da mənə kömək edirdi. Atam bizi hər şeylə təmin edirdi. Sadəcə, anamla münasibətlərini kəsmişdilər.

-Ermənilərin yazdığı məktub hara yoxa çıxdı?

– Allahverdi Bağırovun döyüş yoluna nəzər salaq. Siz onun fəaliyyətini necə dəyərləndirirsiniz?

-1991-ci ilin sonlarından müharibənin tempi dəyişdi. Ermənilər rus qoşunlarının köməyilə yaxşı silahlanmışdılar, texnikaları da vardı. Ağdam bölgəsində isə texnika olan hərbi hissələrin sayı çox az idi. Hətta silah, döyüş sursatları da çatmırdı. Öz pulları, vəsaitləri hesabına silah, patron alırdılar. Yanvar ayında uğurlu əməliyyatları olub. 150 nəfərlə Əsgərana qədər hücuma keçiblər. Lakin kömək gəlmədiyinə görə, Ağdama qayıtmalı olublar.

– Əminiz Eldar Bağırovun kimlər qətlə yetirdi və səbəb nə idi?

– Siyasi sifariş idi. Qətlə yetirilən gün Eldar əmimin cibində məktub olub. Həmin məktubu Milli Məclisə aparırdı. Məktub ermənilərin ağsaqqaları tərfindən yazılmış, erməni kəndlərinin sakinləri tərəfindən imzalanıb, möhürlənmişdi. Məktəbda qeyd olunmuşdu ki, “Biz Azərbaycan Respublikasının tərkibində qalmaq istəyirik. Xahiş edirik, Azərbaycan Respublikasının hökuməti öz qoşunlarını bura yeritsin və bizi erməni daşnaklarından qorusunlar”. Əmim qətlə yetirilən gün həmin məktub onun üzərindən yox olmuşdu. O məktub Qarabağı ermənilərə vermək istəyən siyasətçilərə sərf etmirdi.

– Bəs necə oldu ki, atanız aktiv döyüş fəaliyyətinə başladı?

– Eldar əmim qətlə yetiriləndən sonra Xalq Cəbhəsi toplaşıb, atamın namizədliyini irəli sürdülər. Deyiblər ki, “Qardaşından sonra bu vəzifəni yalnız sən yerinə yetirə bilərsən”. Daha sonra rəsmi olaraq özünümüdafiə batolyonu yarandı, atam da həmin batolyonun komandiri oldu.

– Ağdam necə işğal edildi?

– Atam Allahverdi Bağırov, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev şəhid oldular; “Ala Yaqub” deyilən Yaqub Rzayev (Qatır Məmməd) Bakıya gətirildi, orada müəmmalı şəkildə vəfat etdi. Milli Qəhrəmanımız Asif Məhərrəmov (Fred Asif) döyüşlərdə aldığı yaralardan əziyyət çəkdiyi üçün hərbi hissəyə rəhbərilik edə bilmirdi.

O vaxt 708 saylı nizami hərbi hissə bir neçə uğurlu döyüşlər apardı. Onların sayəsində ermənilər Ağdama daxil ola bilmirdilər. Lakin həmin hərbi hissəni başqa yerə istiqamətləndirdilər. Və Ağdama 709-cu hərbi hissə – Surət Hüseynovun birqadası daxil oldu. Bundan sonra Ağdam gözümüzün qarışısında getdi. Mən öz gözlərimlə gördüm ki, Surət Hüseynovun 709 saylı hərbi hissəsinin maşınları camaatın əşylarını – mebel, soyducu, televizor, xalçalarını Ağdamdan daşıyıb aparırdılar.

– Allahverdi Bağırovun döyüşlərini necə xatırlayırsınız?

– Çox döyüşləri olub, mən hamısında iştirak etməmişəm. Ermənilər bizə hücuma keçəndə Qarağacı qəbirstanlığında “Ala Yaqub”a köməyə getmişidik. Ağdamın Şelli kəndində, Mantar dağında bizim postumuz olub. Ermənilər dəfələrlə ora hücum etdilər, amma qarşılarını aldıq. Ən yaddaqalan döyüşümüz isə iyunun 12-də oldu. Həmin gün atam minaya düşərək, şəhid oldu. Bundan sonra açığını desəm, mən döyüşlərdə iştirak etməmişəm. Yəni irəlidə getməmişəm, rabitəçi olmuşam.

“Atam o yaralardan ölə bilməzdi”

– Atanınızın ölümündə hansısa müəmmalı məqam var idimi?

– Sizə bir məqamı deyim, özünüz nəticə çıxarın. Biz hücuma keçməklə bağlı xeyli müddət əmr gözlədik. Əmr verilən kimi hücuma keçdik. Qarşımızda bir minatəmizləyən maşın, onun arxasınca iki “T-72” tankı gedirdi. Daha sonra isə əsgərlərimiz hücuma keçirdilər. Həmin yolu 3 hərbi texnika vahidi, ardınca “Qaz-66” markalı maşın keçdi. Dəqiq yadımdadır ki, həmin maşını Bəylər Bəylərov idarə edirdi. Maşının sol təkəri minaya düşdü. O boyda, o ağırlıqda maşını mina yolun qırağına atdı. Maşının içərisində arxa tərəfdə iki nəfər vardı, “AQS-17” tipli qumbaraatanla gedirdilər. Onlar “kantuziya” aldılar. Nizami adlı həkimimiz də “Qaz-66”da minaya düşmüşdü. Döyüşdən sonra atamgil “UAZ”-la qayıdan zaman həmin partlamış maşının yanında saxladılar. Atam deyib ki, “Balaca bir minaya baxın, görün, bu böyüklükdə maşını külə döndərib”. Elə bu sözü deyib tərpənəndə atamın da maşını minaya düşüb. Mina sol tərəfdə partlamışdı. Dalğa atamı maşından kənara atmış, sonra maşın atamın üstünə aşmışdı. Atam elə də ağır yaralanmamışdı. Başının arxasından balaca bir yara alımışdı, bir də qolunun dərisi sıyrılmışdı. Yəqin ki, maşının altından çıxmaq istəyirmiş. Mən elə başa düşürəm ki, atam o yaralardan heç vaxt ölə bilməzdi…

Bu xəbərə heç kim inanmırdı, yaxud, inanmaq istəmirdi. O vaxt mobil telefon, internet yox idi. Bir xəbərin gəlməsi üçün xeyli vaxt lazım idi. Biz Ağdamdan xeyli aralıda – Naxçıvanik, Arənzəmin, Pircamal kəndlərində idik. Ayın 13-ü, günorta saat 4-5 olardı, xəbər gəldi…

– Sizə atanızın ölüm xəbərini necə verdilər?

– Dedilər ki, atan yaralıdır və hospitaldadır.

– Bəs atanızı sağ gördünüzmü?

– Hospitalın qarşından düz keçdik. Soruşdum ki, niyə hospitala dönmədiniz? Cavab verdilər ki, Ağcabədiyə gedək. Atamın bacısıgil orada olurdular. Ora çatanda gördüm ki, mağar qurulub və hər şeyi başa düşdüm.
Yas mərasimindən sonra biz hadisə yerinə getdik. Gördük ki, atamgilin olduğu maşının bütün hissələrini söküb aparıblar. Təkcə mühərrikin alt hissəsini tapdıq. Bütün “val” əyilmişdi. Görünürdü ki, zərbə dalğası aşağıdan, sol tərəfdən olub…

– Yəni ki, mina maşına yerləşdirilibmiş?

– Ola bilər. Çünki həmin yolla atamgildən qabaq bir neçə maşın keçmişdi. Bəs niyə onlar da minaya düşmədilər? Bunu müəyyənləşdirmək üçün ekspertiza təyin olunmalı idi. Amma müstləntiq döyüş bölgəsinə gəlib, o maşına baxana qədər artıq onun bütün hissələri yox olmuşdu. Hətta maşının yerini dəyişib, dərəyə atmışdılar.

– Son nəfəsində atanızın yanında kim olub?

– Maşının arxa hissəsində 3 nəfər oturmuşdu. Onlar sağ çıxıblar. Atam və sürcü isə şəhid olub.
Atamın dəfninə çata bilmədim. Həmin gün ermənilər Ağdamı şiddətli atəşə tutur, bizdən heyf almaq istəyirdilr. Çünki xeyli sayda kəndlərimizi geri qaytarmışdıq. Yay vaxtı idi. Heç gözləmədilər, atamın cənazəsini aparıb Ağdamın Şəhidlər Xiyabanında dəfn etdilər…

– Bir övlad kimi intuisiyanız sizə nə deyir?

– Mən atamın erməni minasından öldüyünə 50 faiz inanıram. İstisna etmirəm ki, atamın yanında kimsə olub və ona bu dünyanı tez tərk etməkdə “kömək edib”.

– Maşının axasında əyləşən şəxslər atanızın son nəfəsini verdiyi anları necə xatırlayırlar?

– Onlardan biri atamın bacısı oğlu Rövşən idi. O, partlayışdan sonra tez ayılıb. Atamın üstünə düşən maşını qaldırmaq istəyib. Digər iki nəfər isə ağır xəsarət alıb və hospitalda ayılıblar. Heç nə xatırlamırdılar. Sürücü isə hadisə yerindəcə dünyasını dəyişibmiş. Həkimin dediyinə görə, atam da hospitala çatdırılanda artıq dünyasını dəyişibmiş. Bədəni soyumamışdı, amma həyat əlamətləri yox idi.

“Bu, kişi söhbəti deyil”

– Atanız döyüşlər zamanı sizə nə tapşırıq verirdi?

– Bircə kəlmə deyirdi ki, “Məndən geri qalma”. Çünki mən onun şəxsi rabitəçisi idim. Təxminən 15 kilo ağırlığında ratsiya daşıyırdım.

– Atanız o vaxtı kimlərlə daha çox əlaqə saxlayırdı? Ona kimlər göstəriş verirdi?

– O vaxt Ağdamda döyüşləri, qoşunları Dadaş Rzayev idarə edirdi. Atam ona deyirdi ki, “Bəsdir artıq bu iclaslarda oturduq. Bizə iclas lazım deyil. Bizə texnika, silah və peşəkar zabitlər lazımdır”.

– Axırıncı əməliyyata – yəni atanızın minaya düşdüyü döyüşə də onu Dadaş Rzayev göndərmişdi?

– O vaxt artıq 708 saylı hərbi hissə yaranmışdı, “Tank birqadası” adlanırdı. Sonradan adını dəyişdilər. Oranın ilk komandiri Elxan Orucov olmuşdu. Bu əməliyyatı da onlar təşkil eləmişdilər.

– Atanız şəhid olduğu o maşınla hara gedirdi?

– O vaxt “Uzundərə” deyilən yerdə ruslara məxsus silah anbarları yerləşirdi. “708”-in qərargahı da orada idi. Atam tapşırıq dalınca ora gedirdi. Şirin Mirzəyev, Asif Məhərrəmov da ora gedirdilər…

– Atanız ölümlə bağlı nə düşünürdü?

– Ölüm barədə düşünmürdü. Bircə onu deyirdi ki, “Qarabağı azad edək”.

– Onun erməni əsirliyindən xilas etdiyi Xocalı sakinlərinin dəqiq sayı neçədir?

– Yazırlar ki, guya atam 1003 nəfəri erməni əsirlyindən azad edib. Bu rəqəm düzgün deyil. Atam 1500-dən artıq Xocalı sakinini əsirlikdən azad edib.

– Necə yəni azad edib?

– Onları erməni əsirliyindən geri qaytarıb. Atam ermənilərlə, xüsusilə erməni polkovnik Vitali Balasyana zəng edib deyirdi ki, “Vitali, bu soyadlarda olan filankəslər bir saatdan sonra 9-cu postda olmalıdır”. Vitali də həmin vaxt əsir saxladıqları Xocalı sakinləri geri qaytarırdı. Bir dəfə atam əsirləri dəyişəndə məni də özü ilə aparmışdı. Həmin vaxt Vitalini görmüşdüm. Onlar müharibədən xeyli qabaq bir-birlərini tanıyıblar. Hətta çörək kəsmiş insanlar kimi söhbət edirdilər. Ancaq Xocalı hadisələrindən sonra atamın Vitaliyə qarşı münasibəti tamamilə dəyişdi. Ona çox sərt yanaşmağa başladı. Demişdi ki, “Bu, kişi söhbəti deyil, Vitali, başa düşürük ki, kişinin işi-peşəsi müharibədir. Bəs qadın, uşaq, yaşlıların günahı nə idi?” Vitali də tula kimi atamın arxasınca düşüb, deyirdi ki, “Allahverdi, vallah, biz eləməmişik, bunu Qarabağ erməniləri törətməyib, İrəvandan gəlmə ermənilər ediblər”.
Eldar əmimin qətlə yetirilməsi atamı qocaltmışdı, Xocalı hadisələrindən sonra elə bil, atam 15-20 il də qocaldı. O vaxt SSRİ pasportu üçün 45 yaşda şəkil dəyişdirildi. Həmin şəkil məndə var, baxanda görürdüm ki, atam cavan oğlandır. Amma bir il sonra dünyasını dəyişəndə ağsaqqala oxşayırdı…

“Ermənilər cəsədlərdən körpü düzəltmişdilər”

– Atanızın əsirləri dəyişdirməsilə bağlı qəribə fikirlər səsləndirilir. Əsirləri pulla dəyişdirdiyini deyənlər də var… Bu, nə dərəcədə həqiqəti əks etdirir?

– Bizdə üzdəniraq, boş-boş danışan adamlar çoxdur. Çox şeylər yazırlar, pozurlar. Sosial şəbəklərdə bəzən oxuyuram ki, guya “Allahverdi pul alıb, əsirləri dəyişdirib”. O kəslərə bircə kəlmə sual verirəm: Xocalıdan ayaqyalın qaçıb zorla canını qurtaranlarda pul haradan idi ki, gətirib, atama versin?!

Mənim atam kişi olub. Heç vaxt onun yanında elə söhbət ola bilməzdi. Bir dəfə bir gəlin elə təklif etmişdi, atam demişdi ki, “Sən gəlinsən deyə, heç nə demirəm. Dur, get buradan. Sənə demişəm ki, həyat yoldaşını dəyişdirib, geri qaytaracağam”. Bu söhbəti mən özüm eşitmişəm. Atam demişdi ki, “Kim bura belə təkliflə gəlsə, kişi olsa, güllə ilə vuracağam. Qadın olduğuna görə sənə söz demirəm”. Və həmin qadının həyat yoldaşını erməni əsirliyindən geri qaytarmışdı. O şəxs, səhv etmirəmsə, Xocavənddə əsir düşmüşdü. Həmin vaxt çəkilmiş şəkil də var. Atam hətta iki erməninin meyitini 20-30 nəfər canlı azərbaycanlı ilə dəyişmişdi.

– Bəs bu söhbətləri kimlər yayır?

– Bir dəfə bir zabit bu barədə sosial şəbəkədə yazmışdı. Onunla xeyli söhbətləşdik. Dedi ki, mən də o vaxtlar bu barədə eşitmişəm. Dedim ki, indi mən də sənin haqında nəsə eşitsəm və onu bəzəyib yazsam, sənin xoşuna gələr? Deyir ki, xoşuma gəlməz. Dedim, bəs niyə yazırsan? Bu adam artıq şəhid olub. Ondan əl çəkin də!

– Allahverdi Bağırovun ermənilərlə yaxın dostluğu olubmu?

– Qarabağ ərazisində yaşayan azərbaycanlardan hansının erməni dostu olmayıb? Azərbaycanlılar ermənilərlə dostluq da ediblər, qonaq da gediblər, ermənilərin tut arağını da içiblər, donuz kababını da yeyiblər. Nə oldu, bu erməni dostluğu məsələsi gəlib, bizim başımızda çatladı?

– Xocalı hadisəsi baş verəndə Allahverdi Bağırov harda idi, nə işlə məşğul idi?

– Həmin vaxt onlar əks hücuma keçmişdilər, nəticədə Naxçıvanik-Şelli istiqamətində Xocalıdan xeyli insan sağ-salamat gəlmişdi. Çingiz Mustafayevdən iki gün öncə Seyidağa Mövsümlü orada çəkiliş aparmışdı. Bütün bunları atam təşkil etmişdi. Ermənilər eyforiyada idilər. Özlərini itirmişdilər ki, Xocalını alıblar. O vaxt Seyidağa Mövsümlü Əsgəranı keçib, Xocalı tərəfdə çəkiliş etmişdi. Ermənilər buna icazə vermişdilər. O da hər şeyi – camaatın necə qətlə yetirildiyi, Qar-qar çayı boyu düzülən meyitləri çəkmişdi. Ermənilər sonradan başa düşdülər ki, çəkilişə icazə verdiklərinə görə böyük bir siyasi səhv buraxıblar.
O vaxtlar gecəgörmə cihazları yox idi. Hamı səhərin açılmasını gözləyib. Səhər açılanda bəlli olub ki, ermənilər Xocalı sakinlərinin izinə düşüb, qovublar. Hətta ermənilər 70-80 nəfər Xocalı sakinini özləri ilə aparıblar ki, qarşıdakı bataqlığı keçmək üçün güllələyib, cəsədlərindən körpü düzəltsinlər. Niyə bu barədə danışmırlar? Hələ də bilinmir ki, həmin 70-80 nəfər Xocalı sakini indi haradadır…

– Bəs təşkil edilən əks hücumun bir nəticəsi olmadı?

– Xeyli Xocalı sakinini xilas etdilər. Xocalıların xətirlərinə dəyməsin, çox vaxt deyirlər ki, “Ağdamlılar köməyə gəlmədilər”. Axı ağdamlılar necə köməyə gələ bilərdi? Ağdamla Xocalının arasında Əsgəran rayonu var. Həm də, bu, rəhbərlik tərəfindən təşkil olunmalı idi. Heç kim öz başına deyildi ki, qoşun yığıb gedəydi. Bəs Allahverdinin, “Ala Yaqub”un mövqelərini kim qoruyacaqdı?

– Xocalı əsirlərinin geri alınması ilə bağlı Allahverdi Bağırova yuxarıdan kimsə göstəriş verirdi? Yoxsa özbaşına edirdi?

– Özbaşına etmirdi. Hətta Bakıda türmələrdən azad edilib gətirilən ermənilər də vardı, onları da dəyişirdilər. Mən atamın bununla bağlı kiminlə əlaqə saxladığını dəqiq deyə bilmərəm.

– Xocalı hadisəsindən sonra yəqin, atanızla söhbət etdiniz. Bu hadisə barədə nə deyirdi?

– Atamla heç gündə bir dəfə də olsun, rahat oturub söhbət edə bilmirdik. Elə günlər olurdu ki, 3 dəfə gedib ermənilərə görüşürdü, əsirlikdən azad olunmalı şəxslərin siyahısını onlara verirdi. Gecələr o qədər yorğun olurdu ki, yemək də yemirdi. Deyirdi ki, mənim yerimi hazırlayın, yatım, səhər tezdən getməliyəm. Bəzən mənə deyirdi ki, ermənilərin bu qədər qəddar və murdar bir millət olduğunu bilmirdim, müharibə hər şeyi açıb göstərdi”. Həmişə tapşırırdı ki, əsirləri incitmək lazım deyil, sonra onlar da gedib bizim əsirlərimizi incidəcəklər. Döyüşdə vurun öldürün, amma qarətçilik olmasın, əsirlərə zülm verməyin.

– Allahverdi Bağırov kimi qəhrmanları olan Ağdam necə işğal oluna bilərdi?

– Yəqin, nəsə gizli bir plan olub ki, Ağdam işğal edilməlidir. Ağdamlıların torpağı erməniyə vermək fikri olsaydı, 6 mindən artıq şəhid verməzdik. 1992-ci iln may ayında Surət Hüseynov Ağdama gəlmək istəyəndə atam imkan verməmişdi. Deməli, atam onu yaxşı tanıyırmış. O, çox danışan adam deyildi, sirləri ürəyində saxlayırdı. Fikirləşirəm ki, iyunun 12-də atam şəhid olub, 15-də Çingiz Mustafayev, 19-da Şirin Mirzəyev… Xocalı soyqrımı, vertolyot qəzası ilə bağlı həqiqətləri bilən 3 nəfər bir həftə ərzində dünyasını dəyişib. Qarakənd səmasında baş verən qəzanın yerinə birinci onlar gedib çıxmışdılar. Yaqub Razyev də orada olub. Onu da başqa yolla Qarabağ zonasından uzaqlaşdırıblar. Görənləri bir-bir aradan çıxarıblar.

– Ermənilərlə görüşə gedən zaman atanızın yanında neçə nəfər olurdu?

– Makismum 5-6 nəfər. Bəzən kiməsə ailəsini görmək üçün atamdan xahiş edirdi və onlarla birlikdə gedirdilər. Ermənilər deyirdilər ki, silahsız gəlin. Onlardan qorxurdular. Hətta bir dəfə mən də onlarla getmişdim. Bizimkilərə dedilər ki, cəld hərəkətlər etməyin, sizi snayperlər izləyir. Atamın üstündə həmişə “Makorov” tapançası olurdu, amma əsirləri dəyişən zaman hətta onu da özü ilə götürmürdü. Ermənilərin isə hər birinin üstündə silah olurdu. Hətta bir dəfə əsir dəyişəməyə gedən zaman onların Ağdam-Əsgəran trasına yaxın döyüş postu ilə üzbəüz yerə 20-yə yaxın əlisilahlı, sarışın, ucaboy erməni gəlmişdi.

“Çelsi” ilə oyuna baxsaydı..”

– Atanızdan sizə nə qalıb?

– Xatirələrdən başqa heç nə. Bir də ad.

– Allahverdu Bağırov başqa nə ilə məşğul olurdu?

– Atam biznesmen idi, restoranları, dükanları, ferması vardı. Deyirdi ki, “Qarabağı tez azad edək, qayıdaq, pulumuzu qazanaq, balalarımızı dolandıraq, körpələrimizi böyüdək. Erməni nədir ki, biz onlarla müharibə edirik?!..”

– Bir az da biznesmen Allahverdi Bağırovdan danışaq…

– Ağdamın məkəzində ikimərətəbli restoranı, ərzaq, paltar dükanları, mal-qara kooperativi, Göytəpə istiqamətində dəmiryoluna çatmamış taxta kooperativi vardı.

– O dövrdə bu qədər var-dövləti necə qazanmışdı?

– O vaxt Ağdamdan Rusiyaya vaqonla şirin çaxır aparırdı, geriyə də taxta gətirirdi. Restoranından pul qazanırdı. Özü Pribaltikaya gedirdi, Riqadan yaxşı qadın ayaqqabıları, paltarlar gətirirdi. Çox gözəl zövqü vardı.

– Bəs “Qarabağ” futbol klubu ilə onu nə birləşdirirdi?

– Cavanlıq vaxtı atam yaxşı futbol oynayırdı. Daha sonra məşqçiliyə keçib. O vaxt klubun adı deyəsən, “Şəfəq” idi. Atam biznes qurandan sonra “Qarabağ” klubuna da diqqət ayırmağa başladı. Hakim səhvlərindən çox əsəbləşirdi. “Çelsi” ilə oyuna baxsa idi, Rəşada qırmızı kart verən hakimi mütləq döyərdi.
“Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarına baxanda fikirləşirdim ki, atam indi yaşasaydı, yaşı 70-i keçərdi. Çəliyi ilə hakimi axtarardı ki, vursun…

– Danışdıqlarımızdan başqa, ürəyinizdə qalan məqam oldumu?

– Onsuz da, nə varsa, ürəyimizdə qalıb!..

Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

ABŞ Prezidenti Vilsonun nəticəsi: “AXC diplomatlarının 100 il öncəki bu fəaliyyətini dəyərləndirirəm” (TARİXİ MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Bakıda çox maraqlı memarlıq nümunələri var”

“Amerikadakı mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır”

“Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik”

“Heç bir şəkildə mükəmməl deyildik, amma…”

Tomas Sayre – Amerikalı məşhur rəssam-heykəltəraş. O, qeyri-adi “public art” layihələri ilə bütün dünyada tanınır. Qeyd edək ki,  Tomas Sayre Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsidir.

HafizTimes.com-un növbəti müsahibi Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsi, məşhur rəssam-heykəltəraş Tomas Sayredir. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran ABŞ prezidentinin varisi T. Sayre ailəsi, fəaliyyəti ilə bağlı bir çox mühüm məqamlardan söhbət açıb. O, Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq babası prezident Tomas Vudro Vilsonun Azərbaycan Xalq Cümhuriyyətinə (1918-1920) olan münasibətindən də bəhs edib:

-Ohayo ştatının Klivlend şəhərində anadan olmuşam. Sonralar atam Vaşinqtondakı kafedral kilsədə baş keşiş (dean) olub. Beləliklə biz də Vaşinqtona köçdük. Mən də orada böyüdüm. Oğlanlar üçün olan “ST Albans” məktəbində təhsil aldım. Şimali Karolina Universitetində və Miçiqandakı Cranbrook İncəsənət Akademiyasındakı sənət məktəbində təhsil aldım.

-Prezident ailəsinin üzvü necə oldu ki, heykəltəraş-rəssam olmağa qərar verdi? Hazırda hansı layihələr üzərində çalışırsınız?

-Həmişə əllərimlə əşyalar düzəltmişəm. Kilsənin kölgəsində böyüdüyüm zaman artıq bütün daş hörgüləri, rəngli şüşə istehsal edənləri, heykəltəraşları və bir çox fərqli sahələr üzrə çalışan sənətkarları tanıyırdım. Hələ uşaq ikən bildim ki, sənət və memarlıq dərin insani duyğu və məna daşıyır. Beləliklə bütün karyeramı bu fikri ifadə etməyə həsr etdim. Hazırladığım heykəllər əsasən çox böyükdür və ictimaiyyət üçün açıqdırlar. Onlar ictimai məkanlara müəyyən bir məna bəxş edirlər və hansısa bir yer haqqında hekayələr danışmağa çalışırlar. Hazırda bütün ABŞ-da 5 böyük ictimai layihə üzərində çalışıram. Floridanın Tampa şəhərindəki muzeydə rəsmlərim nümayiş olunur. Hər gün yeni rəsmlər çəkirəm.

-Siz həmçinin məşhur dizayn firması olan “Clearscapes”in təsisçisisiniz.

“Clearscapes” bir rəssam və bir memarın arasındakı səmərəli əməkdaşlığın nəticəsində meydana çıxdı. Stiv Şuster ilə otuz ildən çox idi ki, tanış idim. Təxminən bir il əvvəl o, vəfat edənə qədər birlikdə çalışdıq. Firmanın memarlıq bölməsi əsasən Şimali Karolinada yerləşir: “Raleigh Convention” Mərkəzi, yeni “Raleigh” qatar stansiyası və bir çox sənət obyektləri bura daxildir. ABŞ, Kanada və Asiyada ictimaiyyət üçün açıq olan bir çox sənət əsərlərimiz mövcuddur.

-Hansı sənət əsərinizlə həqiqətən də qürur duyursunuz? Gələcək üçün hansı uğurlu layihələriniz var?

-Layihə mövcud olduğu cəmiyyətə təsir edən zaman çox qürur duyuram. Məsələn, “Oberlin Rising” 100 ildən çoxdur ki, Afro-Amerikan cəmiyyətini xatırladır. Hansı ki, “Raleigh”də baş verənlər nəticəsində məhv edilib. Müəyyən bir bir nahatlığı, xəstəliyi olanların sağalması üçün istifadə olunan Sağlamlıq Mərkəzinin adını qürurla çəkə bilərəm. Bundan başqa Vaşinqtondakı Milli Ballball Stadionunun girişindəki əyləncəli “Curve Ball” heykəlindən zövq alıram. Hətta Vaşinqton komandası keçən yay dünya kubokunu da qazandı.

Hazırda Texasdakı Texnologiya-Tibb Məktəbinin bir hissəsi olan Tibbi Araşdırma Müəssisəsinin qarşısında nəhəng və qeyri-adi layihə üzərində çalışırıq. Yeni Meksikadakı Albuquerqu bölgəsində suyun qorunması və insanların bu məsələyə ehtiyatla yanaşmaları ilə bağlı bir layihəyə start vermişik. Bundan başqa Şimali Karolinadakı Greensboro-da çay boyunca böyük bir ictimai park yaradırıq.

-Yaratmaq üçün nədən ilham alırsınız?

-Torpaqdan ilham alıram,  insanla müəyyən bir yerin vədhətindən doğan hekayələr məni ruhlandırır. Hər şey insanın niyyəti ilə təbiətin ona bəxş etdikləri arasındakı əlaqədən aslıdır. Yəni demək istəyirəm ki, dünyada tarazlıq yaradan sənətdən ilham alıram.

-Tarix abidələrinin qorunması ilə bağlı nə demək istərsiniz? Son vaxtlar Amerikada da heykəlləri dağıdırlar…

-Bu çox ağır və çətin bir sualdır. Mən bir neçə tarixi abidəni yenidən dizayn etdim. Bu çox çətin idi. Hətta bu barədə danışmaq da çətindir. Amerikadakı Vətəndaş müharibələri ilə bağlı dağılan abidələrə gəlincə deyə bilərəm ki, onlar bu ölkədə böyük bir siyasi uçurum yaratmaqda ittiham olunurlar… Təəssüf ki, bu ölkədəki mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır.

(Vudro Vilson)

-Siz Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsisiniz. Vudro Vilsonun varisi kimi böyümək necə idi?

– Ailəmiz bir az qarışıqdır. Ailə tarixini miras kimi qəbul etmək və ən yaxşı formada yaşatmaq çox vacibdir. Bəxtim gətirib ki, onların sırasında dəyərli insanlar çoxdur… Ümumilikdə onların hamısı ilə eyni fikirdə olmasam da, Vudro Vilson da daxil olmaqla ailəmizin bütün üzvlərinə qarşı hörmətlə yanaşıram.

-Vudro Vilson sizin üçün kimdir?

-Hesab edirəm ki, Vudro Vilson idealizm və təcrübəni özündə birləşdirən, güclü, yüksək intellektli və bəzən də gözüaçıq bir insan idi. Vilson əsl lider idi. Heç bir şəkildə mükəmməl deyildik, amma Amerikanı yaxşılığa doğru dəyişməyə müvəffəq olduq. Kaş ki, dünya ilə bağlı düşüncələri də daha yaxşı qəbul olunardı. Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik…

-Hazırda Amerikada nə baş verir? Amerikadakı irqi problemlər sizə necə təsir edir? İrqçilik kimlərə xidmət edir?

-Amerika dünyanın hər yerində olduğu kimi, Covid-19 ilə də mübarizə aparır. Bəlkə də bu pandemiya Corc Floydun öldürülməsinə qarşı daha dərin və tutarlı cavab vermək üçün bir yol açdı. Dua edirəm ki, mövcud iğtişaşlar əslində Amerikada sistematik şəkildə qurulan ağların üstünlüyünün çökməsi istiqamətində ciddi bir fəaliyyətə səbəb olacaq. Sistemimiz ağ insanların maraqlarını digərlərindən üstün tutur. Bu səhvdir, bu ölkənin mənimsədiyi dəyərlərə ziddir və dəyişməliyik. Bəlkə də indi real dəyişikliyə çatmaq üçün bir fürsətdir. Buna ümid edirəm.

-Azərbaycan, Bakı haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları hələ 1919-cu ildə Parisdə babanız Vudro Vilsona Azərbaycan haqqında geniş məlumatlar veriblər. 

-Təəssüf ki, sizin paytaxt şəhərinizdə olmamışam. Amma görürəm ki, irəliyə doğru getmək üçün böyük işlər görülür. Bakıda çox maraqlı memarlıq nümunələri var: “Flame Towers”, “SOCAR Tower” və “Crystal Hall” – möhtəşəm görünüşlü dizaynlardır. Mən bunların yalnız şəkillərini görmüşəm…

Bakıda layihələrim yoxdur, amma mütləq orada işləmək istəyirəm. Həm fiziki, həm də mədəniyyət baxımından fərqli yerlərdə işləmək maraqlı olar.

(Əlimərdan bəy Topçubaşov – Parisdə)

-Azərbaycan və ABŞ arasında siyasi və diplomatik əlaqələlərin qurulmasına ilk təşəbbüs 1919-cu il mayın 28-də Parisdə olub. Azərbaycan parlamentinin sədri Ə.M.Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyəti Paris Sülh Konfransında ABŞ prezidenti V.Vilsonla görüşüb. Görüşdə müstəqil Azərbaycan dövlətinin tanınması, onun Millətlər Liqasına qəbul edilməsi, ABŞ-la diplomatik münasibətlərin yaradılması və s. haqqında Azərbaycan hökumətinin rəsmi memorandumu ABŞ prezidenti Vudro Vilsona təqdim edilib. Qəbul zamanı nümayəndə heyətinin irəli sürdüyü təkliflərə cavab olaraq V.Vilson bildirir ki, onlar dünyanın kiçik hissələrə bölünməsini istəmirlər, Qafqazda federasiya yaradılması ideyasına tərəfdar çıxırlar. Bu federasiya Millətlər liqasının tapşırığı ilə hər hansı bir dövlətin himayəsində ola bilər, Qafqazda federasiya və ya Azərbaycanın müstəqilliyinin tanınması məsələsi isə rus məsələsindən əvvəl həll edilə bilməz…Təəssüflər olsun ki, 1920-ci il aprel ayının 27-də Sovet Rusiyasının XI Ordusu Bakını, sonra isə bütün Azərbaycanı işğal etdi. Və bizim Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi… 70 il SSRİ-nin hökmranlığı altında yaşamalı olduq… Və nəhayət ki, 25 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldı və 70 ildən sonra ABŞ Azərbaycanı müstəqil dövlət kimi rəsmi olaraq tanıdı … Vudro Vilsonun nəticəsinin buna münasibəti necədir?

Ölkənizin yaxın keçmişi haqqında çox da məlumatlı deyiləm. Amma Paris danışıqlarından sonra Azərbaycanın məyus olması ilə bağlı bilirəm. Bir çox qrup məyus oldu. Amma təbii ki, bəziləri yox. Hələ də bütün dünyada sülh üçün ümumilikdə bir vizyon kimi görünən Paris razılaşmalarının sonralar gözardı edilməsi məyusluq doğurur. Sizin bu məyusluğunuzu mən də bölüşürəm… Azərbaycandan olan insanların təxminən 100 il öncə azadlıq üçün göstərdikləri bu fəaliyyəti yüksək dəyərləndirirəm.

Hafiz Əhmədov

HafizTimes.com

(Tüstü ilə hazırlanmış əsər)

Oxuyun

Müsahibə

Eros Ramazzotti: `Azərbaycan gəncləri, həmişə səmimi və dürüst olun` (EKSKLÜZİV MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Uşaqlarım mənim əsas ilham mənbəyimdir

“Həyatda təəssüflə yaşamamalıyıq, hər zaman inam və ümidlə  gələcəyə baxmalıyıq”

“Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar”

“Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildim”

Eros Ramazzotti — Məşhur italyan müğənni və bəstəkar. 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edir. O, Adriano Çelentano, Andrea Baçelli, Luçano Pavarotti, Tina Tyorner, Riki Martin və digərləri ilə duet oxuyub. Geniş vokal imkanları və ifa tərzi müğənnini dünyada milyonların sevimlisinə çevirib. Onu “Dünyanın musiqi səfiri” adlandırırlar. Müğənni ifaları ilə insanlara sevgi, dünyaya isə sülh bəxş etmək istəyir. Bu günədək 14 albomu işıq üzü görüb.

Dünya şöhrətli müğənni Eros Ramazzotti eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı bir çox maraqlı məqamlardan söhbət açıb, Azərbaycanla bağlı fikirlərini ifadə edib.

-Uşaqlığınızı necə xatırlayırsınız? Böyüdüyünüz ailədə nələr çatışmırdı?

-Uşaqlığım çox sevdiyim, gözəl bir dövrdür. Sevgi olduğu üçün hər şeyimiz vardı.

 -İllərlə zirvədə qalmağı necə bacarırsınız?

Bu yalnız bir iş deyil: mahnı oxumaq mənim həyatımdır. Gördüyünüz işi sevsəniz və qərarlı olsanız istədiyiniz hər şeyə nail ola bilərsiniz. Heç bir şey verilmir, amma hər şeyi qərarlılıq və ağır zəhmətlə fəth etmək olar. Əlbətdə ki, lazımi vaxtda bir az şans da kömək edə bilər.

-Bu ağır günlərdə sizi motivə edən nədir? Necə yaradıcı qala bilirsiniz?

-Kiçik şeylərdən ilham alıram: gəzməyə çıxmaq, uşaqlarımla oynamaq və söhbət etmək və təbiətlə təmas qurmaq.

-Uğurunuzu nəyə borculusunuz?

-Çətin iş və səmimiyyətin həmişə qarşılığı olur.

 -Gələcək üçün hansı planlarınız var? Sevənlərinizə nə söyləmək istərsiniz?

-Həmişə yeni musiqi və əsərlər üzərində işləyirəm. Özümü aktiv və motivasiyalı tutmağı sevirəm. Tezliklə yenidən qarşılaşacağıq.

– “Vita ce n’è” nin uğur sirri nədir?

-Vita Ce N’è çox səmimi bir ifadır, əsas mövzu sevgidir: sevgi hər şeyin mərkəzidir, hər kəsin inana biləcəyi nikbinlikdir.

-Mahnılarınızın ilham mənbəyi nədir? Kimin üçün yazmaq istərsiniz?

-Musiqimi  hər zaman ürəyimlə yazıram: duyğularınızı yazmaq və onları musiqiyə çevirə bilmək bir hədiyyədir. Və əgər bunu səmimiyyətlə etsəniz, insanlar onu hiss edəcəklər və hər şeyi sizə qaytaracaq. Uşaqlarım mənim əsas ilham mənbəyim, məni hərəkətə gətirən mühərrikdir. Ancaq gündəlik həyatın anlarından, yaşadığım və ya mənə söylənən hekayələrdən ilham alıram.

-Öhdəsindən gəldiyin ən böyük əngəl nə olub?

-Uçmaq qorxum.

– Qəbul etdiyiniz dəyərləri musiqinizdə necə tətbiq edirsiniz?

-Sadəcə hisslərimdən və həqiqətən kim olduğumdan danışıram. Bu, təbii bir prosesdir, kim olduğum mövzusunda sadəcə olaraq dürüstəm.

-Sizin izinizlə getmək istəyən birinə nə məsləhəti verərsiniz?

-Zəhmət həmişə qarşılığı olur. Xəyallarınıza sadiqsinizsə və özünüzə inanırsınızsa, sonda hər şey qaydasında olacaq.

-Necə xatırlanmaq istərsiniz?

-Bu barədə heç düşünmürəm. Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildin.

-Həyat fəlsəfənizi 3 cümlə ilə necə ifadə edərsiniz?

-Müəyyən bir şüarım yoxdur: həyatda təəssüflə yaşamamalıyıq, ancaq hər zaman inam və ümidlə  gələcəyə baxmağa çalışmalıyıq.

 -Həmişə gənc görünməyi necə bacarırsınız?

-Gənc qalmağa deyil, sağlam olmağa köklənmişəm. Hər gün məşq etmək, yerimək, açıq havada olmaq, sağlam yemək və yaxşı yatmaq üçün əlimdən gələni edirəm. Hamısı budur.

-Zamanı geriyə çevirsəydiniz siz hara qayıdardınız?

-Peşimanlıq hissi ilə yaşamıram: etdiyim hər şeyi edərdim.

-Nə vaxt çox xoşbəxt olursunuz?  Almaq, yoxsa vermək daha yaxşıdır?

-Şübhəsiz ki, vermək.

-Azərbaycan, Bakı necə xatırlayırsan? Azərbaycanlılarla bağlı unudulmaz xatirəniz nədir?

-Bütün dünyadakı pərəstişkarlarımla görüşə bildiyim üçün çox xoşbəxtəm. Azərbaycanlılar da konsert turum zamanı məni çox isti qarşıladılar. Bu mənim üçün çox gözəl bir xatirədir.

-Azərbaycanın məşhur musiqiləri, Muğamlar haqqında heç eşitmisinizmi? Yenidən Azərbaycana səfər etmək istərsinizmi?

-Bu barədə eşitməmişəm. Amma həmişə yeni musiqilər tapmaqda maraqlıyam, təşəkkür edirəm. Konsert turu üçün getdiyim şəhərləri nadir hallarda gəzə bilirəm. Buna görə də bir gün Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar.

-Sizi Azərbaycanda sevən insanlara, gənclərə nə demək istərdiniz?

-Xəyallarınıza həmişə inanın, hər zaman özünüzə və digər insanlara qarşı səmimi və dürüst olun.

Hafiz Ahmadov

HafizTimes.com

`Azərbaycana getmək istəyərəm` – Əfsanəvi rok ulduz Bryan Adamsla eksklüziv müsahibəni BURADAN oxuya bilərsiniz.

Oxuyun

Müsahibə

Eros Ramazzotti: `I don’t live with regrets` (EXCLUSİVE İNTERVİEW)

Yayımlandı

da

Tərəfindən

“My children are my main source of inspiration, the engine that keeps me moving”

“Azerbaijanis have always welcomed me very warmly, it is a very beautiful memory for me”

“Success is measured by this, for me: how much love, in the end, you have been able to convey, with life, with music”

Italian superstar Eros Ramazzotti has been interviewed by Azerbaijani journalist Hafiz Ahmadov. HafizTimes.com proudly presents the exclusive interview with music legend Eros Ramazzotti.

-How do you remember your childhood? What was missing in the family as you grew up?

-My childhood is a very lovely period that I cherish so much. There was love, so we had everything.

-How do you manage to stay on top for years?

-This isn’t only a job: singing is my passion, my life. If you’re committed and passionated about what you do, you can achieve everything you want. Nothing is given, but everything can be conquered with commitment and hard work. Of course, even a bit of luck at the right time can help.

-What keeps you motivated in these hard times? How do you stay creative?

-I found my inspiration in the little things: going out for a walk, playing and talking with my kids, connecting with nature.

-To what do you credit your success?

-Hard work and sincerity always pay off.

-What are your plans for the future? What would you like to say to those who love you?

-I always work on new music and stuff, I like to keep myself active and motived. We will catch up again soon.

What is the secret of success of “Vita ce n’è”?

-Vita Ce N’è is a very sincere record, the main theme is love: love is the center of everything, the optimism in which everyone can still believe.

-What is the inspiration for your songs? Who would you like to write for?

-I always write my music with my heart: writing your emotions and being able to turn them into music is a gift and if you do it sincerely, the public will feel it and give you everything back. My children are my main source of inspiration, the engine that keeps me moving. But the inspiration comes from anything, from moments of daily life, from stories that I lived or that have been told to me.

-And what has been the greatest obstacle you’ve overcome?

-My fear of flying.

 -How are you imposing your values on your music?

-I simply talk about my feelings and who I really am. It’s a natural process, I’m just honest about who I am.

-What advice would you give to someone who wants to follow in your footsteps?

-As I said to you before, hard work always pays off. If you’re committed to your dreams and loyal to yourself, everything will be ok in the end.

-How do you want to be remembered?

-I do not think about it at all. Success is measured by this, for me: how much love, in the end, you have been able to convey, with life, with music.

-What is your philosophy of life in 3 sentences?

-I don’t have a particular motto, except that in life we must not live with regrets, but we have to try to always look to the future with confidence and hope.

How do you stay young all the time?

-I’m not focused on staying young, I’m focused on staying healthy. I try my best to train every day, to move, to be outdoors, to eat healthy and sleep well. That’s all.

-If you could go back in time, where would you go?

-I don’t live with regrets: I would do everything I did.

-When are you happiest? Is it better to give or to receive?

-To give, no doubt about it.

-How do you remember Azerbaijan, Baku? What is your unforgettable memory about Azerbaijanis?

-I am very happy when I can meet my fans all over the world, Azerbaijanis have always welcomed me very warmly during my previous tours, it is a very beautiful memory for me.

-Have you ever heard about the famous folk music of Azerbaijan, Mughams? Would you like to visit to Azerbaijan?

-No, I don’t but I’m always interested in finding new music, thank you. When I’m on tour I rarely can visit the cities I play in, so I would definitely be happy to visit Azerbaijan one day in a more accurate way, I’m curious about visit better Baku too!

-What would you like to tell people, particularly the youth who love you in Azerbaijan?

-Always believe in your dreams, always be sincere and honest with yourself and with other people.

Hafiz Ahmadov

HafizTimes.com

Bryan Adams: “Eat less, love more and be thankful” (EXCLUSİVE İNTERVİEW)

Oxuyun

Trend yazılar