Bizimlə əlaqə

Müsahibə

`Atamı boz kostyumlular apardı, palatadan qışqırıq səsi gəlirdi` – Rəşid Behbudovun QƏTL ANI (MÜSAHİBƏ)

Yayımlandı

da

“Polad Bülbüloğlu atamın cənazəsini Mahnı Teatrından yola salmağımıza icazə vermədi”

“Anam dedi ki, mən Rəşidin cənazəsini Gürcüstanda dəfn edəcəyəm”

“Anamın çayına nəsə töküb yatırdılar”

“Atam bununla da özünə ölüm hökmü oxudu”

“Ekspertiza sənədlərinı yoxa çıxardılar”

“Hər kəs bizdən üz döndərdi. Nə yaxşı ki, aclıqdan ölmədik”.

Əməkdar artist Rəşidə Behbudova  atası, əfsanəvi sənətkar, Azərbaycanın və SSRİ-nin Xalq Artisti, Dövlət mükafatı laureatı Rəşid Behbudovun  qətli ilə bağlı illərdir ki, gizli saxlanılan faktları açıqlayıb.

HafizTimes.com Rəşidə Behbudovanın atası ilə bağlı müsahibəsini olduğu kimi təqdim edir:

-Atamla bağlı “wikipedia”da yalan məlumatlar  qeyd olunub. Yazıblar ki, Rəşid Behbudov uğursuz əməliyyatdan sonra Moskvada vəfat edib. Bu tamamilə yalandır. Mən indi həqiqəti deyəcəyəm. Bunu mətbuata ilk dəfə olaraq açıqlayıram. Bəli, onun böyrəyini əməliyyat etməli idilər. Atamı əməliyyata hazırladılar. Anamla mən səhər saat 9-da Moskvada Kremlin xəstəxanasında olarkən Prezident Aparatından (Keçmiş SSRİ Mərkəzi Komitədən) zəng gəldi. Dedilər ki, əməliyyat təxirə salınır.

Əməliyyat onun səhhətini yüngüləşdirməli idi, çünki böyrəkləri xəstə idi. Mahnı Teatrının o zamankı yeni binasında  özünü soyuğa vermişdi. Çünki binaya yeni köçəndə istilik sistemi hələ də işləmirdi. O, rütubətli, soyuq binada çalışırdı. Bütün bunlara baxmayaraq o, aktyorlarla birlikdə çalışırdı. Nəticədə böyrəyinə soyuq oldu. Buna görə də atamın səhhəti ağırlaşdı. Bu ya təbii hadisə idi, ya da belə qələmə verilirdi. Çox mübahisəli və aşkar bir məsələ idi. Fakt budur ki, əməliyyat təxirə salındı.

-Sizə bunun səbəbini izah etdilər?

-Bizə heç nə demədilər. Heç nə də açıqlamadılar. Sadəcə dedilər ki, əməliyyat təxirə salınıb.

-Ailənizdən kimsə bu barədə onlara sual vermədi?

-Onlar çox gərgin idilər, heç bir suala cavab vermirdilər. Özlərini Stalinin həbs düşərgələrində olduğu kimi aparırdılar. Üzlərində təbəssüm də yox idi. Sanki hər şey kiminsə əmri ilə yerinə yetirilirdi.

Hətta deyərdim ki, bu əvvəlcədən müəyyənləşdirilmiş bir sonluq idi. Həkimlər adamı təbəssüm ilə sakitləşdirmək, nəsə demək istəmirdilər. Heç nəyi izah etmirdilər. Elə bir hansısa bir aktyor, robot idilər. Orada vəziyyət belə idi. Əməliyyatı təxirə saldılar. Atamı palataya apardılar və biz onu bir daha görmədik.

 

-Rəşid Behbudovu kim və nə üçün qətlə yetirmişdi?

-Azərbaycanda məlum hadisələr başlayanda… Sumqayıtda təxribat məqsədi ilə törədilmiş hadisələr zamanı Rəşid Behbudov 30 ildən artıq idi ki, SSRİ Ali Sovetinin deputatı idi. 1988-ci ildə Azərbaycan nümayəndə heyətinin, mədəniyyət işçilərinin, SSRİ xalq artistlərinin Azərbaycan və Ermənistan tərəfdən deputatlarla görüşləri oldu. Bu Moskvada SSRİ Ali Sovetinin sessiyasında baş tutdu.

1988-ci il idi. Atam bir az soyuqlamışdı. Heç yerə gecikməyən atam bu görüşə  təxminən 2-3 dəqiqə gecikmişdi. Zala girəndə görüb ki, bütün zal adamla doludur. Qorbaçov künc tərəfdə oturubmuş. Oturmaq üçün başqa boş yer qalmayıb. Qorbaçovdan bir qədər uzaqda kreslo qoyulmuşdu. Atam da orada oturub.

Bir neçə dəqiqədən sonra Qorbaçov atama “O, Rəşid” deyə müraciət edib. Onun atama “sən” deyə müraciət etməsi onu təəccübləndirib. Niyə axı o atama “sən” deyə müraciət edirdi?! Etiket qaydalarına əməl etmək lazım idi. Sanki dünən bir yerdə oturub çay içmişdilər. Qorbaçov: “Rəşid bura gəl, yaxın otur”. Atam ayağa durub ona tərəf yaxınlaşıb, yaxınlığında oturub.

Qorbaçov atamdan  Dövlət Mahnı Teatrı haqda soruşub: “Rəşid necəsən? Teatrda işlər necə gedir?”. Atam oradan qayıdandan sonra anamla mənə dedi ki, Qorbaçovun Dövlət  Mahnı Teatrında baş verənlərdən, işlərin gedişatından xəbəri var. Yəni o tam məlumatlıdır.

Atam daha sonra Qorbaçova cavab verib: “Pis deyil. İşlər davam edir. Biz dünya ölkələrinə səfərlər edirik. Amma bir şeyi başa düşə bilmirəm. Mixail Sergeyeviç, hər şeyin yaxşı olduğunu deyə bilmərəm. Çünki mənim şəhərimdə tanklar dayanıb.

Qorbaçov cavab verib: “Axı bunlar bizim tanklardır”- deyib. Atam:“Bunun əhəmiyyəti yoxdur, sizindir, yoxsa bizim. Bu tanklar sülh şəraitində yaşayan şəhərdədir. Bu, təcavüzdür! Nə olub Mixayıl Sergeyeviç? Nə baş verir?

Orada atamla Qorbaçov arasında gərginlik yaşanıb. Bütün ölkə, hətta Azərbaycanın hüdudlarından kənarda da hər kəs bilir ki, Rəşid Behbudov vətənini sevən bir insan idi. Bu bir həqiqətdir!

Atam həmin görüşdə deyib: “Nə qədər ki, mən sağam, SSRİ-nin deputatıyam, Qarabağın bizim olduğunu deyib, hər yerə car çəkəcəm. Əgər siz bu hərəkətlərinizə son qoymasanız, qan töküləcək. Qan töküləcək! Qan töküləcək!Qan töküləcək! Atam bu sözləri çox emosional  formada deyib. Masaya nəsə atıb, üzünü çevirib. Qapını çırpıb gedib. Sakitlik çöküb.

-Atamın qətlə yetirilməsinin başqa bir səbəbi də var idi. O, bilirdi ki, Stepan Şamuyan basdırılmayıb.

O vaxt atama inanmadılar. Həmin yerdə işlər görülən zaman hər şey üzə çıxdı. Bəziləri deyirdilər ki, “biz Rəşidə inanmadıq. O, haqlı idi”. Meyitlərin tibbi ekspertizası zamanı Şamuyanın cəsədini orada tapmadılar. Rəşid Behbudov bu məlumatı bilirdi.

“Anamın çayına nəsə töküb yatırdılar”

-Buna görə də həmin vaxt atamla bağlı istənilən xəstəliyi uydurmaq olardı. Onu palataya yerləşdirdilər. Anamı yanına buraxmırdılar. O vaxt mənim oğlum Rəşid də balaca, südəmər bir uşaq idi. Anamla növbələşirdik. Anamın çayına nəsə töküb yatırdılar. Atamın isə yanına heç kimi buraxmırdılar. Əslində bu bütün tibbi normalara, Avropadakı qaydalara zidd idi. Çünki insan xəstələnib reanimasiyada yatırsa, yaxud da xüsusi palataya köçürülübsə qohumlarının ora mütləq girişinə icazə verilməlidir. Başa düşürsünüz?

“Xəstəxanada Stalin rejimi hökm sürürdü”

 -Müəyyən əhval-ruhiyyənin mövcudluğu aşkar formada hiss olunurdu. Qohumlara psixoloji təzyiq edirdilər. Bizə yalnız deyirdilər ki, “olmaz, olmaz, olmaz!”

“Oğlumun canına, mayın 2-də məni tərk edən anamın  xatirəsinə, bütün xalqımızın qarşısında and içə bilərəm ki, hər şey məhz mənim danışdığım kimi baş verib!”

-Palatada atamın qışqırıq səsi gəlirdi. Anam soruşanda ki, ona nə olub? Dedilər ki, narahat olmayın, müalicə gedir, heç bir problem yoxdur.

Atam iyunun 8-dən 9-na keçən gecə saat 04:10-da vəfat edib. Anama isə bunu günorta saat 12-də dedilər. Anam onlardan soruşanda ki, Rəşid Məcidoviç özünü necə hiss edir?  Deyiblər: “Oy,  bağışlayın, Ceyran xanım. Rəşid Məcidoviç vəfat etdi”. Mən hər şeyi olduğu kimi danışdım.

-Gizli kaset barədə də məlumatım var. Guya onu kiməsə verib. Amma kimə verdiyi bilinmir.

 -O kasetdə nə vardı?

-Kasetdə Qorbaçovun həyat yoldaşının iştirakı ilə Dağlıq Qarabağ barədə bəzi qərarlar var idi. Bu həqiqətdir. Gizlətməyin nə mənası var?!

-Bəs niyə siz qeyd etdiyiniz bu müəmmalı qətlə görə tibbi ekspertiza tələb etmədiniz?

-O vaxt mədəniyyət naziri Polad Bülbüloğlu idi. Anam təkid edirdi ki, atamı Mahnı Teatrından son mənzilə yola salsınlar. Teatr atamın zəhməti nəticəsində yaranmışdı. Dövlət teatrı idi. Atam onu xalq üçün qoyub getdi. Özümüzlə o biri dünyaya heç nə aparmırıq. O dövrdə həmin teatr bizim xalq musiqilərimizi bütün dünyada təbliğ edirdi. Atam SSSR-nin xalq artisi kimi inanılmaz işlər görmüşdü.

 “Polad Bülbüloğlu atamın cənazəsini Mahnı Teatrından yola salmağımıza icazə vermədi”

 -Polad Bülbüloğlu anama cavab vermişdi: “ Xeyr. Bilirsiniz, bizim ölkədə elə vəziyyət yaranıb ki, Rəşid Behbudovun vəfatı ilə əlaqədar olaraq mitinqlər baş qaldıra bilər. Və onun cənazəsini Mahnı Teatrından son mənzilə yola salmağımız mümkün deyil”.

Əlbəttə ki, bu yalan idi!  Təbii ki, kəskin siyasi vəziyyət ərəfəsində Rəşid Behbudovun Moskvada vəfat etməsi xalq arasında böyük səs-küy yaratdı. Amma bu doğru deyildi.

“Anam ona dedi ki, Rəşidin cənazəsini Gürcüstanda dəfn edəcəyəm”

-Anam dedi ki, əgər vəziyyət belədirsə, “mən Rəşidin cənazəsini Gürcüstana aparacağam və doğulduğu yerdə dəfn edəcəyəm”.

O dövrdə babam Şuşadan Tiflisə köçmüşdü. Uşaqları da orada dünyaya gəlmişdi. Amma babam Qarabağda doğulub. Məşhur xanəndə Məcid Behbudovun büstü  Muğam Mərkəzində ucaldılıb.

Anam dedi ki, “Rəşidin cənazəsini doğulduğu yerə, Tiflisə aparacağam”. Anamın bu sözlərindən sonra o, razılıq verdi. Və biz atamı Mahnı Teatrından son mənzilə yola saldıq. Ayın 12-də isə onu Filarmoniyadan yola saldılar.

      “Ekspertiza sənədlərinı yoxa çıxardılar”

-Ekspertiza məsələsinə gəldikdə isə Moskvadan dedilər… “sizin dinə görə meyti yarmaq olmaz”. Anam dedi ki, düzdür, olmaz. “Onda zəhmət olmasa bu sənədi imzalayın”. Anam da imzaladı. Onun cənazəsini bura, Tibbi Ekspertiza İnstitutuna gətirəndə… Meytin yarılmasını Tibbi Ekspertiza İnstitutunun əməkdaşları yox, 9-cu şöbənin işçiləri həyata keçirdi.

Sənədləri götürmüşdülər. Və  hazırda da arxivlərdə tibbi ekspertizanın sənədləri yoxdur.Bunu keçmiş direktor özü mənə deyib. Rəsmi olaraq!

-Hiss etmirdiniz ki, bütün bunlar qurmadır?

-Necə yəni bilmirdik?! Atamı xəstəxanaya aparanda təcili tibbi yardım maşını gəlmədi. Boz kostyum geyinmiş adamlar idi, qara rəngli uzunsov “mercedes”də gəlmişdilər. Onlar qolları ilə anamın qarşısını kəsdilər…“Siz getməyəcəksiniz”. Anam dedi ki, necə yəni getməyəcəm?!Anam əsəbləşdi və gedəcəyəm dedi.

Sizə hər şeyi olduğu kimi danışıram. Mən də anamın yanında idim. Bizə dedilər: “Nə siz, nə də qızınız gedəcək!”.

“Bunları bizim üçün qurmusunuzsa hər şeyi çox gözəl başa düşürük. Nə etmək istəyirsiniz? Əgər onu xəstəxanaya yerləşdirmək istəyirsinizsə, tibbi nöqteyi-nəzərdən bunu həkimlər etməlidir. Təcili tibbi yardım maşını gəlməlidir və Kremlin xəstəxanasının həkimləri olmalıdır. Bu nə tamaşadır siz qurmusunuz?!”

Dedilər:“Xeyr siz ora getməməlisiniz”. Nəhayət, uzun mübahisədən sonra biz ora getdik. Sadəcə onlar xalatsız idilər. Sizə yalnız bunu deyə bilərəm!

     “Atam bununla da özünə ölüm hökmü oxudu”

 -Atam Qorbaçova öz sözünü demişdi. Bütün dünyaya Qarabağ münaqişəsi, onun yalnız bizim torpağımız olması barədə hər yerə car çəkəcəyini dünya şöhrətli müğənni Rəşid Behbudov demişdi! Bununla da özünə ölüm hökmü oxudu. Belə məşhur incəsənət xadimləri, dünya şöhrətli insanların həyatı sadə olmur. Mütləq onların arxasında hansısa oyunlar gedir.Onları izləyirlər. Bu faktdır. Ona görə də burada çox güman ki, hər şey öncədən həll olunmuşdu.

“Hər kəs bizdən üz döndərdi. Nə yaxşı ki, acılıqdan ölmədik”

-Atamı deputatlıqdan çıxardılar, hamı bizdən üz döndərdi. Yəni biz tam boşluqda qaldıq. Keçmiş dostlarımız, qonşular, bizə yaxın olan, xoş sözlər deyən, dəstəkləyən  insanların hamısı yoxa çıxdı.  İtdilər. O illərdə bir çox incəsənət xadimlərimiz ölkəni tərk etdilər. Bu sirr deyil.Çətin vaxtlar idi.Müharibə gedirdi. Şəhərdə komendant saatı tətbiq edilmişdi. Hamımız ərzaq payı ilə yaşayırdıq. Yəni mənzildə qeydiyyatda olan hər adama bir kiloqram ət, bir kiloqram yağ, bir az da yarma verirdilər. Mən də oğlum Rəşidi belə böyütdüm. Yəni sadaladığım bu ərzaq məshullarını ona verirdik. Özümüz isə əriştə, makoron yeyirdik. Çox yaxşı, acından ölmədik. Çünki Respublikada vəziyyət belə idi və torpaqlarımızın azad olunması naminə buna dözürdük.

   “Biz Azərbaycanı tərk etmədik. Bütün çətinliklərə dözdük”

-Məsələ bundadır ki, nə mən, nə də anam bu vəziyyətdən istifadə etmədik. Yəni mən bu məsələdə də özümə və həmçinin anama hörmət edirəm. Çünki biz doğma Azərbaycanımızı tərk etmədik. Əvvəldə də, sonra da üzləşdiyimiz bütün çətinliklərə dözdük. Bunun çox vacib olduğunu hesab edirəm. Çünki, hiss edirəm ki, atam da belə etməyimizi istəyərdi. (V- element)

Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

ABŞ Prezidenti Vilsonun nəticəsi: “AXC diplomatlarının 100 il öncəki bu fəaliyyətini dəyərləndirirəm” (TARİXİ MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Bakıda çox maraqlı memarlıq nümunələri var”

“Amerikadakı mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır”

“Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik”

“Heç bir şəkildə mükəmməl deyildik, amma…”

Tomas Sayre – Amerikalı məşhur rəssam-heykəltəraş. O, qeyri-adi “public art” layihələri ilə bütün dünyada tanınır. Qeyd edək ki,  Tomas Sayre Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsidir.

HafizTimes.com-un növbəti müsahibi Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsi, məşhur rəssam-heykəltəraş Tomas Sayredir. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran ABŞ prezidentinin varisi T. Sayre ailəsi, fəaliyyəti ilə bağlı bir çox mühüm məqamlardan söhbət açıb. O, Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq babası prezident Tomas Vudro Vilsonun Azərbaycan Xalq Cümhuriyyətinə (1918-1920) olan münasibətindən də bəhs edib:

-Ohayo ştatının Klivlend şəhərində anadan olmuşam. Sonralar atam Vaşinqtondakı kafedral kilsədə baş keşiş (dean) olub. Beləliklə biz də Vaşinqtona köçdük. Mən də orada böyüdüm. Oğlanlar üçün olan “ST Albans” məktəbində təhsil aldım. Şimali Karolina Universitetində və Miçiqandakı Cranbrook İncəsənət Akademiyasındakı sənət məktəbində təhsil aldım.

-Prezident ailəsinin üzvü necə oldu ki, heykəltəraş-rəssam olmağa qərar verdi? Hazırda hansı layihələr üzərində çalışırsınız?

-Həmişə əllərimlə əşyalar düzəltmişəm. Kilsənin kölgəsində böyüdüyüm zaman artıq bütün daş hörgüləri, rəngli şüşə istehsal edənləri, heykəltəraşları və bir çox fərqli sahələr üzrə çalışan sənətkarları tanıyırdım. Hələ uşaq ikən bildim ki, sənət və memarlıq dərin insani duyğu və məna daşıyır. Beləliklə bütün karyeramı bu fikri ifadə etməyə həsr etdim. Hazırladığım heykəllər əsasən çox böyükdür və ictimaiyyət üçün açıqdırlar. Onlar ictimai məkanlara müəyyən bir məna bəxş edirlər və hansısa bir yer haqqında hekayələr danışmağa çalışırlar. Hazırda bütün ABŞ-da 5 böyük ictimai layihə üzərində çalışıram. Floridanın Tampa şəhərindəki muzeydə rəsmlərim nümayiş olunur. Hər gün yeni rəsmlər çəkirəm.

-Siz həmçinin məşhur dizayn firması olan “Clearscapes”in təsisçisisiniz.

“Clearscapes” bir rəssam və bir memarın arasındakı səmərəli əməkdaşlığın nəticəsində meydana çıxdı. Stiv Şuster ilə otuz ildən çox idi ki, tanış idim. Təxminən bir il əvvəl o, vəfat edənə qədər birlikdə çalışdıq. Firmanın memarlıq bölməsi əsasən Şimali Karolinada yerləşir: “Raleigh Convention” Mərkəzi, yeni “Raleigh” qatar stansiyası və bir çox sənət obyektləri bura daxildir. ABŞ, Kanada və Asiyada ictimaiyyət üçün açıq olan bir çox sənət əsərlərimiz mövcuddur.

-Hansı sənət əsərinizlə həqiqətən də qürur duyursunuz? Gələcək üçün hansı uğurlu layihələriniz var?

-Layihə mövcud olduğu cəmiyyətə təsir edən zaman çox qürur duyuram. Məsələn, “Oberlin Rising” 100 ildən çoxdur ki, Afro-Amerikan cəmiyyətini xatırladır. Hansı ki, “Raleigh”də baş verənlər nəticəsində məhv edilib. Müəyyən bir bir nahatlığı, xəstəliyi olanların sağalması üçün istifadə olunan Sağlamlıq Mərkəzinin adını qürurla çəkə bilərəm. Bundan başqa Vaşinqtondakı Milli Ballball Stadionunun girişindəki əyləncəli “Curve Ball” heykəlindən zövq alıram. Hətta Vaşinqton komandası keçən yay dünya kubokunu da qazandı.

Hazırda Texasdakı Texnologiya-Tibb Məktəbinin bir hissəsi olan Tibbi Araşdırma Müəssisəsinin qarşısında nəhəng və qeyri-adi layihə üzərində çalışırıq. Yeni Meksikadakı Albuquerqu bölgəsində suyun qorunması və insanların bu məsələyə ehtiyatla yanaşmaları ilə bağlı bir layihəyə start vermişik. Bundan başqa Şimali Karolinadakı Greensboro-da çay boyunca böyük bir ictimai park yaradırıq.

-Yaratmaq üçün nədən ilham alırsınız?

-Torpaqdan ilham alıram,  insanla müəyyən bir yerin vədhətindən doğan hekayələr məni ruhlandırır. Hər şey insanın niyyəti ilə təbiətin ona bəxş etdikləri arasındakı əlaqədən aslıdır. Yəni demək istəyirəm ki, dünyada tarazlıq yaradan sənətdən ilham alıram.

-Tarix abidələrinin qorunması ilə bağlı nə demək istərsiniz? Son vaxtlar Amerikada da heykəlləri dağıdırlar…

-Bu çox ağır və çətin bir sualdır. Mən bir neçə tarixi abidəni yenidən dizayn etdim. Bu çox çətin idi. Hətta bu barədə danışmaq da çətindir. Amerikadakı Vətəndaş müharibələri ilə bağlı dağılan abidələrə gəlincə deyə bilərəm ki, onlar bu ölkədə böyük bir siyasi uçurum yaratmaqda ittiham olunurlar… Təəssüf ki, bu ölkədəki mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır.

(Vudro Vilson)

-Siz Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsisiniz. Vudro Vilsonun varisi kimi böyümək necə idi?

– Ailəmiz bir az qarışıqdır. Ailə tarixini miras kimi qəbul etmək və ən yaxşı formada yaşatmaq çox vacibdir. Bəxtim gətirib ki, onların sırasında dəyərli insanlar çoxdur… Ümumilikdə onların hamısı ilə eyni fikirdə olmasam da, Vudro Vilson da daxil olmaqla ailəmizin bütün üzvlərinə qarşı hörmətlə yanaşıram.

-Vudro Vilson sizin üçün kimdir?

-Hesab edirəm ki, Vudro Vilson idealizm və təcrübəni özündə birləşdirən, güclü, yüksək intellektli və bəzən də gözüaçıq bir insan idi. Vilson əsl lider idi. Heç bir şəkildə mükəmməl deyildik, amma Amerikanı yaxşılığa doğru dəyişməyə müvəffəq olduq. Kaş ki, dünya ilə bağlı düşüncələri də daha yaxşı qəbul olunardı. Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik…

-Hazırda Amerikada nə baş verir? Amerikadakı irqi problemlər sizə necə təsir edir? İrqçilik kimlərə xidmət edir?

-Amerika dünyanın hər yerində olduğu kimi, Covid-19 ilə də mübarizə aparır. Bəlkə də bu pandemiya Corc Floydun öldürülməsinə qarşı daha dərin və tutarlı cavab vermək üçün bir yol açdı. Dua edirəm ki, mövcud iğtişaşlar əslində Amerikada sistematik şəkildə qurulan ağların üstünlüyünün çökməsi istiqamətində ciddi bir fəaliyyətə səbəb olacaq. Sistemimiz ağ insanların maraqlarını digərlərindən üstün tutur. Bu səhvdir, bu ölkənin mənimsədiyi dəyərlərə ziddir və dəyişməliyik. Bəlkə də indi real dəyişikliyə çatmaq üçün bir fürsətdir. Buna ümid edirəm.

-Azərbaycan, Bakı haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları hələ 1919-cu ildə Parisdə babanız Vudro Vilsona Azərbaycan haqqında geniş məlumatlar veriblər. 

-Təəssüf ki, sizin paytaxt şəhərinizdə olmamışam. Amma görürəm ki, irəliyə doğru getmək üçün böyük işlər görülür. Bakıda çox maraqlı memarlıq nümunələri var: “Flame Towers”, “SOCAR Tower” və “Crystal Hall” – möhtəşəm görünüşlü dizaynlardır. Mən bunların yalnız şəkillərini görmüşəm…

Bakıda layihələrim yoxdur, amma mütləq orada işləmək istəyirəm. Həm fiziki, həm də mədəniyyət baxımından fərqli yerlərdə işləmək maraqlı olar.

(Əlimərdan bəy Topçubaşov – Parisdə)

-Azərbaycan və ABŞ arasında siyasi və diplomatik əlaqələlərin qurulmasına ilk təşəbbüs 1919-cu il mayın 28-də Parisdə olub. Azərbaycan parlamentinin sədri Ə.M.Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyəti Paris Sülh Konfransında ABŞ prezidenti V.Vilsonla görüşüb. Görüşdə müstəqil Azərbaycan dövlətinin tanınması, onun Millətlər Liqasına qəbul edilməsi, ABŞ-la diplomatik münasibətlərin yaradılması və s. haqqında Azərbaycan hökumətinin rəsmi memorandumu ABŞ prezidenti Vudro Vilsona təqdim edilib. Qəbul zamanı nümayəndə heyətinin irəli sürdüyü təkliflərə cavab olaraq V.Vilson bildirir ki, onlar dünyanın kiçik hissələrə bölünməsini istəmirlər, Qafqazda federasiya yaradılması ideyasına tərəfdar çıxırlar. Bu federasiya Millətlər liqasının tapşırığı ilə hər hansı bir dövlətin himayəsində ola bilər, Qafqazda federasiya və ya Azərbaycanın müstəqilliyinin tanınması məsələsi isə rus məsələsindən əvvəl həll edilə bilməz…Təəssüflər olsun ki, 1920-ci il aprel ayının 27-də Sovet Rusiyasının XI Ordusu Bakını, sonra isə bütün Azərbaycanı işğal etdi. Və bizim Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi… 70 il SSRİ-nin hökmranlığı altında yaşamalı olduq… Və nəhayət ki, 25 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldı və 70 ildən sonra ABŞ Azərbaycanı müstəqil dövlət kimi rəsmi olaraq tanıdı … Vudro Vilsonun nəticəsinin buna münasibəti necədir?

Ölkənizin yaxın keçmişi haqqında çox da məlumatlı deyiləm. Amma Paris danışıqlarından sonra Azərbaycanın məyus olması ilə bağlı bilirəm. Bir çox qrup məyus oldu. Amma təbii ki, bəziləri yox. Hələ də bütün dünyada sülh üçün ümumilikdə bir vizyon kimi görünən Paris razılaşmalarının sonralar gözardı edilməsi məyusluq doğurur. Sizin bu məyusluğunuzu mən də bölüşürəm… Azərbaycandan olan insanların təxminən 100 il öncə azadlıq üçün göstərdikləri bu fəaliyyəti yüksək dəyərləndirirəm.

Hafiz Əhmədov

HafizTimes.com

(Tüstü ilə hazırlanmış əsər)

Oxuyun

Müsahibə

Eros Ramazzotti: `Azərbaycan gəncləri, həmişə səmimi və dürüst olun` (EKSKLÜZİV MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Uşaqlarım mənim əsas ilham mənbəyimdir

“Həyatda təəssüflə yaşamamalıyıq, hər zaman inam və ümidlə  gələcəyə baxmalıyıq”

“Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar”

“Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildim”

Eros Ramazzotti — Məşhur italyan müğənni və bəstəkar. 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edir. O, Adriano Çelentano, Andrea Baçelli, Luçano Pavarotti, Tina Tyorner, Riki Martin və digərləri ilə duet oxuyub. Geniş vokal imkanları və ifa tərzi müğənnini dünyada milyonların sevimlisinə çevirib. Onu “Dünyanın musiqi səfiri” adlandırırlar. Müğənni ifaları ilə insanlara sevgi, dünyaya isə sülh bəxş etmək istəyir. Bu günədək 14 albomu işıq üzü görüb.

Dünya şöhrətli müğənni Eros Ramazzotti eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı bir çox maraqlı məqamlardan söhbət açıb, Azərbaycanla bağlı fikirlərini ifadə edib.

-Uşaqlığınızı necə xatırlayırsınız? Böyüdüyünüz ailədə nələr çatışmırdı?

-Uşaqlığım çox sevdiyim, gözəl bir dövrdür. Sevgi olduğu üçün hər şeyimiz vardı.

 -İllərlə zirvədə qalmağı necə bacarırsınız?

Bu yalnız bir iş deyil: mahnı oxumaq mənim həyatımdır. Gördüyünüz işi sevsəniz və qərarlı olsanız istədiyiniz hər şeyə nail ola bilərsiniz. Heç bir şey verilmir, amma hər şeyi qərarlılıq və ağır zəhmətlə fəth etmək olar. Əlbətdə ki, lazımi vaxtda bir az şans da kömək edə bilər.

-Bu ağır günlərdə sizi motivə edən nədir? Necə yaradıcı qala bilirsiniz?

-Kiçik şeylərdən ilham alıram: gəzməyə çıxmaq, uşaqlarımla oynamaq və söhbət etmək və təbiətlə təmas qurmaq.

-Uğurunuzu nəyə borculusunuz?

-Çətin iş və səmimiyyətin həmişə qarşılığı olur.

 -Gələcək üçün hansı planlarınız var? Sevənlərinizə nə söyləmək istərsiniz?

-Həmişə yeni musiqi və əsərlər üzərində işləyirəm. Özümü aktiv və motivasiyalı tutmağı sevirəm. Tezliklə yenidən qarşılaşacağıq.

– “Vita ce n’è” nin uğur sirri nədir?

-Vita Ce N’è çox səmimi bir ifadır, əsas mövzu sevgidir: sevgi hər şeyin mərkəzidir, hər kəsin inana biləcəyi nikbinlikdir.

-Mahnılarınızın ilham mənbəyi nədir? Kimin üçün yazmaq istərsiniz?

-Musiqimi  hər zaman ürəyimlə yazıram: duyğularınızı yazmaq və onları musiqiyə çevirə bilmək bir hədiyyədir. Və əgər bunu səmimiyyətlə etsəniz, insanlar onu hiss edəcəklər və hər şeyi sizə qaytaracaq. Uşaqlarım mənim əsas ilham mənbəyim, məni hərəkətə gətirən mühərrikdir. Ancaq gündəlik həyatın anlarından, yaşadığım və ya mənə söylənən hekayələrdən ilham alıram.

-Öhdəsindən gəldiyin ən böyük əngəl nə olub?

-Uçmaq qorxum.

– Qəbul etdiyiniz dəyərləri musiqinizdə necə tətbiq edirsiniz?

-Sadəcə hisslərimdən və həqiqətən kim olduğumdan danışıram. Bu, təbii bir prosesdir, kim olduğum mövzusunda sadəcə olaraq dürüstəm.

-Sizin izinizlə getmək istəyən birinə nə məsləhəti verərsiniz?

-Zəhmət həmişə qarşılığı olur. Xəyallarınıza sadiqsinizsə və özünüzə inanırsınızsa, sonda hər şey qaydasında olacaq.

-Necə xatırlanmaq istərsiniz?

-Bu barədə heç düşünmürəm. Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildin.

-Həyat fəlsəfənizi 3 cümlə ilə necə ifadə edərsiniz?

-Müəyyən bir şüarım yoxdur: həyatda təəssüflə yaşamamalıyıq, ancaq hər zaman inam və ümidlə  gələcəyə baxmağa çalışmalıyıq.

 -Həmişə gənc görünməyi necə bacarırsınız?

-Gənc qalmağa deyil, sağlam olmağa köklənmişəm. Hər gün məşq etmək, yerimək, açıq havada olmaq, sağlam yemək və yaxşı yatmaq üçün əlimdən gələni edirəm. Hamısı budur.

-Zamanı geriyə çevirsəydiniz siz hara qayıdardınız?

-Peşimanlıq hissi ilə yaşamıram: etdiyim hər şeyi edərdim.

-Nə vaxt çox xoşbəxt olursunuz?  Almaq, yoxsa vermək daha yaxşıdır?

-Şübhəsiz ki, vermək.

-Azərbaycan, Bakı necə xatırlayırsan? Azərbaycanlılarla bağlı unudulmaz xatirəniz nədir?

-Bütün dünyadakı pərəstişkarlarımla görüşə bildiyim üçün çox xoşbəxtəm. Azərbaycanlılar da konsert turum zamanı məni çox isti qarşıladılar. Bu mənim üçün çox gözəl bir xatirədir.

-Azərbaycanın məşhur musiqiləri, Muğamlar haqqında heç eşitmisinizmi? Yenidən Azərbaycana səfər etmək istərsinizmi?

-Bu barədə eşitməmişəm. Amma həmişə yeni musiqilər tapmaqda maraqlıyam, təşəkkür edirəm. Konsert turu üçün getdiyim şəhərləri nadir hallarda gəzə bilirəm. Buna görə də bir gün Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar.

-Sizi Azərbaycanda sevən insanlara, gənclərə nə demək istərdiniz?

-Xəyallarınıza həmişə inanın, hər zaman özünüzə və digər insanlara qarşı səmimi və dürüst olun.

Hafiz Ahmadov

HafizTimes.com

`Azərbaycana getmək istəyərəm` – Əfsanəvi rok ulduz Bryan Adamsla eksklüziv müsahibəni BURADAN oxuya bilərsiniz.

Oxuyun

Müsahibə

Eros Ramazzotti: `I don’t live with regrets` (EXCLUSİVE İNTERVİEW)

Yayımlandı

da

Tərəfindən

“My children are my main source of inspiration, the engine that keeps me moving”

“Azerbaijanis have always welcomed me very warmly, it is a very beautiful memory for me”

“Success is measured by this, for me: how much love, in the end, you have been able to convey, with life, with music”

Italian superstar Eros Ramazzotti has been interviewed by Azerbaijani journalist Hafiz Ahmadov. HafizTimes.com proudly presents the exclusive interview with music legend Eros Ramazzotti.

-How do you remember your childhood? What was missing in the family as you grew up?

-My childhood is a very lovely period that I cherish so much. There was love, so we had everything.

-How do you manage to stay on top for years?

-This isn’t only a job: singing is my passion, my life. If you’re committed and passionated about what you do, you can achieve everything you want. Nothing is given, but everything can be conquered with commitment and hard work. Of course, even a bit of luck at the right time can help.

-What keeps you motivated in these hard times? How do you stay creative?

-I found my inspiration in the little things: going out for a walk, playing and talking with my kids, connecting with nature.

-To what do you credit your success?

-Hard work and sincerity always pay off.

-What are your plans for the future? What would you like to say to those who love you?

-I always work on new music and stuff, I like to keep myself active and motived. We will catch up again soon.

What is the secret of success of “Vita ce n’è”?

-Vita Ce N’è is a very sincere record, the main theme is love: love is the center of everything, the optimism in which everyone can still believe.

-What is the inspiration for your songs? Who would you like to write for?

-I always write my music with my heart: writing your emotions and being able to turn them into music is a gift and if you do it sincerely, the public will feel it and give you everything back. My children are my main source of inspiration, the engine that keeps me moving. But the inspiration comes from anything, from moments of daily life, from stories that I lived or that have been told to me.

-And what has been the greatest obstacle you’ve overcome?

-My fear of flying.

 -How are you imposing your values on your music?

-I simply talk about my feelings and who I really am. It’s a natural process, I’m just honest about who I am.

-What advice would you give to someone who wants to follow in your footsteps?

-As I said to you before, hard work always pays off. If you’re committed to your dreams and loyal to yourself, everything will be ok in the end.

-How do you want to be remembered?

-I do not think about it at all. Success is measured by this, for me: how much love, in the end, you have been able to convey, with life, with music.

-What is your philosophy of life in 3 sentences?

-I don’t have a particular motto, except that in life we must not live with regrets, but we have to try to always look to the future with confidence and hope.

How do you stay young all the time?

-I’m not focused on staying young, I’m focused on staying healthy. I try my best to train every day, to move, to be outdoors, to eat healthy and sleep well. That’s all.

-If you could go back in time, where would you go?

-I don’t live with regrets: I would do everything I did.

-When are you happiest? Is it better to give or to receive?

-To give, no doubt about it.

-How do you remember Azerbaijan, Baku? What is your unforgettable memory about Azerbaijanis?

-I am very happy when I can meet my fans all over the world, Azerbaijanis have always welcomed me very warmly during my previous tours, it is a very beautiful memory for me.

-Have you ever heard about the famous folk music of Azerbaijan, Mughams? Would you like to visit to Azerbaijan?

-No, I don’t but I’m always interested in finding new music, thank you. When I’m on tour I rarely can visit the cities I play in, so I would definitely be happy to visit Azerbaijan one day in a more accurate way, I’m curious about visit better Baku too!

-What would you like to tell people, particularly the youth who love you in Azerbaijan?

-Always believe in your dreams, always be sincere and honest with yourself and with other people.

Hafiz Ahmadov

HafizTimes.com

Bryan Adams: “Eat less, love more and be thankful” (EXCLUSİVE İNTERVİEW)

Oxuyun

Trend yazılar