Bizimlə əlaqə

Müsahibə

“Atamı yalnız qışda görürdük”– Mirzə Cəlilin Polşadakı ailəsi ilə EKSKLÜZİV MÜSAHİBƏ (FOTOLAR)

Yayımlandı

da

“Bir gün Azərbaycana, babamın adını daşıyan həmin şəhərə getmək istəyirəm”.

“Qürur duyuram ki, siz məktəb, universitetlərdə  mənim Cəlil babam haqqında öyrənirsiniz”.

Cəlil Məmmədquluzadə (Mirzə Cəlil) – Görkəmli dramaturq və yazıçı, publisist, ictimai xadim,  Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalı.  “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyub. Ana dilinin saflığı uğrunda mübarizə apar Mirzə Cəlilin zəngin irsində azərbaycançılıq məfkurəsi  əsas yer tutub. Xаlqımızın mədəni gеriliyinə, dini хürаfаtа, mövhumata, cəhalətə, avamlığa, mürtəce çаrizm siyаsətinə qаrşı inаdlа mübаrizə аpаrıb, milli mədəniyyətin yüksəlməsi üçün mühüm xidmətlər göstərib. Ədibin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və s. pyesləri Azərbaycan dramaturgiyasının parlaq nümunələridir. 1907-ci ildə Həmidə xanım Cavanşirlə ailə həyatı qurub və oğlanları Midhət və Ənvər dünyaya gəlib. Böyük Vətən müharibəsi illərində həkim kimi ordu sıralarına çağırılan Mirzə Cəlilin oğlu Ənvər, sovet qoşunlarının tərkibində İrana gedib. Ənvər burada polyak qızı, onunla bir xəstəxanada işləyən tibb bacısı Zofya Bahrinovskaya ilə evlənib. Bu nikahdan övladları – Midhət, Nizhət, Teymur, İren Cavanşirlər dünyaya gəlib. O, heç vaxt İrandan Vətənə qayıtmayıb. Qeyd edək ki, bu il Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.

HafizTimes.com Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, görkəmli ictimai xadim, maarifçi  Cəlil Məmmədquluzadənin Polşada yaşayan nəvə-nəticələrini  tapıb, həmsöhbət olub. Mirzə Cəlilin nəvəsi Midhət Cavanşirin Polşada yaşayan oğlu Martin Cavanşir Jurnalist Hafiz Əhmədovun suallarını cavablandırıb. O, eksklüziv müsahibə zamanı ailəsi ilə bağlı bir çox önəmli məqamdan söhbət açıb,  Azərbaycan haqqında fikirlərini ifadə edib. Qeyd edək ki, Martin Cavanşir ilk dəfə olaraq Cəlil Məmmədquluzadənin Polşada, İranda yaşayan ailə üzvlərinin fotolardan ibarət şəxsi arxivini də HafizTimes.com-a təqdim edib:

  -Mənim babam Ənvər həyat yoldaşı  Zofia Bahrynovska ilə İranda tanış olub. O,  1942-ci ildə General Andersin Ordusu ilə İrana köçən polşalı bir qadın idi. Atam Midhət onların ilk övladı olub. 1944-cü ildə  Fumanda dünyaya gəlib.  Onların dörd övladı olub. Mənim atam, qızları Nizhət, İren  və oğlu Teymur. Bütün ailə 1950-ci ilə qədər Tehranda, Urmiya bölgəsində Zartoshtian küçəsində bir evdə yaşayıblar. (Hafez küçəsinə yaxın)

(İrenin toyu. 1976. Solda anam Elisabeth, Ənvər, İrenin əri Əmir,qabaqda nənəm Zofia, arxada isə atam Midhət)

Babam Ənvərin özünün həkim ofisi vardı və orada çalışırdı. Nənəm Zofiya da onunla işləyən  bir tibb bacısı idi. 1968-ci ildə atam  təhsil almaq üçün anası Zofiyanın Vətəni olan Polşaya gedib. Atam  Lodzda təhsil almağa başlayıb. Orada mənim anam  Elisabeth Szymaniakla tanış olub. Bu münasibətin nəticəsi olaraq 1970-ci ildə  Polşada mən dünyaya gəlmişəm.  11 il sonra isə qardaşım Ramin dünyaya gəlib.

(Həyat yoldaşım, qızım və mən)

“Daha sonra bütün ailəmiz Polşadan İrana köçdü”

-1972-ci ildə valideynlərimlə birlikdə atamın Vətəni olan  İrana köçdük. Babam Ənvər və Zofiya nənəmin evinin yaxınlığındakı bir binada məskunlaşdıq.

-Babanız Ənvər Məmmədquluzadəni (Cavanşir) görmüsünüz? Onu necə bir insan kimi xatırlayırsınız?

-Mənim həm nənəm, həm də babam 1979-cu ildə  vəfat etdi. Ənvər babam Tehrandakı  Beheşte-Zəhra qəbiristanlığında, Zofia nənəm isə Dulabdakı polyaklar qəbirstanlığında dəfn edildi. Həmin vaxt mənim 9-10 yaşım olardı.

Yaxşı xatırlayıram ki, babam Ənvər çox mülayim bir insan idi.  Zofia isə çox gözəl bir nənə idi .  Uşaq olarkən nənə-babamla evdə vaxt keçirməyi  çox sevirdim. Babam-nənəm vəfat etdikdən sonra valideynlərimlə birlikdə Tehrandakı ASP-də yaşamağa başladıq.

(Teymurun toyu.1974. Neşat əri ilə birlikdə, İren, Zofia, Teymur, Elisabeth,Ənvər babam, atam Midhət, Neşətin qızı Zərrin. Mən isə yatırdım)

“Müharibə başlayandan sonra anamla birlikdə Polşaya getdim”

– 1984-cü ildə İran-İraq müharibəsinin başlamasından bir neçə il sonra anam Elizabeta ilə birlikdə Polşaya getdim. Və bu günə qədər də onunla birlikdə burada yaşayıram…

-Atanız Midhət Cavanşirlə əlaqəni kəsmişdiniz?

-Atam Midhət hər il qışda bizim yanımıza gəlirdi. Təxminən 4 həftə bizimlə birlikdə qalırdı.

(Martin- yəni mən. 1980. Nənəm Zofianın polyak qəbristanlığındakı məzarı)

-Sizinlə bağlı bilmək istərik. Harada təhsil aldınız? İndi nə işlə məşğul olursunuz?

-Krakov şəhərində orta  məktəbdə təhsil aldım. Daha sonra  Lodz şəhərində Bina və Memarlıq Fakültəsinin məzunu oldum. 1994-cü ildə polşalı qadın Małgorzata Gierk ilə ailə həyatı qurdum. İki övladımız var: Przemyslav (1996-cı il ) və Magdalena (2003-cü il təvəllüdlü). Hazırda bir qaynaq şirkətində  keyfiyyət üzrə menecer kimi çalışıram.

(İrenin toyu. Qardaşı Midhət ilə birlikdə. O, mənim atamdır)

-Qardaşın Ramin Cavanşir barədə bilmək istərik.

-Qardaşım Ramin 10 ildir ki, Dublində yaşayır…

– Bəs atanız Midhət Cavanşir hazırda yaşayır?  

-Atam Midhət 2013-cü ildə vəfat etdi. Anam Elisabeth də  Polşada yaşayır. Bizim evlərimiz arasında 1 km məsafə var.

(Teymurun toyu.1974.Ənvər, Teymurun həyat yoldaşı Nəsrin, Teymur, Zofia )

-Cəlil Məmmədquluzadə barəsində məlumatınız varmı?

-Ənvər babam mənə öz atası Cəlil Məmmədquluzadə barəsində çox danışmayıb. Həmin vaxt mən mən uşaq idim. Daha sonra mən Cəlil Məmmədquluzadənin həyatı , işi ilə maraqlandım. Amma çox təəssüf ki, bu istiqamətdə geniş araşdırma aparmadım.

(Mən və həyat yoldaşım)

-Bu gün sizin ailənizdə Cəlil Məmmədquluzadənin yolunu davam etdirən, yaradıcılıqla məşğul olan kimsə varmı?

-Çox təssüf ki, bizim ailəmizdən heç kim babamız Cəlil Məmmədquluzadənin yolunu davam etdirmir…

(1973-cü il. Mən və anam Elisabeth)

-Cəlil Məmmədquluzadənin Vətəni Azərbaycanla bağlı nə demək istəriniz?

– Çox təəssüf ki, heç vaxt Azərbaycanda olmamışam. Amma bildiyimə görə Azərbaycanın paytaxtı Bakı gözəl bir şəhərdir. Əlbəttə ki, Azərbaycana səfər etmək istəyərəm.

(Qızım və mən)

Martin Cavanşirin gənc oğlu Przemek Cavanşir də öz fikirlərini HafizTimes.com-la bölüşüb:

“Cəlil Məmmədquluzadə mənim ulu babam olub. Təəssüf edirəm ki, onun barəsində çox məlumatım yoxdur. Ailəmizin kökləri , babam Cəlilin xalqı üçün gördüyü böyük işlər, möhtəşəm yaradıcılığı barədə sizdən öyrəndim. İndi çox həyəcanlanıram və qürur duyuram ki, siz məktəblərdə, universitetlərdə  mənim Cəlil babam haqqında öyrənirsiniz. Bunu eşitmək məni çox sevindirdi.

(Ənvər babamın evinin önü. Onun kiçik qızı İren, Zofia nənə, Ənvər baba, Teymur və mən)

Sizin verdiyiniz məlumatlardan sonra mən də  Cəlil Məmmədquluzadə haqqında oxudum. Öyrəndim ki, Cəlil babamın adına Azərbaycanda şəhər də mövcuddur. Çox istəyərəm ki, bir gün Azərbaycana, babamın adını daşıyan həmin şəhərə gedim”.

`Atam öləndə heç birimiz yanında deyildik`- Mirzə Cəlilin İrlandiyadakı mühacir nəticəsi (EKSKLÜZİV+FOTOLAR) BURADAN oxuya  bilərsiniz.

Hafiz Əhmədov

HafizTimes.com

Reklam
1 Şərh

1 Şərh

  1. Yunus Pasha

    29 Sentyabr 2019 da 10:52

    Cox təəssüflənirəm ki, bu vaxta kimi Sizi izləməmişəm, indi Böyük Cəlil Məmmədquluzadənin varisləri barədə yazını oxuyub duyğulandım. Əgər burada qeyrətli hökümətimiz olsaydı bütün bu çalışmaları yüksək dövlət səviyyəsində etmək olardı, dünyaya səpələnmiş qızıl irsimizin varislərini həm xalqımıza tanıtdırardıq, həm də Vətənimizi onlara tanıtdırıb sevdirərdik.Necə ki, Cəlilin qədrini bilmədilər və bilmirlər elə də nəhəng irsimizin qədrini bilmirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Müsahibə

ABŞ Prezidenti Vilsonun nəticəsi: “AXC diplomatlarının 100 il öncəki bu fəaliyyətini dəyərləndirirəm” (TARİXİ MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Bakıda çox maraqlı memarlıq nümunələri var”

“Amerikadakı mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır”

“Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik”

“Heç bir şəkildə mükəmməl deyildik, amma…”

Tomas Sayre – Amerikalı məşhur rəssam-heykəltəraş. O, qeyri-adi “public art” layihələri ilə bütün dünyada tanınır. Qeyd edək ki,  Tomas Sayre Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsidir.

HafizTimes.com-un növbəti müsahibi Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsi, məşhur rəssam-heykəltəraş Tomas Sayredir. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran ABŞ prezidentinin varisi T. Sayre ailəsi, fəaliyyəti ilə bağlı bir çox mühüm məqamlardan söhbət açıb. O, Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq babası prezident Tomas Vudro Vilsonun Azərbaycan Xalq Cümhuriyyətinə (1918-1920) olan münasibətindən də bəhs edib:

-Ohayo ştatının Klivlend şəhərində anadan olmuşam. Sonralar atam Vaşinqtondakı kafedral kilsədə baş keşiş (dean) olub. Beləliklə biz də Vaşinqtona köçdük. Mən də orada böyüdüm. Oğlanlar üçün olan “ST Albans” məktəbində təhsil aldım. Şimali Karolina Universitetində və Miçiqandakı Cranbrook İncəsənət Akademiyasındakı sənət məktəbində təhsil aldım.

-Prezident ailəsinin üzvü necə oldu ki, heykəltəraş-rəssam olmağa qərar verdi? Hazırda hansı layihələr üzərində çalışırsınız?

-Həmişə əllərimlə əşyalar düzəltmişəm. Kilsənin kölgəsində böyüdüyüm zaman artıq bütün daş hörgüləri, rəngli şüşə istehsal edənləri, heykəltəraşları və bir çox fərqli sahələr üzrə çalışan sənətkarları tanıyırdım. Hələ uşaq ikən bildim ki, sənət və memarlıq dərin insani duyğu və məna daşıyır. Beləliklə bütün karyeramı bu fikri ifadə etməyə həsr etdim. Hazırladığım heykəllər əsasən çox böyükdür və ictimaiyyət üçün açıqdırlar. Onlar ictimai məkanlara müəyyən bir məna bəxş edirlər və hansısa bir yer haqqında hekayələr danışmağa çalışırlar. Hazırda bütün ABŞ-da 5 böyük ictimai layihə üzərində çalışıram. Floridanın Tampa şəhərindəki muzeydə rəsmlərim nümayiş olunur. Hər gün yeni rəsmlər çəkirəm.

-Siz həmçinin məşhur dizayn firması olan “Clearscapes”in təsisçisisiniz.

“Clearscapes” bir rəssam və bir memarın arasındakı səmərəli əməkdaşlığın nəticəsində meydana çıxdı. Stiv Şuster ilə otuz ildən çox idi ki, tanış idim. Təxminən bir il əvvəl o, vəfat edənə qədər birlikdə çalışdıq. Firmanın memarlıq bölməsi əsasən Şimali Karolinada yerləşir: “Raleigh Convention” Mərkəzi, yeni “Raleigh” qatar stansiyası və bir çox sənət obyektləri bura daxildir. ABŞ, Kanada və Asiyada ictimaiyyət üçün açıq olan bir çox sənət əsərlərimiz mövcuddur.

-Hansı sənət əsərinizlə həqiqətən də qürur duyursunuz? Gələcək üçün hansı uğurlu layihələriniz var?

-Layihə mövcud olduğu cəmiyyətə təsir edən zaman çox qürur duyuram. Məsələn, “Oberlin Rising” 100 ildən çoxdur ki, Afro-Amerikan cəmiyyətini xatırladır. Hansı ki, “Raleigh”də baş verənlər nəticəsində məhv edilib. Müəyyən bir bir nahatlığı, xəstəliyi olanların sağalması üçün istifadə olunan Sağlamlıq Mərkəzinin adını qürurla çəkə bilərəm. Bundan başqa Vaşinqtondakı Milli Ballball Stadionunun girişindəki əyləncəli “Curve Ball” heykəlindən zövq alıram. Hətta Vaşinqton komandası keçən yay dünya kubokunu da qazandı.

Hazırda Texasdakı Texnologiya-Tibb Məktəbinin bir hissəsi olan Tibbi Araşdırma Müəssisəsinin qarşısında nəhəng və qeyri-adi layihə üzərində çalışırıq. Yeni Meksikadakı Albuquerqu bölgəsində suyun qorunması və insanların bu məsələyə ehtiyatla yanaşmaları ilə bağlı bir layihəyə start vermişik. Bundan başqa Şimali Karolinadakı Greensboro-da çay boyunca böyük bir ictimai park yaradırıq.

-Yaratmaq üçün nədən ilham alırsınız?

-Torpaqdan ilham alıram,  insanla müəyyən bir yerin vədhətindən doğan hekayələr məni ruhlandırır. Hər şey insanın niyyəti ilə təbiətin ona bəxş etdikləri arasındakı əlaqədən aslıdır. Yəni demək istəyirəm ki, dünyada tarazlıq yaradan sənətdən ilham alıram.

-Tarix abidələrinin qorunması ilə bağlı nə demək istərsiniz? Son vaxtlar Amerikada da heykəlləri dağıdırlar…

-Bu çox ağır və çətin bir sualdır. Mən bir neçə tarixi abidəni yenidən dizayn etdim. Bu çox çətin idi. Hətta bu barədə danışmaq da çətindir. Amerikadakı Vətəndaş müharibələri ilə bağlı dağılan abidələrə gəlincə deyə bilərəm ki, onlar bu ölkədə böyük bir siyasi uçurum yaratmaqda ittiham olunurlar… Təəssüf ki, bu ölkədəki mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır.

(Vudro Vilson)

-Siz Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsisiniz. Vudro Vilsonun varisi kimi böyümək necə idi?

– Ailəmiz bir az qarışıqdır. Ailə tarixini miras kimi qəbul etmək və ən yaxşı formada yaşatmaq çox vacibdir. Bəxtim gətirib ki, onların sırasında dəyərli insanlar çoxdur… Ümumilikdə onların hamısı ilə eyni fikirdə olmasam da, Vudro Vilson da daxil olmaqla ailəmizin bütün üzvlərinə qarşı hörmətlə yanaşıram.

-Vudro Vilson sizin üçün kimdir?

-Hesab edirəm ki, Vudro Vilson idealizm və təcrübəni özündə birləşdirən, güclü, yüksək intellektli və bəzən də gözüaçıq bir insan idi. Vilson əsl lider idi. Heç bir şəkildə mükəmməl deyildik, amma Amerikanı yaxşılığa doğru dəyişməyə müvəffəq olduq. Kaş ki, dünya ilə bağlı düşüncələri də daha yaxşı qəbul olunardı. Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik…

-Hazırda Amerikada nə baş verir? Amerikadakı irqi problemlər sizə necə təsir edir? İrqçilik kimlərə xidmət edir?

-Amerika dünyanın hər yerində olduğu kimi, Covid-19 ilə də mübarizə aparır. Bəlkə də bu pandemiya Corc Floydun öldürülməsinə qarşı daha dərin və tutarlı cavab vermək üçün bir yol açdı. Dua edirəm ki, mövcud iğtişaşlar əslində Amerikada sistematik şəkildə qurulan ağların üstünlüyünün çökməsi istiqamətində ciddi bir fəaliyyətə səbəb olacaq. Sistemimiz ağ insanların maraqlarını digərlərindən üstün tutur. Bu səhvdir, bu ölkənin mənimsədiyi dəyərlərə ziddir və dəyişməliyik. Bəlkə də indi real dəyişikliyə çatmaq üçün bir fürsətdir. Buna ümid edirəm.

-Azərbaycan, Bakı haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları hələ 1919-cu ildə Parisdə babanız Vudro Vilsona Azərbaycan haqqında geniş məlumatlar veriblər. 

-Təəssüf ki, sizin paytaxt şəhərinizdə olmamışam. Amma görürəm ki, irəliyə doğru getmək üçün böyük işlər görülür. Bakıda çox maraqlı memarlıq nümunələri var: “Flame Towers”, “SOCAR Tower” və “Crystal Hall” – möhtəşəm görünüşlü dizaynlardır. Mən bunların yalnız şəkillərini görmüşəm…

Bakıda layihələrim yoxdur, amma mütləq orada işləmək istəyirəm. Həm fiziki, həm də mədəniyyət baxımından fərqli yerlərdə işləmək maraqlı olar.

(Əlimərdan bəy Topçubaşov – Parisdə)

-Azərbaycan və ABŞ arasında siyasi və diplomatik əlaqələlərin qurulmasına ilk təşəbbüs 1919-cu il mayın 28-də Parisdə olub. Azərbaycan parlamentinin sədri Ə.M.Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyəti Paris Sülh Konfransında ABŞ prezidenti V.Vilsonla görüşüb. Görüşdə müstəqil Azərbaycan dövlətinin tanınması, onun Millətlər Liqasına qəbul edilməsi, ABŞ-la diplomatik münasibətlərin yaradılması və s. haqqında Azərbaycan hökumətinin rəsmi memorandumu ABŞ prezidenti Vudro Vilsona təqdim edilib. Qəbul zamanı nümayəndə heyətinin irəli sürdüyü təkliflərə cavab olaraq V.Vilson bildirir ki, onlar dünyanın kiçik hissələrə bölünməsini istəmirlər, Qafqazda federasiya yaradılması ideyasına tərəfdar çıxırlar. Bu federasiya Millətlər liqasının tapşırığı ilə hər hansı bir dövlətin himayəsində ola bilər, Qafqazda federasiya və ya Azərbaycanın müstəqilliyinin tanınması məsələsi isə rus məsələsindən əvvəl həll edilə bilməz…Təəssüflər olsun ki, 1920-ci il aprel ayının 27-də Sovet Rusiyasının XI Ordusu Bakını, sonra isə bütün Azərbaycanı işğal etdi. Və bizim Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi… 70 il SSRİ-nin hökmranlığı altında yaşamalı olduq… Və nəhayət ki, 25 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldı və 70 ildən sonra ABŞ Azərbaycanı müstəqil dövlət kimi rəsmi olaraq tanıdı … Vudro Vilsonun nəticəsinin buna münasibəti necədir?

Ölkənizin yaxın keçmişi haqqında çox da məlumatlı deyiləm. Amma Paris danışıqlarından sonra Azərbaycanın məyus olması ilə bağlı bilirəm. Bir çox qrup məyus oldu. Amma təbii ki, bəziləri yox. Hələ də bütün dünyada sülh üçün ümumilikdə bir vizyon kimi görünən Paris razılaşmalarının sonralar gözardı edilməsi məyusluq doğurur. Sizin bu məyusluğunuzu mən də bölüşürəm… Azərbaycandan olan insanların təxminən 100 il öncə azadlıq üçün göstərdikləri bu fəaliyyəti yüksək dəyərləndirirəm.

Hafiz Əhmədov

HafizTimes.com

(Tüstü ilə hazırlanmış əsər)

Oxuyun

Müsahibə

Eros Ramazzotti: `Azərbaycan gəncləri, həmişə səmimi və dürüst olun` (EKSKLÜZİV MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Uşaqlarım mənim əsas ilham mənbəyimdir

“Həyatda təəssüflə yaşamamalıyıq, hər zaman inam və ümidlə  gələcəyə baxmalıyıq”

“Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar”

“Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildim”

Eros Ramazzotti — Məşhur italyan müğənni və bəstəkar. 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edir. O, Adriano Çelentano, Andrea Baçelli, Luçano Pavarotti, Tina Tyorner, Riki Martin və digərləri ilə duet oxuyub. Geniş vokal imkanları və ifa tərzi müğənnini dünyada milyonların sevimlisinə çevirib. Onu “Dünyanın musiqi səfiri” adlandırırlar. Müğənni ifaları ilə insanlara sevgi, dünyaya isə sülh bəxş etmək istəyir. Bu günədək 14 albomu işıq üzü görüb.

Dünya şöhrətli müğənni Eros Ramazzotti eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı bir çox maraqlı məqamlardan söhbət açıb, Azərbaycanla bağlı fikirlərini ifadə edib.

-Uşaqlığınızı necə xatırlayırsınız? Böyüdüyünüz ailədə nələr çatışmırdı?

-Uşaqlığım çox sevdiyim, gözəl bir dövrdür. Sevgi olduğu üçün hər şeyimiz vardı.

 -İllərlə zirvədə qalmağı necə bacarırsınız?

Bu yalnız bir iş deyil: mahnı oxumaq mənim həyatımdır. Gördüyünüz işi sevsəniz və qərarlı olsanız istədiyiniz hər şeyə nail ola bilərsiniz. Heç bir şey verilmir, amma hər şeyi qərarlılıq və ağır zəhmətlə fəth etmək olar. Əlbətdə ki, lazımi vaxtda bir az şans da kömək edə bilər.

-Bu ağır günlərdə sizi motivə edən nədir? Necə yaradıcı qala bilirsiniz?

-Kiçik şeylərdən ilham alıram: gəzməyə çıxmaq, uşaqlarımla oynamaq və söhbət etmək və təbiətlə təmas qurmaq.

-Uğurunuzu nəyə borculusunuz?

-Çətin iş və səmimiyyətin həmişə qarşılığı olur.

 -Gələcək üçün hansı planlarınız var? Sevənlərinizə nə söyləmək istərsiniz?

-Həmişə yeni musiqi və əsərlər üzərində işləyirəm. Özümü aktiv və motivasiyalı tutmağı sevirəm. Tezliklə yenidən qarşılaşacağıq.

– “Vita ce n’è” nin uğur sirri nədir?

-Vita Ce N’è çox səmimi bir ifadır, əsas mövzu sevgidir: sevgi hər şeyin mərkəzidir, hər kəsin inana biləcəyi nikbinlikdir.

-Mahnılarınızın ilham mənbəyi nədir? Kimin üçün yazmaq istərsiniz?

-Musiqimi  hər zaman ürəyimlə yazıram: duyğularınızı yazmaq və onları musiqiyə çevirə bilmək bir hədiyyədir. Və əgər bunu səmimiyyətlə etsəniz, insanlar onu hiss edəcəklər və hər şeyi sizə qaytaracaq. Uşaqlarım mənim əsas ilham mənbəyim, məni hərəkətə gətirən mühərrikdir. Ancaq gündəlik həyatın anlarından, yaşadığım və ya mənə söylənən hekayələrdən ilham alıram.

-Öhdəsindən gəldiyin ən böyük əngəl nə olub?

-Uçmaq qorxum.

– Qəbul etdiyiniz dəyərləri musiqinizdə necə tətbiq edirsiniz?

-Sadəcə hisslərimdən və həqiqətən kim olduğumdan danışıram. Bu, təbii bir prosesdir, kim olduğum mövzusunda sadəcə olaraq dürüstəm.

-Sizin izinizlə getmək istəyən birinə nə məsləhəti verərsiniz?

-Zəhmət həmişə qarşılığı olur. Xəyallarınıza sadiqsinizsə və özünüzə inanırsınızsa, sonda hər şey qaydasında olacaq.

-Necə xatırlanmaq istərsiniz?

-Bu barədə heç düşünmürəm. Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildin.

-Həyat fəlsəfənizi 3 cümlə ilə necə ifadə edərsiniz?

-Müəyyən bir şüarım yoxdur: həyatda təəssüflə yaşamamalıyıq, ancaq hər zaman inam və ümidlə  gələcəyə baxmağa çalışmalıyıq.

 -Həmişə gənc görünməyi necə bacarırsınız?

-Gənc qalmağa deyil, sağlam olmağa köklənmişəm. Hər gün məşq etmək, yerimək, açıq havada olmaq, sağlam yemək və yaxşı yatmaq üçün əlimdən gələni edirəm. Hamısı budur.

-Zamanı geriyə çevirsəydiniz siz hara qayıdardınız?

-Peşimanlıq hissi ilə yaşamıram: etdiyim hər şeyi edərdim.

-Nə vaxt çox xoşbəxt olursunuz?  Almaq, yoxsa vermək daha yaxşıdır?

-Şübhəsiz ki, vermək.

-Azərbaycan, Bakı necə xatırlayırsan? Azərbaycanlılarla bağlı unudulmaz xatirəniz nədir?

-Bütün dünyadakı pərəstişkarlarımla görüşə bildiyim üçün çox xoşbəxtəm. Azərbaycanlılar da konsert turum zamanı məni çox isti qarşıladılar. Bu mənim üçün çox gözəl bir xatirədir.

-Azərbaycanın məşhur musiqiləri, Muğamlar haqqında heç eşitmisinizmi? Yenidən Azərbaycana səfər etmək istərsinizmi?

-Bu barədə eşitməmişəm. Amma həmişə yeni musiqilər tapmaqda maraqlıyam, təşəkkür edirəm. Konsert turu üçün getdiyim şəhərləri nadir hallarda gəzə bilirəm. Buna görə də bir gün Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar.

-Sizi Azərbaycanda sevən insanlara, gənclərə nə demək istərdiniz?

-Xəyallarınıza həmişə inanın, hər zaman özünüzə və digər insanlara qarşı səmimi və dürüst olun.

Hafiz Ahmadov

HafizTimes.com

`Azərbaycana getmək istəyərəm` – Əfsanəvi rok ulduz Bryan Adamsla eksklüziv müsahibəni BURADAN oxuya bilərsiniz.

Oxuyun

Müsahibə

Eros Ramazzotti: `I don’t live with regrets` (EXCLUSİVE İNTERVİEW)

Yayımlandı

da

Tərəfindən

“My children are my main source of inspiration, the engine that keeps me moving”

“Azerbaijanis have always welcomed me very warmly, it is a very beautiful memory for me”

“Success is measured by this, for me: how much love, in the end, you have been able to convey, with life, with music”

Italian superstar Eros Ramazzotti has been interviewed by Azerbaijani journalist Hafiz Ahmadov. HafizTimes.com proudly presents the exclusive interview with music legend Eros Ramazzotti.

-How do you remember your childhood? What was missing in the family as you grew up?

-My childhood is a very lovely period that I cherish so much. There was love, so we had everything.

-How do you manage to stay on top for years?

-This isn’t only a job: singing is my passion, my life. If you’re committed and passionated about what you do, you can achieve everything you want. Nothing is given, but everything can be conquered with commitment and hard work. Of course, even a bit of luck at the right time can help.

-What keeps you motivated in these hard times? How do you stay creative?

-I found my inspiration in the little things: going out for a walk, playing and talking with my kids, connecting with nature.

-To what do you credit your success?

-Hard work and sincerity always pay off.

-What are your plans for the future? What would you like to say to those who love you?

-I always work on new music and stuff, I like to keep myself active and motived. We will catch up again soon.

What is the secret of success of “Vita ce n’è”?

-Vita Ce N’è is a very sincere record, the main theme is love: love is the center of everything, the optimism in which everyone can still believe.

-What is the inspiration for your songs? Who would you like to write for?

-I always write my music with my heart: writing your emotions and being able to turn them into music is a gift and if you do it sincerely, the public will feel it and give you everything back. My children are my main source of inspiration, the engine that keeps me moving. But the inspiration comes from anything, from moments of daily life, from stories that I lived or that have been told to me.

-And what has been the greatest obstacle you’ve overcome?

-My fear of flying.

 -How are you imposing your values on your music?

-I simply talk about my feelings and who I really am. It’s a natural process, I’m just honest about who I am.

-What advice would you give to someone who wants to follow in your footsteps?

-As I said to you before, hard work always pays off. If you’re committed to your dreams and loyal to yourself, everything will be ok in the end.

-How do you want to be remembered?

-I do not think about it at all. Success is measured by this, for me: how much love, in the end, you have been able to convey, with life, with music.

-What is your philosophy of life in 3 sentences?

-I don’t have a particular motto, except that in life we must not live with regrets, but we have to try to always look to the future with confidence and hope.

How do you stay young all the time?

-I’m not focused on staying young, I’m focused on staying healthy. I try my best to train every day, to move, to be outdoors, to eat healthy and sleep well. That’s all.

-If you could go back in time, where would you go?

-I don’t live with regrets: I would do everything I did.

-When are you happiest? Is it better to give or to receive?

-To give, no doubt about it.

-How do you remember Azerbaijan, Baku? What is your unforgettable memory about Azerbaijanis?

-I am very happy when I can meet my fans all over the world, Azerbaijanis have always welcomed me very warmly during my previous tours, it is a very beautiful memory for me.

-Have you ever heard about the famous folk music of Azerbaijan, Mughams? Would you like to visit to Azerbaijan?

-No, I don’t but I’m always interested in finding new music, thank you. When I’m on tour I rarely can visit the cities I play in, so I would definitely be happy to visit Azerbaijan one day in a more accurate way, I’m curious about visit better Baku too!

-What would you like to tell people, particularly the youth who love you in Azerbaijan?

-Always believe in your dreams, always be sincere and honest with yourself and with other people.

Hafiz Ahmadov

HafizTimes.com

Bryan Adams: “Eat less, love more and be thankful” (EXCLUSİVE İNTERVİEW)

Oxuyun

Trend yazılar