Bizimlə əlaqə

Müsahibə

`27 ilimi həbsdə keçirə bilmərəm`– Əfsanəvi Nelson Mandelanın nəvəsi HafizTimes.com-a danışır (EKSKLÜZİV MÜSAHİBƏ)

Yayımlandı

da

“Ümid edirəm ki, Azərbaycan gəncləri problemləri həll etmək üçün birlikdə çalışırlar”

“Həqiqət həmişə ortaya çıxacaq və bizi azad edəcək”

“Azad olmaq sadəcə zəncirləri qırmaq deyil, başqalarının azadlığını artıran və qoruyan bir formada yaşamaqdır”.

Ndaba Mandela  İctimai fəal, insan hüquqları müdafiəçisi, qlobal lider. “Africa Rising Foundation”nin həmtəsisçisi, rəhbəri. HIV/AIDS diskriminasiyasının sona çatması üzrə UNAİDS-də çalışan ən uzun müddətli səfirdir. “Going to the Mountain: Life Lessons from My Grandfather, Nelson Mandela” kitabının müəllifidir. Ndaba Mandela Cənubi Afrika Respublikasının (CAR) keçmiş Prezidenti, görkəmli dövlət xadimi, lider, aparteidə və rasizmə qarşı mübarizənin qəhrəmanı, demokratiya, azadlıq simvolu, Nobel mükafatı laureatı Nelson Mandelanın nəvəsidir.

Nelson Mandelanın böyütdüyü nəvəsi, davamçısı Ndaba Mandela Azərbaycan mətbuatı tarixində ilk dəfə, eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı ailəsi ilə bağlı bir çox mühüm məqamlara aydınlıq gətirib,   Azərbaycanla bağlı fikirlərini ifadə edib.

HafizTimes.com Nelson Mandelanın  nəvəsi Ndaba Mandela ilə özəl müsahibəni olduğu kimi təqdim edir:

– Cənubi Afrikada Yohannesburq, Soweto şəhərində anadan olmuşam. Pretoria Universitetində Siyasi Elm və Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil almışam.

-Uşaqlıq illərinizi necə xatırlayırsınız? Böyüdüyünüz ailədə nə çatışmırdı?

-Uşaqlıq illərim xoş keçib. Şərqi Keyp əyalətində Cofimvaba adlı kiçik bir qəsəbədə nənəmlə birlikdə böyüdüm. Orada isə çatışmayan heç nə yox idi. Bir az yaşım artanda Durbana köçdüm. Sisulu ailəsi ilə yaşadım. Evdə çox adam yaşayırdı. Bir il sonra Sowetoya köçdüm və bu müddət ərzində valideynlərimin yanında yaşadım. Bütün standartlara görə kasıb idim. Qida, pul və s. kimi ümumi şeylər çatışmırdı. Amma ailəm hər zaman əmin idi ki, mən məktəbə gedirəm.

-Nelson Mandellanın nəvəsi kimi böyümək necə idi?

-Babamla ilk dəfə həbsxanadan çıxmadan öncə görüşdüm. O, həbsxanadan çıxanda çox sevinirdik. Bundan sonra həyatım yenidən normallaşdı. 1993-cü ildə o, məni özü ilə yaşamağa apardı. Bundan sonra mənim üçün hər şey dəyişdi. Onun yanında böyümək yaxşı idi. Məktəbə getməyimə çox ciddi yanaşırdı. Məktəbdə yaxşı qiymətlər almağımı istəyirdi. Və həmçinin də otağımın səliqəli olmasını tələb edirdi. O, mənə insanlarla necə rəftar etməyi, yaxşı bir liderin nə etməli yaxud da etməməli olduğunu öyrətdi. Təvazökar olun, bir kitabı üz örtüyünə görə mühakimə etməyin və s. (Sualın müəllifi Səbuhi Musayevdir)

-Nelson Mandela ailəsinin üzvü olmağın ən böyük çətinliyi nə idi?

-Babamız prezident olduğu dövrüdə həmişə diqqət mərkəzində idik. Yalnız ictimai bir şey edə bilməzsən və “düzgün” davranmalısan və s.

-Siz üçün Nelson Mandela kimdir?

-O, mənim atam, babam, yol göstərənim, şimal ulduzum idi. O, məni bu gün olduğum adam etdi.

– “Mandela” soyadı həyatınıza nələr bəxş etdi?

-Bu soyad mənim həyatıma xalqımdan və ümumiyyətlə dünyadan böyük gözləntilər əlavə etdi. Qapıları aça bilərik. Eyni zamanda sizdən də gözlənilir ki, insanların həyatını daha da yaxşılaşdırmaq üçün gözəl işlər həyata keçirin.

Buna görə də mənə çox təzyiq göstərdi. Amma bu mənim üçün yeni bir şey deyil. Çünki mən 8/9 yaşım olanda böyümüşəm. Bu soyad şəxsi həyatımda da uğur qazanmaqla yanaşı, digər insanlar, xüsusən gənclərlə daha çox birlikdə  olmaq üçün mənə bir fürsət bəxş edib.

-Babanızın həyatını yaşamaq istərdiniz?

Xeyr, qətiyyən.  Yaşadığım ili və zamanı bəyənirəm. Babamın həyatı çox ağır idi. Həyatın və tarixin müxtəlif dövrlərində yaşamaqla əlaqədar olaraq bəzi müsbət və mənfi problemlər vardı. Mən 27 ilimi heç vaxt həbsdə keçirə bilmərəm. Bu mənim üçün çox olar. (Sualın müəllifi Seymur Yusifdir)

-Nelson Mandella olmaq üçün nəyə sahib olmaq lazımdır?

-Hər zaman lazım olan şey təvazökarlıq, intizam, dürüstlük və cəsarət, cəmiyyətin inkişafına xidmət edən vizyon, ehtiras, mərhəmət və xidmət liderliyi. (Sualın müəllifi Taleh Şahməmmədlidir)

-Babanız Nelson Mandela ilə bağlı ən unudulmaz xatirəniz nədir?

Bunlardan biri onun ABŞ-ın İraqa hücum etməsinə qarşı çıxış etməsidir. Bu hadisə baş verəndə o, həddindən çox qəzəblənmişdi. Cənubi Afrika yayım stansiyasına getdi və dedi: “BMT mütəxəssisləri kütləvi qırğın silahlarının olmadığı qənaətinə gəlsələr də, ABŞ niyə İraqa hücum etmək qərarını verdi. Çünki onlar ilk dəfə bir afrikalı tərəfindən idarə edildiyi üçün BMT-yə zərər vururdular”. Bu çıxış onun Amerikanın  İraqı açıq-aşkar işğal etməsinə qarşı olan qəzəbini  və afrikalı qardaşı Kofi Annanla həmrəy olduğunu göstərirdi.

-Nelson Mandela evdə, ailədə, baba kimi necə biri idi?

-Biz onu sevinclə Madiba deyə çağırırdıq. Şən, yaxşı bir insan idi. Hər səhər yeməyindən sonra qəzetləri oxuyurdu. Nəvələrini və təhsili çox sevirdi. Uşaqların hamısının məktəbdə yaxşı oxumalarını istəyirdi. Çünki bir çox uşağın yaxşı məktəbdə oxumaq imkanları yox idi. Əhval-ruhiyyəsi yaxşı olanda hekayə danışmağı da sevirdi.

-Babanızın uğur sirri nə idi?

-Həqiqətən də bilmirəm. O həmişə bəlkə də hazırlıqlı idi, insanları sevən və cəmiyyətimizi daha da yaxşılaşdırmaq istəyən və öz ixtiyarında olan mənbələrdən necə istifadə etməyi bacaran həqiqi bir lider idi.

-Nelson Mandelanın ən böyük faciəsi nə idi?

-Düşünürəm ki, bunlardan biri qəza zamanı oğlunu itirməsidir. Həmin vaxt o həbsdə idi. Oğlu ilə vidalaşa bilmirdi. O, həbsdən çıxanda ikinci oğlunu da (mənim atam) itirdi. O, HIV/AIDS-ə yoluxmuşdu.

-Azadlıq və demokratiya uğrunda həbs edilənlərə siz nə demək istərsiniz?

-Ümidinizdən imtina etməyin. Həqiqət həmişə ortaya çıxacaq və bizi azad edəcək.

-Demokratiya sizin üçün nə deməkdir?

-Xalq öz liderini seçir, 18 yaşdan yuxarı hər kəsin səsvermə hüququ var. Qanunun aliliyi qorunmalıdır, heç kim qanundan üstün deyil. Hər kəsin insan hüquqlarından istifadə etmək hüququ var. Hər kəsin yaxşı təhsil almaq, qanuni təmsil olunmaq hüququ var.

-Nelson Mandela kimi demokrat olmaq istərdiniz?

-Mən də onlardan biriyəm. (Sualın müəllifi Elmar Həsənlidir)

-Məqsədinizə çatmaq üçün nələr edə bilərsiniz?

-Bütün yol boyunca gedin. Amma bu yolun qanuni olduğuna əmin olun.

-Nelson Mandelanın nəvəsinin bu gün ən böyük çətinliyi nədir?

-Düşünürəm ki, diqqəti vacib olanlara  yönəltmək lazımdır. Bütün yeni texnologiyalar və sosial medianın gətirdiyi problemlərlə diqqəti yayındırmamalıyıq.

-Siz azadsınızmı? Azadlığın sərhədi var?

-İstədiyim qədər azadam. Ancaq azadlığın məsuliyyətlərlə gəldiyini xatırlayaq. Babamın bir sitatı: “Azad olmaq sadəcə zəncirləri qırmaq deyil, başqalarının azadlığını artıran və qoruyan bir formada yaşamaqdır”.

-Afrikada vəziyyət nə vaxt yaxşı olacaq?

-Xalqın qayğısına qalan düzgün liderləri seçdiyimiz zaman. Hazırda mövcud liderlərin çoxunu yola salanda və yeni nəsil afrikalı liderlərə yol açanda hər şey yaxşı olacaq.

Sizcə rasizm kimə xidmət edir?

-Yalnız ağ insanlara.

-Sizcə prezident necə olmalıdır?

-Güclü olmalı və öz gücünü xalqının vəziyyətinin yaxşılaşması üçün mənalı şəkildə istifadə edə bilməlidir. Dəyərlərində və prinsiplərində güclü olmalı, xalqını sevməli və bacardığı qədər xalqına xidmət etməlidirlər. Ləyaqətli və sadə olmalıdırlar, ekstravaqant həyat tərzi yaşamamalıdırlar. Hər zaman təvazökar olmalıdırlar

-Hazırda dünyaya ən böyük mesajınız nə olar?

-Heç kim nifrətdən doğulmaz. Əgər bir insan digər insana nifrət etməyi öyrədə bilirsə, demək ona sevməyi də öyrətmək olar. Çünki insanın təbiətinə sevgi nifrətdən daha çox təbii gəlir (Nelson Mandela). Oradakı gənclərə demək istəyirəm ki, xəyal qurun. Xəyallardan qorxmayın.

-Din barədə nə düşünürsünüz?

-Mən dindar deyiləm, spiritualam.

-Azərbaycan, Bakı haqqında fikirlərinizi bilmək istərik. Azərbaycana səfər etmək istərsiniz?

-Bir gün sizin ölkəyə səfər etmək, tarixiniz haqqında öyrəmək və bütün gözəl yerləri və insanları görmək, kollecdə çıxış etmək və gəncləri dünyada görmək istədikləri dəyişiklikləri etmək üçün ruhlandırımaq istərdim.

-Azərbaycanda sizin ailənizi sevənlərə, gənclərə nə demək istərsiniz?

-Çox sağ olun deyirəm. Ailəmi təmsil etmək və sizin kimi ilham vermək fürsətinə sahib olmaq böyük bir qürurdur. Ümid edirəm ki, ölkənizin gəncləri problemləri həll etmək üçün birlikdə çalışırlar. Unutmayın ki, düzgün iş görməyə həmişə vaxt yetişir. Beləliklə, cəsarətli olaq və xəyallarımızı gerçəkləşdirmək üçün çalışaq.

Qeyd edək ki, bu müsahibənin baş tutacağı ilə bağlı bir neçə ay öncə facebook səhifəmizdə elan paylaşmışdıq. Və dəyərli oxucularımız da öz suallarını göndərmişdilər. Təşəkkür edirik.

Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

ABŞ Prezidenti Vilsonun nəticəsi: “AXC diplomatlarının 100 il öncəki bu fəaliyyətini dəyərləndirirəm” (TARİXİ MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Bakıda çox maraqlı memarlıq nümunələri var”

“Amerikadakı mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır”

“Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik”

“Heç bir şəkildə mükəmməl deyildik, amma…”

Tomas Sayre – Amerikalı məşhur rəssam-heykəltəraş. O, qeyri-adi “public art” layihələri ilə bütün dünyada tanınır. Qeyd edək ki,  Tomas Sayre Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsidir.

HafizTimes.com-un növbəti müsahibi Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsi, məşhur rəssam-heykəltəraş Tomas Sayredir. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran ABŞ prezidentinin varisi T. Sayre ailəsi, fəaliyyəti ilə bağlı bir çox mühüm məqamlardan söhbət açıb. O, Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq babası prezident Tomas Vudro Vilsonun Azərbaycan Xalq Cümhuriyyətinə (1918-1920) olan münasibətindən də bəhs edib:

-Ohayo ştatının Klivlend şəhərində anadan olmuşam. Sonralar atam Vaşinqtondakı kafedral kilsədə baş keşiş (dean) olub. Beləliklə biz də Vaşinqtona köçdük. Mən də orada böyüdüm. Oğlanlar üçün olan “ST Albans” məktəbində təhsil aldım. Şimali Karolina Universitetində və Miçiqandakı Cranbrook İncəsənət Akademiyasındakı sənət məktəbində təhsil aldım.

-Prezident ailəsinin üzvü necə oldu ki, heykəltəraş-rəssam olmağa qərar verdi? Hazırda hansı layihələr üzərində çalışırsınız?

-Həmişə əllərimlə əşyalar düzəltmişəm. Kilsənin kölgəsində böyüdüyüm zaman artıq bütün daş hörgüləri, rəngli şüşə istehsal edənləri, heykəltəraşları və bir çox fərqli sahələr üzrə çalışan sənətkarları tanıyırdım. Hələ uşaq ikən bildim ki, sənət və memarlıq dərin insani duyğu və məna daşıyır. Beləliklə bütün karyeramı bu fikri ifadə etməyə həsr etdim. Hazırladığım heykəllər əsasən çox böyükdür və ictimaiyyət üçün açıqdırlar. Onlar ictimai məkanlara müəyyən bir məna bəxş edirlər və hansısa bir yer haqqında hekayələr danışmağa çalışırlar. Hazırda bütün ABŞ-da 5 böyük ictimai layihə üzərində çalışıram. Floridanın Tampa şəhərindəki muzeydə rəsmlərim nümayiş olunur. Hər gün yeni rəsmlər çəkirəm.

-Siz həmçinin məşhur dizayn firması olan “Clearscapes”in təsisçisisiniz.

“Clearscapes” bir rəssam və bir memarın arasındakı səmərəli əməkdaşlığın nəticəsində meydana çıxdı. Stiv Şuster ilə otuz ildən çox idi ki, tanış idim. Təxminən bir il əvvəl o, vəfat edənə qədər birlikdə çalışdıq. Firmanın memarlıq bölməsi əsasən Şimali Karolinada yerləşir: “Raleigh Convention” Mərkəzi, yeni “Raleigh” qatar stansiyası və bir çox sənət obyektləri bura daxildir. ABŞ, Kanada və Asiyada ictimaiyyət üçün açıq olan bir çox sənət əsərlərimiz mövcuddur.

-Hansı sənət əsərinizlə həqiqətən də qürur duyursunuz? Gələcək üçün hansı uğurlu layihələriniz var?

-Layihə mövcud olduğu cəmiyyətə təsir edən zaman çox qürur duyuram. Məsələn, “Oberlin Rising” 100 ildən çoxdur ki, Afro-Amerikan cəmiyyətini xatırladır. Hansı ki, “Raleigh”də baş verənlər nəticəsində məhv edilib. Müəyyən bir bir nahatlığı, xəstəliyi olanların sağalması üçün istifadə olunan Sağlamlıq Mərkəzinin adını qürurla çəkə bilərəm. Bundan başqa Vaşinqtondakı Milli Ballball Stadionunun girişindəki əyləncəli “Curve Ball” heykəlindən zövq alıram. Hətta Vaşinqton komandası keçən yay dünya kubokunu da qazandı.

Hazırda Texasdakı Texnologiya-Tibb Məktəbinin bir hissəsi olan Tibbi Araşdırma Müəssisəsinin qarşısında nəhəng və qeyri-adi layihə üzərində çalışırıq. Yeni Meksikadakı Albuquerqu bölgəsində suyun qorunması və insanların bu məsələyə ehtiyatla yanaşmaları ilə bağlı bir layihəyə start vermişik. Bundan başqa Şimali Karolinadakı Greensboro-da çay boyunca böyük bir ictimai park yaradırıq.

-Yaratmaq üçün nədən ilham alırsınız?

-Torpaqdan ilham alıram,  insanla müəyyən bir yerin vədhətindən doğan hekayələr məni ruhlandırır. Hər şey insanın niyyəti ilə təbiətin ona bəxş etdikləri arasındakı əlaqədən aslıdır. Yəni demək istəyirəm ki, dünyada tarazlıq yaradan sənətdən ilham alıram.

-Tarix abidələrinin qorunması ilə bağlı nə demək istərsiniz? Son vaxtlar Amerikada da heykəlləri dağıdırlar…

-Bu çox ağır və çətin bir sualdır. Mən bir neçə tarixi abidəni yenidən dizayn etdim. Bu çox çətin idi. Hətta bu barədə danışmaq da çətindir. Amerikadakı Vətəndaş müharibələri ilə bağlı dağılan abidələrə gəlincə deyə bilərəm ki, onlar bu ölkədə böyük bir siyasi uçurum yaratmaqda ittiham olunurlar… Təəssüf ki, bu ölkədəki mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır.

(Vudro Vilson)

-Siz Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsisiniz. Vudro Vilsonun varisi kimi böyümək necə idi?

– Ailəmiz bir az qarışıqdır. Ailə tarixini miras kimi qəbul etmək və ən yaxşı formada yaşatmaq çox vacibdir. Bəxtim gətirib ki, onların sırasında dəyərli insanlar çoxdur… Ümumilikdə onların hamısı ilə eyni fikirdə olmasam da, Vudro Vilson da daxil olmaqla ailəmizin bütün üzvlərinə qarşı hörmətlə yanaşıram.

-Vudro Vilson sizin üçün kimdir?

-Hesab edirəm ki, Vudro Vilson idealizm və təcrübəni özündə birləşdirən, güclü, yüksək intellektli və bəzən də gözüaçıq bir insan idi. Vilson əsl lider idi. Heç bir şəkildə mükəmməl deyildik, amma Amerikanı yaxşılığa doğru dəyişməyə müvəffəq olduq. Kaş ki, dünya ilə bağlı düşüncələri də daha yaxşı qəbul olunardı. Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik…

-Hazırda Amerikada nə baş verir? Amerikadakı irqi problemlər sizə necə təsir edir? İrqçilik kimlərə xidmət edir?

-Amerika dünyanın hər yerində olduğu kimi, Covid-19 ilə də mübarizə aparır. Bəlkə də bu pandemiya Corc Floydun öldürülməsinə qarşı daha dərin və tutarlı cavab vermək üçün bir yol açdı. Dua edirəm ki, mövcud iğtişaşlar əslində Amerikada sistematik şəkildə qurulan ağların üstünlüyünün çökməsi istiqamətində ciddi bir fəaliyyətə səbəb olacaq. Sistemimiz ağ insanların maraqlarını digərlərindən üstün tutur. Bu səhvdir, bu ölkənin mənimsədiyi dəyərlərə ziddir və dəyişməliyik. Bəlkə də indi real dəyişikliyə çatmaq üçün bir fürsətdir. Buna ümid edirəm.

-Azərbaycan, Bakı haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları hələ 1919-cu ildə Parisdə babanız Vudro Vilsona Azərbaycan haqqında geniş məlumatlar veriblər. 

-Təəssüf ki, sizin paytaxt şəhərinizdə olmamışam. Amma görürəm ki, irəliyə doğru getmək üçün böyük işlər görülür. Bakıda çox maraqlı memarlıq nümunələri var: “Flame Towers”, “SOCAR Tower” və “Crystal Hall” – möhtəşəm görünüşlü dizaynlardır. Mən bunların yalnız şəkillərini görmüşəm…

Bakıda layihələrim yoxdur, amma mütləq orada işləmək istəyirəm. Həm fiziki, həm də mədəniyyət baxımından fərqli yerlərdə işləmək maraqlı olar.

(Əlimərdan bəy Topçubaşov – Parisdə)

-Azərbaycan və ABŞ arasında siyasi və diplomatik əlaqələlərin qurulmasına ilk təşəbbüs 1919-cu il mayın 28-də Parisdə olub. Azərbaycan parlamentinin sədri Ə.M.Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyəti Paris Sülh Konfransında ABŞ prezidenti V.Vilsonla görüşüb. Görüşdə müstəqil Azərbaycan dövlətinin tanınması, onun Millətlər Liqasına qəbul edilməsi, ABŞ-la diplomatik münasibətlərin yaradılması və s. haqqında Azərbaycan hökumətinin rəsmi memorandumu ABŞ prezidenti Vudro Vilsona təqdim edilib. Qəbul zamanı nümayəndə heyətinin irəli sürdüyü təkliflərə cavab olaraq V.Vilson bildirir ki, onlar dünyanın kiçik hissələrə bölünməsini istəmirlər, Qafqazda federasiya yaradılması ideyasına tərəfdar çıxırlar. Bu federasiya Millətlər liqasının tapşırığı ilə hər hansı bir dövlətin himayəsində ola bilər, Qafqazda federasiya və ya Azərbaycanın müstəqilliyinin tanınması məsələsi isə rus məsələsindən əvvəl həll edilə bilməz…Təəssüflər olsun ki, 1920-ci il aprel ayının 27-də Sovet Rusiyasının XI Ordusu Bakını, sonra isə bütün Azərbaycanı işğal etdi. Və bizim Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi… 70 il SSRİ-nin hökmranlığı altında yaşamalı olduq… Və nəhayət ki, 25 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldı və 70 ildən sonra ABŞ Azərbaycanı müstəqil dövlət kimi rəsmi olaraq tanıdı … Vudro Vilsonun nəticəsinin buna münasibəti necədir?

Ölkənizin yaxın keçmişi haqqında çox da məlumatlı deyiləm. Amma Paris danışıqlarından sonra Azərbaycanın məyus olması ilə bağlı bilirəm. Bir çox qrup məyus oldu. Amma təbii ki, bəziləri yox. Hələ də bütün dünyada sülh üçün ümumilikdə bir vizyon kimi görünən Paris razılaşmalarının sonralar gözardı edilməsi məyusluq doğurur. Sizin bu məyusluğunuzu mən də bölüşürəm… Azərbaycandan olan insanların təxminən 100 il öncə azadlıq üçün göstərdikləri bu fəaliyyəti yüksək dəyərləndirirəm.

Hafiz Əhmədov

HafizTimes.com

(Tüstü ilə hazırlanmış əsər)

Oxuyun

Müsahibə

Eros Ramazzotti: `Azərbaycan gəncləri, həmişə səmimi və dürüst olun` (EKSKLÜZİV MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Uşaqlarım mənim əsas ilham mənbəyimdir

“Həyatda təəssüflə yaşamamalıyıq, hər zaman inam və ümidlə  gələcəyə baxmalıyıq”

“Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar”

“Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildim”

Eros Ramazzotti — Məşhur italyan müğənni və bəstəkar. 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edir. O, Adriano Çelentano, Andrea Baçelli, Luçano Pavarotti, Tina Tyorner, Riki Martin və digərləri ilə duet oxuyub. Geniş vokal imkanları və ifa tərzi müğənnini dünyada milyonların sevimlisinə çevirib. Onu “Dünyanın musiqi səfiri” adlandırırlar. Müğənni ifaları ilə insanlara sevgi, dünyaya isə sülh bəxş etmək istəyir. Bu günədək 14 albomu işıq üzü görüb.

Dünya şöhrətli müğənni Eros Ramazzotti eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı bir çox maraqlı məqamlardan söhbət açıb, Azərbaycanla bağlı fikirlərini ifadə edib.

-Uşaqlığınızı necə xatırlayırsınız? Böyüdüyünüz ailədə nələr çatışmırdı?

-Uşaqlığım çox sevdiyim, gözəl bir dövrdür. Sevgi olduğu üçün hər şeyimiz vardı.

 -İllərlə zirvədə qalmağı necə bacarırsınız?

Bu yalnız bir iş deyil: mahnı oxumaq mənim həyatımdır. Gördüyünüz işi sevsəniz və qərarlı olsanız istədiyiniz hər şeyə nail ola bilərsiniz. Heç bir şey verilmir, amma hər şeyi qərarlılıq və ağır zəhmətlə fəth etmək olar. Əlbətdə ki, lazımi vaxtda bir az şans da kömək edə bilər.

-Bu ağır günlərdə sizi motivə edən nədir? Necə yaradıcı qala bilirsiniz?

-Kiçik şeylərdən ilham alıram: gəzməyə çıxmaq, uşaqlarımla oynamaq və söhbət etmək və təbiətlə təmas qurmaq.

-Uğurunuzu nəyə borculusunuz?

-Çətin iş və səmimiyyətin həmişə qarşılığı olur.

 -Gələcək üçün hansı planlarınız var? Sevənlərinizə nə söyləmək istərsiniz?

-Həmişə yeni musiqi və əsərlər üzərində işləyirəm. Özümü aktiv və motivasiyalı tutmağı sevirəm. Tezliklə yenidən qarşılaşacağıq.

– “Vita ce n’è” nin uğur sirri nədir?

-Vita Ce N’è çox səmimi bir ifadır, əsas mövzu sevgidir: sevgi hər şeyin mərkəzidir, hər kəsin inana biləcəyi nikbinlikdir.

-Mahnılarınızın ilham mənbəyi nədir? Kimin üçün yazmaq istərsiniz?

-Musiqimi  hər zaman ürəyimlə yazıram: duyğularınızı yazmaq və onları musiqiyə çevirə bilmək bir hədiyyədir. Və əgər bunu səmimiyyətlə etsəniz, insanlar onu hiss edəcəklər və hər şeyi sizə qaytaracaq. Uşaqlarım mənim əsas ilham mənbəyim, məni hərəkətə gətirən mühərrikdir. Ancaq gündəlik həyatın anlarından, yaşadığım və ya mənə söylənən hekayələrdən ilham alıram.

-Öhdəsindən gəldiyin ən böyük əngəl nə olub?

-Uçmaq qorxum.

– Qəbul etdiyiniz dəyərləri musiqinizdə necə tətbiq edirsiniz?

-Sadəcə hisslərimdən və həqiqətən kim olduğumdan danışıram. Bu, təbii bir prosesdir, kim olduğum mövzusunda sadəcə olaraq dürüstəm.

-Sizin izinizlə getmək istəyən birinə nə məsləhəti verərsiniz?

-Zəhmət həmişə qarşılığı olur. Xəyallarınıza sadiqsinizsə və özünüzə inanırsınızsa, sonda hər şey qaydasında olacaq.

-Necə xatırlanmaq istərsiniz?

-Bu barədə heç düşünmürəm. Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildin.

-Həyat fəlsəfənizi 3 cümlə ilə necə ifadə edərsiniz?

-Müəyyən bir şüarım yoxdur: həyatda təəssüflə yaşamamalıyıq, ancaq hər zaman inam və ümidlə  gələcəyə baxmağa çalışmalıyıq.

 -Həmişə gənc görünməyi necə bacarırsınız?

-Gənc qalmağa deyil, sağlam olmağa köklənmişəm. Hər gün məşq etmək, yerimək, açıq havada olmaq, sağlam yemək və yaxşı yatmaq üçün əlimdən gələni edirəm. Hamısı budur.

-Zamanı geriyə çevirsəydiniz siz hara qayıdardınız?

-Peşimanlıq hissi ilə yaşamıram: etdiyim hər şeyi edərdim.

-Nə vaxt çox xoşbəxt olursunuz?  Almaq, yoxsa vermək daha yaxşıdır?

-Şübhəsiz ki, vermək.

-Azərbaycan, Bakı necə xatırlayırsan? Azərbaycanlılarla bağlı unudulmaz xatirəniz nədir?

-Bütün dünyadakı pərəstişkarlarımla görüşə bildiyim üçün çox xoşbəxtəm. Azərbaycanlılar da konsert turum zamanı məni çox isti qarşıladılar. Bu mənim üçün çox gözəl bir xatirədir.

-Azərbaycanın məşhur musiqiləri, Muğamlar haqqında heç eşitmisinizmi? Yenidən Azərbaycana səfər etmək istərsinizmi?

-Bu barədə eşitməmişəm. Amma həmişə yeni musiqilər tapmaqda maraqlıyam, təşəkkür edirəm. Konsert turu üçün getdiyim şəhərləri nadir hallarda gəzə bilirəm. Buna görə də bir gün Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar.

-Sizi Azərbaycanda sevən insanlara, gənclərə nə demək istərdiniz?

-Xəyallarınıza həmişə inanın, hər zaman özünüzə və digər insanlara qarşı səmimi və dürüst olun.

Hafiz Ahmadov

HafizTimes.com

`Azərbaycana getmək istəyərəm` – Əfsanəvi rok ulduz Bryan Adamsla eksklüziv müsahibəni BURADAN oxuya bilərsiniz.

Oxuyun

Müsahibə

Eros Ramazzotti: `I don’t live with regrets` (EXCLUSİVE İNTERVİEW)

Yayımlandı

da

Tərəfindən

“My children are my main source of inspiration, the engine that keeps me moving”

“Azerbaijanis have always welcomed me very warmly, it is a very beautiful memory for me”

“Success is measured by this, for me: how much love, in the end, you have been able to convey, with life, with music”

Italian superstar Eros Ramazzotti has been interviewed by Azerbaijani journalist Hafiz Ahmadov. HafizTimes.com proudly presents the exclusive interview with music legend Eros Ramazzotti.

-How do you remember your childhood? What was missing in the family as you grew up?

-My childhood is a very lovely period that I cherish so much. There was love, so we had everything.

-How do you manage to stay on top for years?

-This isn’t only a job: singing is my passion, my life. If you’re committed and passionated about what you do, you can achieve everything you want. Nothing is given, but everything can be conquered with commitment and hard work. Of course, even a bit of luck at the right time can help.

-What keeps you motivated in these hard times? How do you stay creative?

-I found my inspiration in the little things: going out for a walk, playing and talking with my kids, connecting with nature.

-To what do you credit your success?

-Hard work and sincerity always pay off.

-What are your plans for the future? What would you like to say to those who love you?

-I always work on new music and stuff, I like to keep myself active and motived. We will catch up again soon.

What is the secret of success of “Vita ce n’è”?

-Vita Ce N’è is a very sincere record, the main theme is love: love is the center of everything, the optimism in which everyone can still believe.

-What is the inspiration for your songs? Who would you like to write for?

-I always write my music with my heart: writing your emotions and being able to turn them into music is a gift and if you do it sincerely, the public will feel it and give you everything back. My children are my main source of inspiration, the engine that keeps me moving. But the inspiration comes from anything, from moments of daily life, from stories that I lived or that have been told to me.

-And what has been the greatest obstacle you’ve overcome?

-My fear of flying.

 -How are you imposing your values on your music?

-I simply talk about my feelings and who I really am. It’s a natural process, I’m just honest about who I am.

-What advice would you give to someone who wants to follow in your footsteps?

-As I said to you before, hard work always pays off. If you’re committed to your dreams and loyal to yourself, everything will be ok in the end.

-How do you want to be remembered?

-I do not think about it at all. Success is measured by this, for me: how much love, in the end, you have been able to convey, with life, with music.

-What is your philosophy of life in 3 sentences?

-I don’t have a particular motto, except that in life we must not live with regrets, but we have to try to always look to the future with confidence and hope.

How do you stay young all the time?

-I’m not focused on staying young, I’m focused on staying healthy. I try my best to train every day, to move, to be outdoors, to eat healthy and sleep well. That’s all.

-If you could go back in time, where would you go?

-I don’t live with regrets: I would do everything I did.

-When are you happiest? Is it better to give or to receive?

-To give, no doubt about it.

-How do you remember Azerbaijan, Baku? What is your unforgettable memory about Azerbaijanis?

-I am very happy when I can meet my fans all over the world, Azerbaijanis have always welcomed me very warmly during my previous tours, it is a very beautiful memory for me.

-Have you ever heard about the famous folk music of Azerbaijan, Mughams? Would you like to visit to Azerbaijan?

-No, I don’t but I’m always interested in finding new music, thank you. When I’m on tour I rarely can visit the cities I play in, so I would definitely be happy to visit Azerbaijan one day in a more accurate way, I’m curious about visit better Baku too!

-What would you like to tell people, particularly the youth who love you in Azerbaijan?

-Always believe in your dreams, always be sincere and honest with yourself and with other people.

Hafiz Ahmadov

HafizTimes.com

Bryan Adams: “Eat less, love more and be thankful” (EXCLUSİVE İNTERVİEW)

Oxuyun

Trend yazılar